Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə67/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
250 
Min dənə romana dəyər. Nə qədər gözəldir. Bu mə-
nada yazıçıların, şairlərin, yaradıcı adamların hamısı, 
mənə elə gəlir ki, tənhalığa minnətdar olmalıdırlar. 
 
Şəmil  Sadiq:  İsa  Muğanna  da  deyəsən  tənhalığı  se-
virdi. 
 
Zəlimxan  Yaqub:  Çox  sevirdi.  İsa  Muğanna  (hətta 
İsmayl  Şıxlı  ona  “guşənişin”  deyirdi)  tamam  başqa 
bir  aləm,  tamam  başqa  bir  dünya  idi.  Yəni,  oturur-
dun onun süfrəsində  çörək kəsirdin,  çörək yeyirdin. 
(Firuzə  bibi  də  maşallah  5  dəqiqəyə  hər  şeyi  hazır 
edirdi) və ağalıq, bəylik var idi həm kişidə, həm  xa-
nımda. Onların sözü bir-biri ilə tuturdu. Ona görə də 
İsa  müəllim,  “guşənişin”  olmaqla  bərabər  dünyanın 
adamı  idi,  həm  o  dünyanın,  həm  də  bu  dünyanın. 
İkisinin də adamı idi. 
 
Şəmil Sadiq: Sanki Firuzə xanımla bu dünyaya bağlı 
idi, özü isə o dünyanın adamı idi. 
 
Zəlimxan  Yaqub:  Düzdür,  yüz  faiz  sizinlə  şərikəm. 
Firuzə  xanım  İsa  Hüseynova  çox  yaxşı  xidmət  edib. 
Onun ədəbiyyatına, onun elminə, onun mütaliəsinə, 
onun  dünyagörüşünə,  onun  göydən  gələn  səsinə-
ününə  –  hamısına  şərik  olub  o  arvad.  Bilirsən,  şair 
arvadı  olmaq,  yazıçı  arvadı  olmaq  çox  çətin  şeydir. 
Gərək onu bacarasan. Mən onu gördüm, kitablardan 
oxumuşdum,  Cavidin  həyat  yoldaşı  rəhmətlik  Müş-
künaz xanım, Osman Sarıvəllinin həyat yoldaşı, o da 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
251 
ağa qızı idi, bəy qızı idi. Şairin həyat yoldaşının yaxşı 
olmağı  onun  böyük  xoşbəxtliyidir.  O  mənada  İsa 
Hüseynovu da xoşbəxt edən cəhətlərdən biri də o idi 
ki, Firuzə xanım elə bil onun bütün yaradıcılığını əz-
bər bilirdi. 
 
Şəmil  Sadiq:  Belə  deyə  bilərik  da,  “Söylülər  olma-
saydı Moşular dahi olardı”. 
 
Zəlimxan  Yaqub:  Düzdür,  çox  gözəl  fikirdir.  O  qə-
dər  böyük  istedadlar  olub  ki,  hamısını  görmüşəm 
bunların.  Çoxunu  arvadları  məhv  edib.  Qaşıq  niyə 
burdadır?  Boşqab  niyə  ordadır?  Çörək  niyə  burda-
dır? 
 
Şəmil Sadiq: Gecə niyə gec yatırsan... 
 
Zəlimxan  Yaqub:  Hə,  belə  gic-gic  şeylərlə  kişinin 
evini yıxıblar, istedadını öldürüblər, onlar heç bir şey 
olub.  Halbuki  mən  tanıdığım  şairlər  (ad  çəkməyə-
cəm), yazıçılar var idi ki, onları da arvadları bədbəxt 
elədi. Mən Tofiq Bayramla bağlı bir xatirə yazmışam. 
525-də  bu  gün  çıxıb.  Vaxtın  olsa  oxuyarsan.  Arvadı 
ağlayıb  özünü  öldürür  sevindiyindən.  Nə  gözəl  iş 
görüb, deyirəm ki, mən həmişə onunla bir yerdə ol-
muşam.  Gərək  özündən  əvvəlki  nəsli  yüksək  səviy-
yədə  dərk  eləməyi  bacarasan,  qiymətləndirəsən, 
bunları urvatlı saxlayasan ki, özün də urvatlı olasan. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
252 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  Bünyamin  Aksun-
quru, bəlkə, tanıyasız? Türk xalq mahnıları ifaçısıdır. 
TRT  Avazda  veriliş  aparır.  Bu  yaxınlarda  elə  Tofiq 
Bayramdan düşdü söhbət. Deməli, Türkiyənin 1973-
cü  ildə  klassik  musiqi  ilə  məşğul  olan  bir  sənətkarı 
var imiş – Sevda Aydan. 
 
Zəlimxan Yaqub: Hə, var idi. 
 
Şəmil Sadiq: Bu, gəlib Azərbaycana, gələndə ona de-
yirlər ki, bəs ora gedirsən Sovet hökuməti... 
 
Zəlimxan Yaqub:  
Bir cüt qara göz görmüşəm, qaradan qara
Qaranlıq işıq saçır, qaranlıqlara 
 
Şəmil  Sadiq:  Deyəsən  bu  şeirin  hekayəsini  bilirsi-
niz... 
 
Zəlimxan Yaqub: Hə, hə. 
 
Şəmil Sadiq: Bünyamin müəllim bunu mənə ağlaya-
ağlaya danışdı. Çünki bu şeirə onun öz yozumu var-
dı... 
Bir cüt göz gördüm qətrandan qara
Qara gözlər işıq saçır qaranlıqlara. 
 
Deyirdi biz düşünürdük ki, "Sənin bu qara göz-
lərin  var,  biz  də  qaranlıq  dünyadayıq,  Sovet  höku-
mətinin  azərbaycanlılara  verdiyi  zülmdür.  Sənsə  bu 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
253 
zülmətin içində türk qardaşlarının qəlbinə işıq saçır-
san. Bir sözlə ictimai-siyasi şeir... 
 
Zəlimxan Yaqub: Yox, inan ki, tam səmimiyyətlə de-
yirəm  orda  heç  bir  siyasət  yoxdur.  O,  ilhamın  ma-
lıdır,  o  cür  gəlib,  o  cür  yaranıb.  Tofiq  Bayram  onu 
çox böyük sevgi ilə yazıb. O şeir çox gözəl şeirdir. 
 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  İsa  müəllimi  neçə 
ildir tanıyırsınız? 
 
Zəlimxan  Yaqub:  İsa  müəllimi  təxminən  30  ildir 
tanıyıram. Bakıda, bir  yığıncaqda tanış olmuşam İsa 
müəllimlə. Ondan sonra bizim məhəbbətimiz çevril-
di  oldu  ata-oğul  məhəbbəti.  Onunla  danışanda,  elə 
bil,  ananla,  dayınla,  atanla,  babanla,  kənd  adamı  ki-
mi danışırdı. 
 
Şəmil  Sadiq:  Bu  dostluq  mənə  də  qismət  oldu. 
"Oğul”  deyə-deyə  rəhmətlik  hər  dəfə  zəng  vuranda 
“yalla yalla, Şamil”lə başlayırdı. 
 
Zəlimxan  Yaqub:  Onu  Mehdi  Hüseyn  deyirmiş  – 
“yalla” sözünü. 
 
Şəmil  Sadiq:  Maraqlı  xatirələriniz  var  sizin  yəqin, 
onları bizə danışın. 
 
Zəlimxan  Yaqub:  Belədir  də,  İsa  Muğanna  İsa  Hü-
seynov olanda bu söhbətlər yox idi. Bütün söhbətlər 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə