Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
262 
Elxan Nəcəfov: Çox çətin əsərdir, çox. 
 
Zəlimxan Yaqub: Dəhşət əsərdir, bir qırıq əsərdir, on 
dənə  romandır.  Bünyad  bəyin  obrazında  hər  şeyi 
açıb,  cənnəti  də,  cəhənnəmi  də  bu  dünyasında,  o 
dünyasında açıb, şeytanı da, iblisi də... 
 
Elxan Nəcəfov: Bu əsərdə müasirlik daha çoxdur. 
 
Şəmil  Sadiq:  Elə  janr  baxımından  postmodernist 
ədəbiyyatın  ən  yaxşı  nümunələrindən  biridir,  çünki 
zaman  və  məkan  anlayışı  da  yoxdur.  Bir  baxırsan 
real həyatdan danışır, bir də görürsən getmisən göy-
dəsən.  Mən  məqalənin  adını  belə  qoymuşdum:  “İsa 
Muğannanın  cənnət  kimi  cəhənnəm  modeli”.  Çünki 
cəhənnəmin  içərisində  verdiyi  qadına  münasibəti... 
İsa  müəllimdə  bəşəri  ideyalar,  din,  millət,  fəlsəfə 
axtarışında oluruq, amma alt qatında bir şey var, xə-
yanət  deməyək,  qadın-kişi  münasibətinə  fərqli  ya-
naşması var. 
 
Zəlimxan  Yaqub:  O,  dünya  ədəbiyyatında  yazılan 
şeylərdir.  Dünya  ədəbiyyatında  da  var,  bizə  də  İsa 
müəllim  onu  gətirdi  və  düz  elədi.  Elə  hallar  həmişə 
olur. 
 
Şəmil  Sadiq:  Həyatın  qanunudur,  qaçmaq  olmur. 
Zəlimxan müəllim, İsa müəllimin dinə – İslama mü-
nasibəti necə idi, sizcə? 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
263 
Zəlimxan  Yaqub:  Onun  İslama  münasibəti  adamı 
heyrətə salırdı. Adamı çaşdırırdı, adamı dolaşdırırdı. 
Çünki  Məhəmməd  peyğəmbərə  münasibəti  ayrı  idi, 
Qurana  münasibəti  ayrı  idi,  Allaha  da  ayrı  idi. 
Allaha  “ƏlAğ”  deyirdi  həmişə.  Və  Azərbaycan  ədə-
biyyatında  İsa  Muğanna  yeganə  adam  idi  ki,  4  mü-
qəddəs  kitabın  dördünə  də  şübhə  ilə  yanaşırdı.  Və 
şübhələrini  də  əsaslandırırdı  –  mən  niyə  buna  belə 
baxıram,  niyə  belə  deyirəm,  niyə  belə  yazıram,  niyə 
belə  düşünürəm?!  Bunların  hamısı  möcüzə  idi.  Mən 
dəhşətə  gəlirdim  o,  “Quran”la  bağlı  şeylər  danışan-
da. 
 
Şəmil  Sadiq:  “Türfə”ni  oxumusunuzmu?  Son  əsəri-
dir. 
 
Zəlimxan Yaqub: Yox. 
 
Şəmil Sadiq: Sizə bir şad xəbər deyim, çapa hazırla-
yıram. 
 
Zəlimxan  Yaqub:  Çox  yaxşı.  "Türfə"di,  yoxsa 
"Türbə"di? 
 
Şəmil  Sadiq:  "Türfə"di,  amma  çox  maraqlı  ya-
naşması  var,  Türfənin  mənası  gözəl  deməkdir.  Am-
ma İsa müəllim Türfəni ibadətgah kimi verib. Nəqşi-
bəndiliyin  nümayəndələri  ora  yığışır.  Balaca  bir  ki-
tabdır,  öz  dünyagörüşü  ilə  cəmiyyətdə  bir  çox  şey-
lərin izahını verir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
264 
Zəlimxan Yaqub: Oxuyarıq Allah qoysa. 
 
Şəmil  Sadiq:  “İdeal”da  cümlə-cümlə,  o  birilərdə 
xırda-xırda verdiklərini toplu şəkildə bu kitabda açıb 
qoyub. 
 
Zəlimxan Yaqub: Maraqlı bilirsən nədir? İsa Hüsey-
nov yeganə adam idi ki, 80 yaşında işlədiyi enerji ilə 
20 yaşında da  işləmişdi. 80-85-də də çox sağlam  idi, 
ayıq idi. 
 
Şəmil Sadiq: Sizlə İsa müəllimi bağlayan yəqin ki bir 
də sazdır. 
 
Zəlimxan  Yaqub:  Şübhəsiz,  elə  1-ci  sazdır.  O,  məni 
çağırdı  getdim  evlərinə  (bu  söhbətin  20  ildən  çox 
tarixi var), bir neçə hava dedi, çal dedi bunları, mən 
çaldıqca  o  əliylə  başını  tutub  deyirdi  “Allah,  bu 
nədir”, sonra özü aldı çaldı (şəkillərimiz var saz ilə), 
izah  elədi.  Bütün  böyük  ustadların  hamısının  sazını 
mən  çalmışam,  amma  İsa  Hüseynovun  sazını  çalan-
da mən dəli olurdum. Bu nədir? Nə deyir bu? Bu nə 
səsdir?  Bu  nə  kökdür?  Bu  nə  simdir?  Saz  özü  də 
dəhşətli bir şey idi. Özdə sazı çaldıqca elə bil səs  elə 
sazdan gəlirdi. 
 
Şəmil Sadiq: Axırıncı müsahibəniz var idi, Nigar xa-
nımla (Kaspi qəzetində), deyəsən, demişdiniz saz kü-
süb məndən, ya əksinə siz sazdan küsmüsünüz? 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
265 
Zəlimxan Yaqub: Yox, ikimiz də bir-birimizdən küs-
müşük. 
 
Şəmil  Sadiq:  İsa  müəllim  də  deyirdi  ki,  küsmüşəm, 
amma bir gün çalacam! 
 
Zəlimxan Yaqub: Bilirsən, İsa Hüseynovun böyüklü-
yü nədə idi? O, həmsöhbət olduğu adamın səviyyəsi-
ni  yoxlayırdı,  sonra  danışırdı.  Görürdü  ki,  kimsə 
səviyyəsizdir,  iki  kəlimə  söz  deyib  başını  buraxırdı. 
Onunla  həmsöhbət  olmurdu.  Amma  biz  otururduq 
saatlarla  danışırdıq,  hər  şeydən  danışırdıq  –  otdan, 
güldən, çiçəkdən, aydan, ulduzdan, yerdən, göydən, 
planetdən,  insandan,  kosmik  gəmilərdən  –  Allahın 
yaratdığı, insanın yaratdığı nə varsa hər şeydən. Am-
ma çox maraqlı,  çox gözəl danışırdıq. Məsələn, mən 
Hüseyn  Arifi  əzbər  bilirəm,  Hüseyn  Ariflə  5  dəqiqə 
söhbət edəndə bilirdin ki, böyük şairdir, həm də özü-
nün böyük şair olduğunu dərk edirdi. Amma şairlər 
var  ki,  on  saat  söhbət  elə  bir  kəlimə  də  heç  nə  qan-
maq olmur. İsa Muğanna da belə adam idi. Onda elə 
bir  çöhrə,  elə  bir  görünüş,  elə  bir  oturuş-duruş,  lap 
çörək yeməyin  özünə  qədər  qeyri-adi  idi,  çox  qeyri-
adi  idi.  Və  mən  ondan  çox  şeylər  öyrəndim.  Çox 
şeylər  götürdüm.  Bir  də  görürdün  zəng  edir,  mən 
çox  zəng  edirdim,  o  hərdənbir  –  ayda  bir  dəfə,  iki 
ayda bir dəfə: “Ağa, nə var nə yox? Deyirdim sağ ol, 
qağa, sən nətərsən? Deyirdi yaxşıyam, fikrimdən sən 
keçirdin, sənlə bağlı filan yazını işləyirəm. Deyirdim 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə