Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
233 
EySara  inanır,  Bağ  Ataya  inanır,  o  biri  peyğəmbər-
lərə  inanır.  Odər  EyƏsÜn  babamıza  inanır.  Onların 
boynuna bu boyda günahı yıxmaq Səmədin obrazına 
zidd olar (86 yaşlı yazıçının yaddaşına heyran olma-
maq mümkün deyildi. 10-15  il bundan öncə  yazdığı 
əsərə bu qədər bələd olma hər yazıçıya xas olmur. Bu 
sualı  verəndə  açığı  narahat  idim  ki,  mənim  üçün 
aydın olan bir sualı niyə soruşuram. Amma öz dilin-
dən eşitmək üçün bu sualı verdim. Əsərin ideyasına 
zidd  olacaq,  nəyi  isə  unudacaq  heç  bir  fikir  eşitmə-
dim). 
 
Şəmil  Sadiq:  İsa  müəllim,  mən  sizin  ideologiyanıza 
inanan bir oxucu olsam da, Şah İsmayıla, Cumhuriy-
yətə olan münasibətinizi heç vaxt qəbul etməmişəm. 
Amma "İdeal"dan fərqli olaraq, "Cəhənnəm"də sanki 
Şah İsmayıla olan münasibətinizi korrektə etmisiniz. 
Əvvəlki  fikrinizdən  fərqli  bu  əsərdə  Şah  İsmayıl 
Xətayiyə bir simpatiya duyulur. 
 
İsa  Muğanna:  Şəmil,  mənim,  ümumiyyətlə,  SafAğ 
elmində  Şah  İsmayıla  münasibət  ikilidir.  Bunun  ba-
bası  Şeyx  SafAğdır.  O,  Bağdadda  böyüyüb,  orda 
SafAğ  elmi  ilə  məşğul  olub.  Sonra  başlayıblar  bunu 
izləməyə. Bu təhlükə qarşısında qaçıb Ərdəbilə gəlib. 
Burda adını dəyişib. SafAğ əvəzinə adını qoyub Şeyx 
Səfi. Şah İsmayıl  da şeirlərində, yaradıcılığında elmi 
gizlədib. Yanında saxladığı aşıqların şeirlərində elmi 
saxlayıb,  gizlədib.  Sultan  Səlimlə  müharibəyə  hazır-
laşıb. Bu, bir münasibətdir. Səlim islamı qəbul etmiş-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
234 
di.  Türkiyədə  islam  dini  çiçəklənirdi.  Şah  İsmayıl 
islama qarşı idi, indi heç kəsin açmadığı məsələdi bu. 
İslamın  Türkiyədə  kökünü  kəsmək  üçün  Çaldıran 
müharibəsinə  çıxdı.  Bu,  onun  elmi  gizləmək  üçün 
müsbət cəhəti idi. 
 
Şəmil  Sadiq:  İslam  dininə  qarşı  döyüşdü  deyə  bilə-
rik? 
 
İsa  Muğanna:  Çaldıran  müharibəsi  İslam  dininə 
qarşı  idi.  Onu  heç  kəsə  açmayıb.  Aça  bilməzdi. 
Çünki  İslam  dininə  qarşı  idi.  İslamın  belə  mürtəce 
vaxtında  bunu  açmaq  mümkün  deyildi.  Nəsimi  de-
yir  ki,  ənəlhəq  sirrini  faş  elədim  mən.  O,  ÜnƏlAğ 
deyib,  amma  bunu  onun  divanlarından  pozublar. 
Hamısını  ənəlhəq  ediblər.  Onları  da,  SafAğı  tərən-
nüm  edən  şeirlərini  də  dəyişdiriblər.  Dəri  dilini, 
OdƏr  dilini...  Dəri  farscadı,  OdƏr  bizim  dildədir. 
Dərisini  soyublar.  Həm  fiziki  cəhətdən,  həm  də 
divanlarında dərisini soyublar. Şah İsmayıla gəlincə, 
Şah İsmayıl deyir ki, ənəlhəqi gizlədim mən. Onu da 
indiyə  qədər  açmayıblar.  O  şeiri  gizlədiblər.  Çox 
müqtədir alimlərimiz, dəyərli alimlərimiz Nəsiminin 
bu cəhətini gizlədiblər. Daha doğrusu, başları çıxma-
yıb,  deyəsən.  Quluzadə  Mirzəağa  "Nəsimi"  filminin 
məsləhətçisi idi. Mənə sual verdi ki, Nəsiminin port-
retini  necə  yazarsan?  Dedim:  –  "Gözlərinin  qaranlı-
ğında  işıq  qaynayırdı".  Dedi:  –“Doğrudur”.  Nəsimi-
nin ənəlhəq sirrini faş eləmək haqda mən ondan so-
ruşdum.  Dedi  ki,  mən  heç  Nəsiminin  Hələbə  niyə 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
235 
getdiyini  də  bilmirəm.  Niyə  gedib?  Sonradan  mənə 
məlum  oldu  ki,  Hələb  Əlev  şəhəridir.  Eysarın  evi, 
Eysarın fikri. Bu  cəhətdən Şah İsmayılın elmi gizlət-
mək  məqsədinə  də  çatıb,  gizlədibdir.  Özbəkistan, 
Qırğızıstanda  da  bu  elm  yayılmışdı.  İslamın  süqutu 
başlamışdı.  Bağdadda  İxvan  Əs  Səfa  qardaşları  var 
idi və onlar jurnal buraxırdılar. Nizami haqda məqa-
lələr çap edirdilər. 
 
Şəmil Sadiq: Neçənci əsrdə? 
 
İsa  Muğanna:  Nizaminin  vaxtında.  XIV  əsrdə  İslam 
təzədən  yayılıb.  Xəlifə  Ömər  təhrif  Quranın  üzünü 
köçürtdürüb  göndərib  Özbəkistana,  orada  təzədən 
yayılıb.  Türkiyədən  XIII  əsrdə  gəliblər  vətənə,  XIV 
əsrdə  dini  mükəmməl  şəkildə  qəbul  ediblər  və  ca-
maat arasında yayıblar. Amma bir cəhəti də qeyd et-
mək lazımdır ki, niyə bizə qılınc müsəlman deyirlər? 
Çünki  ərəblər  hücum  ediblər  bura.  Bağdad  xəlifəsi-
nin əmri ilə Azərbaycana hücum çəkdilər, dini qəbul 
etdirdilər. Kəndlərə, şəhərlərə dəstə-dəstə ərəb atlıla-
rı girdi. Qılıncı çıxarıb insanların boynuna qoyub de-
yirdi  ki,  kəlmeyi  şəhadəti  de.  Onda  gərək  onlar  de-
yəydi  ki,  "la  ilahə  illallah"  mənim  əqidəmdir.  Allah-
dan  başqa  Allah  yoxdur.  Bir  Allahdır,  nə  doğub,  nə 
törəyib, nə oğlu, nə uşağı var. Belə mistik qüvvə kimi 
Allahı  təqdim  ediblər.  Bağ  Ata  da  unudulub.  Eysar 
olub xaçın Allahı. 
 
Şəmil Sadiq: Vicdan nədir sizin üçün? 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
236 
İsa Muğanna: Nə üçündür bu sual? 
 
Şəmil  Sadiq:  Çünki  burda  tez-tez  vicdan  əzabı  ifa-
dəsi  var.  Cəhənnəmdə  vicdan  əzabı  deyəndə  İsa 
müəllim nəyi nəzərdə tutur? 
 
İsa Muğanna: İnsanın bətnində yaşayan, daimi yaşa-
yan,  ölməyən,  dünyaya  baxışını  idarə  edən  bir  məf-
humdur. 
 
Şəmil  Sadiq:  "Vicdan  dinin  yarısıdır"  deyə  bilərik-
mi? 
 
İsa Muğanna: Vicdan dinin hamısıdır. 
 
Şəmil  Sadiq:  Sizin  "bəy"  sözünə  münasibətiniz,  de-
yəsən, o qədər də yaxşı deyil. Yəni niyə Bünyad yox, 
Bünyad  bəy?  Çünki  əsərdə  Bünyad  bəy  obrazı  şər 
qüvvə  kimi  təqdim  edilir.  Hansı  ki  bu  mənfi  obraz 
milli  düşməndir,  milli  ideologiyanın  düşmənidir. 
Stalinin sağ əlidir. Repressiyaları törədənlərdən biri-
dir. 
 
İsa Muğanna: Müsavat Azərbaycana gələndən sonra 
bəy yaranıb. Bu da oradan qalıb. 1920-ci ilədək Azər-
baycanda  bəy  də,  ağa  da  olub.  1920-ci  ildən  sonra 
Nəriman  (Nərimanov)  hakimiyyəti  alandan  sonra 
ağa, bəy sözü yığışdırılıb. 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə