Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə69/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
258 
rın arasında çox böyük yaxınlıq var. Cavid ilə Azər-
baycan  ədəbiyyatında  heç  kimi  müqayisə  etmək 
olmaz.  Ona  ancaq  yaxınlaşan  İsa  Hüseynovdur,  İsa 
Muğannadır. 
 
Şəmil  Sadiq:  Mən  hətta  belə  fikirləşirəm  ki,  İsa 
Muğannaya  olan  sevgimin  əsas  səbəblərindən  biri 
Cavidi  dərindən  tanımağımdır.  Yəqin,  Caviddən  bir 
az məlumatım vardı ona görə. Necə ki Nəsimini bil-
məyəndə “Məhşər”ə yaxınlaşmaq olmur 
 
Zəlimxan  Yaqub:  Ay  sağ  ol,  “Məhşər”i  oxumazdan 
əvvəl  gərək  Nəsimini  oxuyasan.  “Məhşər”də  həm 
Teymur açılır, həm Nəsimi açılır, həm də İsa Muğan-
na açılır. 3 böyük qüvvə var orda. 
 
Şəmil Sadiq: Demək olar ki, İsa Muğannanı Muğan-
na çevirən Nəsimi oldu? 
 
Zəlimxan  Yaqub:  Şübhəsiz.  Doğrudan  da,  Nəsimi 
İsa  Hüseynovun  fəlsəfəsinə  daxil  olandan  sonra  İsa 
oldu Muğanna, başladı Muğannalıq dövrü. 
 
Şəmil Sadiq:  Bəli, görmək olur ki, “Məhşər”dən us-
tadın yaradıcılığında hadisələr dəyişdi. Bilirəm, hər-
dən yazıçılarla söhbətlərinizdə şirin zarafatlarınız da 
olurdu, İsa müəllimin yaradıcılığına inananlar da var 
idi, inanmayanlar. Son zamanlar İsa müəllim özü də 
danışırdı  və  mən  də  bilirdim  ki,  hətta  İsa  Muğanna 
yaradıcılığının konsepsiyasını bir təriqət, bir din gö-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
259 
rüb onun arxasınca getmək istəyənlər də var idi, hət-
ta bir-iki dəfə qapısını döyüb deyiblər ki, “BağAta”-
nın övladlarıdır, gəlmişik sizi görməyə, Firuzə xanım 
yaxın  buraxmayıb.  Siz  necə  fikirləşirsiniz,  İsa  Mu-
ğanna qalxıb desəydi ki, məsələn, mən də bir din ya-
radıram, təriqət yaradıram, peyğəmbərəm.. 
 
Zəlimxan  Yaqub:  Bilirsən,  mən  İsa  Hüseynovu  gör-
düyüm ilk görüşdən bir də son mənzilə yola salınana 
qədər ona inandım, onu sevdim, onun əsərlərini sev-
dim, özünü sevdim, xarakterini, təbiətini sevdim, də-
fələrlə evlərində oldum, gözəl söhbətlər elədik. Am-
ma, bu 30 il ərzində bir dəfə də olsun mənim onunla 
zarafatım  olmayıb,  həmişə  ciddi  söhbətlər  etmişik. 
Yerdən,  göydən,  planetdən,  ulduzdan,  aydan,  axar 
sudan, qaynar çeşmədən, göy otdan, açılan çiçəkdən, 
solan  yarpaqdan,  Allah  yaratdığı  nə  varsa  hər  şey-
dən  çox  maraqlı  şeylər  danışırdıq.  Bax,  adi  bir  yar-
paqdır, mən də baxıram, İsa Muğanna da baxır. Mən 
deyirəm  yarpaqdır,  Muğanna  baxıb  yarpaqda  bir 
dünyanı  təsvir  edirdi  ki,  bax  yarpaq  buna  görə 
yarpaqdır.  
Amma  mən  bir  şeyə  çox  təəssüf  edirəm,  siz 
də,  mən  də,  İsa  Hüseynov  sevənlər  də  Allah  qoysa 
çalışaq  bu  kişini  bir  az  açaq.  Açılmamış  getdi.  Bağlı 
getdi.  Və  ondan  da  nigaran  getdi  ki,  mən  niyə  başa 
düşülmədim?  Onu  yazırdı,  onları  nəzərdə  tutmuş-
du... 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
260 
Şəmil  Sadiq:  Özünün  bir  səhifəlik  roman  dediyi 
yazısı var – “Mənim məhəbbətim”, sanki bir səhifədə 
bütün konsepsiyasını qeyd edib. 
 
Zəlimxan  Yaqub:  Bilirsən,  mən  yenə  deyirəm,  İsa 
Hüseynovun  əvvəl  yazdığı  əsərlər  ayrı,  Muğanna 
olandan  sonra  yazdığı  əsərlərin  vallah,  billah  heç 
birini  özü  yazmayıb,  onu  yazdırıblar.  Ona  deyiblər 
köçür, o da köçürüb, çünki bu insan ağlından, insan 
beynindən,  insan  zəkasından,  insan  ürəyindən  xaric 
olan  şeylər  var  ki,  hamısını  İsa  Hüseynov  kitaba 
gətirib. 
 
Şəmil Sadiq: Siz İsa müəllimi Muğanna kimi tanıdı-
nız ilk görüşdə, yoxsa elə Hüseynov kimi? 
 
Zəlimxan Yaqub: Yox, İsa Hüseynov kimi tanıdım. 
 
Şəmil  Sadiq:  Sonrakı müddətdə  xarakter  olaraq  də-
yişiklik görünürdü yəni insan, şəxsiyyət olaraq? 
 
Zəlimxan  Yaqub:  Görünürdü.  Dəyişiklik  var  idi. 
Məsələn, bəzən elə şey deyirdi ki, heç kəs ona inan-
mazdı, amma mən inanırdım. Yəni mənim ona dəh-
şətli bir inamım var idi. Özün də bir ədəbiyyat adamı 
kimi  gözəl  bilirsən  ki,  hər  şeyi  inam  yaradır,  inam, 
inam,  inam...  Səməd  Vurğunun  böyüklüyü  də,  Hü-
seyn Cavidin böyüklüyü də, İsa Muğannanın böyük-
lüyü də - hamısı inamdan irəli gəlirdi. İnanırdı, ina-
nıb yazırdı. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
261 
Şəmil  Sadiq:  Deyəsən,  Anarın  sözü  idi  –  “öz  yaz-
dığına  inanan,  inandığını  yazan  sənətkardır  İsa 
Muğanna”.  
Mən  çox  çalışdım  öyrənməyə  ki,  İsa  müəllim 
yazdıqlarına tarixmi deyir, yoxsa ədəbiyyatmı? 
 
Zəlimxan  Yaqub:  Hər  ikisi.  Həm  tarixdir,  həm  ədə-
biyyatdır. 
 
Şəmil Sadiq: Açıq olaraq demirdi axı... 
 
Zəlimxan Yaqub: Yox, o, heç vaxt demirdi tarix yaz-
mışam.  Onun  tarixində  ədəbiyyat  var  idi,  ədəbiyya-
tında  tarix  var  idi.  Təkcə  “İdeal”ı  oxu,  bir  də  görə-
cəksən ki, başdan-başa Azərbaycan xalqı olmaqla bə-
rabər,  həm  də  dünyadır,  planetdir,  kainatdır,  həyat-
dır.  Yəni  onlar  bir-birindən  ayrı  olmur.  Səhv  etmi-
rəmsə yeganə adamdır ki, onun haqqında nə hər jur-
nalist  danışa  bilməz,  nə  hər  oxucu  danışa  bilməz. 
Xüsusi adamlar var ki, onlar danışa bilərlər. 
 
Şəmil  Sadiq:  “Cəhənnəm”i  oxuyandan  sonra  get-
mişdim yanına, rəhmətlik ilə elə son görüşümüz on-
da olub, dedim istəyirəm əsərlərlə bağlı söhbət edək, 
fikirlərinizi alım, hər mövzunun qabağına sizin fikir-
ləri yazım. İsa müəllim dedi ki, sən mənə de görüm 
nə başa düşmüsən? Mən də başa düşdüyüm dərəcə-
də danışdım. Söhbət açıldı, yenidən mövzuya qayıt-
dıq.  Mənim  “İdeal”dan  sonrakı  prosesdə  ən  çox  bə-
yəndiyim əsər “Cəhənnəmdir”. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə