Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
237 
Şəmil  Sadiq:  Hər  xalqın  dilində  müəyyən  müraciət 
forması var. Bizdə də bu, bəydir... 
 
İsa  Muğanna:  Bəy  təhrif  olduğuna  görə...  Nəriman 
SafAğ  elmini  bilirdi  və  mənim  əmilərimə  Nizami-
dən,  Nəsimidən  başlayaraq  üzübəri  dərs  deyirdi. 
Mənim əmim İsa Əfəndi İslam tarixi kitabı yazmışdı. 
O,  OdƏr  mədəniyyətinin  necə  təhrif  olunduğunu 
yazmışdı. Onu mənim Xanbaba əmim torpağın altın-
dan  çıxardı.  Vərəqlərini  bir  bir  gözümün  qabağında 
yandırdı. Onun titr səhifəsini mən yalvardım, aldım. 
Orada  –  arxivdədir.  Ruscadır.  Eto  napisana  İsa 
Quseynova (Bu, İsa Hüseynova yazılıb). O, bağ sözü-
nün  təhrifidir.  Ona  görə  də  Nərimanov  "bəy"  sözü-
nün  əleyhinə  idi.  "Müəllim"  sözünü  Nərimandan 
sonra sırıyıblar millətə sovet dövründə. İndi o qədər 
yayılıb  ki,  hətta  müəllim  olmayanlara  da  "müəllim" 
deyilir.  Bu,  çox  təhrif,  çox  yalan  bir  ifadədir.  Ona 
görə mən məcburam müsavatın gətirdiyi təhrif "bəy" 
sözünü  işlədim  və  deyim  ki,  bu  "Bağ"  sözündən 
azmadır. 
 
Şəmil Sadiq: Lenini də siz SafAğ elminin bilicilərin-
dən  biri  kimi  vermisiniz  bu  əsərdə...  "Nəriman  Nə-
rimanov Moskvaya aparılanda Zeynalabdin Tağıyev 
Muğannalardan  kompanionu  –  Məmməd  xozeyni 
kabinetinə çağırıb, qapını açarla bağlayıb deyib: "Nə-
rimanov vəzifəyə yox, ölümə getdi...  Nərimanın, sə-
nin Muğannalara mənsub olduğunuz açıla bilər. Nə-
rimanın  Leninlə  gizlin  danışıqları  Ulyanovların 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
238 
EvƏrEy OdƏrliyi, Tərikliyi də açıla  bilər. Ulu Bağın 
cəmi  Yer  üzündə  vahid  ədalət  Səltənətinə  dair  yaz-
dıqları axtarılır. Hətta, bəlkə, hamımızı qırarlar". 
 
İsa  Muğanna:  Nəriman  onunla  yaxın  dost  olub. 
Lenin Nərimandan dərs alıb. Çünki SafAğ elmi dün-
yəvi elmdir. Eysarla Bağ Ata ilə bağlıdır. Bunu unut-
maq  olmaz.  Lenin  materializmi  yazanda  Maxı  (Yə-
hudi  əsilli  Alman  filosofu  Max  Horkeymer
)
  niyə 
tənqid edir? Max özü də "Bağ" sözündən azıb. O, özü 
də  təkallahlığı  dini  cəhətdən  izah  edir.  Lenin  onun 
əleyhinə çıxır. Ancaq buna görə.... Əslində Lenin Nə-
rimandan dərs almışdı. 
 
Şəmil Sadiq: Belə çıxır ki, SafAğ elmi təkallahlığı qə-
bul etmir? 
 
İsa Muğanna: Max birbaşa təkallah demir. Yazısında 
nə  Bağ  Atanın  oğulları  var,  nə  EyƏsün  var,  nə 
EyOdər var. Bunların heç birini qəbul etmir Max. 
 
Şəmil Sadiq: Mən sizin fikrinizi soruşmaq istəyirəm, 
SafAğ elmi təkallahlığı qəbul edirmi? 
 
İsa  Muğanna:  Yox..  yox..  Təkallahlığı  qəbul  etmək 
cinayətdir. Türkiyədə bir təriqət olub. Onlar Türkiyə-
ni tərk edəndə sərhəddə deyiblər ki, biz də  "la ilahə 
illallah"  deyirik.  Onunla  da  salamat  qalıblar.  Amma 
əslində  "la  ilahə  illallah"dan  başqa  dünyanı  təhrif 
eləyən ikinci böyük bir kəlmə yoxdur. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
239 
Şəmil  Sadiq:  Sizcə  "la  ilahə  illallaha"  bərabər  olan 
söz  hansıdır?  "La  ilahə  illallah"  əvəzinə  nə  demək 
olar? 
 
İsa Muğanna: Ağ... SafAğın qısaldılmış variantı. 
 
Şəmil  Sadiq:  Əsərdə  maraqlı  məqamlardan  biri  də 
budur ki, Bünyad bəy axırda bezib deyir: – “Əlimdə 
imkan  olsaydı,  sizin  EySarınızı  da  öldürərdim,  qar-
daşı  EvƏrimi  də,  Bağ  Atasını  da,  BağBağÜnü  də, 
EyOdər  babalarını  da.  Bu  qədər  kin  hara,  SafAğlılıq 
hara?”  Əgər  SafAğ  dediyiniz  elmdirsə,  mən  elə  dü-
şünürəm  ki,  sizin  görmək  istədiyiniz  Tanrı  Bünyad 
bəyin  bəyənmədiyi  tanrıdır.  Dinlərin  ədalətli  adı 
altında  əzazil  kimi  mistik,  nağılvarı  təqdim  etdiyi 
Tanrını İsa Muğanna əsərlərində daim bağışlayan və 
hətta  cəhənnəmin  özündə  belə  insanları  tərbiyələn-
dirən, saflaşdıran Tanrıdır. İndi Bünyad bəy də deyir 
ki,  dünyanın  gözəlliyini  istəyirsə,  niyə  Bağ  Atamız 
bu qədər kinlidir? Niyə bu qədər əzab verir? Əslində 
bu sual bəşər övladını daima düşündürmüşdür. 
 
İsa Muğanna: Müəllif deyir ki, Bünyad bəyin cəhən-
nəmi  onun  bətnindədir.  Bünyad  bəyin  Ay  planetinə 
uçmağı, qızlarla görüşməyi, o söhbət-bunların hamı-
sı  bədii  əsər  priyomlarıdır.  Bünyad  bəyin  daxili  alə-
mini açmaq üçündür. Fantastika əslində həyati mate-
rialdır. O da Bünyad bəyin daxilini açmaq  üçündür. 
O heç cür qəbul edə bilməz nə Eysarı, nə Bağ Atanı. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
240 
Təhrif  insanı  suitilərə  qulluq  edir  və  axırda  su  itləri 
gəlib onun başına oyun açır. 
 
Şəmil Sadiq: Öləndən sonra verilən həyatdırmı bur-
da  verilənlər?  Çünki  onu  sadəcə  cəhənnəmdə  görü-
rük. 
 
İsa  Muğanna:  Bu  torpaqda  qalıb  Bünyadın  meyidi. 
İşıq çıxmayıb  içindən.  İşığı kainata uçanda...  Quran-
da da sonuncu surədir. Orada doğrudur. İslam o axı-
rıncı surədə həqiqəti saxlayıb. Ərəb dilində saxlayıb. 
OdƏr dilində qarışıqdır. Amma ərəbcə oxuyanda gö-
rürsən ki, deyir, sən uçub gedəcəksən dərgaha, safla-
şandan sonra Allahın hüzurunda olacaqsan. 
 
Şəmil Sadiq: Bünyad bəy saflaşdımı, yoxsa yox? 
 
İsa  Muğanna:  Yox.  İtlər  onu  o  abıra  saldılar...  (Gü-
lür) 
 
Şəmil  Sadiq:  İsa  müəllim,  əsərin  əvvəlində  verilən-
lərdən belə çıxır ki, dinlərin təqdim etdiyi cənnət və 
cəhənnəmi  siz  qəbul  etmirsiz.  Cəhənnəmi  təhrif 
olunmuş  hesab  edirsiniz  və  yeni  cəhənnəm  modeli 
və ya əsl cəhənnəmi bu əsərlə oxuculara təqdim edir-
siz. Amma İ slamın təqdim etdiyi cənnət ilə sizin təq-
dim etdiyiniz cəhənnəm çox oxşardır. Çünki Bünyad 
bəyin ətrafında gözəl qızlar, hər cür təam və içki var 
idi. Hətta Bünyad bəy də təəccüblənir ki, bura hara-
dır? Cənnətdir, yoxsa cəhənnəmdir? Ona verilən mə-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə