Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə44/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
160 
Bağ  Atanın  nəslindən  danışanda  "Ulu  Bağ  ƏsƏlmənin 
(Süleymanın)  sonrakı  parçalanmağı  lap  müsibətdir"  deyir. 
Və bu parçalanmadan Zərdüşt peyğəmbərin yarandığı 
qənaətinə gəlir. Başqa bir məqamda da Musa peyğəm-
bəri  BağSar  adlandırır  və  "Necə  təsəvvür  edəsən  ki, 
"Süleyman"nan,  "Musa"  eyni  adamdır?  "Süleyman"  – 
padşah, "Musa" –çoban, bu lap dəhşətdir"
104
 
Əslində  Muğannanın  bu  idealı  bir  növ  də  pey-
ğəmbərlərin  çirkaba  bulaşmış  dünyanı  qurtarmaq 
arzusu  ilə  ac-yalavac  yola  çıxmaları  zamanı  başla-
mışdır.  Seçilmişlərin  vəzifəsinin  də  önəmli  olma-
dığını  diqqətə  çatdıran  ustad  yazıçı  Süleyman  pey-
ğəmbərin hökmdarlığı ilə, Musa peyğəmbərin çoban 
olmasını qarşı-qarşıya qoyur və vəzifənin, mənsəbin 
ziyaya,  aydınlığa  heç  bir  maneçilik  olmadığını  vur-
ğulayır.  Məhəmməd  peyğəmbərin  də  həyatında  ço-
banlıq  və  hökmdarlıq  birləşmişdir.  Sufizmdə  isə  ço-
ban anlayışı bir termin kimi qəbul edilir. Biz Hüseyn 
Cavid yaradıcılığında  da Şeyx Sənanın haqqa gedən 
yolda  çobanlıq  etməsini,  İsa  Muğannanın  "İlan  də-
rəsi" povestində də Saf İnsanın – Süleyman peyğəm-
bərin  şər  qüvvələrdən  gizlənməsi  üçün  çobanlıq  et-
diyinin  şahidi  oluruq.  Bu  məqam  onu  göstərir  ki, 
Nəsimini bilmədən, Cavidi, Cavidi bilmədən İsa Mu-
ğannanı dərk etmək çox çətindir. 
 
*** 
İsa  Muğannanın  "İdeal"  əsərində  qoyulan  "göy-
lərin  yerdəki  vəziyyətdən  narahatlıq  keçirməsi  kon-
                                                 
104
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri 2013 s 543.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
161 
sepsiyası"nın  özündə  bir  fantastika  var.  Düzdür, 
bütün  dini  kitablar  bəşər  övladının  iblisə  uymasını 
Tanrının  qəzəbinə  tuş  gələcəyi  inamı  vurğulanır. 
Humanitar elmi-fantastika janrını yaradan Muğanna 
yerdəki  fəlakətlərdən  Tanrının-İsa  Muğannanın  dili 
ilə desək, Bağ Atanın da xəbəri var və bunları bəzən 
onun özü idarə edir. Müəllif "Cəhənnəm" romanında 
"Yer  indi  Bünyadların  pəncəsi  altında  yanır,  qana 
batır,  suya  batır",  –  deyərək  Tanrının  –  Bağ  Atanın 
bunlardan xəbərdar olduğunu vurğulayır. "İdeal" ro-
manının  qəhrəmanı  Səməd  Əmirlinin  axirətdə  Bün-
yad  bəylə  söhbəti  zamanı  yerdəki  bəlaların  günah-
karının göylərdə olması açıq-açığına deyilir: 
-  İndi  biləcəksən,  ən  böyük  günahkar  insanın 
taleyini  yazan  –  "Yazan"  –  "Yazdan"  –  "EyƏsÜn" 
EyOdƏr"  babamızdı,  ay  bədbəxt  “razvetçik”.  İkinci 
günahkar  Yazanın  yazdığını  Bağ  Atamıza  çatdıran 
BağBağÜn  Babamızdı.  Üçüncü  günahkar  yazılan-
ların əsasında hökm verən Bağ Atamızdı. Dördüncü 
günahkar  hökmləri  icra  edən  EySarımızdı.  Bəndədə 
nə günah var?!”
105
 
OdƏr  övladının,  SafAğ  elmini  mənimsəmiş, 
haqq  dünyasına  yüksəlmiş  birinin  dilindən  verilən 
bu etirafı sanki Hüseyn Cavidin "İblis" əsərinin qəh-
rəmanı Arifin üsyan dolu "İnsanları xəlq etmədə var, 
bəlkə də, hikmət, İblisə nə hacət!? " sualına cavabdır. 
"Peyğəmbərlərə,  qanunlara,  kitablara  uyub  bir 
həqiqət tapa bilməyən Arif demonizm mövqeyindən 
çıxış  edərək  Allahın  işinə  qarışır.  Onun  insanlarla 
                                                 
105
 İsa Muğanna, Cəhənnəm, Bakı: Hədəf nəşrləri. 2013, s 218. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
162 
bərabər dünyada İblisə də yer verməsini artıq bir şey 
hesab  edir.  Yuxarıdakı  son  misrada  Arif  tərəfindən 
söylənilən  fikir  yarandığı  və  Allahı  tanıdığı  gündən 
bütün  zəkalı  insanları  düşündürmüşdür.  İnsanlar 
haqqa-həqiqətə  yetməkdə  iblisi  özlərinə  bir  maneə 
hesab edərək onu daima, yeri gəldi-gəlmədi lənətlə-
mişlər".
106
 
"Arif insanın tökdüyü qanda, törətdiyi fəlakətdə 
əsil  müqəssirin  ünvanını  düzgün  qiymətləndirə  bil-
mir, lənəti ilahi şər qüvvəyə – iblisə yağdırır. İblis də 
həqiqəti göstərmək üçün Arifin qarşısına düşür, onu 
hadisələrdən keçirir və öz təlimini isbat etməyə çalı-
şır:  şər  insanın  mənəvi  dünyasında  pünhan  saxla-
nır!..  Ehtiyac,  istək  və  bunları  pəncəsində  saxlayan 
zaman, ictimai şərait insanı Mələk də edir, İblis də"
107
 
Mövzu,  ideya,  yozumların  mistika  ilə  siyasətin 
vəhdəti  aspektindən  İsa  Muğannanın  "Cəhənnəm" 
romanı  Mixail  Bulgakovun  "Master  və  Marqarita" 
romanını da xatırladır. Digər bir tərəfdən də mövzu 
Hötenin  "Faust",  Hüseyn  Cavidin  "İblis"  əsərlərində 
də  öz  həllini  geniş  tapıb.  Adı  çəkilən  hər  üç  əsərdə 
iblis obrazı demək olar ki, çox oxşardı. Və hər üçün-
də də, iblis dondan dona girərək bəşəriyyətin məhvi-
nə,  həqiqətin  boğulmasına  xidmət  edir.  "Master  və 
Marqarita"  romanında  "Voland  yer  üzünə  cəza  ver-
mək  və  əfv  etmək  üçün  gəlmişdir  və  bilir  ki,  kimi 
nəyə  görə  cəzalandırmaq,  nəyə  görə  əfv  etmək  la-
                                                 
106 Şəmil Sadiq, Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası, Bakı: 
Hədəf Nəşrləri , 2011, s 170. 
107
 İsrafilov H. Azərbaycan dramaturgiyasının inkişaf problemləri. Bakı: Elm, 
1988, s 124 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə