Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   64   65   66   67   68   69   70   71   ...   97

Rus-yapon müharibəsindəki sərkərdəlik fəaliyyətinə görə Hüseyn xan 
Kəlbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor 
rütbəsi verilmişdir. 
 
General Mehmandarov Port-Artur döyüşlərində 
 
1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun 
qırx səkkiz yaşı vardı. Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam 
olmamışdı. Yelizaveta Kiyev qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi 
səhra xəstəxanasında  şəfqət bacısı  işləyirdi. Səməd bəy kimi o da zadəgan 
nəslindən idi. Iyirmi bir yaşlı Yelizavetaya həyat, elə bil anadan olandan səbr dərsi 
keçmişdi. O, nə  ağır hərb işinə, nə  də yaralı  əsgərlərə qarşı laqeyd deyildi. 
Zadəganlara məxsus sadəliklə Yelizaveta əsgərlərlə çox mehriban davranırdı. 
Yaralıları müalicə edir, savadsız olanların ailəsinə  məktub yazır, müharibə 
çətinliyinə səbrlə, dəyanətlə dözürdü. 
Bir dəfə  Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa 
qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam. 
Ərinin üzünə şax baxan Yelizaveta: 
Səməd bəy, demişdi, ölkədə müharibə gedirsə, səncə  əsgərin yeri harada 
olmalıdır? - Əlbəttə cəbhədə! Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb 
əsgər olmağıma şübhə edirsən? Axı, sən ana olmağa... 
Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan vaz keçək, 
əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil. 
Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi. Yanvarın iyirmi 
altısında gecə yaponlar rusların Port-Artur limanında   dayanan   eskadrasına   
hücum   edib   “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini 
yandırdılar.  
Müharibə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı 
topçu divizionunun komandiri təyin etdilər. Bu, quru qoşunlarının komandanı, 
general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç 
Mehmandarovun döyüşdə  dəyanətinə, komandirlik bacarığma yaxşı  bələd idi. 
Məhz ona görə  də  Səməd bəyi  Şərq cəbhəsinin rəisi təyin etdi. Bura Port-Artur 
müdafiəndə  ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də 
buraya yeritmişdilər. Onlar şiddətli həmlələr edirvə arası  kəsilmədən bombalar 
yağdırırdılar. Polkovnik Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən 
yaxın köməkçilərindən biri idi. Topçuların  əməliyyatma bacarıqla rəhbərlik edən 
Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə  və çox təhlükəli 
yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. 
Port-Artur müharibəsinin başlanmasından doxsan yeddi il keçir. Bu 
müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsəriər nəşr olunub. 
Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr 
yazılmışdır. 1906-cı ildə P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu 
qəbildəndir. Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş 
qabiliyyəti deyil, həm də onun şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin 


dili ilə verilib. Ilk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən 
parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən. 
Həmin kitabın “Noyabr hücumları” fəslində, səhifə 494-də: “Hələ avqust 
bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən 
onları  dəqiq atəşə tutublar. Polkovnik Mehmandarovun komandası altında olan 
yeddinci  Şərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə  məruz 
qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq 
müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk 
günlərində çoxzərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra 
artilleriyası  ən fədakar həmlələri belə  dəf edərək yaxınlıqda olan yapon 
batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu”.  
 
Səhifə 597-də: 
 
“S. daxil oldu. O, söhbət edirdi ki, ön həmlənin topçularından polkovnik 
Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri) və podpolkovnik 
Stolnikov öz şəxsi təhlükələrinə  qəribə nifrətlə yanasırlar; bombardman vaxtı 
batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər. Belə ki, onlar 
bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara 
məxsus cəngavər kimi, ikincisi isə taleyinə  sədaqətlə itaət edən dindar adamlar 
kimi davranırdılar. 
Burda - səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və  şrapnellə, 
karteclə düşmən kolonlarını  məhv etmək məsələsi düşür. Qala topları çox ziyan 
çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyişdiyindən onlarla mübarizə 
aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”. 
 
Səhifə 606-da (11-24 dekabr): 
 
“Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov haqqında 
bəzi  şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində olanlara tam 
ciddiyyətilə yanaşan bir adam idi. Onları  məcbur edirdi ki, şəxsi mərdlikləri ilə 
hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşqun, hərarətli olan bu adam 
sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, yalnız  şücaət 
göstərməyi bacaran, ağlıllı, özünü sevən adamları qiymətləndirir; karyeraçı 
zabitlərinsə  ən böyük arzusu - həyatlarını qoruyub saxlamaq və heç bir xidmət 
göstərmədən ordenlər almaqdır”. 
 
Səhifə 630-da (17-30 dekabr): 
 
“Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir 
göstərdimi? - sualına polkovnik Mehmandarov belə cavab verdi ki, o, vəziyyətdə 
heç bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir 
mənfı təsiri yoxdur. 
Yalnız general Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi nəticəsi 
olmayan bir yığın söz dedi”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə