Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə36/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   32   33   34   35   36   37   38   39   ...   87

Xəstəliklər, əzablar, ağır əmək, ölüm, nifrət, müharibələr,
qətl   –   bu   təkcə   olan   ilk   günahın   nəticələrini   sonsuza
qədər  sadalamaq  olar.  Bu   cəza  ilk  insanların  həyatı  ilə
bitmir, Adəm və Həvvadan sonra bütün nəsillər onu irsən
aldılar. Hər bir insan bu ilk günah ilə zədələnmiş doğulur
və   onun   nəticələrini   bütün   insanlarla   bölüşdürməyə
məcburdur.   İlk   günahın   nəticəsində   insanın   təbiyəti
günaha meyllidir.   
Cəhənnəmdə   əbədi   əzablara   məhkum   olunanlar
barədə   düşünək.   Oradan   çıxış   yolu   yoxdur,   çünki
mühakimə olunan daha heç vaxt bağışlanma almayacaq
ona görə ki, Allahın mərhəmətini qəbul etmək istəmirlər.
Əbədi məyusluq, əbədi bədbəxtlik, əbədi əzab və bütün
bunlar   Allahın   hədsiz   xeyirxahlıq   və   mərhəmətinə
baxmayaraq,   mövcuddur!   Həqiqətən,   günah   böyük
şərdir! 
Rəbbimiz   İsa   Məsihin   Çarmıxdakı   əzablarına   və
Ölümünə nəzər salaq. Təmiz və günahsız Quzu olan İsa
bütün  dünyanın  günahlarını   Öz  üzərinə  götürdü.     Allah
qarşısında   Xilaskarın   bizə   görə   etdiyi   himayəçiliyinin
nəticələrini   dərhal   görürük:   O   necə   böyük   təhqirlər,
əzablar və ölümə məruz qalır! Nəyə görə? Günaha görə!
Adamların   günahlarına   görə!   «Bizim   üsyankarlığımıza
görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi,
bizim əmin-amanlığımız üçün o cəza aldı» (Yeş 53, 5) –
deyə   Yeşaya   Peyğəmbər   nida   edir.   Allah   «Öz   Oğlunu
belə,   əsirgəməyib   Onu   hamımızın   uğrunda   ölümə
(əzablara) təslim etdi» (Rom 8, 32). Xilaskarımız Öz xalqı
tərəfindən o dərəcədə təhqir olunur, tərk edilir, istehza
edilir və inkar edilir ki, Çarmıxdan nida edir: «Ey Allahım,
Allahım, niyə Məni tərk etdin?» (Mat 27, 46). Biz yenə də
~ 201 ~
201


günahın hədsiz şər olduğunu görürük. İnsanları günaha
görə   layiq   olduqları   cəzadan   qurtarmaq   üçün   «Allah
dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə
etdi   ki,   Ona   iman   edən   hər   kəs   həlak   olmasın,   amma
əbədi həyata malik olsun» (Yəh 3, 16). Günah nə qədər
böyük şər idi ki, Rəbb İsa ona görə belə əzab çəkməyə
məcbur oldu!
Günah   ən   böyük   bədbəxtlikdir,   çünki   o   səbəbdən
insan təqdis edən lütfü, Allahla dostluğu, göylərdə olma
imkanını,   qəlbinin   rahatlığını,   həyatın   sevincini   itirir   və
şər   ruhun   qulu   olur.   Bir   insan   müharibədən   evə
qayıdanda   öz   evinin   və   təsərrüfatının   yerində   yalnız
küllük tapdı. Lakin o belə dedi: «Bizdə böyük bəla baş
verdi,   lakin   müharibə   bizim  ürəyimizi   və   övladlarımızın
ürəklərini daş etsəydi, bundan da pis olardı». Müqəddəs
Lüdovikin anası kraliça Blanka tez-tez ona təkrarlayırdı:
«Oğlum, ağır günah etdiyin barədə bilməkdənsə ölümün
barədə   xəbər   eşitmək   mənim   üçün   daha   yaxşıdır».
İnsanlar   qədim   məbədlərə   baş   çəkməyi   və   onların
gözəlliyinə heyran olmağı xoşlayırlar. Kilsələri boş, ikona
və çarmıxsız, sınıq qapı və pəncərələrlə, kirli divarlarla və
hər   cür   zibillə   dolu,   ən   əsası     isə   Ən   Müqəddəs   yer
mehrab və onun üzərində Müqəddəs Bəxşişlərsiz qoyan
küfr nə qədər də dəhşətlidir! İnsanın qəlbi isə daha gözəl,
tayı-bərabəri olmayan və əbədi məbəddir. Ölüm günahı
vəziyyətində   olan   insanın   qəlbi   həqarət   edilmiş
məbəddən daha acınacaqlı görünür. İnsanın qəlbi əbədi
məbəddir,   Allah   bu   məbəddə   yaşamağı   arzulayır.
Müqəddəs Həvari Pavlos nida edir: «Məgər bilmirsiniz ki,
siz   Allahın   məbədisiniz   və   Allahın   Ruhu   sizdə   yaşayır?
Kim   Allahın   məbədinə   ziyan   vursa,   Allah   da   ona   ziyan
~ 203 ~
203


vuracaq.   Çünki   Allahın   məbədi   müqəddəsdir   və   bu
məbəd sizsiniz» (1Kor 3, 16-17).
Günah insanın ləyaqətini alçaldır. Farslarla müharibə
zamanı Roma qeysəri Valerian əsir alındı. Fars padşahı
Şapur   özünü   yüksəldərək   və   böyük   Roma
imperatorluğunun   qeysərinə   istehza   etmək   üçün
Valeriana   xüsusi   təhqir   fikirləşdi.   Şapur   hər   dəfə   ata
minəndə, əsir olan imperatoru gətirirdilər, o diz çökməli
və   alnını   yerə   qoymalı   idi,   padşah   isə   ayağını   onun
çiyninə   qoyub   yəhərə   otururdu.   Ağır   günah   edən   hər
kəs   iblisin   qulu   olur.   Azad   Allah   övladı   olan,   lakin
ləyaqətini   şər   ruhun   əsarətinə   dəyişən   insanı   hiyləgər
alçaldır və ona istehza edir. Məşhur rəssam Leonardo da
Vinçiyə   monastır   yeməkxanasında   Sirli   Axşam   zamanı
İsa Məsihi şagirdləri ilə təsvir edən Santa-Mariya delle
Grasiye divar naxışını yaratmaq tapşırıldı. Rəssam ona
nümunə olacaq insanları axtarmağa başladı və bir dəfə,
xorun   çıxışında   iştirak   edəndə   gənc   xoristlərin   birində
Məsihin obrazını yaratmaq üçün ona lazım olan cizgiləri
gördü və onu öz atelyesinə dəvət edib eskizlər hazırladı.
Divar   naxışının   başqa   personajları   ilə   də   problem
olmadı, bir Yəhuda İskaryotdan başqa. Ona uyğun olan
insanı   Leonardo   uzun   müddət   tapa   bilmirdi.   Yalnız   bir
neçə ildən sonra o, mənəvi düşkün insanların arasında
satqın   həvariyə   bənzəyən   bir   adamı   tapdı.   Rəssamın
atelyesinə   gələn   bu   adam   bir   neçə   il   əvvəl   Məsihin
şəklini   çəkən   Leonardo   da   Vinçi   üçün   poza   aldığını
xatırladı. Onda o, günahın onunla nə etdiyini dərk etdi
və üzünü əlləri ilə örtüb ağladı.
Ağır günah insanı təqdis edən lütfdən, xeyirxah işlərin
bütün   xidmətlərindən   məhrum   edir.   Bir   nəfər   pul
~ 205 ~
205


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə