Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə21/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
78 
dostluqlarından  danışır.  Bu  gün  tarixin  sübut  etdiyi 
Lenin  və  Nərimanovun  zəhərlənməsini  SafAğ  elmi-
nin  zəhərlənməsi  və  məhv  edilməsi  naminə  edildiyi 
qənaətindədir. Stalinin "çekisti" Bünyad bəyin etirafı 
bunu  ifadə  edir:  Nəriman  Nərimanov  Moskvaya 
aparılanda  Zeynalabdin  Tağıyev  Muğannalardan 
kompanionu  – Məmməd xozeyni kabinetinə çağırıb, 
qapını  açarla  bağlayıb  deyib:  "Nərimanov  vəzifəyə 
yox,  ölümə  getdi...  Nərimanın,  sənin  Muğannalara 
mənsub  olduğunuz  açıla  bilər.  Nərimanın  Leninlə 
gizlin danışıqları Ulyanovların EvƏrEy OdƏrliyi, Tə-
rikliyi də açıla bilər. Ulu Bağın cəmi Yer üzündə va-
hid ədalət Səltənətinə dair yazdıqları axtarılır. Hətta, 
bəlkə, hammızı qırarlar." 
Leninin  seçilmiş  olduğu  nə  qədər  aksiomadırsa, 
onun  OdƏr  elminə  xidmət  etməsi,  OdƏrliyi  bir  o 
qədər mübahisə doğuran məsələdir. Düzdür, "İdeal" 
əsərində  slavyanların  türklükdən  ayrılma  və  uzaq-
laşma  prosesi  olduqca  geniş  və  aydın  şəkildə  izah 
edilib. Amma tarixin dərin qatına enə bilməyən oxu-
cu bunu pafos və millətinə aşiq olma kimi qiymətlən-
dirəcəkdir.  Elə  müəllif  ona  görə  də  "Həyatımdan 
səhifələr" povestində "Yaxın və uzaq keçmişimizdən 
tarixi  hadisələr,  bədii  süjetlər  içində  verilmiş  SafAğ 
həqiqətlərinin  qavranılmasını  asanlaşdırmaq  məqsə-
dilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə 
işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil 
edilmiş  romanlarda  SafAğ  elminin  təfsilatını  dərk 
edə bilməz. Həmin romanlar – “Məhşər” (Ənşər-mən 
şər”)  “Qəbiristan”  “GürÜn”,  “İsahəq,  Musahəq” 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
79 
“Cəhənnəm”,  burada  göstərilən  xronologiya  əsasın-
da  oxunmalıdır  ki,  lazımınca  yaxın  və  uzaq  keçmiş-
imizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş 
SafAğ  həqiqətlərinin  qavranılmasını  asanlaşdırmaq 
məqsədilə fayda versin. 
Fikrimizcə,  İsa  Muğanna  SafAğ  elminə  xidmət 
edən  insan dedikdə bunu  sırf genlə bağlamır. Onun 
düşündüyü və yaratdığı bu elm bəşəriyyətin xilasını 
qurtaracaq  elmdir.  "Cəhənnəm"  romanında  da  qeyd 
edildiyi  kimi,  dünyanı  xilas  edəcək  qüvvə  yalnız 
"elm  və  eşq"dir.  Bu  fəlsəfənin  əsasını  sufizm,  hüru-
fizm  qoyduğu  hamımıza  bəllidir.  Ulu  Bağın  SafAğ 
elminin həqiqətlərini, həqiqətin əslini üzü Atilladan, 
Makedoniyalı  İskəndərdən  tutmuş  Teymura,  Sultan 
Süleymana,  Napoleona,  Hitlerə,  Leninə,  Stalinə 
qədər  çoxları  axtarıb.  Lakin  əldə  edilməsi  mümkün 
olmayan  bu  sirrin  qalıqları  da  zaman-zaman  məhv 
edilib, sıradan çıxarılıbdır. Bu gün elmdə də bir inam 
var  ki,  yaradılışın  sirri  hardasa  var  və  bir  gün  üzə 
çıxacaq. Bunu tapan isə dünyaya hökmranlıq edəcək. 
Hətta  bəzi  inanclarda  bu  sirr  hansısa  gizlin  bir  qüv-
vənin əlindədir və dünyanın idarəçiliyinə də nəzarəti 
o edir. 
Müəllifin  əsərdəki  zaman  arealı  çox  genişdir.  O, 
bu gün dünyada danışılan dərin dövlətlər, dünyanın 
gizlin sahibləri, gələcək dünyanın konturlarının necə 
cızılması məsələlərinə Azərbaycan romançılıq ənənə-
lərindən  kənara  çıxaraq,  qlobal  düşünərək  yozum 
verir. Nəzərə alsaq ki, bu gün dünya insanını öz yo-
zumları  ilə  sehrləmiş  yazıçıların  əksəriyyəti  bu  pri-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
80 
yomdan  istifadə  edir.  Den  Braunun,  Ceymis  Rollin-
sin, Tom Knoksun əsərləri mistik yozumlar üzərində 
qurulur və sirli dünyanın sirlərini açmış kimi təqdim 
edilir  və  bəşəri  və  bəşəriyyəti  dərk  etmə  yolunda 
daima maraqlı olan insanı cəlb edir. Təəssüflər olsun 
ki, bu gün dünyanın ən çox danışılan xalqı yevreylər 
–  ƏvƏrEylər  haqqında  özünəməxsus,  bənzərsiz  yo-
zumları  olan  İsa  Muğanna  əsərləri  dünya  ədəbiyya-
tına təqdim edilə bilmir. 
"Cəhənnəm"  romanındakı  yozumlar  o  qədər  ge-
niş  masştablıdır  ki,  böyük  bir  dissertasiyanın  mate-
rialı olduğunu düşünməmək olmur. İstər qrek, türk, 
fars, yevreylərlə bağlı tarixi faktlardan süzülən anlar, 
istər  Şah  İsmayıl,  Sultan  Səlim,  Heydər  Əliyev,  Nə-
riman  Nərimanov,  Atatürk,  Lenin,  Xumeyni  kimi 
tarixi şəxsiyyətlərə olan münasibət, istər bütöv Azər-
baycan  ideyaları,  İranın  apardığı  siyasət,  Ameri-
kanın  şərqdəki  proseslərdəki  əli  oxucunu  bu  tarixi 
mövzulara  bir  daha  qayıtmağa  tələb  edir.  Çünki 
təqdim  edilən  faktlar  o  qədər  ustalıqla  nəsrin  incə 
dili ilə verilmişdir ki, bir anlıq bədii əsər oxuduğunu 
unudur,  romana  tarixi  bir  əsər  kimi  baxırsan.  Tarixi 
hadislərin, bədii gerçəkliklərin əsirinə çevrilirsən. 
Roman  içində  roman  yanaşması  baxımından, 
mövzu,  ideya,  yozumların  mistika  ilə  siyasətin  vəh-
dəti  aspektindən  "Cəhənnəm"  romanı  Mixail  Bulga-
kovun  "Master  və  Marqarita"  romanını  xatırladır. 
Digər  bir  tərəfdən  də  mövzu  Hötenin  "Faust",  Hü-
seyn  Cavidin  "İblis"  əsərlərində  də  öz  həllini  geniş 
tapıb.  Adı  çəkilən  hər  üç  əsərdə  iblis  obrazı  demək 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
81 
olar  ki,  çox  oxşardı.  Və  hər  üçündə  də  iblis  dondan 
dona girərək bəşəriyyətin məhvinə, həqiqətin boğul-
masına  xidmət  edir.  "Master  və  Marqarita"  roma-
nında "Voland yer üzünə cəza vermək və əfv etmək 
üçün  gəlmişdir  və  bilir  ki,  kimi  nəyə  görə  cəzalan-
dırmaq,  nəyə  görə  əfv  etmək  lazımdır.  İvanuşkadan 
ötrü  o,  xarici  ölkə  casusudur,  tarix  professoru  Berl-
iozdan ötrü ağlını  itirmiş  sərsəri, yabançıdır, Styopa 
Lixodeyevdən  ötrü  cadugərdir,  Masterdən  ötrü  isə 
ədəbi personaj. Lakin əslində Voland İblisin özüdür" 
"Cəhənnəm"  romanında  isə  Bünyad  bəy  1906-cı  ildə 
Zeynalabdin Tağıyevi, Doktor Nərimanı zəhərləyən, 
Həmid  Sultanovu,  Baba  Əliyevi,  Səməd  Vurğunu, 
Mehdi  Hüseyni,  Muğannanını  zəhərləmək  istəyən 
iblisdir  ki,  birincisi  "Qızıl  ilandı",  ikincisi  “Çax-
çuxdu” (alverçi), üçüncüsü - “hökmdar". "İblis" pye-
sində isə İblis gah xidmətçi, gah abid, gah zahid, gah 
da elə iblis kimi fəaliyyət göstərib öz kirli əməllərini 
həyata keçirir. 
"Qərb və Rus ədəbiyyatlarında da orta əsrlərdən 
bəri Dantenin “İlahi komediya”, Belmontun “Təbliğ-
çi  İblis”,  Kalderonun  “Ecazkar  sehrbaz”,  Bel  Conso-
nun  “Şeytan”,  Marlonun  “Doktor  Faust”,  Miltonun 
“Qeyb  edilmiş  cənnət”,  Hötenin  “Faust”,  Bayronun 
“Qabil”, Lermontovun “Demon” əsərlərində İblis öz 
müxtəlif,  çoxcəhətli  təzahürləri  ilə  şər  qüvvə  kimi 
təsvir olunmuşdur"
48
 
                                                 
48
 Şəmil Sadiq, Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası, Bakı: 
Hədəf nəşrləri, 2011, s 33. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə