İsa Muğanna yaradıcılığı “İdeal” işığında
223
Şəmil Sadiq: Rüstəm Behrudi ilə aranız necədir?
İsa Muğanna: Oxumamışam, bilmirəm...Ədəbiyyat
aləmində meydana çıxmaq çox çətindir...Bu çıxıbsa
demək ki, nəsə var. Təzə jurnal oxuyuram, hələ bir
işıq üzü görmürəm. Nəsr yazan yoxdur. Mən sizə
təşəkkür edirəm ki, bu gün məni ziyarət etdiniz...
Mən bu gün belə şəxsiyyətlərlə tanış oldum...
Söhbətimiz o qədər maraqlı gedirdi ki... Beynimdə
ilişib qalan bütün mətləblərə aydınlıq gətirmək istəyirdim
sanki...
Şəmil Sadiq: Ziya Bünyadovun sevmədiyi yazıçı...
Füruzə xanım: Düzdür, qırıblar bunlar bir-birilərini.
Dalaşıblar.
Şəmil Sadiq: Niyə sevmirdi? Nə olmuşdu? Bu tarixi
yanaşmanıza
görə olmuşdu, yoxsa şəxsi məsələ idi?
İsa Muğanna: İdeyasına görə... Azərbaycan xalqı...
Kamran Məmmədov çıxış elədi ümumi iclasda, rusca
danışırdı, dedi ki, “Azerbaycanskiy narod isklyuçi-
telnıy pa slovam İsa Quseynova. İsklyuçitelnıy
narod”. Ziya da iki dəfə böyük variantda “Kom-
munist” jurnalında yazmışdı ki, rusca və azərbay-
canca ki, “ne obxadima pakonçit s İsa Quseynovom
skorey tem luçşe. (İsa Hüseynovun işi nə qədər tez
bitirilsə, o qədər yaxşıdır.)” Mən də necə soyuqqanlı