Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
254 
İsa  Muğanna  olandan  sonra  yarandı.  Bu  da  “Muğ” 
nəsli ilə bağlıdır, qədim bir nəsildir, bunların nəslidir 
və  bunlar  “OdƏrlər”,  yəni  türk  dilində  danışanlar-
dır, SafAğ elminin nümayəndələridir. İşıqlı adamlar, 
təmiz adamlar, halal adamlar – bunlar hamısı SafAğ 
elimin  nümayəndələri  idi.  İsa  Hüseynov  həmişə 
mənə deyirdi ki, sən SafAğ elminin nümayəndəsisən. 
 
Şəmil  Sadiq:  Sizin  haqqınızda  yazdığı  məqalədə  də 
bunu qeyd edir. 
 
Zəlimxan Yaqub: Hə, var. 5 məqaləsi var bu haqda. 
İsa Muğanna həddindən çox sirrləri olan, müəmma-
ları  olan,  düyünləri  olan,  açılmaz  boxçası  olan  bir 
yazıçı  idi.  O,  bir  payını  yazdı,  min  payını  özü  ilə  o 
dünyaya  apardı.  Çünki  əsərlərindən  də  görünür, 
Heydər  Əliyevlə  olan  münasibətlərindən  də  görü-
nür,  bu  münasibətlərin  hamısında  sirli-sehrli,  ancaq 
Xudanın bildiyi bir şey var ki, onu ancaq İsa Hüsey-
nov bilirdi. 
 
Şəmil  Sadiq:  Sizin  şeirlərinizlə  böyümüşük  –  bulaq 
kimi axıb gələn, təbiəti andıran şeirlərinizlə hamımız 
tanışıq, mən də arada nəsə yazıram, amma İsa müəl-
limi  oxuduqca  fikirləşirsən  ki,  təxəyyülün  məhsulu 
belə ola bilməz axı. 
 
Zəlimxan Yaqub: Yox, bu, təxəyyül deyil. İsa Hüsey-
novda olan təxəyyül deyildi, məsələn, mən fikirləşir-
dim  ki,  bu  “Yanar  ürəy”i  yazanda  necə  olub  ürəyi 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
255 
parçalanmayıb?  “Kollu  Koxa”nı  yazanda  necə  olub? 
O  Məmiş  Əlləzoğlunu  işləyəndə  bu  obrazı  necə  ya-
radıb? Səməd Əmirli və s. bu obrazları necə yaradıb? 
“Məhşər”  –  deyirsən  bu  əsəri  yazanda  necə  olur  bu 
əsərdə  məhşər  qopmayıb?  Yəni  o  qədər  güclü  əsər-
lərdir  ki,  bunları  təhlil  etmək  insan  gücündən  xaric-
dir. 
 
Şəmil  Sadiq:  Doğurdan,  çox  çətindir.  Məsələn,  mən 
“GurÜn”ü  oxuyuram,  hal-hazırda  onun  üstündə 
işləyirəm,  deməli,  bir  cümlə  yazıram,  10  dənə  kitab 
oxuyuram, bir cümlə yazıram 5-6 materiala baxıram. 
Niyə?  Çünki  bir  də  baxırsan  gedir  Misir  mifologi-
yasına, bir də baxırsan gəlir əxiliyə. Nəsimi, Nizami 
fəlsəfəsi və s. O qədər intellektualdır ki... 
 
Zəlimxan  Yaqub:  Bilirsən,  ömrüm-günüm,  İsa  Mu-
ğannanın mütaliəsi heç bir yazıçıda ifadə olunmayıb. 
Eyni zamanda onun müşahidələri çox güclü idi. Bax, 
gedir çıxır, tutaq ki, Muğanlı kəndinə. Şahlıq dövrü-
nün bir qarış torpağını elə təsvir edir ki, elə bilirsən 
bu  saat  həmin  torpağın  yanındadır.  Həm  müşahidə 
güclüdür,  həm  mütaliə.  Amma  həm  müşahidədən, 
həm  də  mütaliədən  əlavə,  onun  “Ün”ü,  onun  səsi 
hər şeyi həll edirdi ki, o Azərbaycanda ancaq İsa Hü-
seynova gəlib, o “Ün” də, o səs də. Çünki hamıya Ün 
gəlir, amma hamı onu eşitmir, hamıya səs gəlir, hamı 
o səsi eşitmir. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
256 
Şəmil  Sadiq:  Ya  da  düzgün  yararlana  bilmir  o  səs-
dən. 
 
Zəlimxan Yaqub: Məsələn, mən Almaniyada olanda 
o səsləri, o Ünü eşidirdim. 25 gün mən ancaq İsa Hü-
seynovu  oxudum,  “İdeal”a  təzədən  baxdım,  o  biri 
əsərlərə də. Və bu yazı da 2-3 günün içərisində yazı-
lıb. Birdən qələmi götürdüm gördüm gedir, başladım 
yazmağa.  Yəni  bunun  özü  də  ündür,  bunun  özü  də 
səsdir.  Hardansa  gəlir,  yoxsa  mütaliə  ilə,  müşahidə 
ilə olan şeylər deyil bunlar. Amma onu hamımız bili-
rik  ki,  İsa  Hüseynovun  mütaliəsi  çox  qeyri-adi  bir 
mütaliə idi. 
 
Şəmil  Sadiq:  Hə,  danışırdı  ki,  Rusiyada  olanda 
səhərə  qədər  kitabxanalarda  işləyərdi.  Firuzə  xanım 
həmişə  danışanda  ki,  gecəyə  kimi  işləyirdi,  bir  də 
görürdün səhər açılırdı. 
Maraqlı  bir  məqam  var  İsa  müəllimin  yaradı-
cılığında. Bəşəri yazıçı, bəşəri şair anlayışı var. Bəzi-
ləri  bəşəri  şair  və  yazıçı  deyəndə,  sanki  şair  və  ya 
yazıçının  əsərinin  və  ya  obrazının  biri  Azərbaycan, 
biri Türkiyə, biri Amerika, biri nə bilim Yaponiyadan 
bəhs etməlidir ki, bu bəşəri olsun. 
 
Zəlimxan Yaqub: Elə deyil. 
 
Şəmil  Sadiq:  İsa  müəllim,  bir  regiondan  yazıb,  de-
mək olar ki, obrazların hamısı Tovuz, Ağstafa, Qazax 
rayonundandır təqribən... 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
257 
Zəlimxan Yaqub: Sənə bir şey deyim, o çox ciddi bir 
söhbətdir. Mehdi Hüseyn deyir ki, “sən nə çox atan-
dan  yazırsan?”,  İsa  müəllim  deyir  ki,  “mən  atamı 
yaxşı tanıyıram”. İsa Hüseynovun böyüklüyü orasın-
dadır ki, atasını, əmisini, dayısını, babasını, ulu baba-
sını, keçmişini, əslini – hamısını tanıdı, onların hamı-
sını kitablara çevirdi. İndi gör nə olur. Adam dəhşətə 
gəlir, o, Nizamidən danışanda adam dəhşətə gəlirdi, 
heç kəsdə Nizami o cür açılmır. 
 
Şəmil  Sadiq:  Nizamiyə  indiyə  qədər  o  cür  yanaşıl-
mamışdı.  Nizaminin  Əxiliklə  bağlı  fəlsəfəsindən 
Bertelsdə
  bir-iki  cümlə  var  deyəsən.  Amma  İsa 
müəllim  Ağ  şeyxlərin,  Eldəgizlər  dövlətinin  inkişafı 
ilə  bağlı,  Həsən  Səbbaha  fərqli  yanaşması,  tapınaq 
şovaliyələri ilə bağlı fikirləri çox maraqlıdır. 
 
Şəmil  Sadiq:  İsa  müəllim  deyir  ki,  dünyanı  elm 
qurtaracaq və bu “SafAğ” elmini mənimsəmək sizin 
dünyanızı  –  “OdƏr”i  dünyaya  tanıdacaq.  Hüseyn 
Caviddə də var: Turana qılıncdan yalnız ulu qüvvət, 
mədəniyyət,  mədəniyyət  –  çox  belə  oxşar  cəhətlər 
var.  Bəs  siz  necə,  oxuyanda  bir  yaxınlıq  görmüsü-
nüzmü Cavidlə İsa Muğannada? 
 
Zəlimxan  Yaqub:  Əslində,  Cavid  əfəndinin  təfək-
kürü, dünyagörüşü, mütaliəsi, türk dünyasından da-
nışdığı, türk yurdunun gücü elə İsa Hüseynovda da 
var  idi.  Onlar,  hardasa  birləşirlər.  Ruhda  birləşir, 
nəfəsdə  birləşir,  təfəkkürdə,  idrakda  birləşir.  Bunla-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə