Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə39/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
140 
duğu  mətləbləri  daha  geniş  şəkildə  aydınlaşdırır. 
“İdeal”  romanında  təhrif  edilmiş  faktların  adını 
çəkir,  əslini  deyəcəklər  və  ya  gizlədilib  deyə  hayqı-
ran  Muğanna  “Qırx  kisə  qızıl”  povestində  “Aşıq 
Qərib”  dastanının  əslini  təqdim  etdiyini  iddia  edir-
disə, bu romanda “Quran”ın heç də Allah kəlməsi ol-
madığını,  onun  batininə  yad  əllərin  dəydiyini  fakt-
larla sübut etməyə çalışdığı üçün onlarla ayəyə şərh 
vermədən seçib təqdim edir və bunu “Allah deməz, 
Allah bu cür düşünə bilməz” deyə fəryad edir. Am-
ma  bu  əsərdə  də  əvvəlkilərdə  olduğu  kimi  Məhəm-
məd  peyğəmbərə  qarşı  simpatiyasını  gizlətmir,  Bağ 
Atanın  4  oğlundan  biri  kimi  BağHəmOd  deyə  təq-
dim edir. Ümumiyyətlə, onu qeyd etməliyik ki, kim-
lərinsə Muğannanı dinsiz, inancsız kimi qəbul etməsi 
və  təqdim  etməsi  böyük  yanlışdır.  Muğanna  Yerin 
idarəçilyinin Bağ Atanın oğlanlarında olması iddiası 
və  bu  oğulların  məhz  müqəddəs  kitabların  təqdim 
etdiyi  peyğəmbər  olması  onun  Mirzə  Cəlil  yolunda 
gedərək Hüseyn Cavid fəlsəfəsindən çıxış etməsinin 
tərənnümüdür. Realizmi romantik və fantastik yolla 
təbliğ etməklə magik realizmin carçısı kimi çıxış edir. 
Allah və Peyğəmbərləri öz yozumu ilə bu cür təqdim 
edir:  “Bu,  ərəbcə  "Allah"  deyilən,  OdƏrcə  Odu  –  həqi-
qəti,  adı  ƏlAğ  olan  "Allah"ımızın  ünü  imiş.  ƏlAğ  tək 
deyil, kainatda ƏlAğlarımız çoxdur. ƏlAğların bir adı da 
Bağdır.  İnsanı insana, bəşəriyyətimizi kainatın OdƏr bə-
şəriyyətinə  bağlayan  Bağlar  həm  də  SafAğ  insan  adla-
nırlar. Kainatda Bağ Atamızın dörd Əli – Oğlu var. Oğul 
OdƏrcə  AğƏldir.  Bağ  Atanın  dörd  oğlundan  –  AğƏlin-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
141 
dən birincisinin adı Ulu Bağ ƏsƏlməndir. OdƏrcə Əs  – 
yarat,  yaradan  deməkdir,  Əl  həm  də  Oğul  və  yaradan 
deməkdir.  ƏsƏlmənə  Yerdəki  təhrif  dillərdə  "Solomon", 
"Süleyman" da deyilir. Bağ Atanın özü kimi Oğlu ƏsƏl-
mən də ƏlAğdır və Bağdır. 
Bağ  Atanın  ikinci  Oğlunun  Odu  –  həqiqəti,  adı, 
rütbəsi SarÜnEydir. Sar OdƏrcə hökmdar deməkdir, Ün, 
dedim, səs deməkdir, Ey – uca deməkdir. Sar ÜnEy – uca 
Ün  hökmdarı  deməkdir.  SarÜnEy  Yerdəki  təhrif  dillərdə 
"Nuh", "Noy" adlanır. 
Bağ  Atanın  üçüncü  Oğlunun  OdƏrcə  Odu  –  həqi-
qəti, rütbəsi, dedim, EvƏrimdir. 
Yerdəki  təhrif  dillərdə  EvƏrimin  adı  "İbrahim"di, 
"Avram"dı.  Biz  Ərəbin  "İslam"  dinini  qəbul  eləyəndən 
sonra EvƏrimə Ərəbcə "İbrahim" deyirik. 
Bağ  Atanın  dördüncü  Oğlunun  Odu  –  həqiqəti,  adı, 
rütbəsi  ƏlAğ  EySardır.  Yerdəki  təhrif  dillərdə  ƏlAğ 
EySara "Allah" EySar – "Allah" uca hökmdar, "İsa" pey-
ğəmbər,  "İsayi  Məsih",  "İisus"  deyilir,  "İsa"  peyğəmbər 
vaxtilə  otuz  yaşı  ilə  otuz  dörd  yaşı  arasında  Yeri  – 
"Kürreyi  ərzi"  gəzib  təhrif  dillərin  hamısını  öyrənə-öyr-
ənə, SafAğ elmi haqqında moizələr oxuya-oxuya millətlərə 
ən  çox  bələd  olan  ƏlAğ  –  "Allah"  olduğuna  görə  Bağ 
Atamız onu Yer üzünün "Allah"ı – ƏlAğı təyin eləyib”.
94
 
Göründüyü  kimi  Süleyman  peyğəmbər,  Nuh  pey-
ğəmbər, İbrahim peyğəmbər və İsa peyğəmbər müx-
təlif dini kitablarda da məhz müqəddəs kimi təqdim 
edilir. 
                                                 
94
 İsa Muğanna, Türfə romanı, Bakı: Hədəf nəşrlər. 2015, s 5. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
142 
Birmənalı  olaraq  Nəsimi  kimi  qanın,  şiddətin, 
radikalizmin  əleyhdarı  olan  Muğanna  bu  əsərdə 
Allahın  dilindən  “Quran”da  səslənən  "Bəqərə"  surə-
sinin 40-cı ayəsində deyilir: "Qorxun məndən". 67-ci ayə-
də deyilir: "Allah sizə əmr  eləyir…" 131-ci ayədə deyilir: 
"İslam ol (təslim ol)". 150-ci ayədə deyilir: "Zalımlardan 
qorxmayın,  məndən  qorxun  ki,  tamamlayım  sizə  nemə-
timi". 154-cü ayədə: "Allah yolunda öldürənlərə "ölülər" 
deməyin,  diridir  onlar,  siz  bunu  duymazsınız".  155-ci 
ayədə: "Sizi mütləq sınağa çəkirik, bir az qorxu, bir az da 
aclıq ilə". 179-cu ayədə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, 
deməli, yaşayırsınız, deməli, qorxursunuz Allahın əzabın-
dan."  189-da:  "O  adam  yaxşıdır  ki,  Allahdan  qorxur, 
Allahdan qorxun ki, qəzəbinə düçar olmayasınız". 194-də: 
"Qorxun Allahdan" tipli fikirlərə etirazını bildirir, bunla-
rı uca Tanrının deyə bilməyəcəyi fikirlər kimi qəbul etdiyi-
ni ehtimal edir”.
95
 
Əsəri  müəllif  özü  povest  janrı  kimi  təqdim  etsə 
də, romanın bütün tələblərinə cavab verdiyi üçün biz 
də  “Türfə”ni  roman  kimi  qəbul  edib  bu  cür  də 
təqdim etdik. Bütün magik romanlardakı mistika və 
gerçəklik  olduğu  kimi  “Türfə”də  də  mistika  və 
gerçəklik  var.  Lakin  bu  mistika  və  gerçəkliklə  bəra-
bər  romana  tarixi  roman  kimi  də  yanaşmaq  müm-
kündür.  Çünki  əsərdə  yetərincə  tarixi  şəxsiyyətlər 
var  və  onların  həyatı  müxtəlif  məqamlarda  izah 
edilir.  Nəqşibəndilik  təriqətinin  XX  əsrdəki  vəziy-
yətini siyasi və məişət məsələləri fonunda təqdimatın 
                                                 
95
 Yenə orda, s 5.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə