Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə62/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
229 
Şəmil  Sadiq:  Müqəddiməni  oxumuşam...  Bəli,  təq-
dim etdiyiniz SafAğ elmi, fəlsəfəsi yeni olduğu üçün 
bəzən izaha ehtiyac olur. Hətta deyərdim ki, mürid-
lərə  –  OdƏrlərə  belə  ehtiyac  var.  Sizin  fəlsəfəni 
duyub,  dərk  edib,  həzm  edib  oxucuya  daha  asan 
dillə çatdırsın. Necə ki, Nəimi fəlsəfəsini xalqa Nəsi-
milər  aşılayırdı.  Əgər  bir  cümlə  ilə  ifadə  etsəm, 
"Cəhənnəm" romanı cəhənnəm alovunu alışdıran va-
sitənin  söz  olduğu  qənaətindədir,  elə  buna  görə  də 
"cəhənnəm əzabı" vicdan əzabı deməkdir. Bu roman 
bir  növ  bütün  dinlərdə  olan  cəhənnəmin  mahiyyəti-
nin  təhrif  olduğunu,  Ərağın-ruhun  sözün  gücü  ilə 
saflaşmasını  təqdim  edir.  Lakin  çox  maraqlıdır  ki, 
sizin konsepsiyanızda qədim misirlilərin dini dünya-
görüşünün də izləri var. Bir çox dinlərdən fərqli ola-
raq,  qədim  misirlilər  düşünürdülər  ki,  insan  öldük-
dən  sonra  onun  ruhu  Ozirisin  rəhbərliyi  ilə  məh-
kəməyə çıxarılacaq və günahsız olduğu təqdirdə Aru 
ilə  –  cənnətlə  mükafatlandırılacaqdır.  Beləcə,  Tanrı 
Ranın gəmisinə mindirilib xoşbəxt bir həyat sürər və 
ya ulduz olarlar. 
Digər tərəfdən də siz, bəlkə də, dünyada yeganə 
yazıçılardansınız  ki,  yazdığınız  altı  əsərin  oxuma 
xronologiyasını  təqdim  edirsiniz.  Elə  mən  həmin 
xronologiya ilə oxumuşam. "İdeal", Məhşər” (Ənşər-
mən  şər”)  “Qəbiristan”  “GurÜn”,  “İsahəq,  Musa-
həq”, “Cəhənnəm” və sonrakı əsərlər... 
İsa  müəllim,  "Cəhənnəm"  romanını  oxuduqda 
Hüseyn Cavidin "İblis", Hötenin "Faust", Bulqakovun 
"Mister və Marqarita" əsərlərini xatırlamamaq olmur. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
230 
Hətta  "Cəhənnəm"in  də  sonluğu  "İblis"  pyesindəki 
İblisin  son  monoloqu  ilə  eyni  ideyanın  daşıyıcısıdır: 
İblis  nədir,  cümlə  xəyanətlərə  bais,  ya  hər  kəsə  xain 
olan  insan  nədir,  İblis.  "Cəhənnəm"də  isə  müəllifin 
dilindən  deyilən  son  cümlələrdən  biri  belədir:  "Cə-
hənnəm  məkanını  tap,  ey  İns...  O  fantastikasız  fan-
tastika sənin özündə deyilmi?" 
İnsan  və  İblis...  "Cəhənnəm"də  nəyi  daha  çox 
qabartmaq istəmisiniz? Daha çox vurğulamaq istədi-
yiniz nədir? Çünki əsərin əvvəlində deyilir ki, cəhən-
nəm varmi? Və Allah bu qədər insanları bu dünyada 
bu  qədər  əzabla  yaşadır  və  hələ  bir  də  o  dünyada 
cəhənnəmi  də  hazırlayıb  ki,  getsin  o  dünyada  da 
əzab  çəksin?  Sonrakı  abzasda  hökmlə  deyirsiniz  ki, 
"cəhənnəm var!" 
 
İsa Muğanna: Bu "Cəhənnəm"i yazanda mən həmişə 
islam  dini  haqqında  fikirləşirdim.  İslam  dininin 
peyğəmbəri  hesab  olunan  Məhəmməd  peyğəmbər 
əslində  SafAğ  elminə  isnad  edir.  İslam  dini  islama 
isnad  edən  təhrif  alimlərin  təhrif  dinidir.  Cənnət-
cəhənnəm  də  elə  şəklə  salınıb  ki,  uydurma  kimi  gö-
rünür.  Nəimidən  soruşurlar  ki,  "cənnət  haradadır?" 
Deyir,  ayağının  altına  bax.  Yəni  yer,  torpaq  özü 
cənnətdir.  Cəhənnəmin  varlığını  insan  öz  bətnində 
axtarmalıdır.  Özünün  xarakterində,  əməllərində, 
gördüyü  işlərdə,  dünyagörüşündə  axtarmalıdır.  Bu-
nun bir tərəfini də fantastikaya bağlamaqla deyirəm 
ki,  həyat  özü,  kainat  özü  fantastikadır.  O  Ayın  cə-
hənnəm adlandırılması da doğrudur, bir tərəfdən də 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
231 
yalandır.  Doğrudur,  ona  görə  ki,  nöqsanlı  insan 
yerdə  öləndən  sonra  bunun  işığı  gedir  Ağa  –  Ay 
planetinə.  Orda  günün  müəyyən  saatlarında  oturur, 
tərpənə  bilmir  yerindən.  Bütün  pis  əməlləri,  həyatı, 
insanlara münasibəti lent kimi gəlib gözünün önün-
dən keçir. Bu, saflaşma prosesidir. Cəhənnəmdə yan-
maq  yalandır.  Saflaşma  prosesi  gedir,  sonra  gəmiyə 
minir,  o  biri  planetlərin  hansında  bunun  qohumları 
var,  gedir  ora.  Əbədiyyətə  qovuşur,  əbədi  yaşayır. 
Bu cənnət-cəhənnəm məsələsi yerdə insanın həyatın-
da böyük rol oynadığına görə mən bunu SafAğ elmi 
nöqteyi  nəzərindən  aydınlaşdırmaq  məqsədilə  yaz-
mışam. Və orda da mənim babamın iştirakı təsadüfi 
deyil. 
 
Şəmil Sadiq: Musa ağanın? 
 
İsa Muğanna: Omar ağanın. 
 
Şəmil Sadiq: Musa Omar ağanın oğludur? 
 
İsa  Muğanna:  Bu  Musa  Omar  ağanın  oğludur.  Ca-
vankən  rəhmətə  gedib.  O  biri  Musa  ƏsƏlməndi  isə 
Süleyman  peyğəmbərdi.  Babamın  babasıdır.  Baba-
mın  atası  Hüseyn  ağadır.  Hüseyn  ağanın  atası  da 
Süleyman  peyğəmbərdir.  Burda  cəhənnəm  həm 
SafAğ elmini, həm də dini tərəfdən cənnət və cəhən-
nəmin  mahiyyətini  açmaq,  insanın  bətnində  cəhən-
nəm  olduğunu  sübuta  yetirmək  məqsədi  güdürəm. 
Ümumiyyətlə,  SafAğ  elminin  hər  əsərində  bir  guşə 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
232 
açılır. Bu bir guşə də cənnət-cəhənnəm söhbətinə gö-
rə yazılıb. 
 
Şəmil  Sadiq:  Burda  belə  bir  hissə  var:  Bünyad  Sə-
məddən  soruşur  ki,  cəhənnəmi  yaratmaqda  günah-
kar  kimdir?  Səməd  deyir  ki,  İndi  biləcəksən,  ən  bö-
yük  günahkar  insanın  taleyini  yazan  –  "Yazan"  – 
"Yazdan"  –"EyƏsÜn"  EyOdƏr"  babamızdır,  ay  bəd-
bəxt  razvetçik.  İkinci  günahkar  Yazanın  yazdığını 
Bağ Atamıza çatdıran BağBağÜn Babamızdır. Üçün-
cü  günahkar  yazılanların  əsasında  hökm  verən  Bağ 
Atamızdır.  Dördüncü  günahkar  hökmləri  icra  edən 
EySarımızdır. Bəndədə nə günah var?!" Hətta bütün 
bunların  Bağ  Atanın  törətdiyini  də  göstərmiş  olur. 
Sizcə,  cəhənnəmin  yaradılmasında  səbəbkar  Bağ 
Atadır?  Və  sonda  yazırsız  ki,  dördüncü  günahkar 
hökmləri  icra  edən  EySardır.  Bu  sualın  bədii  həlli 
oxucuda  suallar  yaradır.  Sualın  cavabını  müəyyən-
ləşdirmək olmur. 
 
İsa  Muğanna:  Səmədin  dünyagörüşü  aydın  oldu-
ğuna görə məlumdur ki, bu ancaq Bünyad bəyin da-
xilini  açmaq  üçün,  suallara  cavab  almaq  üçün  deyi-
lib.  Səmədin  dünyagörüşü  özünün  dediyi  sözlərlə 
tutuşmur. 
 
Şəmil Sadiq: Deməli, bu kinayədir. 
 
İsa  Muğanna:  Səmədin  nöqteyi-nəzərindən  həqiqət 
deyil  bu.  Səmədin  dünyagörüşü  məlumdur.  Səməd 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə