Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə73/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   69   70   71   72   73   74   75   76   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
274 
sən dillənirsən, nə dindirən var. 
sən bir kimsəni isindirirsən
Nə səni bir dəfə isindirən var. 
Yetimlik, yalqızlıq, tənhalıq, təklik, 
Qəmli könüllərin sirdaşlarıdır. 
Dünyada nə qədər duzlu su varsa
Tək olan kəslərin göz yaşlarıdır. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
275 
İsasız Firuzə Muğanna ilə söhbət 
 
İsa  Muğannanın  ocağı  ...  Senet.az-ın  təsisçisi  və 
müəllimim  Şəmil  Sadiqlə  birlikdə  bu  ocağın  qonağı  idik. 
Məqsədimiz  də  Firuzə  xanımın  İsa  Muğanna  haqqındakı 
xatirələrini  yığıb  bütöv  bir  kitab  kimi  çap  etdirməkdir. 
Evin qəribə, insanı rahatladan ab-havası vardı. Çox nara-
hat, tez həyəcanlanan bir adam olsam da qəribədir, bu evdə 
o hisslər mənə yad oldu. Bizi İsa müəllimin qızı – Sevinc 
xanım  qarşıladı.  Simasında  sevinclə  kədərin  qarışığından 
bir ifadə sezilirdi. İsa Muğnannanın xanımı Firuzə xanım 
otaqda bizi gözləyirdi. Adımı öyrəndiyində dedi ki, nəvəsi-
nin də adı Səmadır. Bunu eşidcək ürəyimdən uşaq şıltaqlı-
ğı  ilə  sevinmək  keçdi.  Onun  dediyinə  görə  Səma  da  yaşı-
nın  az  olmasına  baxmayaraq  yazılar  yazır...  Demək  yeni 
bir yazıçı yetişir. Buna sevindim. Söhbətə başladıq. Söhbə-
timizdəki  hadisələr  qırıq-qırıq,  rabitəsiz  olsa  da,  olduğu 
kimi təqdim etməyə çalışacam, çünki bu İsa Muğanna ilə 
bağlı xatirələrdir. Qırıq və rabitəsiz olsa da dəyərlidir... 
 
*** 
İsa  Mustafa  oğlu  Hüseynov  (Muğanna)  1928-ci 
ildə  Ağstafa  rayonunun  Muğanlı  kəndində  müəllim 
ailəsində  dünyaya  gəlib.  Atası  Mustafa  məktəb  di-
rektoru,  anası  Xədicə  isə  tibb  bacısı  idi.  Mən  isə 
Qazaxda  yaşamışam.  İsa  tətillərdə  bizə  gələrdi.  Çox 
dəcəl uşaq idi. Çəkinirdi məndən. Mən çox sakit qız 
idim.  O  qədər  sakit  idim  ki,  məndən  bir  söz  qopar-
maq  üçün  kəlbətin  lazım  idi.  Ancaq  məktəbdə  əla 
oxuyurdum. Elə məktəbi də əla qiymətlərlə bitirdim. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
276 
İsa  orta  məktəbi  məndən  bir  il  əvvəl  bitirmişdi.  O, 
Tibb  Universitetinə  imtahan  verib  qəbul  olmuşdu. 
Mən də həmin universitetə daxil oldum. İsa II kursda 
oxuyanda dedi ki, oxumaq  istəmirəm, həvəsim yox-
dur. Anası ona nə qədər dil tökdü, İsanı  qərarından 
uzaqlaşdıra  bilmədi.  İsa  dedi  ki,  heç  kəs  mənə  yal-
varmasın,  mən  oxumuram,  mən  yazacam.  O  Tibb 
Universitetindən  çıxanda  dedim  ki,  yaxşı  oldu  ki, 
getdi, bir yerdə oxumadıq... 
 
*** 
Bu  vaxt  Firuzə  xanımın  yadına  uşaqlığından  ma-
raqlı bir hadisə düşdü... 
 
...Uşaq vaxtı İsa bir dəfə bazardan iki balıq alıb 
gətirmişdi.  Anama  dedi  ki,  balıqları  saxlamaq  üçün 
bir  qab  versin.  İsa  həmin  qabda  balıqları  saxladı. 
Ancaq  balıqların  ömrü  çox  da  uzun  olmadı.  Anam 
balıqların  qoxusundan  şikayətlənirdi.  Bacım  Gülarə 
dedi ki, darıxma, onun balıqlarına mən divan tutum, 
o  da  baxsın.  Balıqların  başlarını  kəsdi,  amma  onları 
qızartmağa cəhd etmədi. İsa gəlib gördü ki, qab qana 
bulaşıb.  Bildi  ki,  balıqları  Gülarə  kəsib.  Gülarə  isə 
evdən qaçıb gizləndi. İsa dedi ki, balıqları bişir, am-
ma canı çıxsa da, bundan bir tikə də ona yeməyə ver-
məyəcəm. (gülür-red) 
 
*** 
Müharibə  illəri  çox  çətin  illər  idi.  İsanın  atası 
Berlində  idi.  Ordan  çoxlu  pal-paltar  göndərmişdi. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
277 
Xalam (İsanın anası) ən yaxşılarını mənim üçün seç-
di, dedi ki, al bunları, sən institutda oxuyursan. Mə-
nim  heç  yadımdan  çıxmaz  ki,  ayaqqabı  almağa  pu-
lum  yox  idi.  Qışı  yay  ayaqqabısı  ilə  keçirtməli  ol-
dum. O vaxt Bakıda bərk qar yağmışdı. Corabı corab 
üstündən  geyinirdim.  Hər  şey  indiki  kimi  deyildi. 
Çox çətin vaxtlar idi... 
Aradabir sükut yaranırdı... Firuzə xanım danışdıqca 
sanki yaddaşındakı kitabın səhifəsini biz də onunla bərabər 
vərəqləyirdik. Hər fasilədə otağın sol küncündəki İsa Mu-
ğannanın portreti gözümə dəyirdi. Sanki indi o da bizimlə 
bax  bu  otaqda  ötüb-keçənləri  xatırlayır,  sakitcə  dinləyir-
di... 
 
*** 
Səhər  saat  5-də  durub  “kartoçka”  (kitabça)  ilə 
400 qr çörək alırdıq. Həmin qarlı qış günündə yataq-
xanadakı oğlanlarımız dedi ki, qızlar getməsin, “kar-
toçka”ları  verin  bizə  biz  gedək  alaq.  Semaşkonun 
(İndiki 1 saylı Şəhər Klinik xəstəxana) yanındakı ma-
ğazadan  alıb  gətirdilər.  Müharibə  illərində  kartof, 
düyü tapılmazdı. Anam yaydan əriştə kəsərdi... 
 
*** 
İsa  universitetə  daxil  oldu  (Bakı  Dövlət  Uni-
versiteti – red) Filologiya fakültəsinə. Universiteti əla 
qiymətlərlə  bitirdi.  Mehdi  Hüseyn  (  o  zaman  Yazı-
çılar İttifaqının katibi idi) İsaya dedi ki, “Sən çox qa-
biliyyətli  oğlansan.  Gəl  səni  Moskvaya  oxumağa 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
278 
göndərək.  Mehdi  Hüseynə  “Mehdi  qağa  “  deyirdik. 
İsa dedi ki, Mehdi qağa, mən rus dilini bilmirəm. 
Mehdi dedi: “Öyrənəcəksən. Balaca kitablardan 
al, oxu”. Həqiqətən də rus dilini öyrənə bildi. Amma 
atası,  onu  həmin  il  Moskvaya  getməyə  qoymadı. 
Dedi: “Ailə qur, sonra get Moskvaya.” Həmin il ailə 
qurduq.  İsa  sonra  Moskvaya  getdi  (Maksim  Qorki 
adına  Ədəbiyyat  İnstitutuna  daxil  oldu  –
 
red). 
Burdan  təyyarə  ilə  Moskvaya  getmək  üçün  Həştər-
xana,  ordan  Stalinqrada  getmək  lazım  idi.  Stalinq-
raddan da Moskvaya... Sonra İsaya teleqram göndər-
dim ki, Moskvaya gəlmək istəyirəm, Ağstafada qala 
bilmirəm.  İsa  razılığını  verdi.  Qaynatam  məni  yola 
saldı.  Moskva  hava  limanına  çatdım.  İsa  məni  hava 
limanında  gözləyirdi.  Yanında  da  bir  kök  oğlan  var 
idi.  İsa  dedi  ki,  tanış  ol,  bu  Nəbi  Xəzridir,  mənim 
dostumdur. Ev də kirayələmişəm. Qladkovun evidi”. 
Ev dağın başında idi, ayağından çay axırdı. Bu 
ev  Qladkovun  bağ  evi  idi.  Smirnovla  qonşu  idik. 
Smirnov çox varlı adam idi. Kənarda inək, qoyun, at 
saxlayırdı.  Günorta  gətirib  inəkləri  sağır,  südündən 
yağ-pendir  hazırlayırdılar.  Ancaq  Qladkov  ondan 
qat-qat  yaxşı  insan  idi.    Maraqlı  yer  idi,  həm  də  so-
yuq  idi.  Kişinin  2  otağı  vardı.  Birində  biz  qalırdıq. 
Burda  yaşamağa  başladıq.  Qəribsədim.  İsaya  dedim 
ki,  burda  yaşamaq  mənə  çox  çətindi.  İsanın  da  atası 
müharibədən yeni gəlmişdi. Hər ay bizə pul göndər-
məyə imkanı yox idi. İsa da çox qürurlu idi. Atasına 
dedi “Ata, pul göndərmə, mən öz ailəmi özüm saxla-
yacam”. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə