Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə52/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
190 
olmayıb, oğul. Onu heyvan cinsindən yarananlar dəyişdi-
rib, təhrif edərək bizə bu cür təqdim edib. Onun əsli hələ də 
Avropada  –  Vatikan  arxivindədir.  O  kitabların  üzə  çıx-
ması dünyanın əsl sahibinə tapşırılması deməkdir. Onlar o 
kitabları  verməyəcək,  amma  biz  almalıyıq.  Kitab  dəyiş-
diriləndə  o  kodları  oxuyacaq  adamların  sağ  qalmadığını 
zənn etdilər. Süjeti qırdılar, ideyanı qarışdırdılar. Mükəm-
məl bir tarixi qarma-qarışıq bir şəkildə bizə təqdim etdilər, 
oğul."
135
 
Bu  məqamda  “Kitabi-Dədə  Qorqud”  dastanının 
bizə  gəlib  çatan  variantlarında  dəyişikliklərin  oldu-
ğunu  sübut  edən  bir  neçə  fakta  diqqətinizi  çəkmək 
istəyirəm. 
Siyasi  elmlər  üzrə  fəlsəfə  doktoru  Zaur  Alıyev 
“Türk tarixinin “Soy kitabı”nın orijinalı hələ də dün-
yadan  gizlədilir”  adlı  geniş  araşdırmasında  qeyd 
edir: 
“Vatikanda  və  Drezdendə  tədqiq  olunan  əsərlərin 
orijinal  olması  da  şübhə  altındadır.  Hər  iki  arxivdə  aşkar 
olunan  nüsxələrin  içəriləri  fərqli  olsa  da,  müqəddimələri 
eynidir.  İki  fərqli  məzmunun  müqəddiməsi  necə  eyni  ola 
bilər?  Görünür,  hər  iki  nüsxə  daha  qədim  naməlum  bir 
nüsxədən  köçürülüb.  Bu  naməlum  nüsxə  Vatikanda,  ya-
xud hər hansı bir arxivdədirsə, tapılması çox mühümdür. 
Bir tarixi faktı nəzərinizə çatdıraq. Azərbaycanlı mü-
hacirlərin  Almaniyanın  paytaxtı  Berlində  çıxartdıqları 
“Açıq Söz” jurnalının 1936-cı il tarixli III sayında Bakıda 
çıxan  “Bakinskiy  Raboçiy  “qəzetinin  4  avqust  1936-cı  il 
tarixli sayında gedən yazı dərc edilib. (Həmin yazı qəzetin 
                                                 
135
 Şəmil Sadiq, Odərlər, Bakı: Hədəf Nəşrləri, 2013, s 291.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
191 
bütün nüsxələri ilə səhəri gün tamamilə yox edilir). Yazı-
da qeyd edilir ki, Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq 
İnstitutunun  arxivində  “Kitabi-Dədə  Qorqud”un  on  üç 
boyunu tapıb. Sonradan bu hekayənin Azərbaycanda dərc 
olunduğuna  dair  şifahi  xəbərlər  də  gəlmişdir.  Azərbay-
canda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr 
olunan kitabda bu boy olmayıb.” 
Əlbəttə,  biz  tarixçi  olmadığımızdan  və  mövzu-
muz  birbaşa  qeyd  etdiyimiz  bu  məqamlar  olmadı-
ğından  daha  geniş  araşdırma  aparmadıq.  Lakin 
məhz bir boyun sonradan aradan götürülməsi və bir 
variantda  Qorqud,  bir  variantda  isə  Qorqurt  kimi 
təqdim  edilməsi  şübhə  doğurmaya  bilməz.  Ümid 
edək  ki,  tarixçilər  bu  mövzuya  daha  həssas  yanaşa-
caq,  həqiqətin  ortaya  qoyulması  üçün  səy  göstərə-
cəklər. 
İsa  Muğanna  “İdeal”la  başlayan  silsilə  6  roma-
nında  qədim  türk  dilini  OdƏr  dili  adlandırır  və  bu 
sözün mənasını rəmzi olaraq, Od – Həqiqət, Ər – işıq 
kimi  təqdim  edir.  Bu  prinsip  əsasında  da  sözlərə  öz 
yozumunu  sərgiləyir.  Onun  fikrincə,  Oğuz  yox, 
AğÜz  olmalıdır.  Digər  bir  məqamda  isə  Vatikan 
bilərək Korkut yazır ki, bunun da mənası Qorxutdur 
deyir. “Vatikan monarxları “Kitabi-Dədə Qorqud”un 
lap ilk kəlmələrindən qorxurdular: “Dədə”miz ölkənin 
hansı  səmtinə  gedir  qəbirqazana  rast  gəlir.  Bu  qazannan 
“Salur qazan” adını yanaşı qoy. “Salur” dialektidi, “salır” 
deməkdi.  Qəbri  qazanımız,  milləti  qəbrə  salanımız  elmsiz 
Qazan xandı! İlan “alimlər”i bunu da görməzliyə vurur-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
192 
lar!..”
136
Burdan  aydın  görünür  ki,  İsa  Muğannanın 
Qazan  xana  münasibəti  Kamal  Abdulla  ilə  eynidir. 
“Yarımçıq  Əlyazma”da  da  Qazan  xan  dayısı  Aruzu 
yağmaya  çağırmamaqla  vəzifə  hərisiolduğunu  göstərir, 
Boğazca Fatmanın hiyləsinə şəhvani hislərini cilovlaya bil-
mədən qurban olur, Bəkil İmrana qarşı təkəbbür göstərərək 
bölücülük  yaradır  və  Burla  Xatunla  bacara  bilmir,  çünki 
arvadağızlıdır.  Şirşəmsəddinin  Bayındır  xanın  istintaq-
ında dediyi fikir isə belə idi. “Burla Xatunla Beyrək Qaza-
nın evinin bağçasının uzun Pınar axıb gedən yerində gecə 
ikən  buluşdular.  Nə  oldu  aralarında,  nə  olmadı,  mən  bil-
mənəm, bilmək də istəmənəm, nə işimə?!”
137
 
Əgər  İsa  Muğanna  Qazanı  elmsiz  adlandırıb, 
SafAğdan,  işıqdan  uzaq  düşdüyünü  deyirdisə,  Ka-
mal  Abdulla  ona  qarşı  daha  sərt  yanaşaraq  bir  növ 
“nakişi”  adlandırmışdı.  Hər  iki  məqam  postmodern 
düşüncənin  məhsuludur,  hər  iki  münasibət  yeni 
yanaşmadır. Lakin İsa Muğanna bu durumu birliyin 
pozulmasının  günahkarı  kimi  qiymətləndirdiyi  hal-
da,  Kamal  Abdulla  Qazan  xanı  hardasa  “biqeyrət” 
kimi  təqdim  etmişdi.  O  da  bir  həqiqətdir  ki,  birliyi 
pozmaq  da  bir  qeyrətsizlikdir.Həmin  cümlənin  so-
nunda  Muğanna  yazır:  ““Qıpçaq”ları  “Oğuz  bəylə-
ri”nə düşmən qələmə verən “kitab” ifşa olunmayınca, Odu 
əvəzində  “at”ı,  BağBağÜnü  əvəzində  “papağı”ynan  öyü-
nən  “kişi  qeyrəti”  verib  patriarxal  bataqlığa  sürüyəcəklər 
bədbəxt xalqımızı! 
                                                 
136
 İsa Muğanna, İdeal, Bakı: Hədəf Nəşrləri 2013, s 594. 
137
 Kamal Abdulla, Yarımçıq əlyazma,  Bakı 2004, s 129.
 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə