Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə47/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
171 
məsləhət bildiyin bir yerdə yayımlayaq. Mən bilirəm
sən Muğannaya ən böyük dəyər verənlərdənsən." 
Bu  fikirlər  ruhumu  oxşadı.  Birinci  ona  görə  ki, 
ustad hesab etdiyim fikir adamının yaradıcılığına bə-
ləd  olduğumu  bilən,  dostluğumuzdan  agah  olan 
Xalq şairi Zəlimxan Yaqub mənə etimad edirdi, ikin-
ci isə İsa Muğanna haqqında bədii əsər yazılırdı. Hə-
min əsərin məhz qeybdən gələn səsin təkidi ilə yazıl-
ması isə Muğanna həqiqətinin yenidən təzahürü idi. 
Zəlimxan  müəllimin  lirik  poeması  "Ün"ü  birnəfəsə 
oxuya  bilmədim.  Çünki  hər  cümlə,  hər  misra  bir 
əsəri  xatırladır,  elminin  ağırlığı  ilə  beyni  dondurur-
du. Bitirdikdən sonra, əlbəttə ki, heç bir təklif etmə-
dim.  Zəlimxan  müəllim  təvazökarlıq  edib  göndərib, 
axı  mənim  onun  qələmindən  çıxan  hər  hansı  bir 
cümləni redaktə etmək kimi  ixtiyarım yox idi. Açığı 
buna heç gərək də yox idi. Çünki poema o qədər sə-
mimi,  ürəklə,  ruhla  və  ilhamla  yazılıb  ki,  hər  hansı 
bir sözün artıq olduğunu düşünmək mümkün deyil. 
Poemada müəllifin gözləntisi, təmənnası sadəcə ürə-
yinin rahatlaması ola bilərdi... 
Bu  mövzuda  ilk  dəfə  Böyük  şairimiz  Xəlil  Rza 
Ulutürkün İsa Muğannanın "İdeal" romanını oxuyar-
kən  yazdığı  "Sən  mənə  bir  silah  verdin"  şeirini  oxu-
muş və heyrətlənmişdim. Çünki bir bədii əsəri digər 
bir bədii əsərlə təhlilə çəkmək və tərənnüm etmək o 
qədər də asan məsələ deyildi. Əlbəttə ki, Xəlil Rzanın 
milli  ruhu  dərk  etməsi  və  çılğıncasına  vətən  eşqi  ilə 
yazdığı şeir "İdeal" romanındakı simvolikanı oxucu-
lara bir də bədii yolla təqdim etmişdir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
172 
"Uzaqda yox, bu dünyada verdin mənə cənnətimi, 
Kəşf elədim cahan boyda qürurumu, millətimi
115
. 
İsa  Muğanna  Xəlil  Rza  Ulutürkün  bu  şeirinə 
Zəlimxan Yaqub haqqındakı məqaləsində münasibə-
tini bu cür bildirmişdir: " Bəli, canım-ciyərim!.. On il 
bundan əvvəl Xəlil Rza Ulu Türk şeirimizin tarixində 
ilk dəfə "Bağ Ata", "OdƏr yurdu" deyəndə "Türk"ün 
–  "OdƏr"in  özünə  qayıdan  yolundakı  səddə  parça-
lanma  başlandığını  hiss  etdim.  Səni  oxuyanda  isə 
düşündüm ki, səddin parçalanması nə mənim OdƏr 
mədəniyyətinə,  Bağday  tarixinə  aid  yazdıqlarımdan 
başlanıb,  nə  də  Xəlilin  "Bağ  Ata",  "OdƏr"  yurdu 
inqilabından".
116
 
"İdeal"  romanı  80-ci  illərdə  böyüməkdə  və  güc-
lənməkdə  olan  azadlıq  ideyalarına  ideoloji  dəstək 
olan ən böyük və dünya səviyyəli əsərlərimizdəndir. 
Həmin  dövrün  gəncliyi  məhz  "İdeal"la  əfsunun  ger-
çəkliyə  çevriləcəyinə  inandılar  və  bu  inancdan  qüv-
vət  aldılar.  Millət  eşqi  ilə  döyünən  böyük  ürək 
sahibi,  Caviddən  sonra  ədəbiyyatımızda  millət  şairi 
kimi  tanınan  Xəlil  Rza  Ulutürkün  "İdeal"  əsərində 
təqdim  etdiyi  konsepsiyanı,  fəlsəfəni  yeni  gəncliyin 
özünüdərki üçün böyük silah hesab edirdi. 
Sən mənə bir yaraq verdin, raketlərdən güclü yaraq. 
Bir cüt sönməz çıraq verdin, əziz şair, gözüm-çıraq. 
Bəxş elədin elə müdrik, elə bir qüdsi kitabı, 
Öpdüm, sıxdım ürəyimə kitab adlı inqilabı.
117
 
 
                                                 
115
 X.Ulutürk, Mən Onsuz da əbədiyəm, Bakı: Gənclik 2003, s 92. 
116
 İsa Muğanna Seçilmiş əsərləri. VI cild. Bakı: Avrasiya press 2009. s 77. 
117
 Yenə orda, s 237.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
173 
"İdeal"  romanı  İsa  Hüseynovu  İsa  Muğanna 
etdiyi  kimi,  artıq  oxucuları  EySara,  BağOda,  OdƏrə 
çevirmişdi.  İdealdan  sonra  bir  müddət  susan  yazıçı 
sonradan  "Cəhənnəm",  "GurÜn",  "Qəbiristanlıq", 
"İsahəq,  Musahəq"  kimi  romanlarını,  "İlan  dərəsi  və 
ya Peyğəmbərin taleyi", "Qırx kisə qızıl", "Söz yarası" 
kimi  povestləri,  məqalələri,  açıqlamaları  ilə  yeni 
yetişməkdə  olan  Azərbaycan  oxucusunun  könlündə 
özünə  tac  qurdu.  Sonrakı  əsərləri  və  fikirləri  sanki 
"İdeal"  romanında  qoyulan  konsepsiyanın,  fəlsəfə-
nin, əfsunun, gerçəkliyin şərhi və təfsirləri idi. 
Xalq  şairi  Zəlimxan  Yaqubun  "Ün"  poeması  İsa 
Hüseynovdan  İsa  Muğannaya  keçilən  yolun  həyat 
fəlsəfəsini  özündə  ehtiva  edən  dəyərli  poemadır. 
Kredo  qəzetinin  31  oktyabr  sayında  Əli  Rza  Xələfli 
"Zəlimxan  Yaqubun  "Ün"  poeması  üzərində  düşün-
cələr"  məqaləsində  doğru  olaraq  qeyd  edir  ki,  "Ün" 
bizə  deyir:  ...poetik  şərhin  gücü  hər  misranın  ilha-
mında  və  siqlətində  Zəlimxan  Yaqub  imzasını  təs-
diqləyir.  Bəli,  bizim  üçün  adi  olan,  hamımızın  anla-
dığı,  anamızın  dilinin  şəhdi-şəkəri  ilə  təbii  balı, 
şirəsilə  süslənmiş  sözləri  ancaq  Zəlimxan  Yaqub  bu 
qədər  ustalıqla  İsa  Muğanna  zamanının  və  məkanı-
nın  sonsuzluğunu  özündə  ehtiva  edərək  göstərə  bi-
lərdi..."
118
 
Böyük  ustad  İsa  Muğanna  ilə  söhbətlərimizin 
birində məndən soruşdu ki, Şəmil, "OdƏrlər"in ikin-
cisini  yazırsanmı?  Dedim,  İsa  müəllim,  nəsə  yaza 
bilmirəm  hələ.  Dedi:  “tələsmə  özləri  deyəcəklər,  on-
                                                 
118
 Kredo qəzeti. N44 (799) 31 oktyabr, 2014 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə