Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə66/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
245 
İsa Muğanna: Türk dili OdƏr dilidir, amma qarışıq-
dır. Terminlər, dağ, çay, şəhər adları hamısı təhrifdir. 
OdƏr  təsəvvürü  SafAğ  elminin  təbliği  ilə  əlaqədar-
dır.  SafAğ  elmi  tədris  olunacaq,  Bakıda,  Rusiyada, 
Amerikada yayılacaq. 
 
Şəmil  Sadiq:  SafAğ  elminin  ən  yüksək  dövrü  kimi 
XIII-XIV əsrləri götürmək olar? 
 
İsa  Muğanna:  XIV  əsrdə  İslam  inkişaf  edib.  XI,  XII, 
XIII  əsrlərdə  Bağdadda  SafAğ  elmi  hökmran  olub. 
Nəsiminin dövründə çox olub. 
  
Şəmil Sadiq: Siz İbrahimin də elmin təbliği ilə məş-
ğul olduğunu göstərmisiz. 
 
İsa Muğanna: İbrahim qeyri-şüurlu şəkildə idi. Şeyx 
Əzəmin pis əməl sahibi olmağı bunu İslamdan arala-
yıb. İbrahim müsbət adam olub. 
 
Şəmil  Sadiq:  İsa  müəllim,  cəmiyyətdə  bəzi  əsərləri-
nizdən vaz keçdiyiniz barədə fikirlər gəzir. 
 
İsa  Muğanna:  “Bizim  qızlar"dan  tam  imtina  etmi-
şəm.  Son  dərəcə  bəsitdir.  O  biri  povestlərdən  şərti 
imtina etmişəm... Yenidən işləmişəm onları. 
 
Şəmil  Sadiq:  Bu  yaxınlarda  eşitdim  "26-lar"dan  da 
imtina etmisiz. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
246 
İsa  Muğanna:  Yox...  "26-lar"..  Şaumyanın  milliyəti 
yəhudidir.  Mən  dövlət  arxivinə  gedirdim.  Orda 
Şaumyanın 19 metrə çıxışını çəkiblər, göstəriblər mə-
nə. Mən təəccübləndim ki, Şaumyan portretdə ermə-
niyə  oxşamır.  Arxivin  müdiri  gəldi,  soruşdu  ki,  nə 
gördün?  Dedim  ki,  bu,  erməni  deyil,  dedi:  "Afərin! 
Lenin özü də tatar yəhudisidir". 
 
Şəmil  Sadiq:  Yəhudilər  SafAğ  elminin  təqdimatına 
görə düşmənimizdir, ya dostumuz? 
 
İsa  Muğanna:  Onlar  OdƏr  idilər.  Onlara  EvƏrEy 
OdƏrləri deyiblər. Vatikan OdƏrlərə qarşı çıxdı. Va-
tikanın yəhudilərə qarşı təbliğ etdiyi şeydir. EvƏrEy-
lərə qarşıdırlar. EvƏrEy bizim birinci vilayətimizdir. 
Gəmi OdAğÜzdən gələndə ora düşüb ilk dəfə. Xrist-
ianların ƏrEyi ray etməyi təsadüfi deyil. 
 
Şəmil  Sadiq:  Əgər  gözləriniz  sizə  imkan  versə  idi, 
İsa Hüseynov kimi hansı mövzuda əsər yazardınız? 
 
İsa Muğanna: Mən İsa Hüseynova nifrət edirəm. Tə-
fəkkürünün bəsitliyinə görə nifrət edirəm. 
 
Şəmil Sadiq:  Axı İsa  Hüseynovun oxucuları  çoxdur 
və onu sevirlər. Bəzən siz deyəndə ki, mən onları qə-
bul etmirəm, kimlərinsə xətrinə dəyirsiniz... 
 
İsa  Muğanna:  Yox.  Mən  onların  işlənmiş  versiya-
larını qəbul edirəm. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
247 
Firuzə  xanım:  O  vaxt  İsa  yazanda  onun  haqqında 
dedilər ki, o, böyük yazıçı olacaq. Ona deyirdilər ki, 
o, Azərbaycanın Dostoyevskisidir. 
 
İsa  Muğanna:  Sonra  da  "Folkner"  adlandırırdılar. 
Amma  Nizami  məqalə  yazıb,  çox  aydın  izah  edib: 
"Muğanna həqiqəti və ya həqiqətin muğannası". 
 
Şəmil  Sadiq:  Bəs  İsa  Muğanna  kimi  hansı  əsəri  ya-
zardınız? 
 
İsa  Muğanna:  Hələ  çox  dumanlıdır.  EySar  deyir  ki, 
təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük roman-
dır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə 
demir...  Amma  deyir  gözün  açılsın  sonra  deyəcəm. 
Stolumun  üstündə  bir  səhifəlik  yazı  var,  hər  səhər 
gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya 
yox.  Bu  səhər  baxdım  gördüm  ki,  oxuya  bilirəm  az-
az. 
(27.03.2014) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
248 
Tənhalıqdan tənhalığa 
 
Azərbaycan  Xalq  şairi  Zəlimxan  Yaqubu  yan-
var ayında ziyarət etmişdik Elxan Nəcəfovla. Xeyli 
dərdləşdik,  söhbətləşdik.  Ustad  sənətkar  İsa  Mu-
ğanna  haqqında  yazdığım  kitab  üçün  Zəlimxan 
müəllimində  fikirlərinin  maraqlı  olacağını  düşü-
nürdüm. Elə də oldu. Öncədən razılaşdığımız kimi 
söhbətimizi  yazdıq.  Diqqətlə  oxuyandan  sonra 
oxucular  üçün  də  maraqlı  olacağını  düşündüyüm 
üçün  mətnə  köçürüb  bir  hissəsini  sizlərə  təqdim 
edirik... 
 
Şəmil Sadiq: Zəlimxan müəllim, ədəbiyyat tənhalığı 
sevir. Amma ədəbiyyat cəmiyyətə, topluma ünvanla-
nır. 
 
Zəlimxan  Yaqub:  Şübhəsiz,  tənhalıqda  doğulur  və 
cəmiyyətdə öz yerini tapır. Tənhalıqda düşündüyün, 
fikirləşdiyin  düşüncələr,  duyğular  heç  vaxt  ictimai 
yerdə  alına  bilməz.  Hökmən  bir  yerə,  bir  tərəfə 
çəkilməlisən. Saib Təbrizi deyir ki: 
Keçməsə canan ələ, 
Qəm yemə canandır xəyal. 
 
Yəni  şairin  fikri,  xəyalı,  arzusu,  istəyi  tənha-
lıqda hər şey edir. Amma, şübhəsiz, o tənhalığın son 
hədəfi oxucunun ürəyidir – xalqdır, millətdir, oxucu-
dur. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
249 
Şəmil  Sadiq:  Deməli,  sonda  tənhalığa  –  ürəyə  xitab 
edir yenə də... 
 
Zəlimxan  Yaqub:  Bəli,  yenə  tənhalıqdan  tənhalığa 
gedir.  Və  dünya  ədəbiyyatında,  rus  ədəbiyyatında, 
Azərbaycan ədəbiyyatında nə qədər xoşa gələn əsər-
lər  varsa,  onların  hamısı  tənhalıqdan  doğulub.  Am-
ma axırda gəlib millətin sərvətinə çevrilib, xalqı for-
malaşdırıb, milləti formalaşdırıb, əsri, zamanı forma-
laşdırıb, elə-belə şey deyil bunlar. 
 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  maraqlı  məqam 
var, şifahi xalq ədəbiyyatımız, aşıq yaradıcılığı, Azər-
baycan  şeir  təfəkkürü  –  bunlar  daha  çox  tənhalığa 
bağlı  deyil.  Daima  el  arasında,  el  içərisində,  yəni 
məclislərdə. Amma ədəbiyyat da tənhalığı sevir. Bu, 
necə, ziddiyyət təşkil etmir ki? 
 
Zəlimxan Yaqub: Yox, belədir də. Əslində, nə qədər 
bizim  böyük  şəxsiyyətlərimiz  -  Yunus  Əmrələr,  Fü-
zulilər, Nizamilər, və daha kimlər kimlər  – bunların 
hamısı  nə  qədər  şedevr,  böyük  əsərlər  yaradıbsa, 
hamısı  tənhalıqda  yaranıb,  sonra  millətin  malı  olub. 
Ona görə də istər sufizm olsun, istər hürufilik olsun, 
istər müxtəlif cərəyanlar, nə olur-olsun hamısı təklik-
də  yaranır,  gəlir  axırda  millətin  sərvətinə  çevrilir. 
Çünki  istənilən  bir  yazıçını  götür,  o,  hökmən  tənha-
lıqda  yazıb-yaradır.  Sonra  olur  ictimaiyyətin.  Nobel 
mükafatçısı  olan  Çin  və  Yapon  yazıçıları  təbiəti  çox 
gözəl bilirlər. O.Henrinin “Son yarpaq” hekayəsi var. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə