Maddə 8
Pozuntuların düzəldilməsi
(1) [Beynəlxalq iddia sənədinin ekspertizası] Əgər Beynəlxalq büro beynəlxalq iddia
sənədinin Beynəlxalq büroya daxil olduğu vaxtdan onun bu Aktın və Təlimatın tələblərinə
cavab vermədiyini aşkar edərsə, onda Beynəlxalq büro iddiaçıya müəyyən edilmiş müddət
ərzində zəruri düzəlişlərin aparılmasını təklif edir.
(2) [Düzəldilməmiş pozuntular] (a) Əgər iddiaçı müəyyən edilmiş müddət ərzində
düzəlişlərin edilməsi barədə təkliflərə əməl etmirsə, (b) yarımbəndi nəzərə alınmaqla,
beynəlxalq iddia sənədi üzrə kargüzarlıq işləri dayandırılmış hesab edilir.
(b) 5 (2)‐ci maddə ilə və ya Razılığa gələn Tərəfin, Təlimata uyğun olaraq, barəsində
Baş direktoru xəbərdar etdiyi xüsusi tələblə bağlı pozuntu olduğu halda, əgər iddiaçı
müəyyən edilmiş müddət ərzində düzəlişlərin edilməsi barədə təklifi yerinə yetirməzsə,
beynəlxalq iddia sənədində Razılığa gələn bu Tərəf göstərilməmiş sayılır.
Maddə 9
Beynəlxalq iddia sənədinin verilmə tarixi
(1) [Beynəlxalq iddia sənədinin bilavasitə verilməsi] Əgər beynəlxalq iddia sənədi bilavasitə
Beynəlxalq büroya verilərsə, (3)‐cü bənd nəzərə alınmaqla, iddia sənədinin verilmə tarixi
Beynəlxalq büroya beynəlxalq iddia sənədinin daxil olduğu tarix hesab edilir.
(2) [Beynəlxalq iddia sənədinin vasitə ilə verilməsi] Əgər beynəlxalq iddia sənədi iddiaçının
Razılığa gələn Tərəfinin İdarəsi vasitəsilə verilərsə, iddia sənədinin verilmə tarixi Təlimatda
müəyyən edilmiş qaydada müəyyən edilir.
(3) [Bəzi pozuntuları olan beynəlxalq iddia sənədi] Əgər Beynəlxalq büro beynəlxalq iddia
sənədini aldığı tarixdə bu beynəlxalq iddia sənədində olan pozuntuları, iddia sənədinə
baxılmanın təxirə salınmasına səbəb olan hal kimi dəyərləndirərsə, onda beynəlxalq iddia
sənədinin verilmə tarixi bu cür pozuntuların düzəldilmiş variantının Beynəlxalq büroya
daxil olduğu tarix hesab edilir.
Maddə 10
Beynəlxalq qeydiyyat, beynəlxalq qeydiyyatın tarixi, beynəlxalq qeydiyyatın dərc edilməsi və
məxfi nüsxələri
(1) [Beynəlxalq qeydiyyat] Beynəlxalq büro beynəlxalq iddia sənədinin obyekti olan hər
bir sənaye nümunəsini beynəlxalq iddia sənədini aldıqdan sonra təxirə salmadan, yaxud
əgər 8‐ci maddəyə uyğun düzəliş edilməsi təklif olunubsa, zəruri düzəlişlər alındıqdan sonra
təxirə salmadan qeydə alır. 11‐ci maddəyə uyğun olaraq, dərcetmənin təxirə salınıb‐
salınmamasından asılı olmayaraq, qeydiyyat həyata keçirilir.
(2) [Beynəlxalq qeydiyyatın tarixi] (a) (b) yarımbəndinə əsasən, beynəlxalq qeydiyyatın
tarixi beynəlxalq iddia sənədinin verilmə tarixi hesab edilir.
(b) Beynəlxalq iddia sənədini Beynəlxalq büro aldığı tarixdə 5 (2)‐ci maddə ilə əlaqədar
pozuntu olarsa, beynəlxalq qeydiyyatın tarixi bu cür pozuntunun düzəlişini Beynəlxalq
büronun aldığı tarix və ya beynəlxalq iddia sənədinin verildiyi tarix (bu tarixlərdən hansının
daha gec olmasından asılı olaraq) hesab edilir.
(3) [Dərcetmə] (a) Beynəlxalq büro beynəlxalq qeydiyyat barədə məlumatları dərc edir.
Bu dərcetmə Razılığa gələn bütün Tərəflər üçün yetərlidir və sənaye nümunəsinin
sahibindən hər hansı başqa dərcetmə tələb edilə bilməz.
(b) Beynəlxalq büro, beynəlxalq qeydiyyat barədə dərc olunmuş məlumatların
nüsxələrini göstərilən hər bir İdarəyə göndərir.
(4) [Dərcetməyədək məxfiliyə riayət olunması] Beynəlxalq büro, (5)‐ci bəndi və 11 (4)(b)
maddəsini nəzərə almaqla, hər bir beynəlxalq iddia sənədinin və hər bir beynəlxalq
qeydiyyatın dərc edilənədək məxfiliyinin saxlanılmasını təmin edir.
(5) [Məxfi sənədlərin nüsxələri] (a) Beynəlxalq büro beynəlxalq qeydiyyat həyata
keçirildikdən sonra təxirə salmadan, beynəlxalq iddia sənədində göstərilən və Beynəlxalq
büroya bildiriş göndərərək bu cür nüsxələri almaq istəyən hər bir İdarəyə, beynəlxalq
qeydiyyatın nüsxəsini, həmçinin istənilən müvafiq ərizəni, sənədi və ya beynəlxalq iddia
sənədini müşayiət edən natura nümunəsini göndərir.
(b) Beynəlxalq qeydiyyat Beynəlxalq büro tərəfindən dərc edilənədək İdarə, Beynəlxalq
büronun onun ünvanına göndərdiyi hər bir beynəlxalq qeydiyyat nüsxəsi ilə bağlı məxfiliyin
saxlanılmasına hökmən riayət edir və deyilən nüsxələrdən, yalnız müvafiq beynəlxalq
qeydiyyatın və Razılığa gələn həmin Tərəfə verilən və ya Razılığa gələn bu Tərəfin İdarəsi
səlahiyyətli olduğu halda onun adından göndərilən sənaye nümunələrinə dair iddia
sənədinin ekspertizası üçün istifadə edə bilər. Xüsusən, beynəlxalq qeydiyyatın həyata
keçirilməsi üçün beynəlxalq iddia sənədinə görə hüquqi məsələlərlə bağlı yaranan
mübahisələr üzrə işlərə inzibati və ya məhkəmə qaydasında baxılma hallan istisna olmaqla,
İdarə bu beynəlxalq qeydiyyatın sahibindən başqa, kimliyindən asılı olmayaraq, İdarənin
işçisi olmayan hər hansı şəxsə, beynəlxalq qeydiyyatın mahiyyətini açıqlaya bilməz. Bu cür
inzibati və ya məhkəmə qaydasında işlərə baxılan zaman, bu işdə iştirak edən şəxslər
tərəfindən məxfiliyin saxlanılmasına zəmanət verildiyi halda, beynəlxalq qeydiyyatın
mahiyyəti açıqlana bilər.
Maddə 11
Dərcetmənin təxirə salınması