Bir ailədə oğlan ciddi-cəhdlə ilk dəfə Tövbə sirrini qəbul
etməyə hazırlaşdı, keşişi diqqətlə dinlədi və müqəddəs
imanımızın həqiqətlərini bütün qəlbi ilə qəbul etdi. O
yaxşı yadda saxladı ki, insan üçün ən böyük bədbəxtlik
ağır günahdır, çünki günah edən insan İlahi lütfü,
göylərdə olmaq imkanını itirir və şər ruhun əsarətinə
düşür. Bir müddət sonra valideynlər gördülər ki, onların
uşağı kədərlidir, yemək istəmir, bacı-qardaşları ilə
oynamaq istəmir, az danışır. Ana onunla danışmaq
qərarına gəldi. Oğlan ağlayıb dedi ki, bir neçə gün əvvəl
o, ağır günah etdi, indi isə narahatçılıq və təşvişdə
yaşayır. Uşağı onun dərdində dəstəkləmək, Allahın
mərhəmətinə qəlbində ümid, səmimi kədər, qəti islah
olmaq niyyəti yaratmaq və səmimi imanla tövbəni
həvəsləndirmək əvəzinə ana yüngülləşib dərindən nəfəs
aldı və dedi: «Eh, sən məni çox qorxutdun! Mən də elə
bilirdim ki, doğrudan da pis iş baş verib; elə bildim ki,
xəstələnmisən yaxud yaxın adamlardan birinin xəstəliyi
ya dərdi barədə bilirsən və bizə demək istəmirsən. Sən
isə günah etmisən! Fikir eləmə! Kilsəyə gedib tövbə
zamanı keşişə hamısını danışarsan və bununla da hər şey
düzələr. Get uşaqlarla oyna!» Ananın sözləri oğlanı
sarsıtdı. Elə çıxır ki, ana günaha müqəddəs imanın
öyrətdiyi kimi baxmır! «Fikir eləmə! Ağır, ölümə aparan
günah – bu qorxulu deyil, tövbə zamanı bu barədə keşişə
deyərsən və hər şey yaxşı olar». Uşağın ürəyinə ağırlıq
çökdü. Zavallı ananın nə etdiyindən heç xəbəri də yox idi.
Oğlunu ömürlük necə yaraladığını bilmirdi! O öz övladını
inamsızlığa və riyakarlığa düçar etdi. O gündən etibarən
o, günahları etiraf etməyə gələcək və keşişin simasında
~ 195 ~
195
Allaha deyəcək ki, ağır günahları ilə o, cəhənnəm
əzablarını qazandı, amma ürəkdən kədərlənir, islah
olmağa söz verir, eyni zamanda ürəyinin dərinliyində
fikirləşəcək ki, onun günahı xırda bir şeydir və tövbə
hücrəsindən uzaqlaşandan bir neçə gün sonra, bəlkə də
bir neçə saat sonra rahat və laqeyd olaraq eyni hərəkəti
edəcək.
Yalnız iman bizə günahın nə olduğunu, həqiqətən,
anlamağa kömək edə bilər. Sualımıza cavab tapmaq
üçün Müqəddəs Yazıya müraciət edək. «Demə: «Günah
etdim, nə oldu?», çünki Rəbb çox səbirlidir» (Sir 5, 4), –
deyə müdrik adam xəbərdarlıq edir. Allahın hədsiz
mərhəməti Rəbbin gözlərində günahın kiçik bir şey
olduğunu göstərmir.
Günah edən mələklərin yoldan azmasını xatırla.
Səmavi ruhlardan ən gözəli olan Lüsifer («parlaq ulduz,
dan oğlu»), qürur və təkəbbür tələsinə düşüb Allaha
qarşı üsyan edir və öz tərəfinə başqa mələkləri də çəkir.
O andaca onların mahiyyəti dəyişir. Onların dillə ifadə
edilə bilməyən sevinci və zövqü olan Allah məhəbbəti bu
andan etibarən onların dözülməz əzablarının səbəbi olur.
Onların həqiqətə xidmət etməyə çağırılmış ağılları yalan
mənbəyinə çevrilir. Məsih göydən düşmüş Lüsifer barədə
dedi: «Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir,
çünki yalançıdır və yalanın atasıdır» (Yəh 8, 44). Günaha
batmış mələklərin xeyirxahlığa cəhd etmək üçün yaranan
iradəsi yalançı olur və şərə səy göstərməyə çalışır.
Təbiətcə təmiz olan ruhu «murdar ruh» olur, onlar
səmavi gözəlliyi itirərək nəinki mələklər, hətta adamlar
üçün də eybəcər, iyrənc və mənfur olurlar. Onlar dərhal
~ 197 ~
197
və həmişəlik mühakimə olundular. Onlar üçün
bağışlanma yoxdur və heç vaxt olmayacaq, onların xilası
mümkün deyil! Bir günaha, bir günahlı fikrə və niyyətə
görə əbədi mühakimə və əzab! Həqiqətən, bu insan
dərrakəsindən üstündür! Bu günah faciəsini insanlardan
heç kim heç vaxt anlaya bilməyəcək. Peyğəmbər Yeşaya
nida edir: «Ey parlaq ulduz, dan oğlu, necə də göylərdən
yerə düşdün! Ey millətləri tapdalayıb keçən, necə də
yerə yıxıldın! Sən ürəyində dedin: «“Göylərə
qalxacağam, taxtımı Allahın ulduzları üzərində
ucaldacağam... uca buludların üzərinə çıxacağam,
Haqq-Taala kimi olacağam”» (Yeş 14, 12-13). Öz
şagirdlərinə qürur və təkəbbürün dəhşətli nəticələrini
göstərən Məsih deyir: «Mən şeytanın ildırım kimi göydən
düşməyini görmüşdüm...» (Luka 10, 18). Allahın
mərhəməti sonsuzdursa, cəza nə üçün bu qədər sərtdir?!
Doğrudan da, «qanunsuzluğun sirri» çox böyükdür!
Görün günahın şəri nə qədər böyük və hədsiz idi ki, son
dərəcədə xeyirxah və mərhəmətli olan Allah üsyançı
mələkləri belə, cəzalandırmağa məcbur oldu.
Adəm və Həvvanın günahını xatırlayaq. Paxıl iblis
onları «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o
meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə
şəri bilərək Allah kimi olacaqsınız» (Yar 3, 4-5) sözləri ilə
yoldan çıxartdı, ürəklərində Allaha inamsızlıq yaratdı. O,
insanda şöhrətpərəstlik və qürur hissi oyatdı və Allahdan
dönməyə vadar etdi. Onların günahı Yaradandan üz
döndərmələridir, sanki Allah mövcud deyilmiş kimi,
istədikləri kimi yaşamaq üçün Onsuz olan həyat yolunu
seçmələridir. İnsan nəsli necə də cəzalandı! Bu günahın
hədsiz ağırlığını onun nəticələrindən bilmək olar.
~ 199 ~
199
Dostları ilə paylaş: |