Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə48/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   44   45   46   47   48   49   50   51   ...   87

üçün   o   daha   bir   şey   etməlidir:   öz   günahlarına   görə
müvafiq   olaraq   “əvəz”   verməli   yaxud   “rəhmə
gətirməlidir”.   Belə   “rəhmə   gətirmə”   həmçinin
“yepitimiya”   da   adlanır»   (KKK   1459)   –   deyə   Katolik
Kilsəsinin Katexizisi öyrədir. 
Yepitimiyanın  
 (mərhəmət   və   orucdan   ibarət
xeyirxah   işlər)   məqsədi   günahlara   görə   bu   həyatda  və
ərafda   insanı   gözləyən   cəzadan   xilas   olmaqdır.   Birinci
əsrdə məsihçilər Tövbə ayinindən sonra ağır yepitimiya
alırdılar. Məsələn, bir neçə gün ərzində çörək və su ilə
oruc tutmaq, uzun dualar etmək, zəvvarlıq, sədəqə. Ən
ciddi yepitimiyalardan biri insanlar qarşısında tövbə idi.
Hamıya günahları məlum olan, öz əməlləri və sözləri ilə
başqalarını   yoldan   çıxaran   insanlar   belə   etiraf   etməli
idilər. Camaat qarşısında tövbə etməklə və islah olmaq
barədə vəd verməklə onlar Kilsəyə etdikləri pisliyə görə
müəyyən   qədər   əvəz   verməli   idilər.   Camaat   qarşısında
tövbə əsrlər boyunca, hətta indiki vaxtadək mövcuddur.
Mətbuatda nəşr olunan kitab yaxud məqalələri vasitəsilə
çox pislik edənlər imana gələndən sonra məsihçi imanı
və   mənəviyyatının   əleyhinə   söylədiklərini   camaat
qarşısında mətbuatda təkzib etmək barədə vicdanlarının
əmrini hiss edirdilər. 
XX   əsrdə   camaat   qarşısında   tövbə   edən   amerikalı
həkim   Bernard   Natansonu   bütün   dünya   tanıyır.   Məhz
onun   cəhdlərinə   görə   Amerikada   abort   etməyə   icazə
verilmişdi. Baş verənin faciə olduğunu dərk edən həkim
camaat   qarşısında   bütün   dünyaya   bunu   pula   görə
etdiyini və əslində abortun nə olduğu barədə insanların
~ 285 ~
285


aldadıldığını   etiraf   etdi.   İndi   o,   dünyaya   gəlməmiş
uşaqların   dəhşətli   qətlini   dayandırmağa   və   adamlar
qarşısında   təqsirini   yumağa   çalışaraq   televiziya
kameraları qarşısında daim bu barədə  danışır. 
IV   əsrdə   Roma   qeysəri   Böyük   Feodosi   Salonik
şəhərində   üsyanı   yatırtmaq   üçün   onun   2500   sakinini
qətlə   yetirməyi   əmr   etdi.   O,  
Rəbbin
 
Günü   Liturgiyaya
gələndə   Мilan   şəhərinin   Yepiskopu   müqəddəs   Amvrosi
onu   Kilsəyə   buraxmadı,   xalq   qarşısında   imperatora
yepitimiya qoydu, qeysər isə bunu öhdəliyinə götürdü. O,
tövbə işini tam yerinə yetirmədən Kilsəyə girə bilməzdi. 
İndiki   günlərdə   keşişlər   adətən   yüngül   yepitimiya
qoyurlar.   Bunun   səbəbi   imanın   zəifliyi   və   müasir
məsihçilərin   tənbəlliyidir.   Tövbə   zamanı   üzərimizə
qoyulmuş   yepitimiyanı   yerinə   yetirərkən   günahlarımızın
əvəzini   Allaha   tam   verdiyimizə   ümid   edərək   özümüzü
aldatmamalıyıq.   Yepitimiya   Ayinin   həqiqi   olması   və
günahların buraxılmasının əldə edilməsi üçün zəruridir; o,
günahlardan   azad   olma   ilə   bilavasitə   əlaqəlidir.   Əgər
tövbə   zamanı   tövbə   edən   üzərinə   qoyulan   yepitimiyanı
ürəkdən   qəbul   etməsə   və   onu   yerinə   yetirməyəcəyini
özünə   söyləsə,  tövbə  həqiqi   olmayacaq   və   o,
günahlarının buraxılmasını almayacaq. Əgər insan tövbə
zamanı   üzərinə   qoyulan   yepitimiyanı   yerinə   yetirməyə
səmimiyyətlə   razı   olursa,   lakin   sonra   onu   yerinə
yetirməkdə   etinasızlıq   göstərirsə,  tövbə  həqiqi   olur,
amma   o,   yeni   günahda   (yepitimiyanı   yerinə
yetirməməkdə)   təqsirkar   olur.   Lakin   tövbədən   sonra
tövbə edən sadəcə olaraq yepitimiyanı yerinə yetirməyi
~ 287 ~
287


unudursa, onda günah etmir, lakin Allahı bacardığı qədər
razı salmır. Müqəddəs Kilsə bizi xeyirxah tövbə işlərinə,
xüsusilə də mərhəmət işlərinə çağırır. Mərhəmət işlərini
biz üç qrupa bölə bilərik: dua, sədəqə və oruc. Keşişlər
çox vaxt yepitimiya kimi dua etməyi tapşırırlar. Onu lütf
vəziyyətində   yerinə   yetirmək   lazımdır   və   bunda   çox
ləngimək lazım deyil. Tövbəni qəbul edən şəxs tərəfindən
üzərimizə   qoyulan   yepitimiyanı   yaxşı   anlamaq   lazımdır.
Lakin   hansı   yepitimiyanın   üzərimizə   qoyulduğunu   başa
düşməsək, xahiş etməliyik ki, keşiş onu bizə təkrar yaxud
izah   etsin.   Əgər   keşişin   üzərimizə   qoyduğu   yepitimiya
həddindən ağır olsa yaxud biz onu yerinə yetirə bilməsək,
bu   barədə   ona   mütləq   deməliyik   və   bizim   gücümüzə
uyğun olan başqa yepitimiyanı istəməliyik. Lakin biz bu
yaxud   digər   ruhani   tapşırığı   yerinə   yetirməyə   razılıq
vermişiksə, daha özümüz onu dəyişə bilmərik. Təcrübədə
yepitimiyanı   yerinə   yetirə   bilməyəcəyimizi   aşkar   etsək,
növbəti tövbədə bizə başqa yepitimiya verilməsini xahiş
etməli   və   bu   xahişin   səbəbini   izah   etməliyik.   Tövbəni
qəbul   edən   bizə   sədəqə   verməyi   yaxud   oruc   tutmağı
təyin   edə   bilər.   Yaxşı   olar   ki,     insan   özü   də   bəzən
günahlarına görə Allaha əvəz vermək məqsədi ilə Tövbə
işlərini   görsün.   Biz   belə   işləri   əhəmiyyətsiz   hesab   edə
bilərik,   lakin   bunlar   Allaha   məqbuldur,   çünki   O   bizim
təvazökarlığımızı   və   tövbəmizi   görür   (məsələn,   sevimli
xörəkdən yaxud şirniyyatdan inkar edərək dilənçiyə heç
olmasa   kiçik   sədəqə   yaxud   mərhəmət   işi   üçün   ianə
vermək).   Lakin   xüsusi   olaraq   özümüzün   cismin
ehtiraslarını   öldürməyə   səy   göstərməyimiz   zəruri   deyil,
çünki həyat hər dəqiqə bizə bir çox kiçik əzab və sınaqlar
göndərir   (xəstəliklər,   uğursuzluq,   cəhdlərimizin   və
~ 289 ~
289


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə