Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə65/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
241 
nəvi əzablardan başa düşür ki, cəhənnəmdir. Amma 
ona təqdim olunan İslam dininin qəbul etdiyi cənnət 
idi. "Quran"da da  cənnətdə sizləri gözəl hurilər qar-
şılayacaq deyilir. 
 
İsa  Muğanna:  Cənnət...  Xristianlar  "ray"  deyirlər 
dəəə...  Ora  bizim  ilk  vilayətimiz  ƏrEyin  adıdır  və 
ƏrEydəki həyatın gözəlliyi ilə əlaqədar, orada gözəl-
lik,  çaylar,  meşəlik,  bəzi  əsərlərdə  südlə  bal  arxı 
axır...  Oradakı  bolluqla,  həyatla,  insanların  münasi-
bəti  ilə  əlaqədar  ƏrEyi  Ray  adlandırıblar.  Elə  xris-
tianlar da elə adlandırırlar. Amma cənnət, cəhənnəm 
ərəbcə  "cənn"  sözüdür.  İkisi  də  eyni  mənadadır.  Sö-
zün ilk hissəsi "cənn" eyni mənadadır. Çünki cənnəti 
də təhrifdir, cəhənnəmi də təhrifdir, uydurmadır. 
Ay planetində belədir ki,  insan günün müəyyən 
hissəsini  adi  həyatdakı  kimi  gen-bol  yaşayır.  Amma 
elə ki, kresloda əyləşdi, artıq tərpənə bilmir, heç cür 
tərpənə  bilməz.  Əli-ayağı  tutulur,  qıc  olur  və  gözü-
nün  qabağında  hadisələr  cərəyan  edir.  Bəziləri  altı 
aya, bəziləri bir ilə saflaşır. 
 
Şəmil Sadiq: Saflaşandan sonra nə olur? 
 
İsa Muğanna: Gəmiyə minir, gedir. 
 
Şəmil Sadiq: Onun bir də bu dünyaya qayıtmaq eh-
timalı var? 
 
İsa Muğanna: Yox... 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
242 
Şəmil  Sadiq:  Bəzi  versiyalarda  insanın  bu  dünyaya 
qayıdışını isbatlamağa çalışırlar. 
 
İsa Muğanna: Yox... SafAğ elmi nə qədər mürəkkəb 
görünürsə, bir o qədər sadədir, bir o qədər anlaşıqlı-
dır. 
 
Şəmil  Sadiq:  Səhv  etmirəmsə,  "İdeal"da  Nəsimi  fəl-
səfəsinin düşüncəsi olan belə bir fikir var: "Quran"ın 
iki  cüzü  gizlədilib.  Yəni  siz  dediyiniz  kimi  təhrif 
olunmuş "Quran"ın iki cüzü gizlədilib. 
 
İsa  Muğanna:  Cırılıb,  yandırılıb.  Yoxdur  həyatda.. 
Orada çox şeylər var idi. Onu Vatikandan göndərilən 
hökmdar  edib.  Bağdada  göndərilib  Sergey  –  Sar  Od 
Ey..  Ser  Ki  Ey  təhrif  adı  Sergeydi.  O,  Müaviyənin 
köməyi  ilə  həmin  OdƏr  variantını  yandırıb,  məhv 
edib.  Yerinə  OdƏr  dilindən  "la  ilahə  illallahı"  başa 
çəkib. Vatikanın göstərişi necədirsə, Bibliyanın göstə-
rişi  necədirsə,  ona  uyğun  tərtib  ediblər.  Ün  Ax  Sar 
Ün Ağ təyin olunub İbrahim peyğəmbər. Onun Sarlı-
ğını,  hökmdarlığını  Saraya  evlənmək  kimi  qələmə 
veriblər.  Ün  Ağı  da  İnək  ediblər  ki,  bir  sarı  inək  ta-
pıblar.  Onun  yarısını  verdilər  yəhudilərə.  Guya  bu-
nunla da yəhudilər adam öldürməkdən əl çəkiblər. 
 
Şəmil  Sadiq:  Cavidin  "İblis"i  ilə  Faustun  "Demon" 
əsəri ilə müqayisə etdikdə sizin cəhənnəmdə bir dəfə 
təsvir etdiyiniz iblis fərqli görünür. Qulaqlı, quyruq-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
243 
lu vəssalam... Sanki İblisin heç bir fəaliyyəti olmayıb. 
Və iblisi görən Bünyad bəy özünü itirir. 
 
İsa  Muğanna:  O  iblis  Bünyadın  təsəvvüründə  yara-
nır. O yuxu yatmağı təsadüfi deyil. Yol ayrıcında ya-
tır. 
 
Şəmil  Sadiq:  İsa  müəllim  əsərlərində  daha  çox 
əfsanələri,  rəvayətləri,  SafAğ  elminin  nümayəndələ-
rinin  yazdığı  və  söylədiyi  fikirləri  modernist  fikirlə 
cəmiyyətə izah edir. Yeni üslubda oxuculara təqdim 
edir. Yəqin ki, siz sufiləri SafAğ adlandırırsınız. 
 
İsa  Muğanna:  Sufi  təhrifdir.  Səfi  sözü  təhrifdir.  Ki-
şinin adı Saf Ağdır. Xətayinin babası. 
 
Şəmil  Sadiq:  Sufilərin  təriqətinin  əsasında  elm  və 
eşq dururdu. "Cəhənnəm" romanında da bu ifadə iş-
lənib.  "Dünyanın  qurtuluşu  elm  və  eşqin  bərqərar 
olması  ilə  mümkündür",  –  deyirsiniz.  Nizami  Cəfə-
rov  deyir  ki,  Muğanna  xalqın  taleyini  öz  taleyi  kimi 
təqdim edir. Sizin əsərlərinizin hamısında çoban an-
layışı var və sufi fəlsəfəsində də "çoban" rəmzdir. Bü-
tün  əsərlərində  sanki  Muğanna  oz  həyatını  danışır. 
Hətta mən belə deyə bilərəm ki, Muğannanın əsərlə-
rində əsas obraz xalq – yəni muğannalar, muğlardır. 
Çoban  ifadəsinə  gələk...  Bu  "Şeyx  Sənan"da  da  var, 
Nizamidə də var. Siz də Musa ağanı, Omar ağanı hər 
şeydən gizlənən çoban kimi qələmə vermisiz. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
244 
İsa  Muğanna:  Bu,  həyatdan  gələn  faktdır.  Nizami 
Cəfərov xaricdə hürufiliyə həsr olunmuş müşavirəyə 
qatılıb.  Orada  "Məhşər"  əsərinə  görə  hürufiliyə 
neohürufizm  deyirlər.  Burda  Nəsimi,  Nizami  deyir 
ki, alimin yeri başda olmalıdır. Bir həqiqət də var ki, 
tam  savadsız  çobanın  həyata  münasibətdə  öz  təfək-
kürü formalaşır. Ona görə də bu, klassiklərin diqqə-
tini cəlb edib, onu müsbət obraz kimi təqdim ediblər. 
Çoban göy haqda elmi bilməsə də, həyatda təsəvvü-
rü elmə yaxındır. 
 
Şəmil Sadiq: Ağıllı, təfəkkürlü, savadlı insanlar tək-
liyi  sevirlər.  Buna  dərvişləri  misal  çəkə  bilərik.  Ən 
ağıllı,  müdrik  dərvişlər  insan  və  cəmiyyətdən  qaçır-
lar. Sizcə, niyə? 
 
İsa Muğanna: Burda heç bir ikinci fikir yoxdur. On-
lar heç cür bəşəriyyəti, cəmiyyəti qəbul etmirlər. Şə-
hərbəşəhər, kəndbəkənd gedib ağıllı adamlarla görü-
şür,  həsbi-hal  edir.  O  insanlardan  bəhrələnir,  lazım 
olanda  özləri  onlara  elmi  fikir  verir.  Dərvişlik  İsla-
mın  bəhrəsidir.  Cəmiyyətdən  qaçanlar  insanlardan 
qaçırlar. Dərvişlər baxmayaraq ki, Allahı vəsf edirlər, 
amma  bu,  etiqaddan  gələn  şeydir.  Burda  yanlışlıq 
var.  Təkallahlığı  vəsf  etdikləri  üçün  yanlışdır.  Yalan 
etiqad  olsa  da,  yenə  də  etiqaddır.  Etiqad  insana  kö-
mək edir. 
 
Şəmil Sadiq: Odər dili indi varmı? 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə