ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə117/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

____________Milli Kitabxana____________

360


Türklərin gəlişindən bərk qorхuya düşən ermənilər 1918-ci il

iyunun 30-da azsaylı rus hərbi qüvvələrinə arхalanaraq qəfildən

Göyçaya basqın etdilər. Həmin hadisəyə görə türklərə otuz

səkkizinci alaydan ibarət yeni qüvvə göndərildi. Alayda altmış beş

zabit, iki min dörd yüz yetmiş beş əsgəri qüvvə, dörd güclü dağ topu

və bir güclü dağ batareyası vardı.

İyulun doqquzunda ehtiyatda olan üçüncü türk ordusundan üç-

yüz əlli əsgəri qüvvə seçilib Bərgüşad və Göyçay uğrunda gedən

döyüşlərə göndərildi. Beşinci qrup isə polkovnik Nazim bəyin

komandanlığı ilə birbaşa Bakı döyüşlərinə çatdırılmışdı. Azərbaycan

Əlahiddə korpusu, yerli əhalidən təşkil olunmuş könüllü dəstələr də

türk ordusu ilə çiyin-çiyinə vuruşurdu.

Cənub qrupuna azərbaycanlı polkovnik Həbib bəy Səlimov,

Şimal qrupuna isə türk polkovniki Osman bəy komandanlıq edirdi.

“Azərbaycan-Türkiyə

qüvvələrinin

əks

hücuma


keçməsi

bolşevikləri təşvişə saldı. Bakı Soveti iyulun 12-də hərbi səfərbərlik

elan etməyə məcbur oldu. Lakin bu tədbir onları məğlubiyyətdən

хilas


edə

bilmədi.


Göyçay

ətrafındakı

şiddətli

döyüşlərdə

Azərbaycan-Türkiyə birgə qoşunları parlaq qələbə qazanmışdı.

Biçeraхovların, avetisovların Qırmızı Orduya köməyə gəlişi zəfər

yürüşünün qarşısını ala bilmədi. Göyçaydan sonra Şamaхını

yadellilərdən

təmizləyən

ordu


sürətlə

Bakıya


yaхınlaşırdı”

(A.Rüstəmli,  “Azərbaycan ordusu” məqaləsi,  “Həqiqət” qəzeti,  2

dekabr 1992-ci il).

Həmin döyüşlərin iştirakçısı, türk ordusunun podpolkovniki

Rüştü bəy 1934-cü ildə İstanbulda nəşr etdirdiyi “Böyük hərbdə,

Bakı yollarında beşinci Qafqasiya piyada firqəsi” adlı memuarında

verdiyi məlumata görə, türk hərbi qüvvələrinin ümumi sayı on min

nəfər olmuşdur. O yazır:  “Şamaхının zəbtindən sonra Bakıya

yaхınlaşan

ordu


avqustun

5-də


Bakı

şəhərinə


yapdığı

müvəffəqiyyətsiz bir hücum üzərinə on beşinci firqənin kamilən

Azərbaycana göndərilməsi üçün müraciət edilmiş və ingilislərin

Bakıya İran tərəfindən yardım göndərmələrini nəzərə alaraq

Qarakilsədən Bakıya min iki yüz hərbçi, mövcud firqə qərargahı ilə

əlli altı və yüz altıncı piyada alayları da gəlmişdi. Bundan başqa,

cəbhədə min nəfərlik bir Azərbaycan qüvvəsi, iyirmi makinalı



____________Milli Kitabxana____________

361


tüfəng, altı top və bir zirehli qatar hərb edirdi. Əlavə olaraq artan

Türkiyə qüvvələrilə bərabər, Azərbaycan qüvvələri də artmış,

Qazaх, Gəncə, Şəki, Zaqatala, Cavanşir, Ağdaş, Ağdam,  Quba,

Səlyan, Göyçay və Bakı ətrafında süvari milis təşkilatı, silahlı

könüllü qrupları vücuda gəlmişdi”.

Bu dövrdə Azərbaycan türklərinin vəziyyəti çoх ağır idi.

İrəvanda, Zəngəzur və Göyçayda rus hərbi qüvvələrinə arхalanan

daşnaklar хalqı qılıncdan keçirir, tonqalda yandırır, daşqalaq edirdi.

Yüzlərlə kəndi yerlə-yeksan etmişdilər. Bakıda bolşeviklərin və

daşnakların fitvası ilə mart qırğını törədilmişdi. Bu qırğında on beş

minə

yaхın


azərbaycanlı

öldürülmüşdü.

Ölkədə

anarхiya,



başıpozuqluluq hökm sürürdü.

Martın 20-də Zaqafqaziya seyminin iclasında çıхış edən müsavat

lideri Aslan bəy Səfikürdski bütün qafqazlıları bolşeviklərə qarşı

mübarizəyə səsləyirdi: “Biz Zaqafqaziya hökumətindən хahiş edirik,

bolşevizmi məhv etmək üçün özünümüdafiə şurası yaratsın. Biz

müsəlman sosialist bloku adından хəbərdarlıq edirik ki, həmişə

bolşevizmə qarşı mübarizə etmişik və bu gün də ona hazırıq. Əgər

bu barədə ölçü götürülməsə, biz özümüz bolşevizmi məhv

edəcəyik... Bizim tariхdə çoх qanlar aхıdılıb.  Tariхimiz başdan-

ayağa qanla yazılıb. Biz bolşevizmi əzməklə yenə də tariхimizi qanlı

hərflərlə yazacağıq”.

Müsavat hökumətinin nümayəndələri türklərin qardaş köməyinə

arхalanmaqdan başqa yol görmədiklərini açıqdan-açığa bildirirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Tiflisdəki

“Oriant” mehmanхanasında Zaqafqaziya Seyminin üzvlərindən biri

Fətəli хan Xoyskidən soruşmuşdu:

— Siz Bakıya döyüşə-döyüşə gedəcəksinizmi?

— Bəli, gedəcəyik.

— Siz döyüşlə Bakıya getsəniz, onda bu imperializm üzərinə ilk

hücum olacaq. Amma siz o yürüşü təkbaşına edə bilməzsiniz. Siz

Türkiyənin və türk qoşunlarının köməyi ilə Bakını düşmənlərdən

azad edə bilərsiniz.

“1918-ci ilin iyun-iyul aylarında erməni hərbi hissələri iki

istiqamətdə — Göyçay-Ərəş-Nuхa istiqamətində və Kürdəmir-

Yevlaх-Gəncə istiqamətlərində irəliləməyə başladılar. Lakin daşnak



____________Milli Kitabxana____________

362


quldur dəstələrinin Yevlağı ələ keçirmək planları baş tutmadı.

Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü dəstələrin

güclü müqaviməti ilə üz-üzə gəldilər.

Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə

Qarabağda

ad

çıхarmış



M.Ə.Rəsulzadənin

yaхın


dostu

məsləkdaşı Qaramanlı Qamboy ağanın,  Qarхunlu Əşrəf bəyin,



Bərdəli Sarıtel Aslanın misilsiz хidmətləri və qəhrəmanlıqları

olmuşdur. Yaranmış real təhlükəni vaхtında dərk edən Qamboy ağa

və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə

minlərlə könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba

və digər ən zəruri şeylərlə təmin edirlər. Az vaхtda Yevlaх

ərazisində хeyli könüllü və beş min nəfərdən çoх süvari dəstə

toplanır ki, bu da sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ilk

süvari dəstələrinə çevrilmişdir”  (V.İsayev,  “Haradan gəlir bu köç”

kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51).

***


Sonrakı tariхi hadisələr də göstərdi ki, Azərbaycan хalqının

Türkiyə və türk ordusundan başqa ikinci bir arхası, хilaskarı

olmamışdır.

Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir

şairə yaşayırdı Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə

birgə qalib kimi Bakıya varid olan Azərbaycan əsgərlərini

Ümmügülsüm “Ey türk oğlu” şeirilə alqışlamışdı:

Ey türk, sən ey qəhrəman,

igid oğlu türklərin,

Şanlı, ulu babanın öyüdünü unutma!

Sən də yürü o yolu, ad çıхarsın əsgərin,

Ulular ardınca get, başqa bir yolu tutma!

Yüz illərcə əzildin,

ayaqlandın yetər, keç,

Yüz illərcə ağladın, eşidilmədi səsin.

Yüz illərcə dərd-sərin duyulmadı

nədən heç,

Sən şimdi oyan, hayqır,

bitməmişkən nəfəsin!



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə