Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə40/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
143 
özü  birbaşa  tarixiliklə  müasirliyin  vəhdətini  göstər-
məkdədir. 
 
Mənim məhəbbətim 
 
“Mənim  məhəbbətim”  adlı  əlyazma  İsa  Muğannanın 
masasının  üstündə  olan  son  iki  əlyazmadan  biridir.  Ya-
zılma  tarixini  dəqiq  bilməsək  də,  2013-cü  ilin  son  ayla-
rında  yazıldığını  ehtimal  edirəm.  Çünki  bir  neçə  ay  bun-
dan öncə mənə zəng edərək dedi: "Şəmil bir vərəqdən iba-
rət roman yazmışam. Bu roman bütün əsərlərimin  ideya-
sını özündə birləşdirir". 
Vəfatından  sonra  bu  romanı  gördüm.  Nədənsə 
üstündən xətt çəkilmişdi. Yəqin bu da ustadın özünəməx-
sus yeni variant işləmək 
istəyindən doğmuşdur.
 
 
Məhəmməd  pey-
ğəmbərə – BağhəmOd 
BağÜnEyərə,  Həzrət 
Əliyə,  imamlara,  Ey-
Mənlərə  məhəbbətim 
heç  bir  məhəbbətlə 
müqayisə  oluna  bil-
məz.  Vətənim  Muğan 
düzündən  sürülmüş 
Muğannalara  –  Bağ-
Ünlərə 
məhəbbətim 
heç  bir  məhəbbətlə 
müqayisə  oluna  bil-
məz. 
Muğannalara 
 
İsa Muğannanın Mənim 
məhbbətim adlı son əlyazması 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
144 
məhəbbətim  kamilliyə  doğru  gedən  Yer  –  EyƏr 
bəşəriyyətinə  məhəbbətdir.  Yer  bəşəriyyətinə  mə-
həbbətim  kainatın  planetlərində  yaşayan  nəhəng 
OdƏr  bəşəriyyətinə  məhəbbətdir.  OdƏr  bəşəriy-
yətinə  məhəbbətim  Günəşin  daxilindəki  “Yadro”  – 
EyOdƏr  planetinin  sahibi  EyOdƏr  EyƏsÜn  baba-
mıza məhəbbətdir. OdƏrcə Ey – uca deməkdir, Əs –
yaradan  deməkdir.  EyƏsÜn  –  uca  yaradan  Ün  de-
məkdir. EyƏsÜn babamızın oğlu BağBağÜn babaya, 
BağBağÜn babanın oğlu Bağ Ataya məhəbbətim heç 
bir  məhəbbətlə  müqayisə  oluna  bilməz.  Bağ  Atanın 
birinci  oğlu  Süleyman  peyğəmbərə  -  ƏsƏlmənə, 
“Solomona”  məhəbbətim,  Bağ  Atanın  ikinci  oğlu 
Nuh  peyğəmbərə  -  ÜnEyə  məhəbbətim,  Bağ  Atanın 
üçüncü  oğlu  İbrahim  peyğəmbərə  -  EvƏrimə, 
“Arrama”  məhəbbətim,  Bağ  Atanın  dördüncü  oğlu 
İsa  peyğəmbərə  –  Eysara  ,  "İsayi  məsihə”,  “Yisusa” 
məhəbbətim  heç  bir  məhəbbətlə  müqayisə  oluna 
bilməz.  OdƏrcə  Sar  –  “çar”,  hökmdar  deməkdir. 
EySar  –  uca  hökmdar  deməkdir.  Min  nəfər  Bağın 
SimOd  məclisində  EySar  –  ƏlAğ  seçilib.  Əl  həm  də 
oğul  deməkdir.  Ağ  –  SafAğ  (ən  təmiz)  insan  və 
SafAğ  elmi  deməkdir.  ƏlAğın  ərəbcə  təhrifi  “Allah-
dır”  EySar  ƏlAğa  məhəbbətim  heç  bir  məhəbbətlə 
əvəz  oluna  bilməz.  EySara  məhəbbətim  sənətə 
məhəbbətdir.  Sənətimə  məhəbbətim  Sözə  –  ƏsÜzə 
məhəbbətdir.  Üz  həm  də  məna  deməkdir.  Sözə- 
ƏsÜzə  məhəbbətim  SafAğ  elminə  məhəbbətdir. 
SafAğ  elminə  məhəbbətim  cəmi  Bağlara  məhəb-
bətdir.  Bağ  insanı  insana,  EyƏr  bəşəriyyətini  OdƏr-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
145 
lərinə  bağlayan  Bağ  –  Allah  deməkdir.  Bağlara  mə-
həbbətim  cəmi  kamil  insanlara  ÜnƏslərə  məhəbbət-
dir. Yer üzündə nadir tapılan ÜnƏslərə məhəbbətim 
Heydər babaya – Ulu Öndərə məhəbbətimdir. 
 
"EySar  deyir  ki,  təzə  tsikl  başlayacaqsan.  Birinci 
əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası 
haqda  heç  nə  demir...  Amma  deyir  gözün  açılsın  sonra 
deyəcəm.  Stolumun  üstündə  bir  səhifəlik  yazı  var,  hər 
səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya 
yox.  Bu  səhər  baxdım  gördüm  ki,  oxuya  bilirəm  az-az." 
27.04.2014. 
Bu sözləri son görüşümüzdə – 27 apreldə demiş-
di.  Haqqında  danışılan  romanın  yazıya  köçürülmüş 
bir  parçası.  Romanın  tam  variantı  İsa  Muğanna  ilə 
başqa bir dünyaya getmişdir. 
Bu  yazı  İsa  Muğan-
nanın son əlyazmasıdır. 
 
... 
Deyirlər  güzəştə  get-
mək  müdriklik  əlaməti-
dir.  Mən  bu  fikirlə  ra-
zılaşa  bilmirəm.  O  baxır 
nəyi,  necə  addımları, 
səhvləri,  yanlışlıqları,  ci-
nayətləri  güzəştə  gedir-
sən  –  bağışlayırsan.  Mə-
sələn,  min  bir  hiylə  ilə, 
zorla  sevgilini  əlindən 
 
İsa Muğannanın sonuncu 
yarımçıq əlyazmasıması 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
146 
alan  adamı  necə  bağışlayasan?  Heç  cür,  heç  cür  ba-
ğışlaya bilmirəm, əksinə, intiqam almaq, hətta nəyin 
hesabına  olursa  olsun,  bəlkə,  lap  həbsxanaya  düş-
mək  hesabına,  öldürmək  niyyətindəyəm.  Bu  məq-
sədi, niyyəti həyata keçirmək üçün qarşımda heç bir 
çətinlik  görmürəm.  Çətini  bu  məqsədlə  özümün 
ürəkdən  gələn  məqsədim  olmalı  idi  ki,  o  da  sevgili-
min – Nazəninin məndən gözəlliklə, ağıllı, dərrakəli 
bir  gənclə  –  Əyyubla  qısa  ünsiyyətdən  sonra  dəyiş-
məyə  meyl  göstərdiyini  duyduğum  dəqiqədə  daxi-
limdə  olan  alov  kimi  qaynayan  ehtirasın  oyandığı 
anda baş vermişdi. 
Nərimanov  prospektinin  düz  xətt  boyunca  uza-
nan genişliyindəki təzə çoxmərtəbəli binalardan biri-
nin  mərtəbəsində  çox  alverçilərin  qibtəsinə  səbəb 
olan  ərzaq  malları  ilə  dolu  olan  dükanımı  bağlayıb 
küçəyə – prospektin genişliyinə çıxanda böyrümdən 
qıjıltılı  sürətlə  bir  “Mersedes”  keçdi.  Özü  də  maşını 
kimi qapqara sifətli, amma son dərəcə yaraşıqlı – lap 
ali  simmetrik  gözəl  Əyyubun  məni  vurmaq  qəsdini 
lap aydın hiss etsəm də, buna inanmaq istəmədim. 
 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə