Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə 
korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahını
18
 düzəltməyə başladım.” 
“Açıq söz” qəzeti 1918-ci il yeddi yanvar tarixli nömrəsində nizami 
müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı: 
“Yanvarın üçündə  Mərkəzi Müsəlman Zaqafqaziya komitəsinin üzvü, 
Mərkəzi Komitə  sədri Fətəli xan Xoyski müsəlman  əsgəri dəstələri təşkilatı 
haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə 1917-ci il 
dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından 
nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün lazımi qədər 
könüllü cəm edilməsi işi Qafqasiya Mərkəzi - Müsəlman Komitəsinə  həvalə 
edilmişdir. Nizami ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan  əsgəri 
verginin ləğv edilməsi haqqında Zaqafqaziya komissarlığı  tərəfindən dekret 
veriləcəkdir. Zaqafqaziya Komissarlığının bu qətnaməsinə bianən dekabrın on 
doqquzunda beşinci və yeddinci Qafqasiya nişançı firqələrindən ibarət olan altıncı 
ordu korpusunun Müsəlman nizami ordusuna əvəz edilməsi haqqində Qafqasiya 
cəbhəsi qoşunlarının baş komandanı tərəfindən Əmrnamə verilmişdir. Həmin əsgər 
dəstələrinin milliləşdirmək işlərinin nəzarəti general Əliağa  Şıxlinskiyə  həvalə 
edilmişdir. 
General-leytenant Əliağa Şıxlinski öz vəzifəsinin ifasına başlamışdır.” 
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaşayırdı. Həmin ilin yanvar 
ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəşfiyyat 
idarəsinin rəisi Nağı  bəy  Şeyxzamanlı Türkiyənin hərbi naziri Ənvər paşa ilə 
görüşəndə demişdir: 
- Paşam, Birinci Dünya Müharibəsində biz azərilərdən dörd general rus 
ordusunda ordu komandiri olmuşdular. Qonşularımız ermənilər və gürcülərdən 
ordu komandiri çıxmamışdır. Yalnız bir gürcü general hərbi korpus komandiri ola 
bilmişdir. Azərilərdən ordu komandiri Səməd bəy Mehmandarlı rus-yapon 
müharibəsində  hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksək ordenini 
almışdır.  İkinci general Əliağa  Şıxlinskidir. Rus ordusunun topçu baş inspektoru 
idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, Dördüncü isə Xan Yerivanskidir. 
(N.Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı, 1997 i1, səh., 
73-də). 
1914-cü ildə  Gəncədə,  Şuşa və başqa qəzalarda alaylar təşkil olundu. 
Şuşalılardan “Tatar süvari alayı”, gəncəlilərdən isə “İkinci Gəncə süvari müsəlman 
alayı” yaradıldı. Bunların hamısı “Qafqazın Yerli əhalisindən təşkil olunmuş süvari 
diviziyası”
19
 nın tərkibinə daxil oldu. 
Diviziya üç briqadadan və üç süvari alayından ibarət idi: birinci alay 
Kabardin və Dağıstanlılardan, ikinci alay tatar (Azərbaycan - Ş.N.) və çeçenlərdən, 
üçüncü alay inquş  və  çərkəzlərdən təşkil olunmuşdu. Bundan başqa osetinlərdən 
ibarət piyadalar briqadası  və Don kazaklarından səkkizinci artileriya divizionu 
yaradılmışdı. 
                                                 
18
 Qərargah Tiflisdəki  “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi.Həmin iki mərtəbəli mülk indi 
də qalır. Bu sətrlərin  müəllifi 1999-cu ilin aprel ayında Tiblisidə yaradıcılıq ezamiyyətində olanda binanı axtarıb 
tapmışdır. -  (Ş.N.) 
19
 Bundan sonra “Vəhşi divizya”
nın adlı rəsmi sənədlərdə olduğu kimi yazılacaq. (Ş.N.) 


Diviziyanın baş komandanı imperator II Nikolayın qardaşı; böyük knyaz 
Mixail Aleksandroviç Romanov, rəisi isə general-leytenant, knyaz D.P.Baqration 
idi. 
Sıravi əsgərləri (aşağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar. 
Zabitlər ayda 25 manat maaş alırdı. Onların əksəriyyəti ruslardan və Qafqazın xan, 
bəy və ağa oğullarından ibarət idi. 
Diviziya əsgərlərinin yaxşı təlimi, əla döyüş qabiliyyəti vardı. Bunu “Gəncə 
alayl”nın komandiri podpolkovniuk Q.Polovtsovun 1915-ci il iyulun on birində 
Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi teleqram da təsdiq edir. 
Podpolkovnik Q.Polovtsov yazır: 
     “Qafqazın yerli əhalisindən təşkil olunmuş diviziya”nın alayları arasında Gəncə 
süvari alayı birinci olaraq öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə  təltif 
olunmaq  şərəfı  nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək onu Tatar (Azərb. - 
Ş.N.) süvarilərinin yüksək döyüş bacarığı və fədakar qəhrəmanlığının qiyməti kimi 
qəbul edirəm. Müsəlman süvari döyüşçülərinin misilsiz şücaəti qarşısında mənim 
dərin heyrətimi qəbul etməyinizi xahiş edirəm.” 
Görkəmli şairimiz Məhəmməd Hadi azərbaycanlılardan ibarət alaylarla birgə 
Polşada, Lvovda, Stanislavda, Karpatlarda, Qaliç və Qorodinka şəhərləri uğrunda 
gedən döyüşlərdə  üç  il  cəbhə  həyatı keçirınişdir. Həmyerlilərimizin 
qəhrəmanlığından ruhlanan böyük şair bu mövzuda silsilə şerlər yazmışdır. 1917-ci 
ildə Gəncədə əsgərlər qarşısında çıxış edən Məhəmməd Hadi demişdir: 
“Əziz vətəndaşlarım! Alayımızı  təşkil edən Azərbaycan türklərinin 
göstərdikləri hərbi qabiliyyəti və yapdıqları  qəhrəmanlıqları söyləməklə bitməz. 
Ancaq mən burada bir hadisə uzərində dayanacağam. Hərb şiddətlə davam edirdi. 
General Samsonovun komandasındakı rus ordusu ilə alman qüvvələri  şiddətlə 
çarpışırdı. Samsonovun sağ cinahını “Dikaya diviziya” (müsəlman diviziyası) 
qorumaqda idi. Almanlar rus ordusunu boğurdular, nəhayət çəmbərə (mühasirəyə) 
aldılar. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın 
verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və alayı ikiyə böldü. 
Yanları  çəmbərin sağ  və solunu sıxışdırmağa başladı. Beş alaydan ibarət olan 
Qafqaziya qardaşları rusları alman çəmbərindən qurtardı. Bu mühüm hadisə 
həftələrcə rus mətbuatını işğal etdi. Rus çarı bizim alayın bayrağına ən böyük nişan 
verdi.” 
Cəbhədə ruhani kimi vəzifəsini icra edən şair Məhəmməd Hadi əsərlərində 
eloğullarımızın igidliyini də vəsf etmişdir: 
 
Bu ağır yük çəkilməz,  
Bu ağular içilməz.  
Sənsiz, a parlaq dilək,  
Qaranlıqlar çəkilməz. 
 
Məyus olma amandır,  
Məyus olmaq yamandır.  
Qorxaq diləksiz yaşar,  
Millətim qəhrəmandır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə