Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
225 
İsa Muğanna ilə son söhbətim... 
 
Vicdan dinin hamısıdır 
 
İsa  Muğanna...  Göylərin  adamı...  Bir  çoxlarının 
"Azərbaycanın  Dostoyevskisi",  "Azərbaycanın  Folk-
neri",  "Çingiz  Aytmatovu"  adlandırdığı  Azərbay-
canın  İsa  Muğannası...  Şəxsiyyəti  ilə  yaradıcılığı 
vəhdətdə  olan,  böyük  olduğu  üçün  heç  bir  zaman 
sadə  görünməkdən  qorxmayan,  İsa  Muğanna  İsa 
Hüseynovu  yaratdığı  əsərləri  ilə  milyonların  sevim-
lisini və onun yanında olan şöhrəti bir kənara qoya-
raq  bəyənməməsi  və  yenidən  yeni  yazıçı  imici, 
yaradıcılıq  yolu,  üslub  yaradaraq  addımlamağı  ba-
caran  iradəli,  cəsarətli  düha...  İsa  Muğanna  çağdaş 
dövrümüzün  az  klassiklərindən  biri  idi  ki,  onun 
haqqında  heç  bir  etiraz,  narazılıq  yox  idi.  Həm 
həmyaşıdları,  həm  də  gənclər  onu  sevir,  zərif  bir 
hörmətlə yanaşırdılar (Bu dahilərə daş atmaqla məş-
hurlaşmaq  arzusunda  olan  cahillərə  aid  deyil).  Bu, 
şəxsiyyətlə  yaradıcılığın  mükəmməl  vəhdətindən 
doğmuşdur.  Çünki  o,  böyük  fikir,  istedadlı  qələm 
sahibi  olduğu  qədər,  həssas  ürəyə,  eqoizmdən  uzaq 
xarakterə malik idi. 
O daima yüksəldi, yüksəldikcə də oxucusunu da 
yüksəkliyə, aliliyə dəvət etdi... 
İki illik ustad-şagird münasibətlərimiz, dostluğu-
muz  onun  yaradıcılığına  olan  hörmətimi  şəxsiyyətə 
olan  məhəbbət  zirvəsinə  qədər  yüksəltdi.  Dostum 
Əli  İbrahimbəylinin  sayəsində  yaranan  tanışlıq  xə-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
226 
yallarımın yazıçısının 7 əsərini nəşr etdirmək, redak-
toru  olmaq  şansını  verdi  mənə.  85  illik  yubileyini 
keçirdik. Demək olar  ki, ayda  bir dəfə evində, onun 
zəngin süfrəsində qonaq olmaq, gecənin bir yarısı da 
olsa, onun mənə, mənim ona zəng edib nəyisə dəqiq-
ləşdirməyimiz bir şərəf, bir qürur hissi idi. 
Təvazökarlıqdan  uzaq  görünsə  də,  deməliyəm 
ki,  İsa  Muğannanın  sağlığında  qədrini  bilənlərdən 
olmağa çox çalışdım. Bacardığım qədər qayğı göstər-
məyə çalışdım. İsa Muğanna kimi – heç kimdən, heç 
kəsdən,  heç  nə  gözləmədən.  Bu,  o  uca  ruhlu  insana 
olan bir oxucu, yazıçı, vətəndaş borcum idi. Bunların 
qarşılığında isə ustaddan bir cümlə öyrənmək, onun 
əlini  sıxmaq  imkanı  qazanmaq  mənə  şərəf  idi.  Nə 
qədər yaşayacağımı bilmirəm, amma bir ömür onun-
la  olan  söhbətlərimiz  və  xatirələrimizdən  danışmaq 
həmişə mənim üçün önəmli və gərəkli olacaq. 
Yeni  kitab  evinin  açılışında  səhər-səhər  zəng 
edib  xeyir-dua  verməsi  və:  "Bu  gün  mənə  iki  sözün 
təhrifsiz  variantını  dedilər,  Nizami  də  (AMEA-nın 
müxbir üzvü Nizami Cəfərovu nəzərdə tuturdu), sən 
də yazıb masanızın üstünə qoyun: fikir və təfəkkür – 
Od və Həqiqət" – deməsi sadəcə fəxarət hissi yaradır. 
Bir  neçə  ay  öncə  qərara  gəlmişdim  ki,  Muğanna 
haqqında "Müstəqillik dövrü Azərbaycan romanı İsa 
Muğanna işığında" və ya "İdeal"dan sonrakı həyat və 
yaradıcılıq" adlı monoqrafiya hazırlayım. Onun elmi 
tərcümeyi-halını  hazırlamaq  və  əsərləri  haqqında 
özünün  açıqlamalarını  da  eşitmək  üçün  razılaşmış-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
227 
dıq  ki,  mən  gəlib  onunla  söhbət  edim  və  səsini  ya-
zım. 
Zəngləşdik.  Martın  27  -sində  bayramlaşmaq  və 
söhbətləşmək  üçün  getdim.  Bu  görüşümüzdə  "Cə-
hənnəm" romanı haqqında danışdıq. Hərdən kənara 
çıxmalar da olurdu. Mən jurnalist kimi yox, tədqiqat-
çı  kimi  getdiyim  üçün  məhz  əsəri  müzakirə  etdik. 
Amma  söhbətimizdən  nə  o  doyurdu,  nə  də  mən. 
Düz  üç  saat.  Həmişə  təngnəfəs  olan  ustad  bu  dəfə 
heç  yorulduğunu  hiss  etdirmirdi.  Heç  Firuzə  xanım 
da "Ay İsa, bəsdi, indi ürəyin dayanacaq" – demirdi. 
Söhbətin  maraqlı  alınmağı  məndə  gələn  dəfəki  söh-
bətimizi  əsərlərinin  üzərində  yox,  həyatdan,  sevgi-
dən,  ümumi  ədəbiyyatdan  qurmaq  arzusu  yaratdı. 
31 mart gecəsi isə səhər İsa müəlimlə görüşmək üçün 
suallar  hazırladım.  Yazdığım  suallardan  ən  yaxşısı 
və özlüyümdə bir tapıntı kimi düşündüyüm sual: "18 
yaşlı  eşqlə  86  yaşlı  eşqin  fərqi  nədir,  eşq  qocala 
bilərmi?" idi. 
1 aprel səhəri isə məni yuxudan İsa Muğannanın 
telefonundan  gələn  zəng  oyatdı.  Saata  baxdım...  8-ə 
işləmişdi,  təəccüblə  telefonu  açdım.  Həmişəki  kimi 
Firuzə  xanım  idi.  Adətən,  Firuzə  xanım  zəng  edər, 
kef-əhval  soruşduqdan  sonra  İsa  müəllimə  verərdi. 
Bu  dəfə  isə  belə  olmadı.  O  ağlayırdı:  "İsa  dünyasını 
dəyişdi..."  Bəli,  dünyasını  dəyişdi.  Əminəm  ki,  Mu-
ğanna dünyasını dəyişməmişdən öncə "Ağ" deyə bil-
di. Və qohumlarının olduğu planetə getdi, saflaşmış 
ruhlarla qovuşdu. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
228 
Artıq  Muğanna  öz  dünyasına  uçdu  getdi...  Am-
ma  bizim  dünyamızı  da  Muğannasız  qoymadı... 
Həm yerdən, həm göydən yazdıqları ilə qəlbləri saf-
laşdırdı, könülləri əbədi fəth etdi, getdi. 
 
P.S.  27  martda  İsa  Muğanna  ilə  olan  söhbə-
timizin  bir  çoxunun  kütləvi  oxucu  üçün  olmadı-
ğından  sadəcə  bir  hissəsini  hazırladım.  Bir  jurna-
list  olmadığımı,  bu  söhbətimizi  bu  formada  mət-
buata  vermək  üçün  etmədiyimi  oxucuların  nəzərə 
almasını xahiş edərdim. Sadəcə apardığım tədqiqat 
üçün  şəxsən  mənə  lazım  olan  məqamlara,  "Cəhən-
nəm" əsərinin təhlilinə yönəlik sualları vermişdim. 
 
Buyurun, söhbətimizin əsas hissəsini  yazıya alıb 
sizlərə təqdim edirəm. 
 
Şəmil  Sadiq:  İsa  müəllim,  "Cəhənnəm"  romanından 
başlayaq.  Mən  bu  əsəri  iki  dəfə  oxudum.  Bir  xeyli 
qeydlərim  var,  əsərdə  həm  təzadlı  fikirlər  var,  həm 
də yeni və maraqlı yozumlar... 
 
İsa  Muğanna:  Sən  de  görüm,  necə  dərk  eləmisən? 
Mən də onun üstündə deyim də... 
 
Şəmil  Sadiq:  "İdeal"ın  son  nəşrinin  ön  sözündə  bir 
fikir yazmışdınız. 
 
İsa Muğanna:  Müqəddiməni oxumadan kitab oxun-
maz! 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə