Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə54/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
196 
tədqiqatçısı və hardasa hamisi kimi çıxış edir. Dəyər-
li  elmi  əsəri  olan  “Gizli  Dədə  Qorqud”da  bunun 
bariz nümunəsidir. Amma heç cür anlamaq olmur ki
Beyrəyin  dastandakı  hansı  hərəkəti  və  ya  əməli  bu 
qənaətə  gəlməyə  səbəb  verdi.  İsa  Muğanna  sadəcə 
ad  simvolikası  üzərindən  türk  dünyasının  elmindən 
–  SafAğdan  –  İrfandan  uzaqlaşmasını,  dilini  unu-
daraq milli təfəkkürünə yad olmasını deyirsə, dəyərli 
yazıçımız Kamal Abdulla birbaşa dastanın mətnində 
çox inandırıcı manevrlər edir. 
“Qəbiristan”da  dastandakı  adların  yozumu  ve-
rildikdən  sonra  Səməd  uca  səslə  deyir:  “Türk,  Odər, 
hər  yanda  qəbir  qazılır  sənə!“İrak”  yazdıqları  ƏrAğı 
Asoru “Ərəb”lərinə vermişdilər, ƏrÜz vilayətini “pars”-
lara vermişdilər. Ərim – “Türkiyə” ərazisindən OdƏrləri-
mizin  hamısı  tərik  düşüb  Şimala,  indiki  Türkmənistan, 
Qazağıstan, Özbəkistan ərazilərinə köçmüşdülər. Oralara, 
bilirsən,  Qalam  deyiblər  o  vaxt.  Yəni  xalq  ŞumƏrləri  ilə 
birlikdə  orda  məskunlaşmaq  fikrinə  düşübmüş.  Həmin  o 
vaxtlar  Rimin  qreklatınları  OdEvi  -  “Kiyev”i  tutublar, 
oxumusan, bilirsən ki, xalqımızın o tərəflərdəki seyrək qis-
minə təhrif Skandinaviya dillərində qat-qarışıq “Svitka” - 
“Bibliya”dan dərs keçməyə başlayıblar”.
143
 
Təəssüflər olsun ki, mən bu yazımı dəyərli hoca-
mız  Doç  Dr.  Ali  Erol  beyin  “Yarımçıq  əlyazma” 
haqqında yazdığı geniş məqaləsindəki kimi Abdül-
hak  Şinasi  Hisar’ın,  Romana  Dair  Bazı  Hakikatler  ’e 
yazdığı  ön  sözdəki  “Bütün  romanların  kıymetleri(ni) 
hiçbir  zaman  maksat  ve  gayelerine  göre  değil,  fakat  her 
                                                 
143
 Yenə orda, s 270. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
197 
zaman ancak sanattaki kıymet ve muvakkiyetleri(ne göre) 
ölçmek lazım gelir.” cümləsi ilə bitirə bilməyəcəm.
144
 
Mənə  görə  türk  xalqlarının  qəhrəmanlıq  dastanı 
olaraq,  obrazların  milli  təfəkkürümüzdə  buraxdığı 
izlər, gəncliyin mənfisi ilə, müsbəti ilə örnək götürməsi 
gərəkən  prototiplər  olan  şah  əsərimiz  “Kitabi-Dədə 
Qorqud”  dastanına  nə  ustad  sənətkar  İsa  Muğanna 
kimi  şifrəli,  mistik,  magik  yozumlarla  yanaşıb  qəlbi-
mizə  şübhə  toxumu  salmaq,  nə  də  bu  gün  dünyaca 
məhşur  yeganə  yazıçımız  Kamal  Abdulla  kimi  Dədə 
Qorqud da başda olmaqla, Bayandır xana, Qazan xana, 
Beyrəyə,  Burla  xatuna  qarşı  ikrah  hissi  aşılayacaq  bir 
ideya  ilə  çıxış  etmək  təqdir  ediləndir.  Düzdür,  İsa 
Muğannanın həm “İdeal”ının, həm də “Qəbiristan”ının 
ümumi ideyası türk tarixinin Vatikan, ruslar, farslar tə-
rəfindən  gizlədildiyi  ideyasını  irəli  sürür,  Türkü  dün-
yanın xilaskarı kimi təqdim edir, bu xilaskar mövqenin 
ortaya  çıxması  üçün  türkə  elmli,  bilgili  olmağı  tövsiyə 
edir. Hüseyn Cavidin Turana vacib olan nəsnənin mə-
dəniyyətdə  gördüyü  kimi,  Muğanna  da  elmdə,  SafAğ, 
Tanrı  elmində  görürdü.  Bu  prizmadan  baxanda  har-
dasa onun Dədə Qorquda yanaşması o qədər də nara-
hatlıq doğurmur, lakin “Yarımçıq əlyazma”nın ümumi 
ideyasına  varanda  bir  nəfər  də  olsun  dürüst,  əxlaqlı, 
qəhrəman,  mərd  Oğuz  övladı  görmürük.  Və  bu  gün 
düşdüyümüz  bəlaların  səbəbi  kimi  bizim  elə  məhz  o 
cür, romanın qəhrəmanlarının xarakterində olmağımız 
göstərilir. Bəzi tədqiqatçılar bu romanda tarix axtarma-
ğı, “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisə etməyi 
ədəbiyyata  xas  olmayan  bir  metod  kimi  qələmə  verir-
                                                 
144
  Şinasi  Abdülhak  Hisar,  Romana  Dair  Bazı  Hakikatler,  Roman  Sanatı, 
(Kléber Haedens- Çev: Yaşar Nabi, Varlık, İstanbul: 1961, s 8. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
198 
lər. Lap tutalım ki, elədir. Və dastanın bütün obrazları, 
ideyası,  məzmunu  müəllifin  təxəyyülünün  məhsulu-
dur,  nə  tarixlə,  nə  də  qədim  bir  dastanla  əlaqəsi  var. 
Amma  bunu  danmayaq  ki,  dastan  türk  xalqının  həya-
tındandır. Yenə də sual doğurur, doğrudanmı Oğuzda 
dürüst  bir  kişi,  əxlaqlı  bir  qadın  olmayıb?  “Yarımçıq 
əlyazma”da  bir  işıq  yoxdur,  oxucu  əsəri  bitirəndən 
sonra  özünü  zülmətdə  hiss  edir,  hara  gedəcəyini  bil-
mir. Düşünürük ki, ədəbiyyatın ilk işi millətə, bəşəriy-
yətə  xidmət  etməkdir.  Əgər  ədəbiyyat,  ədəbi  mətn  bir 
xalqın  qutsallarına  postmodern  başlığı  altında  zərbə 
vuracaqsa,  kimliyini  əlindən  alacaqsa,  inancları  yerlə-
yeksan  edəcəksə,  demək  ki,  sadəcə  zərərli  bir  hadisə-
dir!  Doğuracağı  fəsadları  aradan  qaldırmaq  çox  çətin 
olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
199 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
USTADLA  
SÖHBƏTLƏRİMİZDƏN  


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə