Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə27/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   23   24   25   26   27   28   29   30   ...   87

şərab da Sənin həqiqi Qanındır!» Dərhal Məsihin Bədəni
yenidən mərasimə uyğun olaraq, çörək görünüşünü aldı.
Qoca minnətdarlıq göz yaşları ilə onu daddı. İbadətdən
sonra   iki   başqa   zahid   Allaha   şükür   etdi   ki,   O,
yoldaşlarının xilas cəhdlərinin əbəs olmasına yol vermədi
(Ağsaqqalların Birinci Kitabı «Herontikon», № 189).
Müqəddəs   Avva   Makari   Evxaristiya   zamanı
iştirakçılarla   Allah   arasında   baş   verənləri   möcüzəli
şəkildə   görürdü.   Ağır   günah   yaxud   imansızlıq   içində
Məsihi   dadmağa   cəsarət   edənlər   şər   ruhlardan   qızğın
kömürlər alırdılar, İsa da keşişin əlindən kasaya qayıdırdı.
İman və məhəbbətlə yaxınlaşanlara isə Mələklər xidmət
edirdi.
İtaliyanın   Lançano   şəhərindəki   Müqəddəs   Lonqin
adına Fransiskan atalarının Kilsəsində belə bir hadisə baş
verdi: Bohemiyadan olan bir gənc keşiş Xilaskar İsanın
Evxaristiyada   həqiqətən   olmasına   aid   imanın
düzgünlüyünə   şübhə   etdi.   Bir   dəfə   müqəddəs   Messa
zamanı o gördü ki, Çevrilmə Ayininin sözlərindən sonra
çörək görünüşünü dəyişərək canlı Bədən, şərab isə Qan
şəklini   aldı;   həmin   Qan   mehrabın   üzərinə   töküldü.
Sarsılmış   keşiş   dərindən   tövbə   edərək   göz   yaşları   ilə
Rəbb Allahdan inamsızlığına görə üzr dilədi. Monastırın
baş   keşişi   bu   möcüzəli   Evxaristiya   formalarını   xüsusi,
bunun   üçün   hazırlanmış   qablara   (relikviyariy   deyilən
qablara) yerləşdirməyi əmr etdi; o vaxtdan etibarən hər
il Rəbbin Dirilmə Bayramına hamının sitayiş etməsi üçün
bunlar   çıxarılır.   Bir   neçə   il   əvvəl,   kilsə   rəhbərliyinin
icazəsi   ilə   bu   möcüzəli   Evxaristiya   formaları   üzərində
~ 135 ~
135


müasir   cihazlarla   elmi   tədqiqatlar   aparılmışdır.   Alimlər
Linoli və Bertelli növbəti nəticəyə gəldilər: bədənin nazik
parçası insan ürəyinin hissəsidir. Onu belə nazik yalnız
lazer şüası ilə kəsmək olar. Kasada quruyub qalmış beş
laxta   qan,   həqiqətən,   AB   qrupundan   olan   canlı   insan
qanıdır.   Bu   Bədənin   və   Qanın   nə   üçün   çürümədiyinə
alimlər cavab tapa bilmədilər.
Evxaristiya   İsanın   insana   olan   məhəbbətinin
rəmzi və mərkəzidir
Müqəddəs Müjdəçi Yəhya Gizli Gecə və Evxaristiyanın
bərqərar   edilməsi   barədə   bəhsini   növbəti   sözlərlə
başlayır:   «İsa   artıq   bu   dünyadan   ayrılıb   Atanın   yanına
gedəcəyi   məqamın   gəldiyini   bilirdi.   O,   dünyada   Özünə
məxsus   olanları   həmişə   sevmişdi   və   axıra   qədər   də
sevdi» (Yəh 13, 1). «Axıra qədər» sözlərinin mənası odur
ki,   İsa   ən   yüksək,   güclü   və   qurbanlıq   məhəbbəti   ilə
insanları   sevdi   və   onlara   görə   Öz   həyatını   verdi.
İnsanlardan   heç   kimin   qardaşlara   Rəbb   İsanın
məhəbbətindən   daha   kamil   məhəbbəti   olmayıb   və   heç
vaxt olmayacaq. Buna görə də O bu dünyanı tərk edərək
Müqəddəs   Sirri   təsis   etdi,   çünki   gedişinin   insani
unutqanlığın   səbəbi   olmasını   istəmirdi   və   bizimlə   birgə
olmaqdan   daha   yaxşı   Özü   barədə   bir   xatirə   qoymaq
üsulu tapmadı. Müqəddəs Bernardin deyir ki, ölməzdən
əvvəl insanların bir-birinə verdikləri məhəbbət sübutları
hər şeydən çox yaddaşda qalır. Əgər insanlar yaxınlarına
pul məbləği ya üzük ya kitab ya da başqa bir bahalı əşya
qoyub gedirlərsə, Məsih insanlar üçün Özünü qoydu. O
~ 137 ~
137


bunu insanların Özü üçün çarmıxda ölüm hazırladıqları,
şagirdlərindən birinin isə Ona xəyanət etdiyi gecədə etdi.
Lakin   Xilaskar   nəinki   Öz   həyatını   bizə   görə   çarmıxda
vermək   istədi,   həmçinin   bizə   qida   kimi   Özünü   verərək
Ölümdən   əvvəl   üzərimizə   məhəbbətinin   bütün
zənginliyini yağdırmaq istədi. 
Müqəddəs  Alfons  Liquori   deyirdi:  «Əgər  iman  bunun
qəbulunu   əmr   etməsəydi,   kim   Allahın   İnsan   olduğuna,
sonra da adamlar tərəfindən gida kimi qəbul edilməsinə
razı olduğuna iman edə bilərdi?» 
Hətta   şagirdləri   Onun   Evxaristiyanın   təsisini
əvvəlcədən   xəbər   verərək   söylədiyi   sözləri   anlaya   və
buna   iman   edə   bilmirdilər.   «Bu   Adam   yemək   üçün   Öz
cismini   bizə   necə   verə   bilər?»   (Yəh   6,   52)   –   deyə
yəhudilər   təəccüblənirdilər.   Lakin   insanların   anlaya
bilmədiklərini, Rəbbin məhəbbəti etdi: «Alın! Bu Mənim
bədənimdir» (Мark 14, 22). O bunu Həvarilərə dedi, indi
isə   O   bunu   bizə   Evxaristiya   zamanı   deyir.   Müqəddəs
Foma     Akvinalı   müqəddəs   Sirri   «Məhəbbət   Sirri»
adlandırır və qeyd edir ki, Onun bizə olan məhəbbətində
şübhə etməyək deyə bu sirrdə Allah bütün varlığını verir
və   Onda   olan   hər   şeyi   verir;   Məsih   Öz   Bədənini
məhəbbət   girovu   olaraq   qoydu.   Müqəddəs   Bernard   bu
Sirri   «Məhəbbətin   məhəbbəti»   adlandırırdı,   çünki   insan
olan   İsa   Özünü   bütün   adamlara   verdi,   bu   sirrdə   isə
ayrı-ayrılıqda hər birimizə Öz məhəbbətini göstərdi.
Rəbbin   Gizli   Gecədə   söylədiyi   sözlərdən   Onun
qəlbimizə   gəlmək   arzusunun   böyüklüyünü   görürük:
«Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım»
~ 139 ~
139


(Luka   22,   15).   Müqəddəs   Lavrenti   deyir:   «Bu   güclü
məhəbbət sözləridir». İsa Onun Bədən və Qanını qəbul
etməyimizi nə üçün bu qədər arzulayır? Çünki O bizim
hər birimizlə birləşməyi çox arzulayır. İsa deyir: «Mənim
cismimdən   yeyib   qanımdan   içən   Məndə   qalır,   Mən   də
onda qalıram» (Yəh 6, 56). «Müqəddəs Evxaristiyada biz
Məsihlə bir Bədən və bir Ruh oluruq», – deyə müqəddəs
İohann   Xrizostom   israr   edir.   Bu   birləşmə   Allahın
Böyüklüyünü   alçaldır,   lakin   «məhəbbət   ağılla   idarə
olunmur,   lakin   cəzb   edildiyi   tərəfə   yönəlir».   Beləliklə,
Rəbb   Onu   qəbul   edənlə   birləşərək   ona   məhəbbətdə
kamil dolğunluq verir. Müqəddəs Fransisk di Sales deyir:
«Bu   alçalmadan   başqa   Xilaskarın   məhəbbətini   heç   bir
şeydə belə aydın anlamaq olmur, bu zaman Allah bizim
ruhumuza   keçir   və   Ona   iman   edənlərin   ürəkləri   ilə
birləşir».   Beləliklə,   Öz   Bədəninin   və   Qanının   Müqəddəs
Sirrində   Məsih   vaxtilə   Yerusəlimdəki   müqəddəs   yerdə
Onu   dinləyənlərə   söylədiyi   kimi   bizə   də   deyir:   «Kim
susayıbsa, yanıma gəlib içsin» (Yəh 7, 37). O vaxtilə Onu
dinləyən  kütlələri  çağırdığı  kimi  bu  gün  də  çağırır:  «Ey
bütün yorğunlar və yükləri ağır olanlar,  Mənim yanıma
gəlin, Mən sizə rahatlıq verərəm» (Mat 11, 28). Bir klarisk
rahibəsi   bəxşişxana   qarşısında   uzun   müddət   dayanıb
seyr etdiyinə görə «Evxaristiya nişanlısı» adlandırılmışdı.
Bəxşişlər qarşısında bu qədər uzun müddət ərzində onun
nə etdiyi barədə ondan soruşanda o cavab verdi: «Mən
burada həmişəlik qalardım. Onun qarşısında nəyi edirəm,
nəyi etmirəm?! Sevirəm, izzətləndirirəm, minnətdarlığımı
bildirirəm, xahiş edirəm... Kasıb zənginin yanına gəlib nə
edir,   həkimin   yanında   xəstə   özünü   necə   aparır?   Təmiz
bulağın   yanında   susayan   adam   nə   edir?   Bol   ziyafət
~ 141 ~
141


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə