Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

Maddə 16 

Beynəlxalq qeydiyyatlara dair dəyişikliklər və digər qeydlər barədə məlumatların daxil 

edilməsi 

(1)  [Dəyişikliklər və  digər  qeydlər  barədə  məlumatların  daxil  edilməsi]  Müəyyən  edilmiş 

qaydalara uyğun olaraq Beynəlxalq büro Beynəlxalq reyestrə aşağıdakıları daxil edir: 

(i) beynəlxalq qeydiyyatın  obyekti olan sənaye nümunələrinin  hamısı və ya  hər hansı 

biri  ilə  əlaqədar  və  göstərilən  Razılığa gələn Tərəflərin  hamısı  və  ya  ayrılıqda  hər  biri  ilə 

bağlı  beynəlxalq  qeydiyyatın  sahibinə  dair  bütün  dəyişiklikləri,  bu  şərtlə  ki,  3‐cü  maddəyə 

uyğun olaraq yeni sahib beynəlxalq iddia sənədi vermək hüququna malik olsun; 

(ii) sahibkarın adına və ya ünvanına dair istənilən dəyişiklikləri; 

(iii)  iddiaçının  və  ya  sahibkarın  nümayəndəsinin  təyin  edilməsinə  və  belə 

nümayəndəyə dair istənilən digər müvafiq məlumatları; 

(iv)  Razılığa gələn  göstərilən Tərəflərin  hamısı  və  ya  hər  hansı  biri  ilə  əlaqədar 

beynəlxalq qeydiyyatdan sahibin imtinası ilə bağlı istənilən məlumatları; 

(v)  Razılığa gələn  göstərilən Tərəflərin  hamısı  və  ya  hər  hansı  biri  ilə  əlaqədar 

beynəlxalq  qeydiyyatın  obyekti  olan  bir  və  ya  bir  neçə  sənaye  nümunəsinə  münasibətdə, 

sahibin istənilən məhdudiyyətləri barədə məlumatları; 

(vi) beynəlxalq qeydiyyatın obyekti olan hər hansı və ya bütün sənaye nümunələrinin 

beynəlxalq  qeydiyyatının  Razılığa gələn  göstərilən Tərəfin  səlahiyyətli  orqanı  tərəfindən 

etibarsız sayılması barədə istənilən məlumatları; 

(vii) beynəlxalq qeydiyyatın obyekti olan hər hansı və ya bütün sənaye nümunələrinə 

hüquqlara dair Təlimatda göstərilən bütün digər məlumatları; 

(2) [Beynəlxalq reyestrə daxil edilən qeydlərin qüvvəsi] (l)‐ci bəndin (i), (ii), (iii), (iv), (v), (vi) 

və  (vii)  yarımbəndlərində  göstərilən  istənilən  qeydlər,  bu  qeydlərin  Razılığa gələn Tərəfin 

İdarəsinin Reyestrinə daxil edilmiş qeydlərlə, Razılığa gələn istənilən Tərəf (i) yarımbəndi və 

(l)‐ci bəndlə əlaqədar Baş direktora göndərdiyi bəyanatda, Razılığa gələn bu Tərəfin İdarəsi 

bəyannamə  və  ya  bu  cür  bəyanatda  göstərilən sənədləri  alana  qədər  halı  istisna  olmaqla, 

eyniqüvvəlidir. 

(3)  [Rüsumlar]  (l)‐ci  bəndə  uyğun  olaraq  reyestrə  daxil  edilən  istənilən  qeydlərə  görə 

rüsum tutulur. 

(4)  [Dərcetmə]  Beynəlxalq  büro  (l)‐ci  bəndə  uyğun  olaraq  reyestrə  daxil  edilən  bütün 

qeydlər  barədə  məlumatlan  dərc  edir.  Beynəlxalq  büro  məlumatları  özündə  əks  etdirən 

nəşrlərin nüsxələrini Razılığa gələn hər bir müvafiq Tərəfin İdarəsinə göndərir. 

Maddə 17 




Beynəlxalq qeydiyyatın qüvvədəolma müddəti və bu müddətin uzadılması, mühafizənin müddəti 

(1)  [Beynəlxalq  qeydiyyatın  qüwədəolma  müddəti]  Beynəlxalq  qeydiyyat  ilk  dövrdə 

beynəlxalq qeydiyyat tarixindən hesablamaqla beş il qüvvədə olur. 

(2)  [Beynəlxalq  qeydiyyatın  müddətinin  uzadılması]  Beynəlxalq  qeydiyyat,  prosedur 

qaydalarına  uyğun  olaraq  rüsum  ödənilməsi  şərtilə  hər dəfə  beş  il  olmaqla  əlavə  dövrlərə 

uzadıla bilər. 

(3)  [Razılığa gələn  göstərilən Tərəflərdə  mühafizənin  müddəti]  (a)  Beynəlxalq 

qeydiyyatın  qüvvəsinin  uzadılması  şərtilə  və  (b)  bəndi  nəzərə  alınmaqla  beynəlxalq 

qeydiyyat  tarixindən  hesablamaqla,  Razılığa gələn  göstərilən Tərəflərin  hər  birində 

mühafizənin müddəti 15 ildir. 

(b)  Əgər  Razılığa

gələn


Tərəfin  qanunvericiliyində  sənaye  nümunələrinin 

mühafizəsinin  müddəti  15  ildən  artıq  müəyyən  edilmişsə,  onda  sənaye  nümunələrinin 

mühafizəsinin  müddəti,  beynəlxalq  qeydiyyatın  müddətini  uzat‐maqla,  Razılığa gələn 

Tərəfin qanunvericiliyində nəzərdə tutulan müddətlə eyni olur. 

(c)  Razılığa gələn hər  bir  Tərəf,  Baş  direktora  göndərdiyi  bəyanatda,  ona  öz 

qanunvericiliyində nəzərdə tutulan mühafizənin maksimum müddətini açıqlayır. 

(4)  [Qüvvədəolma  müddətinin  uzadılmasını  məhdudlaşdırmağın  mümkünlüyü]  Beynəlxalq 

qeydiyyatın  qüvvəsi,  Razılığa gələn  göstərilən Tərəflərin  hamısı  və  ya  hər  hansı  biri  ilə 

əlaqədar, beynəlxalq qeydiyyatın obyekti olan hər hansı bir və ya bir neçə sənaye nümunəsi 

üçün həyata keçirilə bilər. 

(5) [Qeydlərin reyestrə yazılması və müddətin uzadılması barədə məlumatın dərci] Beynəlxalq 

büro  müddətin  uzadılması  barədə  məlumatı  reyestrə  daxil  edir  və  bu  barədə  məlumatlan 

dərc  edir.  Beynəlxalq  büro  məlumatlan  özündə  əks  etdirən nəşrlərin  nüsxələrini  Razılığa 

gələn hər bir müvafiq Tərəfin İdarəsinə göndərir. 

Maddə 18 

Barəsində məlumatlar dərc olunmuş beynəlxalq qeydiyyatlar haqqında informasiya 

(1) [Məlumatların əldə edilməsi] Beynəlxalq büro, hər bir şəxsin xahişinə əsasən, müəyyən 

edilmiş  rüsumu  ödəmək  şərtilə,  beynəlxalq  reyestrdən  çıxarış,  yaxud  da  haqqındakı 

məlumatlar artıq dərc olunmuş beynəlxalq qeydiyyat haqqında informasiyanı təqdim edir. 

(2) [Leqallaşdırmadan azadetmə] Beynəlxalq reyestrdən Beynəlxalq büronun təqdim etdiyi 

çıxarış, leqallaşdırma ilə bağlı Razılığa gələn Tərəfin istənilən tələblərindən azaddır. 

II  fəsil 



İNZİBATİ MÜDDƏALAR 

Maddə 19 



Bir neçə dövlətin vahid İdarəsi 

(1)  [Vahid  İdarə  barədə  bildiriş]  Əgər  bu  Aktın  iştirakçısı  olmaq  istəyən  bir  neçə  dövlət 

sənaye  nümunələri  üzrə  öz  milli  qanunvericiliklərinin  eyniləşdirilməsini  artıq  həyata 

keçirmişlərsə və ya bu Aktın iştirakçısı olan bir neçə dövlət sənaye nümunələri üzrə öz milli 

qanunvericiliklərinin  eyniləşdirilməsinin  həyata  keçirilməsi  barədə  razılığa gəlmişlərsə, 

onda onlar Baş direktora bildirə bilərlər ki: 

(i) vahid İdarə bu dövlətlərdən hər birinin milli İdarəsini əvəz edir; 

(ii) onların  vahid qanunvericilik  tətbiq olunan ərazilərinin  məcmusuna, bu Aktın 1‐ci, 

3‐18‐ci  və  31‐ci  maddələrinin  tətbiqi  zamanı  Razılığa gələn  bir  Tərəfin  ümumi  ərazisi  kimi 

baxılmalıdır. 

(2)  [Bildirişin  verilməli  olduğu  vaxt]  (l)‐ci  bənddə  göstərilən  bildiriş  aşağıdakı  vaxtlarda 

verilir: 

(i) dövlətlər bu Aktın iştirakçısı olmaq niyyətində olduqları halda ‐ 27 (2)‐ci maddədə 

göstərilənə uyğun olaraq sənədlər saxlanılmaq üçün verildiyi an; 

(ii)  dövlətlər  bu  Aktın  iştirakçısı  olduqları  halda  ‐ onların  milli  qanunvericiliklərinin 

eyniləşdirilməsi həyata keçirildikdən sonra istənilən vaxt. 

(3)  [Bildirişin  qüvvəyəminmə  tarixi]  (1)  və  (2)‐ci  bəndlərdə  göstərilən  bildiriş  aşağıdakı 

vaxtlarda qüvvəyə minir: 

(i) dövlətlər bu Aktın iştirakçısı olmaq niyyətində olduqları halda ‐ həmin dövlətlər bu 

Aktla bağlı olduqları andan; 

(ii)  dövlətlər  bu  Aktın  iştirakçısı  olduqları  halda  ‐ Razılığa gələn  digər Tərəflərə  Baş 

direktor  tərəfindən  bu  barədə  məlumat  göndərildiyi  tarixdən  hesablamaqla  3  ay  müddət 

bitdikdən sonra və ya bildirişdə göstərilmiş istənilən daha gec tarixdən. 

Maddə 20 



Haaqa İttifaqına üzvlük 

Razılığa gələn Tərəflər  1934‐cü  il  Aktının  və  ya  1960‐cı  il  Aktının  iştirakçısı  olan 

dövlətlərin üzv olduqları İttifaqın üzvləridirlər. 



Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə