Səhifə 643-də (18-31dekabr):
“Kimsə döyüş meydanından
belə bir xəbər gətirdi ki, bu gün general Fokla
polkovnik Mehmandarovun arasında ciddi mübahisə olub. Fok sübut etməyə
çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı
istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil,
çünki müdafiənin
ikinci xəttindən də müqavimət göstərınək olar.
Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort
istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər ki,
bufənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir.
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”.
Səhifə 690-da (23 dekabr-5 yanvar):
“S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı ilə birgə
qalaya gəlmişdi və qalanın sağ cinahının artilleriya rəisini,
polkovnik
Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu)
15
” axtarırdı. Səməd
bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya
rəhbərlik edirdi.
Görüş zamanı o belə bir söz işlətdi: “Hörmətli qonaqlar yəqin səhv salıblar.
Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirlər.
Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət
çəkdikləri özlərinə möhtərəm rəqib sandıqları adamla Mehmandarovla tanış olmaq
onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoxlu tərifli
sözlər,
komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon
artilleriyasının verdiyi itki olduqca çoxdur. Iyirmi bes minə kimi adam tələf olub,
çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmamazlığı
onların məsələsini yüngülləşdirib.
General Mehmandarov əsirliyə yola düşdü...O, vicdanına and içib “evə”
gedənlərin ən qəddar düşməni olacağanın bildirdi.
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət -
qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”.
Səhifə 752-də (3-16 yanvar):
“Hakimiyyətm ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi.
Məsələn: həmişə döyüş mövqelərinin sağ cinahında olan F. və Ş. qeyd etdilər ki,
guya mövqelərdə necə olubsa, onların yanında polkovnik (indi general)
Mehmandarov da söhbət əsnasında bu mövzu haqda öz fikrini bildirınişdi: -
“Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən bunu başa düşmürəm! Əgər mən
15
Port-Artur döyüşlərində xidmətlərinə görə Səməd bəy Mehmandarova 1904-cü oktyabrın 22-də general-mayor
rütbəsi verilmişdir. – Ş. N.
komendant olsaydım və vəzifəmin öhdəsindən
az da olsa gələ bilsəydim, mənim
qanuni hakimiyyətimi görüm əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapüsaydı
mən deyərdim: Əlahəzrət, nə qədər ki, kimin əsil komendant olduğunu ayırd
etməmişik, bu verdən heç yana tərpənən deyilik... Bu ilin sonu nə qədər axmaq
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir şey döndərə bilməzdi”.
Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur
döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan jurnalistlər
Səməd bəyin döyüş fəaliyyətini qələmə almışlar.
Jurnalist E. K. Nojin Port-Arturda çıxan “Novıy kray”
qəzetinin xüsusi
müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifıdir.
Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla
həmişə ön xətdə görüşərıniş. Rus jumalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz
üçün darıxmasının da şahidi olub:
“...Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah
rəisi Stepanov yorğundur. Burda bir neçə zabit var. Polkovnik Mehmandarov da
burdadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla
vətəni Qafqazı yad edirdi:
- Qafqaz çox yaxşıdır, çox gözəldir! deyirdı. Təbiət hər şeyin keyfiyyətinə
zəmanət verərək ona öz möhrünü vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən
daş lazım olan yerdə bir
dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-
hesabı yoxdur. Su lazım olan yerdə bir damla da su olmur, ehtiyac olmayan yerdə
dərya qədərdir. - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: Bəs islam?
Yaxşı nə varsa onu sonrakı həyatın verəcəyini vəd edir. Hər şey çox yaxşıdır,
amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə, Sizcə
bu nə olan işdir? Peşimançılıq deyilmi? Bilirsinizmi,
mən indi heç nə istəmirəm nə
cənnəti, nə də mələkləri. Mən yalnız bir azca istirahət istəyirəm.
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajnı tavanına
düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid polkovnik Mehmandarov isə
heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”.
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin
şahidi olan Əliağa Şıxlinski yazır ki, oktyabrın on dördündə qala topa tutulan
zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe
yaponlar tərəfindən
on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz
topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdur. Həm də, bu mövqe yaponların
tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı
düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma
yaralanmadı.
Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlıqla
cibindən ağ dəsmalını çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan palçığı
silməyə başladı.
* * *
Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların
inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular.