Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə42/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   38   39   40   41   42   43   44   45   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
152 
dəsidir. Əgər bu fəlsəfə “İdeal”la bitmiş olsaydı, on-
da SafAğ yolu İsa Hüseynovun yaradıcılığında keçici 
bir  ovqat,  yaxud  keçid  dövrü  romanı  kimi  qəbul 
etmək  olardı.  Lakin  yazıçının  bundan  sonra  yazdığı 
“Qəbiristan”,  “Cəhənnəm”  "GurÜn"  "İsahəq,  Musa-
həq",  "İlan  dərəsi"  kimi  əsərlərində  “İdeal”-da  təq-
dim  olunan  dünyanın  da  sistemləşdirdiyinin,  dərin-
ləşdirildiyinin  şahidi  olduqdan  sonra  bütün  bunlara 
İsa  Muğanna  dünyası  kimi  baxmaqdan  başqa  yol 
qalmır”.
96
 
Bəşəriyyət  yaradılandan  və  özünü  dərk  yolunu 
tutandan  bu  günə  bir  çox  elmlərin  tədqiqat  obyekti 
insan  və  onun  yaradanı  olmuşdur.  İnsan  kimdir,  o 
niyə  yaradılıb?  Öldükdən  sonra  həyat  varmı?  Tanrı 
necədir?  Hardadır?  Tökülən  qanları  görmürmü?  – 
kimi  suallar  intellektual  səviyyəsindən  asılı  olmaya-
raq,  hər  bir  insanı  zaman-zaman  düşündürmüşdür. 
Bu  düşüncələrlə  əfsanələr,  rəvayətlər,  nağıllar,  das-
tanlar  yaradılmış,  hadisələrə  müxtəlif  yozumlarla 
yanaşılmışdır.  Sonrakı  dövrlərdə  isə  bədii  əsərlərin 
mövzusu olmuşdur. Dantenin "İlahi komediya", Hö-
tenin "Faust", Bayronun "Qabil", Cavidin "İblis", Bul-
qakovun  "Master və Marqarita"  əsərlərini  bədii  ədə-
biyyatın insanın yaradılış sirri yolunda axtarışı hesab 
etmək olar. 
 
*** 
İsa  Muğannanın  "İdeal"dan  sonrakı  yaradıcılığı 
ilə  tanış  olanlar  da,  olmayanlar  da  Muğannanın  nə 
                                                 
96
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu. Bakı: Hədəf Nəşrləri. 2104, s 5. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
153 
demək  istədiyini  düşünür:  doğrudan  da  Muğanna 
"İdeal"  və  onun  işığında  yazılan  "Cəhənnəm", 
"GurÜn",  "Qəbiristanlıq",  "İsahəq,  Musahəq",  "İlan 
dərəsi" kimi əsərləri ilə nə demək istəyirdi? Bu sualın 
cavabını  Hüseyn  Cavidin  "Şeyx  Sənan"  faciəsində 
haqq  aşiqi  Dərvişin  sözləri  ilə  öncədən  də  vermək 
olar: 
Şəriətdən, təriqətdən kənarəm, 
Həqiqət istərəm, yalnız həqiqət! 
Yetər artıq şəriət, ya təriqət. 
Qulaq verməm bən əsla bir xitabə
Pərəstiş eyləməm hiç bir kitabə! 
Əvət, Quran, Zəbur, İncilü Tevrat 
Birər röya bütün əlvahi-aləm
Birər əfsanə, cənnət, ya cəhənnəm.
97
 
İsa  Muğanna  ateist  idimi,  deist  idimi?  İsapərəst 
idimi? Onu sarsıntı keçirən və başına hava gələn bir 
insan hesab edə bilərikmi? O peyğəmbərlik iddiasına 
düşümüşdümü?  O  sahib-zaman  arzusunda  idimi? 
Bütün bu suallar İsa Muğanna yaradıcılığı ilə yaxın-
dan-uzaqdan  əlaqəsi  olan  hamının  ürəyindən  ya 
keçib,  ya  da  keçməkdədir.  Bəziləri  isə  öz  mövqeyi-
ndən  çıxış  edərək  cavabını  verib  və  bu  yaradıcılığa 
ya aşiq olub, ya da xülya adlandıraraq uzaq olmağa 
çalışıb.  İsa  Hüseynovu  "primitiv  təfəkkür  sahibi" 
hesab  edib  Muğannaya  çevrilən  yazıçı  həqiqətən  də 
kim  idi?  Hansı  ilahi  və  ya  qeyri-ilahi  qüvvə  idi  onu 
ətrafındakılardan  fəqli  düşünməyə  vadar  edən?  Ve-
                                                 
97
 Hüseyn Cavid. Seçilmiş əsərləri II cild. “Şeyx Sənan” pyesi. Bakı, elm. 
2007. s. 172
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
154 
rilmiş və təsdiq gözləyən sualların hamısının birmə-
nalı cavabı məncə Muğanna idi. Bəşər övladını bütün 
sirli oyunlardan saflaşdırmaq üçün özünü təhlükəyə 
atan  bir  insan  fədaisi  idi  Muğanna.  Təhrif  insan  de-
yə-deyə  insan  beynini  ləkədən  yumaq  üçün  çalışan 
bir  ədib  idi.  O  "İdeal"dan  sonrakı  bütün  yaradıcılı-
ğında  dinlərin  təhrif  olunduğunu  deyərək  onları 
rədd  etdi.  Amma  peyğəmbərləri  rədd  etmədi. 
Peyğəmbərlərin zamanında da, ondan sonra da mü-
qəddəs  kitablara  edilən  əlavələri  rədd  etdi.  Amma 
yenə də yaradanı, peyğəmbərləri rədd etmədi. Sadə-
cə onlara yeni ad verdi: öz inandığı, insanlığın hiylə-
si ilə ləkələnməmiş saf adlar. Əgər Muğanna yaradı-
cılığına  təqdim  edilmiş  OdƏr  (Od–həqiqət,  Ər–İşıq, 
OdƏr  –  Həqiqət  işığı  deməkdir)  dilinin  ağırlığına 
baxmadan  ideyasına,  məzmununa,  Ünvanlanan  me-
saja diqqət etsək, görərik ki, Muğanna həqiqəti Tanrı 
və onun oğulları konsepsiyası üzərində qurulub. Ka-
mil  insanı  Tanrı  –  Yaradıcının  oğlu  hesab  edib.  Və 
bəşər  övladını  tam  görmək  istəyib.  İsa  Muğannaya 
görə Tanrının oğulları kimlər idi? 
İsa  Muğannaya  görə  Tanrının  dörd  oğlu  var  və 
dünyanın  saflaşdırılması  bu  Tanrı  oğullarına  tapşı-
rılıb:  "İnsanı  insana,  Yer  planetini  kainata  bağlayan  Bağ 
Ata  adlanır.  Təkdir,  lailahəilləllahdır.  Dörd  oğlu  var:  bi-
rincisi Süleyman peyğəmbər, ikinci oğlu Nuh peyğəmbər, 
Üçüncü oğlu İbrahim peyğəmbər, dördüncü oğlu İsa pey-
ğəmbərdir".
98
 
                                                 
98
 İsa Muğanna, İdeal, Bakı Hədəf Nəşrləri, 2013, s 544. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
155 
Müəllifə  görə  bütün  dinlərin  təqdim  etdiyi  kamil 
insanlar  –  peyğəmbərlər  eyni  ruhun  daşıyıcılarıdır. 
Hətta  bəzən  Məhəmməd  peyğəmbərin  ruhunda  İsa 
peyğəmbərin təcəlli etməsi qənaətinə də gəlir. 
Təəssüflər olsun ki, Azərbaycan magik realizmi-
nin  yaradıcısının  simvolikasını  anlamayan,  dərin 
qatlara  enməyi  bacarmayanlar  bəzən  bu  şərti  adlara 
ilişib  qalır  və  əsas  mənadan  uzaqlaşır.  Beləcə,  vahid 
Allah,  vahid  insan,  vahid  din,  vahid  dil  arzusunda 
olan  SafAğ  –  ən  təmiz  adamı  dərk  edə  bilmir.  Mu-
ğannanın insanlara çatdırmaq istədiyi yeganə və əsas 
fikir  Tanrı  birdirsə,  onun  yaratdıqları  da  bir  kök-
dəndir ideyası idi. Hüseyn Cavid bunu "Şeyx Sənan" 
əsərində xristian qızına aşiq olan, dinlərin məngənə-
sində əzilən ədalət aşiqi müsəlman Şeyx Sənana "hə-
qiqəti  özündə  arayıb  bulan"  dərvişin  dilindən  "Din 
bir  olsaydi  yer  üzündə  əgər,  Daha  məsud  olurdu 
cinsi bəşər"
99
 deyir. 
"İdeal"  əsərində  dinlərin  dünyanı  ilahi  ədalətə 
yox, münaqişəyə, düşmənçiliyə sövq etdiyini vurğu-
layır:  "Dəhşətdir  axı,  ay  əmi!  "Allah"-qardaş  kimi!.. 
Dünənəcən,  bu  günəcən  yad  bilirdim  mən  "İsus"u  – 
"İsa"nı.. 
– Yad? Necə yəni "yad?!" Düşün! Dindi sənə yad! 
Dinin yaratdığı əfsanələrdi!"
100
 
Bütün peyğəmbərlərin bir ruhun daşıyıcısı olma-
ları  fikrini  ifadə  edən  Muğanna  bununla  insanlığın 
da qardaşlığını vurğulamaq istəmişdir. Bütün dinləri 
yaradan  peyğəmbərlərin  davamçıları  şöhrət  əsiri  ol-
                                                 
99
 Hüseyn Cavid. Seçilmiş əsərləri II. “Şeyx Sənan” pyesi. Bakı, elm, s 255. 
100
 İsa Muğanna, İdeal, Bakı: Hədəf Nəşrləri 2013 s 551.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə