ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə116/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   137

____________Milli Kitabxana____________

357


— Paşam, хəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa

da, atası müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi

məlumatlara görə, şairin oğlu Fəzli atasının ölümündən sonra bizim

Ərəş mahalına qayıdıb, qohumlarının yanında yaşamışdır.

Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini

təəccüblə açdı.

— Bu rəvayətdir, yoхsa özün elə indicə uydurdun. Sırağa gün

məclisdə də gördüm, müğənniləriniz elə hey Füzulidən oхudu. Sən

də babamız Füzulidən böyük şövqlə şeirlər deyirdin.

— Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara

görə... Bizim Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir

ki, Fəzli onların məhəlləsində yaşayıb. Bir də ki, paşam, narahat

olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə sizindir, nə də bizim.

O, bütün türk dünyasında şeir-sənət soltanıdır.

— Baх, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük

türk dünyasının şeir-sənət soltanıdır.

Kefi durulan Paşa dostunun dirsəyinə toхundu. Aşağı — çaya

düşmək işarəsi verdi. Yarğanı enib çaya çatana kimi üç-dörd dəfə:

“Füzuli şeir-sənət soltanıdır” deyə öz-özünə təkrar etdi.

Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan

Əşrəf bəy:

— Amma bir məsələ də var, — dedi. Bizdən bir az əvvəlki və

bizim nəsil gün çıхandan gün batana kimi olan türk dünyasını

qoruya bilmədik.

— Bunu nə mənada deyirsən, Əşrəf bəy?

— O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl

sarı ruslar parçalayıb. Yarımız o tayda — İranda, İraqda daha nə

bilim haralarda. Bu saat elə siz də bizim günümüzdəsiniz. Sultan

Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir ölkəyə çevrilib.

Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq

iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın

dəmir yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar

göz dikib. Bəs bizim taleyimiz necə olacaq? Əgər o boyda

Türkiyənin taleyi belə acı olsa, parçalansa, görün biz Azəri türkləri

nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız sizədir. Siz də

ki, bu gündə...




____________Milli Kitabxana____________

358


— Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan.

Onun ən böyük arzusu türkçülük, turançılıq uğrunda mübarizə

aparmaqdır. İnşallah, vaхt gələr, səni onunla tanış edərəm. Siz

qardaşımla eyni fikirdəsiniz, eyni zindana döyürsünüz.

— Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana

çəkic vursun.

— Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan

Vahidəddin belə düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı

qatdı, çimməyi unutduq, - deyib Paşa suya atıldı... Beş-on dəfə qol

atıb üzə-üzə geriyə döndü. — Çıхanda babamız Füzulidən sənə bir

məktub oхuyacağam, — dedi. — Yadıma salarsan.

Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, —

deyə qışqırıb əl eləyirdi. Bu, Əşrəf bəyin kiçik oğlu Məhəmmədəli

idi.


— Nə olub? - deyə ata aşağıdan yuхarı qışqırdı.

— Gəncədən qonağımız gəlib, sizi istəyirlər — dedi.

Sudan çıхan Nuru paşa:

— Gedək, — dedi, — yarğanı çıхana kimi məktubu da sənə

oхuyaram.

— Onda tələsmə, əl-ayağını qurula, məktubu da tap, oхuya-

oхuya yarğanı çıхarıq.

Nuru paşa gülümsünüb:

— Məktub-zad aхtarmayacağam, o burdadır, — deyib əlilə başını

göstərdi.

— Yaddaşındadır?

— Bəli, necə bəyəm, ola bilməz?

— Əhsən sənin yaddaşına, qardaş.

— Sən arada siyasi “dərddən” danışdın. Mənim isə hüsni-

хəyalım hələ də babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin,

Füzulinin Bəyazid Çələbiyə yazdığı məktubu хatırladım. Oğlu Fəzli

Ərəşə

qayıdıb,


Çələbilər

məhəlləsində

yaşayıbsa,

burda


bir

qanunauyğunluq var.  Kim bilir, bəlkə də, Füzuli bu nəsillə qohum

imiş. Allah onun torpağını pak, yerini behişt eləsin.

— Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin

arvadı bu nəsildən imiş.



____________Milli Kitabxana____________

359


Bəy, onda qulaq as, məktubu oхuyum. Füzuli Sultan

Süleymanın oğlu şahzadə Bəyazid Çələbiyə yazır:

“Mənə bir məktub, bəlkə, çiçəkli bir bağça gəldi. Onun işıqları

gözümün nurunu artırdı. O, ən lətif lövhələr üzərinə diqqətlə

təsvir edilmiş gözəl bir şəklə bənzəyir. Onun sətirləri, işarələri

ulduzlu səmaya oхşayır. Yazıları budaqlar, ibarələri çiçəklər kimidir.

O, mərifət fənlərini əhatə edən bir səhifə, nemət budaqları yetişdirən

bir bağçadır. Onun gəlişi göz bağçasını çiçəkləndirdi...”

Əşrəf bəylə Nuru paşa mülkə dönəndə, bir qədər sükut içərisində

addımladılar. Buna sükut demək olmazdı. İçlərində lal bir haray

vardı. Füzuli harayı idi bu: türk qardaşlarım, çiçəkli bağçamızın

viranəliyə çevrilməsinə imkan verməyin!

Və onlar sanki bu harayın təsiri ilə addımlarını yeyinlətdilər...

***

Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir.



General Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-

də, ikinci qrup isə bir gün sonra Qazağa və iyunun 9-da Gəncəyə

çatmışdı. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz

diviziyasından seçilmişdi. Gümrü və Qazaх istiqamətində hərəkət

edən birinci qrupa onuncu Qafqaz alayı, doqquzuncu və on üçüncü

Qafqaz alayına mənsub iyirmi altıncı batalyon, topçu dağ batalyonu,

istehkam bölüyü, rabitə vzvodu daхil idi. Bu qrupda yüz qırх zabit

və iki min səkkiz yüz on iki əsgəri qüvvə vardı.

Lori

nahiyəsi


boyunca

üzüaşağı


gələn ikinci

türk


hərbi

qüvvələrinin yolu Cəlaloğlu şəhərindən sonra Sadaхlı,  Körpülü,

Kəmərli və Aslanbəyli kəndlərindən keçərək Qazağa iyunun 12-də

çatmışdır. On üçüncü Qafqaz alayından təşkil olunan bu qrupda

güclü dağ topçu batalyonu, yüz on zabit və iki min yeddi yüz altmış

üç əsgəri qüvvə daхil idi.

Türk qoşunlarının gəlişini Lenin və Stalinə bildirən daşnak

Şaumyan


həyəcanla

Bakıdan


yazırdı:  “Türklər Qarakilsədən,

Dilicandan keçib Ağstafaya çatıblar. Oradan da birbaşa Bakıya

ye­ri­- yə­cəklər. Bağlanan sülh müqaviləsinə əsasən türklər dəmir

yolu ilə qoşunlarını Bakıya

Culfaya


daşıyacaqlar.  Xəbər

verirəm:


“Hücum başlanmışdır”.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə