Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
39 
məlisən və ya gündə bir neçə dəfə  ibadət etməlisən, 
əgər  örtünməsən  və  ya  ibadətlərini  yerinə  yetirmə-
sən  bu  dini  olduğu  kimi  yaşamırsan,  əsl  mömin  he-
sab  edilmirsən.  Və  ya  Sibirin  soyuq  dağlarında  sərt 
şaxtadan  qorunan  kimsə  yağlı  yemək  üçün  donuz 
ətinə  müraciət  edir  və  yaşadığı  dinə  xəyanət  etmiş 
olur  və  s.  Bu  cür  hallar  bütün  dinlərdə  mövcuddur. 
Bu gün ən  mömin müsəlman belə rəsm çəkdirir. Bu 
isə islamın qaydalarına ziddir. Deməli, dinə yeni ya-
naşma  lazımdır  və  belə  olan  halda,  həmin  dövrün 
üləmaları başlayırlar ayələrə günün tələbi çərçivəsin-
dən baxmağa. Və beləcə, yeni dinlər, təriqətlər yara-
nır. 
 
3. Layihələndirilmiş dinlər;  
İnsanın inam hissinin qalib gələ bilməyəcəyi güc 
yoxdur. Tibbin, psixologiyanın da əldə etdiyi nəticə-
lər  onu  göstərir  ki,  insan  inansa  hər  şeyə  qadirdir. 
Hətta  el  arasında  səslənən  "qara  daşa  inansan,  şəfa 
taparsan" fikri də bunun sübutudur. 
Türklərin eramızdan əvvəl yaratdığı imperiyala-
rın  əsas  gücü  də  elm  sahibi,  insanları  inandıraraq 
arxasınca apara bilən liderlərin varlığı idi. "Türklər və 
Hindular bütün dinləri insanlığa miras buraxdılar. Onlar 
təkcə bir yerdə oturub Tanrıya tapınma yolları icad etmə-
dilər.  İnsanın  etiqadları  bütün  insanlığın  ruhlarının  ən 
dərinlərində  yaşayar.  Bədənlərimizin,  ruhlarımızın,  drva-
nışlarımızın  və  ağıllarımızın  bir  üzvü  kimidir.  Əslində 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
40 
onlar  bizim  öz  bədənlərimiz,  ruhlarımız,  darvanışlarımız 
və ağıllarımızdır".
20
 
Türk  təfəkküründə  inancın  güclü  olduğu  dövr 
türk  dünyaya  hakim  olub,  inanc  sistemi  dağıldıqda 
və  ya  zəiflədiyi  təqdirdə  türk  də  gücünü  itirib.  Bu-
nunla əlaqədar Cəlal Bəydili yazır ki, "Tarix boyu da-
ğınıqmış  kimi  bir  təəssürat  oyadacaq  qədər  geniş  coğrafi 
məkanda yayılan türk etnosu ayrı ayrı dinlərlə, dini inanış 
sistemləri  ilə  təmasda  olmuşdur.  Türk  düşüncəsinə  bud-
dizmin,  manixeizmin,  xristianlığın  və  ya  islamın  hansı 
ölçüdə  təsir  göstərdiyini  söyləmək  çətindir.  Lakin  həmin 
təsir  nə  dərəcədə  olursa-olsun,  türk  etnik-mədəni  ənənə-
sinə  və  onun  da  bünövrəsində  dayanan  dini-mifoloji  dü-
şüncə sisteminin təməlinə əsla onu sarsıdacaq dərəcədə to-
xuna bilməmişdir. Ona görə ki, türk etnik mədəni ənənəsi 
öz təbii halıyla yaşayan sistem kimi olduqca stabil və mü-
hafizəkar deyiləcək qədər dayanıqlıdır". 
21
 
Bunun fərqinə  ilk olaraq Avropalılar vardı. Tür-
kün  ideologiyasından  yararlanaraq  yeni  konsept 
yaratdı  və  ona  siyasətdə  güc  gəlməyə  başladı.  Bu  o 
qədər  ciddi  məsələyə  çevrildi  ki,  dünyanın  əbədiy-
yətə  qədər  idarə  edilməsi  arzusu  müxtəlif  qrupları 
birləşdirdi  və  bu  gün  də  haqqında  danışılan  gizlin 
güclərə  çevrildilər.  Beləcə  müxtəlif  inanclardan  ya-
rarlanaraq onları təqib edərək yeni və əsaslı konsep-
tual dinlər yaratdılar. Bunlar zaman-zaman bir-birini 
əvəzləməyə  başladı.  Fikirlər  köhnəldikcə  yeni  din 
                                                 
20
 Gene D.Matlock. Ey Dünya İnsanları Hepiniz Türksünüz, İstanbul: 
Topkapı, 2012, s 17. 
21
 Cəlal Bəydili. Türk mifoloji obrazlar sistemi: struktur və Funksiya. Bakı: 
Mütərcim, 2007, s 17.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
41 
yaratmaq zərurəti yarandı. Bu zərurətdən bir-birinin 
demək  olar  ki,  təkmilləşdirilmiş  variantları,  kitablı 
dinlər meydana gəldi və bu dini ideologiyanın əsiri-
nə çevrilmiş insanları isə idarə etmək daha asan, da-
ha  sadə  oldu.  Çünki  mayasında  bir  qorxu,  bir  təla-
tüm vardı. Beləcə gizli güclər dinlərin ideyasına söy-
kənən  dövlətlər  yaradıb  bu  layihəni  davam  etdirir-
dilər. Mükəmməl layihələr əsasında yaradılan dinlər 
(və  ya  təriqətlər)  yüksək  nəticələr  əldə  etdi.  Amma 
bu layihə sahibləri unutdular ki, insan öz-özlüyündə 
inkişaf  edən  bir  mexanizmdir.  Və  bu  konsepsiyanı 
həzm etdikdən sonra düşünməyə başlayacaq. Əlbət-
tə  ki,  düşündü  də.  Amma  layihə  sahibləri  peyğəm-
bərlər  institutu  yaratdıqları  kimi  yeni  modeldə  ke-
şişlər,  imamlar  da  hazırladılar.  Diqqət  etsək  görərik 
ki, dünyanın iki böyük dini İslam və Xristianlıq ara-
sındakı  çəkişmələrin  bitməyə  doğru  getdiyi  erkən 
orta əsrdə hər iki dinin daxilində parçalanmalar baş-
ladı və bu parçalanmalar dərinləşdirildikcə dərinləş-
dirildi. 
Təriqət  başçılarının  güclənməsi  üçün  hər  şeyi 
etdilər (Bu hər şeyi edən gizlin güclərin milli mənsu-
biyyəti yoxdur, məncə. Onlar da çox yaxşı bilirlər ki, 
dünya insanları vahid kökdəndir). Və bir neçə əsrdə 
insanları  bir-birinə  qırdıraraq  var-dövlət  topladılar, 
yaradılışın  əsl  sirrini  axtarmağa  vaxt  qazandılar.  İn-
sanlar yenə özlərini dərk yolunun işığını görəndə isə 
artıq milli kimlik məsələsi ortaya atıldı və böyük xə-
yalların  qızışdırılması  mexanizmi  işlənildi.  Bu  gün 
də  dünya  insanını  qorxu  idarə  edən  masonları,  xaş-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə