Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə32/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   28   29   30   31   32   33   34   35   ...   87

onların   ürəklərinə   gəlib   onların   kiçik   günahlarını
bağışlayacaq. Qoy ruhani zəifliyimizi və qüvvətsizliyimizi
dərk   etməyimiz   bizi     möhkəmlənmə   əldə   etdiyimiz
Evxaristiyaya tez-tez istiqamətləndirsin.
3.   Nəhayət,  bəziləri   yalançı   utancaqlıqla   adamların
rəyindən qorxaraq Evxaristiyada tez-tez iştirak etmirlər.
Onlar həyəcan keçirirlər və qorxurlar ki, bir kimsə onlar
barədə “layiq olmadığı halda tez-tez Evxaristiyada iştirak
edir” deyər yaxud «yalançı mömin» adlandırıb ona gülər.
Bu,   məsihçiyə   layiq   deyil.   İsa   dedi:   «Kim   Məndən   və
Mənim   sözlərimdən   utanarsa,   Bəşər   Oğlu   da   Özünün,
Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o
adamdan utanacaq» (Luka 9, 26).
Əgər   bizim   Allaha   məqbul   olmaq   niyyətimiz
səmimidirsə və Xilaskar İsa ilə Müqəddəs Evxaristiyada
birləşməyi   arzulayırıqsa,   bu   və   başqa   səbəblər   bizi
dayandırmamalıdır. Böyük ruhani rəhbər olan Müqəddəs
Fransisk   Di   Salesin   sözlərinə   fikir   ver:   «Evxaristiyada
tez-tez   iştirak   etdiyinin   səbəbini   insanlar   səndən
soruşanda   onlara   belə   cavab   ver:   «Günahlardan
təmizlənmək, zəifliyimdə dəstək almaq, kədərli halımda
təsəlli   tapmaq,   Allahı   sevməyi   öyrənmək   üçün   bunu
edirəm». Onlara de ki, tez-tez günahları etiraf etmək və
Evxaristiyanı   qəbul   etmək   iki   növ   insanlara   lazımdır:
kamillik mənbəyinə daha yaxın olmaq üçün kamil olan və
kamilliyi   əldə   etmək   üçün   kamil   olmayan   insanlara;
güclülərə   zəifləməmək   və   zəiflərə   güclü   olmaq   üçün;
sağlamlara – xəstələnməmək, xəstələrə – sağlamlıq əldə
etmək üçün lazımdır. Onlara de ki, sən  qeyri-mükəmməl,
zəif və xəstəsən, bura isə kamillik, sağlamlıq və qüvvət
mənbəyidir.   Onlara   de   ki,   işlə   az   məşğul   olan   insanlar
~ 171 ~
171


tez-tez   Evxaristiyanı   qəbul   etməlidirlər,   çünki   onların
bunu etməyə imkanları var və müxtəlif işlərlə çox məşğul
olan   insanlar   tez-tez   Evxaristiyanı   qəbul   etməlidirlər,
çünki   onların   buna  ehtiyacları   var.   Çox   və   ağır   işləyən
insan   daha   çox   qida   almalıdır.   De   ki,   Müqəddəs
Evxaristiyada   iştirak   etməyi   öyrənmək   üçün   bunu
edirsən. İnsan nadir hallarda etdiyi işi yaxşı edə bilmir.
Qışda qarın ağ örtüyü ilə əhatə olunan dovşanlar ağ olur;
sən   də   təmiz,   gözəl   və   xeyirxah   olan   Şəxsə   nə   qədər
yaxın olsan, o qədər də özün təmiz, gözəl və xeyirxah
olacaqsan» (Müqəddəs Fransisk Di Sales «Saleh həyata
göstəriş yaxud Filoteya»). 
~ 173 ~
173


B. ŞƏFA AYİNLƏRİ
«Canımızın   və   bədənimizin   təbibi   olan,   bədəni   iflic
olana   günahlarını   buraxan   və   ona   bədən   sağlamlığını
qaytaran Rəbb İsa Məsih istədi ki, Onun Kilsəsi Müqəddəs
Ruhun qüvvəsi ilə Onun şəfa vermə və xilas işini hətta Öz
üzvlərinə   münasibətdə   belə,   davam   etdirsin.   Tövbə   və
Xəstələrin məsh edilməsi (Mərhəm yağı ilə məshetmə) –
bu   iki   şəfa   ayininin   məqsədi   də   elə   bundan   ibarətdir»
(KKK 1421).
Müqəddəs Müjdə bir çox yerdə qeyd edir ki, Rəbb İsa
adamların   günahlarını   bağışlayırdı.   Vicdan   əzabı   çəkən
və islah olmağı arzulayan bu insanlar bağışlanmağa layiq
olurdular.   Beləliklə,   Xilaskar   «Cəsarətli   ol,   oğlum,
günahların   bağışlandı»   (Mat   9,   2)   deyərək   iflic   olanın
günahlarını   buraxdı.   Günahına   görə   yəhudilərin   daşla
öldürmək   istədiyi   zavallı   qadının   günahını   da   Rəbb
bağışladı.   Onun   qəlbində   səmimi   tövbəsini   görən   Rəbb
dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah
etmə» (Yəh 8,  11). Məcdəlli Məryəm də günahlarından
azad oldu, Məsih onun barəsində belə dedi: «Bu qadının
çox   olan   günahları   bağışlandı.   Böyük   məhəbbət
göstərməsi   də   bu   səbəbdəndir»   (Luka   7,   47).   İsanın
yanında   çarmıxda   ölən   və   tövbə   edən   quldur   nəinki
günahlarının   buraxılmasını   əldə   etdi,   həmçinin   onlara
görə cəzadan da tam azad oldu. Xilaskar Öz vədini verir:
«Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə
cənnətdə olacaqsan» (Luka 23, 43). Rəbbə xəyanət edən
Müqəddəs   Peterin   də   günahı   buraxıldı.   Hətta   xain
Yəhuda bağışlana bilərdi, lakin o bunu diləmədi.
~ 175 ~
175


~ 177 ~
177


Allahın mərhəməti günahkarların ümididir
Məhəbbət   və   mərhəmət   Allahın   böyük
xüsusiyyətləridir.   Müqəddəs   Müjdəçi   Yəhya   qısa   tərif
verir:   «Allah   məhəbbətdir»   (1Yəh   4,   16).   Əgər   biz
Müqəddəs Yazını diqqətlə oxusaq, İlahi Sözlərin mənası
barədə   dərindən   düşünsək,   görərik   ki,   Rəbbin
xeyirxahlığı və mərhəməti başqa xüsusiyyətlərdən daha
aydın görünür.
Allah ilk insanlara səxavətlə lütf verdi və onları cənnət
xoşbəxtliyində   yerləşdirdi.   Ulu   valideynlərin   ilk
günahından sonra Allah onları cəzalandırmağa tələsmir,
itaətsiz məxluqları məhv etməyi arzulamır, əksinə, sevən
Ata kimi onların ürəklərində tövbə hissləri oyatmağı və
bağışlamağı   arzulayır.   «Haradasan?   Sənə   yeməyi
qadağan   etdiyim   ağacın   meyvəsindən   yeməmisən   ki?»
(Yar 3, 9. 11) – deyə Rəbb insandan soruşur. 
İnsanların   artıq   Ondan   uzaqlaşdıqlarını   bilmədiyinə
görə   deyil,   baş   verən   pis   işə   görə     kədərlənən   və
övladının   ürəyində   etdiyinə   görə   tövbə   oyanmasını
arzulayan   mehriban,   sevən   Ata   kimi   soruşur.   Eləcə   də
qardaşını   öldürən   paxıl   Qabildən   tövbə   gözləyən   Allah
ondan soruşdu: «Qardaşın Habil haradadır?» (Yar 4, 9).
Bəs məhəbbət və mərhəmətə görə deyilsə, hər şeyi bilən
və hər yerdə olan Allah nə üçün sual verir? O sanki deyir:
«Qabil,   axı   bu   sənin   doğma   qardaşındır,   sənin   kimi
insandır,   sən   onu   özün   kimi   sevməlisən,   sən   isə   ona
nifrət etdin və onu öldürməyə cəsarət etdin. Bir fikirləş,
gör necə böyük şər iş görmüsən! Tövbə et və mən səni
bağışlayacağam!»   Nə   Adəm,   nə   Həvva,   nə   də   Qabil
tövbə etdi. Yalnız bundan sonra Allah onları cəzalandır-
~ 179 ~
179


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə