Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə33/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   29   30   31   32   33   34   35   36   ...   87

mağa məcbur oldu, çünki Müqəddəs və ədalətli Rəbb şəri
cəzasız qoya bilmir. Lakin O, insan nəslini məhv etmədi,
onlara   tövbə   etmək   və   bağışlanmaq   imkanını   verdi.
Rəbbin cəzası belə (yer üzündə olan zəhmət və əzablar),
o   qədər   təsəlli   ilə   –   dünyanın   gözəlliyi,   məhəbbət,
dostluq,   ailə,   qəlbdə   olan   ilham,   musiqi,   incəsənətlə
bəzədilib... Allah insana  yaratmaq, bu dünyanı bəzəmək,
onun sirrini tanımaq imkanı verir. Dünyaya qovulduqda
zavallı   insana   təsəlli   vermək   və   onu   xilas   etmək   üçün
Allahın   Kəlamı   (Oğlu)   yer   üzünə   gəldi,   bununla   da
həyatımızı   təqdis   etdi,   Öz   Bədəni   və   Qanının   Ayinində
insanlarla əbədi qaldı.
Müqəddəs   Tarix   hadisələri   və   Müqəddəs   Yazıda   İlahi
sözlərin   mənası   barədə   düşünməkdə   davam   edərək
Allahın seçilmiş xalqı olan İsraillilərlə böyük mərhəmətlə
davrandığını   görürük.   Onları   Misir   əsarətindən   böyük
səbirlə   çıxartdığını,   Musanın   onlara   görə   vəsatətçilik
edərək   mərhəmət   dilədikdə   dəfələrlə   günahlarını
bağışladığını   görürük.   Müqəddəs   Yazıdan   öyrənirik   ki,
İbrahim   onlara   görə   dua   edəndə   Allah   Sodom   və
Homorranı   bağışlamaq   istəyirdi.   Əlli   deyil,   hətta   on
salehə   görə   bütün   sakinləri   məhv   etmək   istəmirdi   və
bunu İbrahimə bildirdi. Biz burada Allahın mərhəmətli və
xeyirxah,   bağışlamağı   arzulayan   və   bağışlaması   üçün
əsas axtaran Ata olduğunu görürük. Bağışlamaq imkanını
tapmayan Allah kədərlənir, çünki Öz müqəddəsliyinə və
ədalətinə   görə   itaətsiz   məxluqları   cəzalandırmağa
məcburdur. Yunus peyğəmbərdən xəbərdarlıq eşidən və
tövbə   edən,   günahlarına   görə   yas   tutan   və   həyatını
yaxşıya doğru dəyişən Nineva sakinlərini Allah necə də
böyük şəfqət və  sevinclə qəbul etdi! Oruc  tutan  və  öz
~ 181 ~
181


günahına   görə   mərhəmət   diləyən   padşah   Davudun
tövbəsini Allah necə də böyük sevgi ilə qəbul etdi!
Lakin Allahın mərhəməti İsa Məsihdə kamilcəsinə izhar
olundu.   Onun   bütün   işləri   günahkarların   xilasına
yönəlmişdi.   Müqəddəs   Həvari   Pavlos   Onun   Xilaskarlıq
missiyasını   növbəti   sözlərlə   yekunlaşdırır:   «Məsih   İsa
günahkarları   xilas   etmək   üçün   dünyaya   gəldi...   O
günahkarlardan   ən   betəri   mənəm»   (1Тiм   1,   15).   Hətta
fariseylər Onu «vergiyığanların və günahkarların dostu»
adlandırırdılar, buna İsa belə cavab verirdi: «Sağlamların
deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil,
günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm» (Luka 5,
31-32). O daim Allahın məhəbbəti və mərhəməti barədə
öyrədir, bu barədə  məsəllər  danışır.  Mərhəmətli  ata və
azmış   oğul   barədə   olan   məsəl   İlahi   məhəbbəti   daha
yaxşı   çatdırır.   Atası   qarşısında   təqsirini   və   itaətsizliyini
dərk   edən   oğul   peşman   olur   və   tövbə   edir.   Onda   ona
sadə   həqiqət   açılır:   yeganə   çıxış   yolu   atasının   yanına
qayıtmaq   və   ondan   bağışlanma   diləməkdir.     Bəs   atası
onu necə qəbul etdi? O heç oğlunun etirafını sona qədər
dinləmək   istəmədi.   O,   oğlunda   tövbə   görür   və   bu   ona
kifayətdir! Diz çökən oğlunu qaldırır, onu qucaqlayır və
öpür! Nəinki hər şeyi bağışlayır, hətta onun itirdiyini ona
qaytarır: ona ən yaxşı paltar gətirməyi əmr edir, ona oğul
hüququnu   qaytarır   və   onun   şərəfinə   təntənəli,   sevincli
ziyafət təşkil edir.
İsa   bizə   bu   rəhmli   atada   son   dərəcədə   mərhəmətli
olan Allahı görməyi əmr edir. Əlbəttə, Rəbbin övladlarını
sevməsi və hər şeyi bağışlaması İsanın məsəlində olan
atanın   məhəbbət   və   mərhəmətindən   üstündür,   lakin
Onun   nümunəsi   Allahın   biz   günahkarlara   münasibətini
~ 183 ~
183


daha yaxşı anlamağa bizə kömək edir. 
Allah günahkarın qayıtmasını gözləyir
İtmiş oğulun atası onun qayğısına qalır, çünki bu onun
oğludur, onun bədənindən olan bədəndir. Vahid Oğlunu
sevən Allah Ona olan məhəbbətini heç nədən yaratdığı
milyardlarla canlı məxluqa şamil edir. 
Allah   onlara   Öz   ata   məhəbbətini   şamil   edir,   Öz
mərhəmətinə görə onları Özünə övlad və varis edir. Bunu
yalnız Öz mərhəmət və şəfqətinə görə  edir, çünki bizə
ehtiyac   duymur.   Məsəldəki   mərhəmətli   ata   təqsirkarın
qayıtmasını istəyir, çünki onun əzablarını duyur və onun
xoşbəxtliyini   arzulayır.   Allah   günahkarın   mühakimə
alovunda   əbədi   əzab   çəkəcəyinə   görə   narahatdır   və
buna   görə   də   onunla   barışmağı   çox   arzulayır.   Eyni
zamanda   Allah   ona   Öz   şəxsi   xoşbəxtliyini   –   ölçülməz,
sözlə   deyilməz,   əbədi   olan   xoşbəxtliyi   hazırlayıb.   Buna
görə   də   insanlar   tərəfindən   rədd   edilmiş   iyrənc
günahkarın   nəfəsi   var   ikən   hətta   əxlaqsızlıq   və   küfr
içində keçirdiyi bir çox ildən sonra Allah ədalətli qəzəbini
onun   üzərinə   tökməyə   tələsmir,   gələcəkdəki   cəzanın
ağırlığına sevinmir, xeyr. Hər şeydən çox onu bağışlamaq
istəyir.
Məsəldəki mərhəmətli ata itmiş oğlunu uzaqdan görən
kimi   onun   qarşısına   çıxaraq   qaçır.   Allah   da   günahkarın
qarşısına çıxır: Öz İlahi qüvvəsi ilə O, insanın Özünə tərəf
dönməsi üçün imkan yaradır (sınağlar, xilasedici vicdan
əzabları,   vəzləri,   lazımi   sözü   söyləyən   yaxud   lazımi
nümunə göstərən insanları göndərir). O daim, bəzən bir
çox illər ərzində çağırır.
~ 185 ~
185


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə