Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə74/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   69   70   71   72   73   74   75   76   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
279 
Məqalələr işləyib çap edirdi. Yazılardan qazan-
dığı  pulla  çox  yaxşı  dolanırdıq.  Hələ  pulumuz  da 
artıq  qalırdı.  Stalin  yazıçılar  üçün  ayrıca  mağaza 
açmışdı. Toyuğun biri 15, kartofun kilosu 1 qəpik idi. 
Bazar günü olanda İsayla birgə oxuyan uşaqlar bizə 
gəlirdilər. Yalvarırdılar ki, ev xörəyi bişirim. Bişirər-
dim,  bizdə  yeyib  gedərdilər.  İsa  çox  gözəl  insan  idi. 
İsaya biri deyəndə ki, pulum yoxdu, acam, cibindəki 
pulun yarısını ona verərdi... 
Moskva  çox  gözəl  idi.  İldə  heç  olmasa  iki  dəfə 
Moskvaya  gəzməyə  gedirdim.  Moskva  mehmanxa-
nasında həmişə yerimiz var idi. İsa Bakıdan Yazıçılar 
İttifaqına  teleqram  göndərər,  ordan  da  bizə  cavab 
gələr,  gedərdik.  Bütün  bunlar  dövlət  hesabına  olur-
du.  Moskvada  İsanın  dostları  çox  idi,  onlardan  biri 
Aleksandr  Fadeyev  idi.  Fadeyev  İsa  haqqında  ədə-
biyyat  qəzetində  məqalə  yazmışdı  ki,  Azərbaycanın 
ən yaxşı yazıçısı İsa Hüseynovdur. 
Moskvadan qayıdandan sonra qalmağa ev-eşik 
yox  idi.  İsa  Azərnəşrdə  işləyirdi.  Nizami  kinoteat-
rının yanında ev kirayələmişdik. Həmin evdə bizim-
lə birgə mənim 3 bacım, İsanın 4 bacısı, 2 qardaşı da 
qalırdı.  Axşam  olanda  bütün  otaq  boyu  yorğan-dö-
şək  salınardı.  Yatmağa  yer  də  yox  idi.  İsanın  şüşə-
bəndi  var  idi,  həmişə  orda  işləyərdi.  Bir  gün  məni 
yuxudan  tıqqıltı  səsi  oyatdı.  Ayağa  durub  gördüm 
ki,  İsa  çörəyi  kiçik-kiçik  doğrayıb  nəyi  isə  yemləyir. 
Diqqətlə  baxanda  gördüm  ki,  balaca-balaca  siçan-
lardı.  Mən  də  siçandan  yaman  qorxuram.  İsa  mənə, 
atama, anama and verdi ki, dəymə bunlara. Siçanlar 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
280 
İsaya  o  qədər  öyrəşmişdilər  ki,  ayağının  ətrafında 
fırlanırdılar.  O  hər  gün  siçanları  yedizdirirdi.  Hətta 
su  da  qoymuşdu  ki,  içsinlər.  Bax,  İsa  bu  cür  ürəyi 
nazik  insan  idi.  Çox  gözəl  insan  idi.  O  qədər  zəh-
mətkeş idi. Gecə-gündüz işləyərdi... 
 
Firuzə xanım danışdıqca həmin səhnə gözümün qa-
bağında  canlandı.  O  böyük  dahi  insanın  qəlbinin  necə 
kövrək olduğunu gördüm. Divara söykənmiş portretindəki 
simasına,  gözlərinə  baxdım.  Gözlərində  mərhəmət,  sevgi 
və müdriklik var idi... 
 
*** 
Mən İsayla sevib ailə qurmamışdım. Tibb İnsti-
tutunda  oxuyanda  1  il  Qazaxa  getməyib  yataqxa-
nada qaldım. Dedim mən onu sevə bilmərəm, xalam 
oğludu.  İsmayıl  Şıxlı  bizə  hər  gün  gəlirdi.  O,  orta 
məktəbdə mənim müəllimim olub. Məni çox istəyir-
di,  elə  İsanı  da...  Mənə  deyirdi  ki,  Firuzə,  bax  gör 
necə  gözəl  insandı.  İsa  İsmayıl  Şıxlıya  çox  kömək 
edib.  Kimlərə  kömək  etməyib  ki,  Bayram  Bayra-
mova, Əkrəm Əylisliyə... Əkrəm Əylisli bir dəfə bizə 
gəldi.  İsadan  kömək  istəyirdi,  dolanışığı  çətin  idi.  O 
vaxta  kimi  Əkrəmi  görməmişdim.  Çünki  o  zaman 
hələ  oxuyurdu,  işləmirdi.  İsa  dedi  ki,  darıxma  mən 
sənə kömək edərəm. Əkrəm gedəndən sonra mən də 
nə  qədər  ağladım,  İsaya  dedim  ki,  ürəyim  ağrıyır, 
ona kömək et. İsa ona çox kömək etdi. Ancaq Əkrə-
min “Daş yuxular” əsəri çap olunanda İsa zəng edib 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
281 
onu  danladı.  Dedi  ki,  bu  torpağın  suyunu  içmisən, 
çörəyini yemisən heç xəcalət çəkmirsən? 
*** 
Sevinc  20  ildən  sonra  anadan  oldu.  İndiki 
ailələrdə  uzağı  5  il  övlad  olmayanda  tez  ayrılırlar. 
Amma  İsa  buna  görə  heç  narahat  olmurdu.  Vali-
deynləri  onu  evləndirmək  istəyirdi.  Şərtə  görə  yeni 
arvad  rayonda,  mən  isə  Bakıda  qalmalı  idim.  Mən 
dedim  ki,  İsanın  icazəsini  vermişəm.  Halal  xoşu 
olsun, getsin evlənsin. O isə razılaşmırdı. Deyirdi ki, 
səndə  də  bacı-qardaş  çoxdu,  məndə  də.  Qocalanda 
biri  qeyrətli  olar  bizi  saxlayar.  Salam  Qədirzadə 
İsaya  deyirdi  ki,  cavan  oğlansan,  boşa  get  başqasını 
al,  Firuzə  də  başqa  insanla  ailə  qurar.  İsa  Salamı  bu 
sözünə görə pilləkəndən aşağı yıxmışdı... 
*** 
Sonra  biz  Türkiyəyə  gəzməyə  getdik.  İlk  dəfə 
bizə  icazə  verdilər  ki,  Türkiyəyə  gedək.  Axı  əvvəl 
Türkiyə ilə sərhədlərimiz bağlı idi. Türkiyəyə gedən-
lər  arasında  Məsud  Əlioğlu  xanımı  Rəna  ilə,  Süley-
man  Rüstəm  xanımıyla,  Rəsul  Rza  və  həyat  yoldaşı 
Nigar  xanım  və  İsmayıl  Şıxlı  da  var  idi.  Həmin 
dövrdə  Türkiyə  çox  kasıb  idi.  Əziz  Nesin  Bakıya  – 
bizə  gedib-gələrdi.  Bir  dəfə  bizə  dedi  ki,  mən  sizin 
hamınızdan üzr istəyirəm. Mənim elə pulum yoxdur 
ki, sizə qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü 
yerə salmayın. Gedək hərənizi bir bulku ilə çaya qo-
naq edim. 
Türkiyəyə gedəndə Orxan Gəncəbay bizi evinə 
qonaq  çağırdı.  Evləri  çox  böyük  idi.  Otaq  pərdə  ilə 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
282 
iki  yerə  bölünmüşdü.  Otağın  bir  tərəfində  Hitlerin 
vaxtında  əsir  düşmüş,  Gəncədən,  Qazaxdan  olanlar 
var idi. Amma onların bizimlə görüşməyə ixtiyarları 
yox  idi.  İcazə  vermirdilər.  Otaqda  çoxlu  "çekist"  var 
idi.  Dedilər  ki,  kim  qohum-əqrəbasını  axtarırsa  ka-
ğızda adını yazsın, biz göndərəcəyik, sizə cavab gələ-
cək.  Mənim  atamgil  də  3-4  qardaş  idi.  Ordan  cavab 
gəldi  ki,  əmim  bizim  olduğumuz  otaqdadır.  Amma 
görüşməyə  izin  verilmədi.  İsmayıl  Şıxlı  da  dayısını 
tapdı.  Dayısı  Türkiyədə  hərbi  təyyarəçi  idi.  Belə 
anlar insana çox pis təsir edir. Öz yaxınını, doğmanı 
görmək istəyirsən, amma görə bilmirsən. Bircə Rəsul 
Rzanın xanımı Nigar xanıma, qardaşı ilə görüşməyə 
icazə verdilər. O da Moskvadan icazə almışdı. Nigar 
xanımın orda 3 qardaşı var idi. İkisi rəhmətə getmiş, 
biri  sağ  qalmışdı.  Hava  limanında  onlar  görüşəndə 
ətrafdakı  hər  kəs  kövrəldi.  Bacı-qardaş  elə  ağlayır-
dılar... 
Türkiyədə 20 gün qaldıq. Qayıdanda Nigar xa-
nımı  qardaşı  ötürəndə  üzü-əli  əsdi.  Dedilər  ki,  iflic 
olacaq.  Dərman  verdilər,  həkim  çağırdılar.  Ancaq 
heç  bir  şey  baş  vermədi.  Həmin  hadisədən  sonra 
Nigar xanım Bakıya gələndə xəstəliyə tutuldu... 
*** 
Qara  dənizdə  kiçik-kiçik  adalar  var.  Bizi  də 
gəmi  ilə  həmin  adalardan  birinə  apardılar.  Gəmidə 
cürbəcür  içkilər,  şokoladlar  var  idi.  Kişilər  içkilərə 
baxıb  geri  qayıdırdı.  İsa  Mirmehdini  çağırdı.  Mir-
mehdi  bizim  binada  olurdu,  qəzəl  yazırdı.  Mirmeh-
diyə  dedi  ki,  istədiyin  2-3  nəfəri  çağıra  bilərsən. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə