Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   69   70   71   72   73   74   75   76   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
270 
Zəlimxan Yaqub:  A kişi, sən niyə onu deyirsən. Al-
maniyada, Berlində gəzirik. Mərkəzi küçələrdən biri 
ilə  gedirik.  Gördüm  saz  dükanı  var.  Elə  sevindim. 
Girmək  istəyəndə  yanımdakılar  dedi,  Zəlimxan 
müəllim, girmə, bu, ermənilərin  dükanıdır.  Berlində 
erməni  saz  dükanı.  Biz  özümüzünkülərə  yiyə  dur-
madıqca düşmən bir-bir aparır. 
 
Şəmil  Sadiq:  İsa  Muğanna  ilə  qeyri-rəsmi  münasi-
bətlərinizdən, xatirələrinizdən yadınızda qalan var? 
 
Zəlimxan Yaqub: Vallah, həmişə onun evində görüş-
müşük. Söhbətlərimiz elə həmişə ədəbiyyatdan olub, 
yazdığı  əsərlərdən  olub,  yaradıcılığından  olub,  istə-
diyi  adamların  yaradıcılığından  olub,  belə.  Dəhşətli 
dərəcədə çox zəngin adam idi. 
 
Şəmil Sadiq: Ziya Bünyadovla, deyəsən, münasibəti 
olmayıb. Ziya Bünyadov hətta İsa Muğannaya deyib 
ki, səni öldürmək lazımdır. 
 
Zəlimxan Yaqub: Hə, araları olmayıb. 
 
Şəmil Sadiq: Yəqin tarixə müdaxilələrinə görədir. 
 
Elxan  Nəcəfov:  Dini  dünyagörüşləri  də  səbəb  ola 
bilər. 
 
Zəlimxan  Yaqub:  Tarixə  münasibətdə  barışmırdılar 
bir-biriləri ilə. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
271 
Şəmil  Sadiq:  Bir  də  bu  “OdƏr”  dili  deyir  İsa  müəl-
lim buna necə baxırsınız? 
 
Zəlimxan Yaqub: Bilirsən, əslində, OdƏrlər mövcud 
olub, onlar türklərin babalarıdır, türk dili deyilən dil 
elə  OdƏr  dilidir.  Amma  sonradan  dəyişikliklər,  cə-
miyyətdə  yerdəyişmələr,  zaman  məkan  dəyişməsi  – 
bunlar  hər  halda  İsa  Hüseynovun  yazdıqlarına  mən 
bütün  həyatımda  inanmışam,  inanıram,  ölənə  qədər 
də inanacam. Çünki o, boşuna söz demirdi. 
 
Şəmil  Sadiq:  Bu  “İdeal”dan  sonrakı  yaradıcılığını 
oxuyandan  sonra  saza,  “Kollu  koxa”ya  qayıda  bilir-
siz, yoxsa? 
 
Zəlimxan  Yaqub:  Qayıtmışam,  onların  hamısını  bö-
yük məhəbbətlə bir də oxumuşam, yəni qayıtmamaq 
olmur.  İsa  müəllim  elə  yazıb  ki  yazdıqlarını  onlara 
qayıtmamaq olmur. 
 
Şəmil Sadiq: Müasir yazıçılardan kimi oxuyursunuz 
və ya son oxuduğunuz əsər hansıdır? 
 
Zəlimxan  Yaqub:  Son  oxuduğum  elə  Nihal  Atsızın 
“Ruh adam” əsəridir. 
 
Şəmil Sadiq: Son şeirlərinizi çap etdirməyi düşünür-
sünüzmü? 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
272 
Zəlimxan  Yaqub:  Mənim  yanvarın  21-də  65  yaşım 
olur, bu münasibətlə iki kitabı Mədəniyyət Nazirliyi 
hazırlayır.  Birini  Azər  Turan  hazırlayır,  4-5  kitab  çı-
xacaq. 
 
Şəmil Sadiq: icazə versə idiniz birini də mən hazırla-
yardım. 
 
Zəlimxan  Yaqub:  Edərik  Allah  qoysa,  qoy  bunlar 
çıxsın. 
 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  sizin  yaradıcılığı-
nızda  necə?  Şifahi  xalq  ədəbiyyatı  önəmli  rol  oyna-
yır, bu aydındır. Mən son yaradıcılığınızı poemadan 
gördüm,  sonrakıları  izləyə  bilməmişəm.  Sanki  bir 
ilahi şeir xətti başlayıb, yoxsa lap elə əvvəldən bu var 
idi? 
 
Zəlimxan Yaqub: Bilirsən necədir, Şəmil, həqiqi mə-
nada İsa Muğannanın mənə çox böyük təsiri var. Hər 
şeyə  şübhə  ilə  yanaşmaq,  o  şübhənin  içindən  həqi-
qəti  çıxarmaq,  həqiqəti  ortaya  qoymaq,  özünü  inan-
dırmaq. 65 yaş şair üçün az yaş deyil, mənim indiyə 
qədər 50-dən çox kitabım çap olunub, müxtəlif illər-
də,  müxtəlif  dillərdə.  Hərəsinin  öz  yeri,  öz  gözəlliyi 
var, amma indi görürəm ki, getdikcə daha çox İlahi-
yə doğru gedirəm, daha çox adam göylərə doğru ge-
dir, elə bil insan yerdən aralanır. Elə bil insan torpaq-
dan aralanıb göylərə doğru  gedir, ayla, ulduzla, bu-
ludla,  şimşəklə,  üfüqlə,  parıltı  ilə,  göylərlə  danışır. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
273 
İnsanı  bu  vəziyyətə  insan  ömrünün  mərhələləri 
gətirir. İndi, bax bu son yazdığım “Ün” poemasıdır. 
“Ədəbiyyat”  qəzetində  bir  yazı  çıxmışdı  –  Əhməd 
Ağaoğlunun  “Tanrı  dağı”,  onu  mən  oxudum,  oxu-
yandan  sonra  bir  bəndlik  şeir  yazdım.  Çox  təsirlən-
dim, insan yaşa dolduqca daha çox dərinlərə getmək 
istəyir, məsuliyyət artır, oxucunun tələbatı artır, təc-
rübən artır, yaradıcılıq niyyətin güclənir, İsa Hüsey-
nov kimi sən çap etdiyin kitabçada balaca bir şeirdir 
–  “Ölümdən  sonrakı  həyat”,  amma  nə  qədər  gözəl-
dir. 
 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  şeirlərdə  necə?  Siz 
yazdıqlarınızı,  məsələn,  nə  vaxtsa  qayıdıb  hansısa 
şeirinizi redaktə etmək fikrinə düşmüsünüz? 
 
Zəlimxan Yaqub:  Demək olar ki, yox. Mən bir əsəri 
yazdım, yaddaşıma köçdü, qurtardı, daha ona ölüm 
yoxdur, harasından istəsən sənə əzbər deyim. 
 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim,  son  şeirlərinizdən 
birini eşidə bilərik? 
 
Zəlimxan Yaqub: “Təklik” şerini oxuyuram: 
 
Titrəyən dilimdir, alışan ağzım, 
Göynəyən dişimdir, təkliyim mənim. 
Yağdırar başıma qarı, boranı, 
Sərt gələn qışımdır, təkliyim mənim. 
Təklik qəbirdəki ölü kimidir, 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə