Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
266 
çox  sağ  ol,  qağa,  minnətdaram.”  O,  həmişə  istədiyi, 
sevdiyi adamların üstündə əsməyi də bacarırdı. 
 
Şəmil  Sadiq:  Həmişə  də  axtarırdı.  Mən  gözləmir-
dim,  verdim  romanımı  oxudu,  özü  də  demişdi  bö-
yük şriftlə çap elə, zəng elədi: “Yalla, romanını oxu-
muşam, gəl bir az söhbət edək. Xeyli qeydləri var idi, 
dedi  bu  qeydləri  yazmasan  kitabı  çap  etməyə  icazə 
vermirəm" 
 
Zəlimxan  Yaqub:  Özü  də,  bütün  dünya  aləm  yığı-
laydı onu dediyindən döndərmək olmazdı. 
 
Şəmil Sadiq: Bu, çox önəmli xüsusiyyətdir, mənə də 
bir  dəfə  dedi  ki,  sən  yazıçısan,  kim  nə  deyir  desin, 
onun dediyinə görə nəyisə dəyişməyəcəksən ki. Mən 
belə deyirəm, xoşları gəlir gəlsin, gəlmir gəlməsin. 
 
Zəlimxan Yaqub: Həm də onun böyüklüyü nədə idi? 
O kimlə ki söhbət edirdi, o həmsöhbət olan adam elə 
bilirdi  ki,  əmisi  ilə,  dayısı  ilə,  atası  ilə  danışır,  belə 
çox doğma bir aura yaranırdı adamda. 
 
Şəmil Sadiq: Yazıçılar Birliyində, deyəsən, o dövrdə 
bir  xeyli  problemlər  olub.  Bir  dəfə  bir  hadisə  danış-
mışdı,  “Həyatımdan  səhifələr”də  də  yazıb.  Siz  də 
yaxşı  bilərsiz,  mənə  də  maraqlıdır,  Nizami  müəlli-
min  sözüdür  deyəsən,  deyir  ki,  “İsa  müəllim  şəxsi 
taleyi ilə milli taleyi birləşdirmişdi.” 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
267 
Zəlimxan  Yaqub:  Aşıq  Alıdan  danışır  ki,  atamın  da 
toyunu edib, mənim də toyumu edib, o qədər gözəl 
açır o məsələləri. Yəni İsa Hüseynovun mütaliəsində 
müşahidə gücü var idi, müşahidəsində mütaliə gücü 
var  idi.  Ona  görə  heç  kimə  bənzəmirdi.  İndi  yazıçı-
lar, şairlər var, iki dənə kitab oxuyur, onunla da qur-
tardı  daha,  amma  gərək  ölənə  qədər,  Məhəmməd 
Peyğəmbər  demişkən,  qəbir  evinə  qədər  oxuyasan, 
yazasan, yaradasan. 
 
Şəmil Sadiq: Oxumadan yazmaq olar, sizcə? 
 
Zəlimxan  Yaqub:  Olar,  amma  istədiyin  şeyi  ala  bil-
məzsən. 
 
Şəmil  Sadiq:  Siz  demişkən,  cavan  şairlər  bəzən 
deyirlər,  Aşıq  Ələsgər  şeir  oxuyurdu,  kitab  oxuyur-
du belə böyük şair olmuşdu? 
 
Zəlimxan  Yaqub:  Aşıq  Ələsgər  bütün  dastanları  əz-
bər bilib. Çünki Aşıq Alıdan gəlirdi. Bir dəfə rəhmət-
lik Məmməd Araza dedim “əmi, bir şeyə mən məət-
təl  qalmışam,  Naxçıvanda  yaşayıb  yaradan  şairlər 
əksəriyyəti  divan  ədəbiyyatında  yazıb  yaradır.  Am-
ma  səndə  nə  qədər  qoşmalar  var.  Deyir,  Zəlimxan, 
bizim  evə  Göyçə  aşıqları  həmişə  qonaq  gələrdi,  ata-
mın  qonağı  olardılar.  Onlardan  mənim  ürəyimə, 
qanıma  hopdu.”  Elə-belə  deyil  bu.  Ruhdu  da  keçir. 
Məmməd Araz Naxçıvan ədəbiyyatına yenilik gətir-
di. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
268 
Şəmil  Sadiq:  Zəlimxan  müəllim  Qazax  şairləri  ilə 
Tovuz  şairləri  arasında  maraqlı  bir  rəqabət  var  san-
ki.. 
 
Zəlimxan  Yaqub:  Yox.  Qazax  çox  güclüdür.  Tovuz-
da elə sən deyən maraqlı bir şey yoxdur. 
Bilirsən,  əslində,  bax  təsəvvür  elə  də,  hər  şey 
vaxtladır,  Vaqif,  Vidadi,  Səməd  Vurğun,  Osman 
Sarıvəlli, İsa Muğanna, Hüseyn Arif – hamısı Qazax-
dan çıxdı. Ona görə Qazaxın yeri  başqadır.  Şirvanın 
yeri  başqadır.  Naxçıvanın  yeri  başqadır.  Göyçənin 
yeri  başqadır.  Hər  birinin  özünəməxsusluğu  var.  O 
Tovuz  rayonunda  daha  çox  aşıq  sənəti  inkişaf  etdi. 
Böyük  aşıqlar  yarandı.  Böyük  ustadlar  yarandı. 
Onlar da hamısı Azərbaycan ədəbiyyatında öz yerini 
tutdu. 
 
Şəmil Sadiq: Hərdən mən fikirləşir və şükür edirəm 
ki, bu ərəblər, farslar siz tərəflərə o qədər gedib çıxa 
bilməyiblər.... 
 
Zəlimxan  Yaqub:  Naxçıvan,  Göyçə,  Qazax,  Borçalı, 
Dərbənd,  Ordubad  –  bunlar  hamısı  xalis  türklərdir. 
Amma sonra Bakıda ərəblər aləmi qarışdırdı. 
 
Elxan Nəcəfov: Zəlimxan müəllimdən mən də nara-
hat olduğum bir şeyi soruşum. Dediniz həm siz küs-
müsüz,  həm  də  saz  küsüb,  bu  sazı  bir  də  küsdü-
rənlər var, sazı müxtəlif formalarda çalanlar var. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
269 
Zəlimxan  Yaqub:  Onlar  hamısı  səhv  edir,  dəfələrlə 
televiziyada  deyirəm  çıxışlarımda,  böyük  günahdır, 
böyük səhvdir, ustadlara hörmətsizlikdir, Dədə Qor-
quda,  Aşıq  Ələsgərə  hörmətsizlikdir.  Saz  müqəddəs 
alətdir, onda oxunan şeirləri oxuduqca adamın başı-
nın  tükü  qalxır,  sən  sazı  haraya  boynuna  mindirir-
sən,  saz  sinədən  ötrüdür.  Yeri  ürəyin  üstündədir. 
Yaddan çıxıb gedəcək o yamaqlar. Boş şeylərdir. 
 
Elxan  Nəcəfov:  Sözsüz,  qınaq  obyektinə  çevriləcək-
lər. Space tv-də olan verilişdə alqışlananlar da, qınaq 
obyektinə  çevrilənlər  də  oldu.  Bir  də  xalq  Zəlimxan 
müəllimdən ona bir etiraz gözləyir. 
 
Şəmil  Sadiq:  Həmişə  aşıq  müqəddəsdir,  kultdur, 
belə  olub.  Amma  indi  aşıqlar  ehtiyacdanmı  çıxır  or-
talığa, nədən yaranır bilmirəm, bu 3-5 manatlıq aşıq-
lar çıxıb ortalığa... Yəni bunun adı mütrüflükdü. 
 
Zəlimxan Yaqub: Bəli, mütrüflük edirlər. 
 
Şəmil  Sadiq:  Təsəvvür  edə  bilmirəm  saz  o  mütrüf-
lüyə yaraşsın. 
 
Zəlimxan  Yaqub:  Şou  edirlər,  o  da  heç  bir  şey  ol-
mur... 
 
Şəmil Sadiq: Qəribə xalqıq, qazax qardaşların domb-
raya qoyduğu dəyəri biz saza qoya bilmirik. 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə