Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə38/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
136 
biri  Əsəd  bəydir  ki,  Hacı  Mahmud  Əfəndi  rəhmətə 
getdikdən sonra Ələs  kənd natamam orta məktəbdə 
direktor işləyib, kiçik Mahmud əfəndi isə bir müddət 
Qazax  məscidində  molla  adı  altında  nəqşibəndiliyi 
tədris edib və sonradan xəstələnərək vəfat edib. Tür-
fəni  işlətmək  isə  İsmeyil  əfəndiyə  qalıb.  İsmeyil 
Əfəndi Qazax mahalının sayılıb seçilən müdriklərin-
dən olub. Düzdür, əsər boyu heç bir möcüzəsini gör-
mədiyimiz İsmeyil Əfəndi KQB tərəfindən həbs edi-
ləndən  sonra  təcridxanasının  qapılarını  istədiyi  za-
man açması bir möcüzədir. Lakin İsmeyil Əfəndidən 
bunu  kim  edir  soruşanda  da,  onu  Yerin  sahibi  bilər 
deyərək  yalançı  peyğəmbərlik  iddiasında  olmur  heç 
bir  zaman.  İsmeyil  Əfəndi  Türfəyə  gələn  insanlara 
SafAğ elmindən, bu elmə agah olan Nəsimidən, Yu-
nis  İmrədən,  Seyid  Nigaridən  moizələr  oxuyur,  giz-
lin  və  təhrif  edilmiş  elmin  şifrələrini  açır  camaata. 
Türfənin məsciddən fərqi onda idi ki, burda qətiyyən 
ölülərlə  məşğul  olunmur,  qəbiristanlıqda  olsa  belə. 
İnsanlara elmdən, fəlsəfədən, əxlaqdan dərslər verir, 
müşküllərini  bir  müdrik  kimi  həll  etməyə  çalışır. 
Məhz elə bu səbəbdəndir ki, Astan bəy təhsilini biti-
rib  evlərinə  dönəndə  ilk  olaraq  onunla  görüşür,  nə 
edəcəyi tapşırığını ondan alır, hətta sevdiyi qızı ona 
vermək  istəməyəndə  belə  ilk  olaraq  onun  yanına 
gedir. İsmeyil Əfəndinin Astana tapşırığı bu olur ki, 
məktəbdə müəllim işləsin və Türfənin gələcəyi üçün, 
vərəsənin yaşaması naminə tez-tez ora da gəlməsini 
istəyir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
137 
İsa  Muğannanın  “İdeal”dan  sonrakı  bütün  əsər-
lərində  bu  xətt  davam  etdirilir.  Vərəsinin  ağsaqqalı 
və gənc davamçı... “İdeal” romanında Sultan və Mə-
dəd  Əmirli  ustad  dərslərini  alan  Səməd,  “Cəhən-
nəm” romanındakı mistik obraz Səməd Muğanna ilə 
gənc  Bünyad  bəy,  “Qəbiristan  romanındakı  Səməd 
Əmirlinin oğlu polis geyimli Səmiyə gizlin elmi izah 
edən Pünhan Əmirli obrazı kimi, “Türfə” romanında 
da Astan bəy İsmeyil Əfəndinin nəzarəti və ustadlığı 
ilə  əsərin  qəhrəmanı,  vərəsənin  nümayəndəsi,  İsa 
Muğannanın prototipidir. 
1929-cu  ildə  Qazax  Pedaqoji  Məktəbini  –  Semi-
nariyanı  bitirəndən  sonra  kəndlərinə  dönən  Astanın 
gördükləri  və  yaşadıqları  əsərin  süjet  xəttini  təşkil 
edir. Əsəd müəllimin yanında məktəbdə dərs demə-
yə başlayan Astana camaat “Türfə”yə getdiyinə görə 
birtəhər  baxır,  bəzən  ironiya  ilə  “Molla”  da  deyir. 
Amma  əsərdə  İsmeyil  Əfəndinin  dilindən  dəfələrlə 
eşidirik  Türfə  mollalığı  qəbul  etmir.  Hətta  o  Astana 
deyir ki, oğul, mən istəmirəm, Türfəyə mollalar ayaq 
açsın, Türfəmiz molla düşüncəsi ilə idarə edilsin. 
Astan  elə  ilk  gündən  dərs  dediyi  şagirdlərdən 
Callaya  vurulur.  Qarşılıq  aldıqda  isə  bu  məhəbbət 
daha  güclənir.  Düzdür,  müəllifin  məqsədi  bir  aşiq 
obrazı  yaratmadığından  əsərdə  Astanı  çox  tərəd-
düdlü,  eşqi  yolunda  çox  az  mübarizə  aparan,  hətta 
bir az qorxaq da görürük. Buna baxmayaraq, müəllif 
ara  sıra  əsərdəki  məhəbbət  süjetinə  dönür,  bir-iki 
epizodla mövzunu bağlayır. Hətta Callanın atası Za-
loğlu  onu  qamçılayanda  da  ciddi  bir  etiraz  etmir, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
138 
sanki  taleyi  ilə  barışır.  Və  bir  müddət  sevgilisindən 
uzaq  da  durur.  Qızın  ondan  daha  cəsarətli  olması 
toyunda  belə  elin  qabağına  çıxıb  Astanı  sevdiyini 
etiraf  etməsi,  evi  tərk  edib  Astana  gəlməsində  açıq 
aydın  görünür.  Astan  bir  elm  daşıyıcısı  idi.  Bu  elm 
daşıyıcısını  sanki  bir  qadın,  sevgi  uğruna  qurban 
verməyə  qıymayan  müəllif  sonda  taleyin  axışının, 
reallığın qarşısını ala bilmir. Zaloğlu həm şəxsi qisa-
sını, həm də Sovet ideologiyasının qisasını nəqşibən-
dilik elminin son nümayəndəsini öldürür. Tarixdə də 
görürük  ki,  Nəqşibəndiliyin  bir  çox  nümayəndələri, 
dərvişləri, tərəfdarları 30-cu illər represiyasında tari-
ximizdən silinir. 
Aslan  obrazı  əsərdə  üç  böyük  sarsıntı  xətti  ilə 
yaşayır.  Sevgilisinə  qovuşa  bilmək,  anasının  ona 
xəyanəti və SafAğ elminin üzə çıxardığı tarix. 
Astan  anasını  çox  istəyir.  Ananın  yetim  oğlunu 
böyütdüyü  zaman  çəkdiyi  əzab-əziyyət,  təhsil  ver-
məsi  ananın  oğula  olan  məhəbbətinin  göstəricisidir. 
Lakin Astan biləndə ki, Molla Əhəd gizlincə anası ilə 
görüşür  və  hətta  heç  kimə  demədən  evləniblər  də, 
bunun  ağırlığından  bir  müddət  qurtula  bilmir.  Bu 
süjet  “Tütək  səsi”  əsərini  andırır.  Sadəcə  burda  mə-
sələ bir az başqadır. Molla Əhəd əsərin mənfi obraz-
larından  biridir.  Özünü  Muğanna  nəslinin  nüma-
yəndəsi kimi göstərən Molla Əhədin iç üzünü Sovet 
kəşfiyyatında vəzifə sahibi olan general Məhərrəmov 
açır. 
Molla  Əhəd  tez-tez  Sənəmin,  Astanın  anasının 
evinə  gələrək  meyxana  məclisi  qurur,  oxuyaraq  qa-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
139 
dınları  özündən  keçəcək  hala  gətirir  və  sonda  da 
cəzb  olmuş  Sənəmlə  yatır.  Biz  bu  meyxanə  adətini 
İsmayıl  Şıxlının  “Dəli  Kür”  romanında  daha  geniş 
təsvir edilmiş görürük. 
Astan  bu  cür  məclislərdən  birinin  sonunda  evə 
girir və anasını Molla Əhədin qoynunda görür. Onu 
döyüb  qovmaq  istəyəndə  də  Astanın  zəifliyinin  şa-
hidi  oluruq.  Burda  da  Astanın  çılğın  və  gözü  dön-
müş  bir  oğul  yox,  sanki  daxilində  gerçəkliklə  barı-
şan, amma etiraz etməsi də vacib olan bir insan görü-
rük.  Molla  Əhəd  cibində  bükülmüş  kəbin  kağızını 
Astana  göstərib  qeyri-qanuni  heç  nə  olmadığını  de-
yəndə  Astan  bir  az  sakitləşir.  Əslində,  bu  kəbin  ka-
ğızını  görən  Astan  heç  bir  zaman  onun  Muğan-
nalardan  olduğuna  inanmamalı  idi.  Çünki  Muğan-
nalar Quranın təhrif olunduğunu deyir. Onu GurÜn 
adlandırır,  hətta  əslini  qaytarmaq  üçün  yenidən  tər-
cümə  də  etmişdilər.  İsmeyil  Əfəndinin  Quranı 
“GurÜn” olaraq tərcümə etmişdir. Molla Əhəd sonra 
Astana danışır ki, onun oxuması üçün bütün pulları 
o  göndərib,  o  olmayanda  anasına  dəstək  olub,  ona 
görə ki, o da Muğannadır. Özü gizlənir ki, heç bilmə-
sin.  Halbuki  İsmeyil  Əfəndi  də  ona  Türfədə  üz  ver-
mirdi.  Buna  baxmayaraq  sadəlövh  Astan onu  bağış-
layır  və  onların  evində  qalmasına  belə  razılıq  verir. 
Hətta  barışdıqları  üçün  Şir  Abbasın  Molla  Əhədə 
verdiyi erkəyi də evdə kəsib kabab edirlər. 
“Türfə”  romanının  çap  olunmama  səbəbi 
“Quran”a  münasibət  idi.  İsa  Muğanna  “Türfə” 
romanında  “İdeal”  əsərində  tezislər  şəklində  qoy-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə