Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə56/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
205 
Şəmil  Sadiq:Biz  “İdeal”ı,  “Məhşər”i,  “Qəbiristan”ı 
yığmağa başlayırıq, icazə verirsinizsə. 
 
İsa Muğanna:Hə. “İdeal”ı bir az dəyişdirmişəm.. Elə 
bil ürəyimə damdı ki, kimsə gələcək bunu çap etdirə-
cək...  “Məhşər”i  də  verə  bilərəm.  “Qəbiristan”ın  əv-
vəlinə əl gəzdirməliyəm... Bədii əsər elə şeydir ki, hər 
yazıçı  yaşadıqca  qayıdır  əl  gəzdirir.  “Məhşər”ə  to-
xunmayacam.  “Qəbiristan”ın  birinci  səhifəsində  dü-
zəliş olmalıdır. Səhv gedib. 
 
Şəmil  Sadiq:  Biz  bu  kitabları  ictimaiyyətə  təqdim 
etmək istəyirik, gənc nəsilə tanıtmaq istəyirik. 
 
Əli İbrahimbəyli: Köhnə oxuyanlar hələ var... 
 
İsa  Muğanna:  Yoldaşım  mənə  qadağa  qoyub  ki, 
göylərlə bağlı fikirlərimi danışmayım. 
 
Şəmil  Sadiq:  Mən  bir  roman  yazıram,  kitabın  adını 
sizin şərəfinizə “OdƏrlər” qoymuşam. Qəhrəmanlar-
dan birinə türk tarixinin gizlədildiyi kitabları tapmaq 
tapşırılıb.  Sizdən  bir  məsləhət  almaq  istəyirəm.  Bu, 
üç  kitabdır  –  biri  Vatikanda,  biri  Çində,  biri  də  Şu-
şada...Sizcə, hardadır bu tarix? 
 
İsa  Muğanna:  Bir  kitabxana  var  –  750  cildlik  kitab-
xanadır. Dünyada bundan yoxdur. Nərimanov, Pişə-
vəri  bu  kitabxanadan  istifadə  edib.  O  vaxtın  gizli 
kommunistləri  Naxçıvanın  bərisində,  Əlincəçayın 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
206 
yanında kəndə gəliblər. Burda dərviş təşkilatları haq-
da    məlumat  verib,  göstəriş  alıblar.  Orda  Nəiminin 
qəbrini açıblar. Qəbirdə böyük bir sandıq var.  Durur 
o  sandıq,  içi  boşdur.  Təkcə  “Cavidannamə”ni  tapıb-
lar.  Heydər  (Heydər  Əliyev)  məni  göndərdi  farsca 
bilən çekistin yanına, çekist “Cavidannamə”ni mənə 
oxudu,  qeydlər  götürdüm.  Nəsiminin  divanını  öy-
rəndim.  Onun  qəzəllərini  diqqətlə  oxuyanda  bioq-
rafiyasını  bilmək  olur.  Başladım  Nəsimini  yazmağa. 
Mən  səninlə  açıq  danışa  bilərəm.  Mən  planetlərə 
bağlanıb  ordan  Ün  eşidəndən  sonra  Eysar  “Yanar 
Ürəy”i  ləğv  etdi.  Dedi  ki,  “mən  sənə  tarixi  material 
verəcəm”  və  mən  başladım  “İdeal”ı  yazmağa.  1986-
cı ildə əsərin birinci variantı çıxdı. Mənim ən maraqlı 
yazıçılıq  dövrüm    ondan  sonra  başladı.  Nəsiminin 
yubileyindən sonra başıma gələn əhvalatlar, Heydər-
lə  (Heydər  Əliyev)  bağlılığım,  Mərkəzi  Komitəyə 
gedib  gəlməyim  mənə  tarixi  məlumatlar  verdi  və 
mən  çox  ciddi  yaradıcılığa  başladım.  “İdeal”  bunun 
nəticəsidir.  Son  illərdə  yazdığım  əsərlərdən  bəzilə-
rini deyim, istəsən onlardan qeyd edərsən. Bu Qara-
bağ əhvalatı... Vətəndaş müharibəsi idi, ona görə də 
məni  daha  çox  daxilimiz  maraqlandırırdı  və  mən 
“Qəbiristan”ı  yazdım.  Xəstəxanada  yatanda  atamı 
gördüm.  Atam  onda  mənə  dedi  ki,  “sən  “Qəbiris-
tan”ı  yazacaqsan.”  Atam  dedi  ki,  “İdeal”  və 
“Məhşər”də olduğu kimi sənə səs gələcək, öz süzgə-
cindən  keçirib  yazacaqsan.  Mən  xəstəxanadan  çıx-
dım,  gəldim  bir  səhifə  yazdım.  Bir  səhifə  yazandan 
sonra  səs  gəldi...  “Qəbiristan”ın  birinci  səhifəsindən 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
207 
intizaram.  Ona  görə  deyirəm  ki,  əl  gəzdirəm  gərək 
ona, sonra verim sənə...   
... Səməd planetdən gəlir oğlunun yanına görür 
ki,  oğlu  polisdir.  Deyir:  “Sən  silahı  buraxıb  elmlə 
məşğul olmalısan”. Oğlu əl çəkmir. Daxildə olan er-
mənilərlə  vuruşur.  Bu  əsərdə  xoşuma  gələn  hissələr 
çoxdur. Bu da planetlə bağlıdır. Səməd o biri əsərdə 
ölmüşdü. Bu əsərdə isə gəlir oğlu ilə görüşür. Oğlu-
nu  silah  yolundan  döndərməyə  çalışır.  Amma  bu 
mümkün  olmur.  Hərəsi  öz  yoluyla  gedir.  Axırda 
buna  qəbiristan  qismət  olur,  ruhu  uçur,  işıq  çıxır  və 
ilaxır... 
 
Şəmil  Sadiq:  “5”  rəqəminin  müqəddəsliyi  ilə  bağlı 
fikriniz necədir? Mən “OdƏrlər” romanında bu möv-
zuya toxunmaq istəyirəm... 
 
İsa Muğanna: Mən sənə deyim. Məndə bir kitab var 
idi –“Velikiy Abman”... Avropa ölkələrinin tarixinin 
yalan olduğunu  inandırıcı  şəkildə  sübut edir. Bütün 
tarix...  Alimlər  yalan  danışıblar.  Nəzəriyyələr  də, 
qurduqları  dövlət  də,  gətirdikləri  rəqəmlər  də,  uy-
durmadır.  5  rəqəmi  də  yalandır,  7  rəqəmi  var.  İndi 
peyğəmbər  “Bağ  Ata”dır.  Onun  dörd  oğlu  var.  O, 
günəşin  daxilindəki  planetlərin  sahibidir.  Bizim  qa-
laktikanın  birinci  şəxsiyyətidir.  Bütün  səslər  ilk  ona 
gəlir.  Sonra  gəlir  “Bağbağün”ə.  Ondan  gəlir  “Bağ 
Ata”ya.  Ordan  da  gəlir  dörd  oğluna.  Ələsgərdə  şeir 
var, deyir “beş gözəlin aşiqiyəm.” Yəni, “Bağ Ata” və 
dörd  oğlu.  Beş  həqiqəti  burdadır.  “OdAğüz” 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
208 
“EyOdər”  planetində  yaşayanla  bağlıdır.  Avropanın 
bütün  məlumatları  uydurmadır.  Yəhudilər  yazıb, 
ruslar da tərcümə edib. “GurÜn” əsərinin adını çək-
mək istəyirəm. Onun əvvəlində jurnalda rəqəm səhv 
gedib.  1179  əvəzinə  1175  yazılıb.  O  vaxt  Nizami 
“Sirlər  xəzinəsi”ni  yazmamışdı.  Nizami  Naxçıvanda 
təhsil  alıb.  Eldənizin  alimi  ona  dərs  deyib.  Afaq 
adında  qadını  olmayıb.  Nizami  39  yaşında  evlənib. 
Nizaminin  günəşi  qızıl  Arslandır.  Nizami  Eldənizin 
qızı  ilə  evlənib.  Eldəniz  də  daim  Bağdadın  təsirində 
olub.  “Saf  Ağ”  elmini  mənimsəyəndən  sonra  “Sirlər 
xəzinəsi”ni  yazıb  və  o  ildə  evlənib.  Eldənizin  qızı 
başqa  Əxilərdən  –  Ağeylərdən  dərs  alırdı.  Nizami 
onunla  evlənib.  Qızıl  Arslan  öldürüləndə  bunun  12 
yaşı olub. Bizim millət Qızıl Arslana qiymət  vermir. 
O ingilislərlə çox güclü müharibə edib, qəhrəmanlıq 
göstərib. 
 
Şəmil Sadiq: İngilislərin o vaxt Azərbaycana gəlməsi 
haqqında tarixdə nəsə varmı? 
 
İsa  Muğanna:  Briton –  Bir  od.  Adı  “BirOd”dur.  Öz-
ləri  sonra  dilləri  dəyişəndə  Britt  deyiblər.  Dilləri 
“OdƏr” dili olub. Bütün Avropanın... 
 
Şəmil  Sadiq:  “Quran”da  da  İsrail  oğulları  haqda 
məlumat  var,  Tövratda  var.  Nəyə  görə  müqəddəs 
kitablarda Tanrı İsrail oğullarını seçilmiş və lənətlən-
miş xalq kimi vurğulayır? Səbəbi nədir? 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə