Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə35/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
126 
O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, 
aparıb  verib  ora.  Onlar  da  mənə  deyirlər  ki,  əsərin 
çap  olunacaq.  Nə  vaxt  çap  olunacaq,  bilmirəm.  An-
caq  özlərinin  işçiləri  var  ki,  ədəbiyyatla  maraq-
lanırlar,  elmli  adamlar  kimi  tanınırlar,  onlar  hamısı 
bunu oxuyublar” deməsi Xalq şairi Zəlimxan Yaqub 
demiş,  “sirr  qoxuyan”  kişinin  sirr  qoxuyan  əsərinin 
dəyərini bir daha artırırdı. 
Sonra,  əlbəttə  ki,  həyat  yoldaşı  Firuzə  xanımla, 
qızı  Sevinc  Muğanna  ilə  məsləhətləşdim.  Firuzə  xa-
nımın  sevinclə  qarşılaması  və  bunu  hökmən  etməli 
olduğumuzu  deməsi  ilə  əsəri  oxuculara  təqdim  et-
dik. 
Roman  ətrafında  çoxlu  söz-söhbət  gəzir  indiyə 
qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin 
həssaslığını  nəzərə  almaq  idi.  İntiqam  Qasımzadə 
romanın  üzərində  çap  olunmama  səbəbini  sayğı  ilə 
bu  cür  ifadə  etmişdir:  “Qocaman  yazıçımız  İsa  Mu-
ğannanın bu əsəri redaksiyamızda mübahisə doğurduğuna 
görə,  olduğu  kimi  çap  edib  oxucuların  müzakirəsinə  ver-
məyi  lazım  bildik.  (Azərbaycan  jurnalının  Baş  redaktoru 
İntiqam Qasımzadə
Romanı  oxudum  və  “İdeal”  kimi  bir  roman 
müəllifinin  ikinci  bir  dalğa  yaradacaq  əsəri  hesab 
etdim.  Əzizə  Cəfərzadə  hələ  1978-ci  ildə  “Məşhər” 
romanına yazdığı ön sözdə dediyi kimi “Oxucu özü 
üçün  romanın  səhifələrində  böyük  bir  ziddiyyətlər 
aləmi  kəşf  edəcək,  ictimai  fikir  və  mübarizə  tarixi-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
127 
mizin  ən  gərgin  anları,  görkəmli  şəxsiyyətləri  ilə  ta-
nış olacaq”.
85
 
İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa 
tarixçi,  araşdırmaçı  olması  iddiasına düşməmişdi. 
Ədəbiyyat  nümayəndəsi  isə  öz  fikirlərini  deməkdə 
azad  və  və  sərbəstdir.  Qulu  Ağsəsin  dili  ilə  desək: 
“Muğannanın  SafAğ  və  OdAğÜz  planetlərinə  səfə-
rindən  arxayınam;  o  gedir  və  qayıdır.  Hətta  bəzən 
gündə  2-3  dəfə.  Ancaq  geri  qayıdanda  Muğannanın 
ayaqları  YERƏ  DƏYMİR.  Yəqin  ona  görə  dedikləri 
havadan asılı qalır”.
86
 
Düşüncə inqilabını da, məhz bu cür böyük sənət-
karlar  yaradırlar.  Əminəm  ki,  oxucular  intellektual 
şəkildə ƏsƏrə yanaşacaq və müəllifin subyektiv (dü-
şünürəm  ki,  yazarın  böyüklüyü  məhz  onun  sub-
yektivliyindədir)  fikirlərinə  hörmət  edəcəklər.  İsa 
Muğannanın  dinin  batininə  enməsi,  onu  cahil  “mol-
lalar”ın əlindən alması və SafAğ bir elm kimi təqdim 
etməsi maraqla qarşılanacaqdır. 
 
“Türfə” romanının çap olunması... 
 
2015-ci  il  aprelin  biri  Azərbaycan  ədəbiyyatının 
özünəməxsusluğu  ilə  seçilən  sənətkarı,  magik 
realizm  məktəbinin  yaradıcısı  İsa  Muğannanın  dün-
yasını  dəyişməsinin  bir  ili  tamam  olurdu.  Həmin 
gün  ən  böyük,  ən  yaşlı,  ən  müdrik,  ən  sehrli,  ən  sə-
mimi  dostumdan  ayrılmaq  mənə  çətin  olmuşdu. 
                                                 
85
 İsa Hüseynov, Məhşər, Bakı: Gənclik 1978, s 6. 
86
 İsa Muğanna, Seçilmiş əsərləri VI cild, Bakı: Avrasiya nəşrləri, 2009. s 330.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
128 
Əruz  elmini  mənə  öyrədən  ustadım  Zülfəli  Zülfə-
liyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanış-
lıq  həyatımın  ədəbiyyatına,  fəlsəfəsinə,  gündəminə 
sehrli bir rəng qatmışdı. Bu elə bir sehrli rəng idi ki, 
dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ 
görərdi.  Həm  də  SafAğ  işığı.  Elə  İsa  Muğannanı  da 
mənə  bir  yazıçı  kimi  Zülfəli  müəllim  tanıtmış, 
“İdeal”  əsərini  oxumamışdan  öncə  o  danışmışdı  İsa 
Muğannanın  sehrli  gerçəkliyindən.  Sanki  onunla  bir 
gün tanış olacağımı da bilirdi. 
İsa  Muğannasız  keçirdiyimiz  bir  neçə  il  ərzində 
müxtəlif  səviyyələrdə  yazıçı  haqqında  yazılar  yazıl-
dı,  müzakirələr  edildi.  Muğannadan  danışanlar  ya 
onu  anlamayıb,  sadəcə  böyüklüyünü  etiraf  edə  bil-
dilər,  anlayanlar  da  bu  böyüklüyü  ifadə  edəcək  söz 
və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm 
ki,  Muğanna  yaradıcılığı  üçün  ən  böyük  hadisə 
“Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. 
Onunla tanış olduğum bir neçə il müddətində ən 
az  ayda  bir  dəfə  görüşər,  dərdləşər,  kefin  soruşar, 
yanında  olmağa  çalışardım.  Bütün  bu  məqamlarda 
isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin 
İsa  Muğannanın  gedişindən  sonra  o  evə  getmək 
mənim  üçün  çox  çətin  oldu.  Düzdür,  Firuzə  xanım 
da  sanki  İsa  müəllimin  missiyasını  üzərinə  götür-
müşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəd-
dəs  ocağa  gedib-gəlməyimi  asanlaşdırırdı.  Amma 
hər  dəfə  Firuzə  xanımı  görməyə  gedəndə  sözlərin 
xirtdəyimdə  asılıb  qaldığını,  tıxandığını  hiss  edir-
dim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
129 
gördüyüm  halda,  onun  İsa  Muğanna  üçün  necə  da-
rıxdığının  şahidi  olub  ona  necə  təsəlliedici  nəsə  de-
yərdim?!  60  ildən  çox ömrü  bir  başa  vuran bütövün 
yarısına  necə  dəstək  ola  bilərdim.  Tək  gücüm  din-
məz,  söyləməz,  hər  dəfə  də  gözlərinin  içinə  baxıb 
yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb get-
mək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha 
yeni  nəşrlərə  həvəslə  baxmadığını,  sadəcə  “sağ  ol, 
bala”  deyib  kitabı  kənara  qoymasını,  sonra  da  əlini 
çənəsinə  qoyub  gözünün  görə  bilmədiyi,  beyninin 
isə  çox  uzaqlara  qədər  baxdığı  ənginliklərə  zillən-
diyini hiss edirdim. 
Firuzə  xanım  Əhməd  Cavadın  Şükriyyəsi,  Hü-
seyn  Cavidin  Müşkünazı  kimi  İsa  Muğannanın  Mu-
ğanna  olmasında  sevgi  ilə  fədakarlıq  göstərmişdir. 
İsa  Muğannanın  bəşəri  mübarizəsində  yanında  olan 
bu  böyük  insanın  Muğannaya  olan  sevgisini  bircə 
kəlmə  “İsa”  sözünü  eşidənlər  daha  yaxşı  anlayar, 
məncə. 
60  ildən  çox  bir  zamanda  bir  evi,  bir  açarı,  bir 
işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu 
ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Mu-
ğannanın  Muğanna  olmasında  Firuzə  xanımın  rolu, 
əməyi,  səyi,  səbri  danılmazdır.  Əslində,  bu  say-
dıqlarım  birtərəfli  olmayıb.  Firuzə  xanımın  son  illə-
rin ən böyük arzusu İsa Muğannadan sonra vəfat et-
məsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsa-
dan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq 
edim.  Bu  sözləri  deyəndə,  bəlkə,  Firuzə  xanım  fər-
qində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə