Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə50/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
182 
sı boş-boş şeylərdir.) Din bizimdir... Amma ərəb döv-
lətçiliyi tarixi bizim deyil. Din bizimdir... Amma İran 
şiəliyi  bizim  deyil.  Mən  İmadəddin  Nəsiminin  təq-
dim  etdiyi  Həzrəti  Mühəmmədi  sevirəm!  O.  Hərra 
mağarasında  "Hu"  deyərək,  özündən  gedən  aşiqdir. 
Mən  Xətayinin  vəsf  etdiyi  Əlini  sevirəm!  O  Əli  ki, 
mənə 4-cü xəlifə olaraq lazım deyil".
124
 
Xalq şairi Zəlimxan Yaqubun "Ün" lirik poeması 
bütövlükdə  İsa  Hüseynov  –  İsa  Muğanna  yaradıcı-
lığını özündə ehtiva edən dəyərli bir əsərdir. Poema 
yaradıclığının demək olar ki, olmadığı dövrdə bu cür 
bir əsərin yazılması istər nəzmin, istərsə də tərənnü-
mün  ən  incə  məqamları,  zərif  və  ilahi  mətləblərin 
daşıyıcısı olduğunu bir daha sübut edir. 
Xalq şairi Zəlimxan Yaqubun "Ün" poeması axıcı 
dili,  üslubu,  daşıdığı  tarixi  əhəmiyyəti  ilə  XXI  əsr 
Azərbaycan  şeirinin  qızıl  fonduna  düşəcək,  ədəbiy-
yatşünaslığın ən maraqlı tədqiqat obyekti kimi yaşa-
yacaq əsərlərdəndir. 
                                                 
124
 Fəxrəddin Salim. Milli Yaddaş sistemində Ürfan və təsəvvüf. Bakı: Elm və 
Təhsil, 2010, s 43. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
183 
2.3. Postmodern Azərbaycan romanında 
“Kitabi-Dədə Qorqud”  dastanı və təhrif 
edilmiş tarix 
 
Avropada  artıq  haqqında  çox  az  danışılan  pos-
tmodern  roman  ifadəsi  bu  gün  Azərbaycanda  haq-
qında  daha  çox  danışılan  ədəbi  termindir.  Və  təəs-
süflər  olsun  ki,  postmodern  anlayışı  altında  təqdim 
edilən romanların demək olar ki, hamısı xalqın tarixi, 
mədəniyyəti  haqqında  daşlaşmış  ehkamları  daş-
lamaq  kimi  bir  vəzifəyə  sahib  olduğunu  göstərir. 
Sanki  bədii  mətn  o  zaman  postmodern  olur  ki,  çıl-
paqlığı  ilə  ürək  bulandırsın.  F.e.d.  Salidə  Şərifova 
“Çağdaş  Azərbaycan  postmodern  romanı”  əsərində 
haqlı olaraq qeyd edir ki, “Azərbaycan postmodern ro-
manı  iki  əsrin  qovşağında  ədəbiyyat  tarixində  paradoksal 
vəziyyət yaratdı. Postmodernist təfəkkür sistemi yazarlara 
əsaslandırılmamış,  postmodernist  təfəkkürün  bədii  və  fəl-
səfi quruluşunu təşkil edən istiqamət və prinsiplərin təka-
mülünün  xronoloji  çərçivəsinin  olmaması  səbəbindən  ya-
zarların qələmə aldıqları əsərlər intuitiv halda ənənəvi də-
yərləri  kompromissiz  olaraq  dekonstruksiyaya  məruz 
qoydular”.
125
 
Şərq  təfəkküründə  yüz  ildir  ki,  yenilik  ifadəsi, 
adətən,  bütün  ehkamları,  min  illərdir  formalaşmış 
ənənələri dağıtmaq kimi qəbul edilir. Professor Vaqif 
Yusiflinin  də  dediyi  kimi  “Belə  çıxır  ki,  postmoderniz-
mdə  hər  şeyin  üzərindən  xətt  çəkilir,  bütün  köhnələr  de-
                                                 
125
  Şərifova  S,  Çağdaş  Azərbaycan  postmodern  romanı,  Bakı:  Elm  və  Təhsil 
2015, s 20. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
184 
konstruksiya  nəticəsində  əvvəlki  görkəmində  yox,  tamam 
başqa yöndəmdə nəzərə çarpır. Deməli, məlum mətn yeni-
dən  söylənilir,  nəql  edilir.  Postmodernist  “oyunda”  həqi-
qət  yoxdur,  amma  inandırıcılıq  da  mövcuddur,  hadisələr 
elə  nəql  edilməlidir  ki,  “görünməzlər”  tarixi  həqiqət  kimi 
qəbul edilsin”. 
126
 
Postmodernizm anlayışının bu cür tanıtımı əlbət-
tə  ki,  oxucunun  heysiyyatı  ilə  oynamaq  və onun  sa-
hib  olduqlarına  ironiya  ilə  yanaşmaq  onda  qıcıq 
doğurmuş, məhz bu adla çıxış edən yazarları və on-
ların  əsərlərini  də  qeyri-ciddi  hesab  etməyə  gətirib 
çıxarmışdır.  Halbuki  keçmişə  fərqli,  amma  müsbət 
anlamda  da  baxmaq  mümkündür  ki,  bunu  da  post-
modern  baxış  adlandırmaq  olar.  Necə ki,  Modernday 
Dictionary of Received İdeas adlı sözlükdə deyilir: “Bu 
sözcüğü  kullananlar  ona  istedikleri  gibi  anlam  vermekde-
dirlər”.
127
 
Niyazi  Mehdi  “Azərbaycan  postmodernizminə 
giriş” məqaləsində postmodernizmi qərbin tullantısı 
adlandıraraq yazır: “Azərbaycanda bu cürbəcürləşmənin 
iblisanə  rəqsinin  ilk  partiyası  gedir.  Ancaq  elə  bu,  mənə-
viyyatsızlıq,  pozğunluq  haqqında  hiddətlər,  ümidsizliklər 
doğurur. Bəs rəqsin ortası gələndə nə olacaq? Biz bu rəqsi 
yaxşı oynamağı öyrənməliyik, yoxsa ahıl kişilər kimi qıra-
ğa  çəkilməliyik?  Çağımızın  baş  suallarından  biri  budur. 
Azərbaycan postmodernistləri isə bu soruya öz cavablarını 
verməkdədirlər”.
128
 
                                                 
126 
Azərbaycan. Ədəbi-bədii jurnal, Bakı 2014, №10. 
127
 Gencay Şaylan, Postmodernizm, Ankara: İmge Kitabevi 2002, s 62. 
128
 (www.kitabxana.net 09.07.2015)
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
185 
Yuxarıda  da  qeyd  etdiyim  kimi,  özlərini  məhz 
postmodernist  kimi  təqdim  edərək  haqq  qazandır-
maq  istəyən  yazıçıların  əsərlərindən  doğan  müna-
sibətdir Niyazi Mehdinin bu aqressiyası. 
Azərbaycan postmodern romançılığında İsa Mu-
ğannanın,  Anarın,  Kamal  Abdullanın,  Orxan  Fikrə-
toğlunun,  İlqar  Fəhminin,  Həmid  Herisçinin,  Pərviz 
Cəbrayılın,  Aydın  Talıbzadənin,  Xan  Əmirin,  Şəmil 
Sadiqin adlarını qeyd etmək olar. 
Azərbaycan  ədəbiyyatşünaslığında  yekdilliklə 
postmodern romanın başlanğıcını Kamal Abdullanın 
“Yarımçıq  əlyazma”  əsəri  ilə  götürürlər.  Bu  haqda 
tənqidçi  professor  Vaqif  Yusifli  yazır  ki,  “Kamal  Ab-
dullanın  “Yarımçıq  əlyazma”  romanı  postmedernizmin 
poetikası  ilə  birbaşa səsləşən əsər olduğu üçün onu Azər-
baycan ədəbiyyatında ilk postmodernist roman kimi qəbul 
etmək  olar...”  Teatrşünas  Aydın  Talıbzadə  isə  “Yeni 
Azərbaycan  romançılığı  Kamal  Abdulladan  başlanır” 
deyir.  Tənqidçi  Tehran  Əlişanoğlu  da  qeyd  edir  ki, 
“Yarımçıq əlyazma” romanı “əsri çevirən əsər”dir.
129
 
Əgər postmodern romana bir millətin, bir xalqın 
tarixi  ehkamlarını  dağıdan  bir  janr  kimi  baxmasaq, 
yuxarıda  deyilən  fikirlərlə  razılaşmır,  yeni  Azərbay-
can  romanının,  postmodernizmin  başlanğıcını  İsa 
Muğannanın  (Hüseynovun)  dünya  ədəbiyyatı  üçün 
də böyük önəm kəsb edə biləcək əsəri olan (700 səhi-
fəlik)  “İdeal”  romanı  ilə  götürə  bilərik.  Lakin  “Ya-
rımçıq  əlyazma”  “İdeal”  əsərindən  sonrakı  postmo-
dern  romanın  ikinci  dalğasını  tam  məsuliyyəti  ilə 
                                                 
129
 Azərbaycan. Ədəbi-bədii jurnal, Bakı 2014, №10. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə