Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

Maddə 8 

Pozuntuların düzəldilməsi 

(1)  [Beynəlxalq  iddia  sənədinin  ekspertizası]  Əgər  Beynəlxalq  büro  beynəlxalq  iddia 

sənədinin  Beynəlxalq büroya daxil  olduğu  vaxtdan  onun  bu Aktın  və  Təlimatın  tələblərinə 

cavab vermədiyini aşkar edərsə, onda Beynəlxalq büro iddiaçıya  müəyyən  edilmiş  müddət 

ərzində zəruri düzəlişlərin aparılmasını təklif edir. 

(2)  [Düzəldilməmiş  pozuntular]  (a)  Əgər  iddiaçı  müəyyən  edilmiş  müddət  ərzində 

düzəlişlərin  edilməsi  barədə  təkliflərə  əməl  etmirsə,  (b)  yarımbəndi  nəzərə  alınmaqla, 

beynəlxalq iddia sənədi üzrə kargüzarlıq işləri dayandırılmış hesab edilir. 

(b)  5  (2)‐ci  maddə  ilə  və  ya  Razılığa gələn Tərəfin,  Təlimata  uyğun  olaraq,  barəsində 

Baş  direktoru  xəbərdar  etdiyi  xüsusi  tələblə  bağlı  pozuntu  olduğu  halda,  əgər  iddiaçı 

müəyyən  edilmiş  müddət  ərzində  düzəlişlərin  edilməsi  barədə  təklifi  yerinə  yetirməzsə, 

beynəlxalq iddia sənədində Razılığa gələn bu Tərəf göstərilməmiş sayılır. 

Maddə 9 

Beynəlxalq iddia sənədinin verilmə tarixi 

(1) [Beynəlxalq iddia sənədinin bilavasitə verilməsi] Əgər beynəlxalq iddia sənədi bilavasitə 

Beynəlxalq  büroya  verilərsə,  (3)‐cü  bənd  nəzərə  alınmaqla,  iddia  sənədinin  verilmə  tarixi 

Beynəlxalq büroya beynəlxalq iddia sənədinin daxil olduğu tarix hesab edilir. 

(2) [Beynəlxalq iddia sənədinin vasitə ilə verilməsi] Əgər beynəlxalq iddia sənədi iddiaçının 

Razılığa gələn Tərəfinin İdarəsi vasitəsilə verilərsə, iddia sənədinin verilmə tarixi Təlimatda 

müəyyən edilmiş qaydada müəyyən edilir. 

(3) [Bəzi pozuntuları olan beynəlxalq iddia sənədi] Əgər Beynəlxalq büro beynəlxalq iddia 

sənədini  aldığı  tarixdə  bu  beynəlxalq  iddia  sənədində  olan  pozuntuları,  iddia  sənədinə 

baxılmanın  təxirə  salınmasına  səbəb  olan  hal  kimi  dəyərləndirərsə,  onda  beynəlxalq  iddia 

sənədinin  verilmə  tarixi  bu  cür  pozuntuların  düzəldilmiş  variantının  Beynəlxalq  büroya 

daxil olduğu tarix hesab edilir. 

Maddə 10 

Beynəlxalq qeydiyyat, beynəlxalq qeydiyyatın tarixi, beynəlxalq qeydiyyatın dərc edilməsi və 

məxfi nüsxələri 

(1) [Beynəlxalq qeydiyyat] Beynəlxalq büro  beynəlxalq iddia  sənədinin  obyekti olan hər 

bir  sənaye  nümunəsini  beynəlxalq  iddia  sənədini  aldıqdan  sonra  təxirə  salmadan,  yaxud 



əgər 8‐ci maddəyə uyğun düzəliş edilməsi təklif olunubsa, zəruri düzəlişlər alındıqdan sonra 

təxirə  salmadan  qeydə  alır.  11‐ci  maddəyə  uyğun  olaraq,  dərcetmənin  təxirə  salınıb‐

salınmamasından asılı olmayaraq, qeydiyyat həyata keçirilir. 

(2)  [Beynəlxalq  qeydiyyatın  tarixi]  (a)  (b)  yarımbəndinə  əsasən,  beynəlxalq  qeydiyyatın 

tarixi beynəlxalq iddia sənədinin verilmə tarixi hesab edilir. 

(b) Beynəlxalq iddia sənədini Beynəlxalq büro aldığı tarixdə 5 (2)‐ci maddə ilə əlaqədar 

pozuntu  olarsa,  beynəlxalq  qeydiyyatın  tarixi  bu  cür  pozuntunun  düzəlişini  Beynəlxalq 

büronun aldığı tarix və ya beynəlxalq iddia sənədinin verildiyi tarix (bu tarixlərdən hansının 

daha gec olmasından asılı olaraq) hesab edilir. 

(3) [Dərcetmə] (a) Beynəlxalq büro beynəlxalq qeydiyyat barədə məlumatları dərc edir. 

Bu  dərcetmə  Razılığa gələn  bütün  Tərəflər  üçün  yetərlidir  və  sənaye  nümunəsinin 

sahibindən hər hansı başqa dərcetmə tələb edilə bilməz. 

(b)  Beynəlxalq  büro,  beynəlxalq  qeydiyyat  barədə  dərc  olunmuş  məlumatların 

nüsxələrini göstərilən hər bir İdarəyə göndərir. 

(4)  [Dərcetməyədək məxfiliyə  riayət  olunması]  Beynəlxalq  büro,  (5)‐ci  bəndi  və  11  (4)(b) 

maddəsini  nəzərə  almaqla,  hər  bir  beynəlxalq  iddia  sənədinin  və  hər  bir  beynəlxalq 

qeydiyyatın dərc edilənədək məxfiliyinin saxlanılmasını təmin edir. 

(5)  [Məxfi  sənədlərin  nüsxələri]  (a)  Beynəlxalq  büro  beynəlxalq  qeydiyyat  həyata 

keçirildikdən  sonra  təxirə  salmadan,  beynəlxalq  iddia  sənədində  göstərilən və  Beynəlxalq 

büroya  bildiriş  göndərərək  bu  cür  nüsxələri  almaq  istəyən hər  bir  İdarəyə,  beynəlxalq 

qeydiyyatın  nüsxəsini,  həmçinin  istənilən  müvafiq  ərizəni,  sənədi  və  ya  beynəlxalq  iddia 

sənədini müşayiət edən natura nümunəsini göndərir. 

(b) Beynəlxalq qeydiyyat Beynəlxalq büro tərəfindən dərc edilənədək İdarə, Beynəlxalq 

büronun onun ünvanına göndərdiyi hər bir beynəlxalq qeydiyyat nüsxəsi ilə bağlı məxfiliyin 

saxlanılmasına  hökmən  riayət  edir  və  deyilən  nüsxələrdən,  yalnız  müvafiq  beynəlxalq 

qeydiyyatın  və  Razılığa gələn həmin  Tərəfə  verilən və  ya  Razılığa gələn  bu  Tərəfin  İdarəsi 

səlahiyyətli  olduğu  halda  onun  adından  göndərilən sənaye  nümunələrinə  dair  iddia 

sənədinin  ekspertizası  üçün  istifadə  edə  bilər.  Xüsusən,  beynəlxalq  qeydiyyatın  həyata 

keçirilməsi  üçün  beynəlxalq  iddia  sənədinə  görə  hüquqi  məsələlərlə  bağlı  yaranan 

mübahisələr üzrə işlərə inzibati və ya məhkəmə qaydasında baxılma hallan istisna olmaqla, 

İdarə  bu  beynəlxalq  qeydiyyatın  sahibindən  başqa,  kimliyindən  asılı  olmayaraq,  İdarənin 

işçisi olmayan hər hansı şəxsə, beynəlxalq qeydiyyatın mahiyyətini açıqlaya bilməz. Bu cür 

inzibati  və  ya  məhkəmə  qaydasında  işlərə  baxılan  zaman,  bu  işdə  iştirak  edən  şəxslər 

tərəfindən məxfiliyin  saxlanılmasına  zəmanət  verildiyi  halda,  beynəlxalq  qeydiyyatın 

mahiyyəti açıqlana bilər. 

Maddə 11 



Dərcetmənin təxirə salınması 


Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə