Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə28/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   24   25   26   27   28   29   30   31   ...   87

masası arxasında ac olan adam nə edir?»
Atasının   yanına   qayıdan   İsa   şagirdlərinə   dedi:   «Mən
dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat 28, 20).
Xilaskarın yanımızda olması yalnız Kilsəsində Müqəddəs
Ruhun   lütfü   vasitəsilə   olması   deyil,   həmçinin   iman   və
məhəbbətin   bu   böyük   Sirrində   çörək   və   şərab
görünüşündə   Özünün   həqiqətən   və   doğrudan   da
həmişəlik   bizimlə   qalması   deməkdir.   Allah   məm-
nuniyyətlə insanlarla qalır, «bəşər övladlarına görə fərəh-
lənir» (Sül 8, 31). Müqəddəs Tereza deyir: «Ey insanlar,
aranızda olmasından sevinc tapdığını söyləyən Allahı siz
necə təhqir edə bilərsiniz?»
Prezident,   padşah   yaxud   cəmiyyətdə   yüksək   vəzifə
tutan   bir   insanla   hər   kəs   görüşə   bilməz,   belə   imkan
yarananda,   bu   möhtərəm   şəxsiyyətlə   birgə   olanda   adi
insan   özünü   hər   cəhətdən,   hər   an   xoşbəxt   hiss   edir.
Evxaristiya   Sirrində   Allah   Oğlu   və   Xilaskarımız,   əbədi
izzət  Padşahı,   bütün   dünyanın   Hakimi   olan   İsa   Məsihin
Özü sakit və təvazökarlıqla həmişə bizi gözləyir, həmişə
bizi   dinləməyə   və   bizə   cavab   verməyə   hazırdır.
Diləklərimizi   dinləmək,   əzablarda   bizə   təsəlli   vermək,
başladığımız   işlərdə   bizə   xeyir-dua   vermək,   sınaqlarda
qüvvət   vermək   üçün,   hətta   xilasedici   qida   olaraq   bizə
xidmət   etmək,   bizə   sevən   Ata   və   Dost   olmaqdan   ötrü
bizimlə   yer   üzündə   qaldı.   Onun   qarşısında   ürəyimizi
açmaq,   Ona   ehtiyaclarımızı   bildirmək   və   Ondan   lütf
diləmək olar.
Rəbb   Özü   haqda   demişdi:   «Mən   yer   üzünə   od
yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!»
(Luka 12, 49). Xilaskar məhəbbət alovu barədə danışır,
ürəyimizdə   alovlandırmaq   istədiyi   Allaha   və   qardaşlara
~ 143 ~
143


olan   məhəbbət   barədə   danışır.   Məhz   elə   buna   görə   O
həmişəlik   bizim   kilsələrimizdə   olacaq.   Müqəddəs
Katarina   Siyenli   Müqəddəs   Sirridəki   İsanı   məhəbbətlə
alovlanan   tonqalla   müqayisə   edirdi,   bu   tonqaldan   İlahi
məhəbbət   alovu   çıxıb   bütün   yer   üzünü   əhatə   edir.   O,
Allahın   insana  olan   məhəbbətinin   ecazkar  böyüklüyünə
rəğmən   insanların   məhəbbətlə   alovlanmadan
yaşadıqlarına təəccüb edirdi.
Müqəddəs Pavlos İsanın  adamlara  olan  məhəbbətinə
görə   Allaha   itaət   etdiyini   mədh   edir.   Xilaskar   «Özünü
aşağı   tutdu   və   ölümə   qədər   –   çarmıx   üzərində   ölümə
qədər itaət göstərdi» (Fil 2, 8). Lakin Evxaristiyada Rəbb
bizə olan məhəbbətinə görə daha da böyük bir iş gördü,
yalnız Öz Atasına deyil, həmçinin hər bir keşişə və nəinki
ölümə   qədər,   həmçinin   dünyanın   sonuna   qədər   itaətli
oldu.   Əbədi   izzət   Padşahı   olan   Məsih   keşişin   duası   ilə
səmadan   mehraba   enir   və   orada   qalır,   Özünü
bəxşişxanaya   köçürməyə,   ibadət   zamanı   Özünü   xalqa
göstərməyə, Evxaristiya yürüşü zamanı Özünü daşımağa
icazə verir, keşiş tərəfindən daşınaraq xəstələrin yanına
gəlir. Hər bir kəsə, hətta küfr edən nalayiq insana belə,
Özünü   qida   olaraq   verməyə   icazə   verir.   Yer   üzündə
yaşayarkən   İsa   Bakirə   Məryəmə   və   Müqəddəs   Yusifə
itaətli idisə, bu gün O hər bir keşişə itaətlidir. Müqəddəs
Alfons Liquori Evxaristiyadakı Məsihin məhəbbəti barədə
düşünərək deyir: «Ey mənim əziz Xilaskarım, adamlara
olan   məhəbbətinin   çoxluğunu   görəndə   hisslər   məni
doldurur və mən artıq deməyə bir söz tapa bilmirəm...»
Evlərimizin   yanındakı   kilsələrimizdə   Müqəddəs   Allah
yaşayır.   O   mələklərə   və   göydə   olan   müqəddəslərin
ruhlarına xoşbəxtlik verir. Bu Sirr ecazkar məhəbbətdir,
~ 145 ~
145


Allahın   Özüdür,   Öz   məxluqlarına   olan   böyük
məhəbbətinə   görə   məhəbbət   adlanır   və   Özü   də
məhəbbətdir: «Allah məhəbbətdir» (1Yəh 4, 16).
Evxaristiyada iştirak etməyin səmərələri
«Müqəddəs Evxaristiyada Məsihin Bədənini və Qanını
qəbul etməsi iştirakçının Rəbblə birliyini möhkəmləndirir,
onun yüngül günahlarını buraxır və onu ağır günahlardan
qoruyur.   İştirakçı   ilə   Məsih   arasında   məhəbbət   bağları
möhkəmləndiyinə görə bu Sirr Məsihin Mistik Bədəni olan
Kilsənin birliyini möhkəmləndirir» (KKK 1416). Müqəddəs
Sirrdə   İsa   ilə   birləşməyimiz   bizdə   təqdis   edən   lütfü
çoxaldır və təsirli lütfü gətirir, günahlı meyllərdən ürəyi-
mizi  müalicə   edir,  tovlanmalarla  mübarizədə  onu   möh-
kəmləndirir,   bizi   izzətdə   Dirilmə   və   əbədi   həyat   üçün
layiq edir.
Müqəddəs Yazı bəhs edir ki, İlyas peyğəmbər səhra ilə
gedirdi,   yorulub   ağac   altında   uzandı.   Onda   Allah
əsrarəngiz qida ilə Öz nökərini qüvvətləndirdi. Mələk Onu
yuxudan   oyadıb   dedi:   «Qalx   yemək   ye»   (3Pad   19,   5).
İlyas yanında çörək və su gördü, o iki dəfə bu yeməkdən
daddı,   bunun   sayəsində   qırx   gün   və   qırx   gecə   Allahın
Xorev   dağına   qədər   getdi.   Bu   əsrarəngiz   qida   Evxa-
ristiyanın rəmzidir. Rəbbin Bədəninin və Qanının Sirrində
Onunla birləşmə insanı böyük qüvvətlə doldurur, Allahın
izzəti   üçün   onu   xidmət   etməyə   qadir   edir.   Müqəddəs
İohann Xrizostom deyir ki, məsihçilər Rəbbi   Müqəddəs
Evxaristiyada qəbul etdikdən sonra od püskürən aslanlar
kimi Onun İlahi məhəbbətinin alovu ilə yanmalıdırlar və
aslan   digər   heyvanlar   üçün   qorxunc   olduğu   kimi
~ 147 ~
147


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə