Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

(b) İttifaqın büdcəsi yalnız İttifaqın gəlir və xərclərindən, inzibati funksiyaları Təşkilat 

tərəfindən həyata  keçirilən  İttifaqlar  üçün  ümumi  olan  büdcə  xərclərinə  onun  üzvlük 

haqqından ibarətdir. 

(c)  Yalnız  İttifaqın  xərcləri  olmayan,  o  cümlədən  inzibati  funksiyaları  Təşkilat 

tərəfindən həyata  keçirilən  bir  və  ya  bir  neçə  İttifaqa  aid  olan  xərclər  İttifaqların  ümumi 

xərcləri  hesab  olunur.  Belə  ümumi  xərclərdə  İttifaqın  payı,  onun  göstərilən xərclərdə  nə 

dərəcədə maraqlı olmasına müvafiqdir. 

(2)  [Digər  İttifaqların  büdcələri  ilə  koordinasiya]  İttifaqın  büdcəsi  inzibati  funksiyaları 

Təşkilat tərəfindən həyata keçirilən İttifaqların büdcələri ilə koordinasiyanın tələbləri nəzərə 

alınmaqla tərtib olunur. 

(3)  [Büdcənin  maliyyələşmə  mənbələri]  İttifaqın  büdcəsi  aşağıdakı  mənbələrdən 

maliyyələşir: 

(i) beynəlxalq qeydiyyatlarla bağlı rüsumlardan; 

(ii)  Beynəlxalq  büronun  göstərdiyi  və  İttifaqa  aid  olan  digər  xidmətlər  müqabilində 

yığım və ödənişlərdən; 

(iii)  Beynəlxalq  büronun  İttifaqa  aid  nəşrlərinin  satışından  əldə  edilən və  ya  royalti 

hesabına daxil olan vəsaitdən; 

(iv) ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdən və subsidiyalardan; 

(v) renta, faiz və digər gəlirlərdən. 

(4)  [Rüsum  və  yığımların  məbləğinin  müəyyənləşdirilməsi;  büdcəninsəviyyəsi]  (a)  (3)  (i) 

bəndində nəzərdə tutulan rüsumların məbləğini Baş direktorun təklifi əsasında Assambleya 

müəyyən  edir.  (3)(ii)  bəndində  nəzərdə  tutulan  yığımlar  Baş  direktor  tərəfindən 

müəyyənləşdirilir  və  Assambleyanın  növbəti  sessiyasında  təsdiq  olunanadək  müvəqqəti 

tətbiq olunur. 

(b)  (3)  (i)  bəndində  nəzərdə  tutulan  rüsumların  məbləği  elə  müəyyənləşdirilir  ki, 

İttifaqın  rüsumlardan  və  digər mənbələrdən  olan  gəlirləri  heç  olmasa  Beynəlxalq  büronun 

İttifaqla bağlı bütün xərclərini əhatə etməyə kifayət etsin. 

(c)  Əgər  büdcə  yeni  maliyyə  dövrü  başlanana  qədər qəbul  olunmayıbsa,  maliyyə 

reqlamentinə uyğun olaraq büdcə əvvəlki ilin büdcəsi səviyyəsində olur. 

(5)  [Dövriyyə  vəsaitləri  fondu]  İttifaqın  dövriyyə  vəsaitləri  fondu  vardır.  Bu  fond 

daxilolmaların artıq hesabına və əgər bu cür artıq kifayət etməzsə, İttifaqın hər bir üzvünün 

verdiyi  birdəfəlik  ödənişlərdən təşkil  olunur.  Əgər  dövriyyə  vəsaitləri  fondu  az  olarsa, 

Assambleya  onun  artırılması  məsələsini  həll  edir.  Birdəfəlik  ödənişin  məbləği və  ödəniş 

şərtlərini Baş direktorun təklifi əsasında Assambleya müəyyən edir. 

(6)  [Qəbul  edən  dövlət tərəfindən  avanslar]  (a)  Ərazisində  təşkilatın  iqamətgahının 

yerləşdiyi  ölkə  ilə  iqamətgah  haqqında  bağlanan  sazişdə  nəzərdə  tutulur  ki,  dövriyyə 

vəsaitləri fondu kifayət qədər olmadığı hallarda həmin ölkə avans qoyur.  Avansın  məbləği 



və verilmə şərtləri bu ölkə ilə təşkilat arasında hər bir ayrıca hal üçün belə dövlətlə təşkilat 

arasında bağlanan sazişin predmetidir. 

(b)  İstər  (a)  yarımbəndində  göstərilən  ölkə  və  istərsə  də  Təşkilat  yazılı  bildiriş 

göndərməklə  avansların  verilməsi  ilə  əlaqədar  öhdəlikləri  denonsasiya  edə  bilər. 

Denonsasiya barədə qərar bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir. 

(7) [Hesabların təftişi] Hesabların təftişi İttifaqın üzvü olan bir və ya bir neçə dövlət və 

ya  maliyyə  reqlamentində  nəzərdə  tutulmuş  qaydada  kənar  müfəttişlər tərəfindən həyata 

keçirilir. Onları, özlərinin razılığı ilə Assambleya təyin edir. 

Maddə 24 

Təlimat 

(1)  [Tənzimləmə  sahəsi]  Təlimat  bu  Aktın  tətbiqi  qaydasını  tənzimləyir.  Təlimatda 

xüsusən aşağıdakılarla bağlı müddəalar olur: 

(i) tənzimlənməsi bu Aktla xüsusi olaraq ʺtəlimatda nəzərdə tutulmuşʺ tələblər; 

(ii) bu Aktın müddəalarına aid digər təfsilatlar və ya onların tətbiqi üçün faydalı olan 

istənilən təfsilatlar; 

(iii) istənilən inzibati tələblər, məsələlər və ya prosedurlar. 

(2) [Təlimatın bəzi müddəalarına düzəlişlər] (a) Təlimatda göstərilə bilər ki, Təlimatın bəzi 

müddəalarında yalnız yekdil qərarla və ya yalnız beşdə dörd səs çoxluğu ilə düzəlişlər edilə 

bilər. 


(b) Gələcəkdə Təlimatın hər hansı müddəalarına düzəlişlərin aparılmasına yekdillik və 

ya beşdə dörd səs çoxluğu tələbinin şamil edilməməsi üçün vahid qərar qəbul olunur. 

(c) Gələcəkdə Təlimatın hər hansı müddəalarına düzəlişlərin aparılmasına yekdillik və 

ya  beşdə  dörd  səs  çoxluğu tələbinin  şamil  edilməsi  üçün  beşdə  dörd  səs  çoxluğu tələb 

olunur. 

(3)  [Bu  Aktla  Təlimat  arasında  uyğunsuzluq]  Bu  Aktın  müddəaları  ilə  Təlimatın 

müddəaları arasında uyğunsuzluq yarandığı halda, bu Aktın müddəaları əsas götürülür. 

III fəsil 



YENİDƏNBAXMA VƏ DÜZƏLİŞLƏR 

Maddə 25 



Bu Akta yenidən baxılması 


(1)  [Yenidənbaxma  üzrə  konfranslar]  Bu  Akta  Razılığa gələn Tərəflərin  konfransında 

yenidən baxıla bilər. 

(2)  [Bəzi  maddələrə  yenidən  baxılması  və  ya  onlara  düzəlişlərin  edilməsi]  21,  22,  23  və  26‐cı 

maddələrə düzəlişlər ya yenidənbaxma üzrə konfrans, ya da 26‐cı maddənin müddəalarına 

uyğun olaraq Assambleya tərəfindən edilə bilər. 

Maddə 26 



Assambleya tərəfindən bəzi maddələrə düzəlişlər edilməsi 

(1)  [Düzəlişlər  edilməsinə  dair  təkliflər]  (a)  21,  22,  23‐cü  maddələrə  və  bu  maddəyə 

Assambleyada  düzəlişlərin  edilməsi təklifi Razılığa gələn  istənilən Tərəf və ya  Baş direktor 

tərəfindən irəli sürülə bilər. 

(b)  Bu  cür  təkliflər  Assambleyada  onların  müzakirəsinə  ən  azı  altı  ay  qalmış  Baş 

direktor tərəfindən Razılığa gələn Tərəflərə göndərilir. 

(2) [Səsvermə zamanı tələb olunan səs çoxluğu] 21‐ci maddə və ya bu bənd istisna olmaqla, 

1‐ci bənddə göstərilən maddələrə hər hansı düzəliş Assambleyada dörddə üç səs çoxluğu ilə 

qəbul  olunur;  21‐ci  maddəyə  və  bu  bəndə  istənilən  düzəliş  isə  beşdə  dörd  səs  çoxluğu  ilə 

qəbul olunur. 

(3)  [Qüwəyəminmə]  (a)  2‐ci  bəndin  tətbiqi  halları  istisna  olmaqla,  1‐ci  bənddə  nəzərdə 

tutulan maddələrə istənilən düzəliş, bu düzəliş qəbul olunan vaxt Assambleyanın üzvü olan 

və həmin düzəlişlə bağlı səsvermə hüququ olan Razılığa gələn dövlətlərin dörddə üçünün öz 

konstitusiya  prosedurlarına  uyğun  olaraq  həmin  düzəlişi qəbul  etdikləri  barədə  yazılı 

bildirişinin Baş direktor tərəfindən alındığı tarixindən bir ay sonra qüvvəyə minir. 

(b) Əgər istənilən Razılığa gələn Tərəf 21‐ci maddənin (3) və ya (4)‐cü bəndlərinə, eləcə 

də bu yarımbəndə edilən düzəlişin Assambleya tərəfindən qəbul olunduğu tarixdən ötən altı 

ay ərzində düzəlişi qəbul etmədiyi barədə Baş direktora bildiriş göndərərsə, düzəliş qüvvəyə 

minmir. 

(c)  Bu  bəndin  müddəalarına  uyğun  olaraq  qüvvəyə  minən  istənilən  düzəliş,  onun 

qüvvəyə mindiyi anda Razılığa gələn Tərəf olan və ya bundan sonrakı tarixdə Razılığa gələn 

Tərəf  olacaq  bütün  dövlətlər və  hökumətlərarası  təşkilatlar  üçün  məcburi  hüquqi  qüvvəyə 

malik olur. 

IV fəsil 



YEKUN MÜDDƏALAR 


Maddə 27 

Bu Aktın iştirakçısı olmaq 

(1) [Bu Aktın iştirakçısı olmağın şərtləri] 2 və 3‐cü bəndlərin və 28‐ci maddənin tələbləri 

nəzərə alınmaqla: 

(i) Təşkilatın üzvü olan istənilən dövlət bu Aktı imzalayaraq onun iştirakçısı ola bilər; 

(ii)  sənaye  nümunəsinin  mühafizəsinə  təminat  yarada  bilən  İdarəsi  olan  istənilən 

hökumətlərarası  təşkilat,  həmin  Təşkilatı  təsis  edən  müqavilənin  şamil  olunduğu  ərazidə 

fəaliyyət  göstərirsə,  bu  Aktı  imzalayaraq  onun  iştirakçısı  ola  bilər,  bu  şərtlə  ki,  həmin 

hökumətlərarası təşkilatın üzvü olan dövlətlərdən heç olmasa biri Təşkilatın üzvü olsun və 

bu şərtlə ki, belə İdarə 19‐cu maddəyə uyğun olaraq verilən bildiriş obyekti olmasın. 

(2)  [Ratifikasiya  və  ya  qoşulma]  1‐ci  bənddə  göstərilən  istənilən  dövlət və  ya 

hökumətlərarası təşkilat: 

(i)  əgər  bu Aktı  imzalamışsa, təsdiqnaməsini;  yaxud  (ii)  əgər  bu  Aktı  imzalamamışsa, 

qoşulma haqqında aktı saxlanılmağa verə bilər. 

(3) [Saxlanılmağa verilmə tarixi] (a) (b)‐(d) yarımbəndlərinə uyğun olaraq, təsdiqnamənin 

və  ya  qoşulma  aktının  saxlanılmağa  verilmə  tarixi  müvafiq  sənədin  saxlanılmaq  üçün 

verildiyi tarix hesab edilir. 

(b)  Sənaye  nümunələrinə  mühafizəni  yalnız  üzvü  olduğu  hökumətlərarası  təşkilatın 

İdarəsi  vasitəsilə  ala  bilən  istənilən  dövlətin  öz  təsdiqnaməsini  və  ya  qoşulma  aktını 

saxlanılmaq üçün verdiyi tarix, bu dövlətin üzv olduğu hökumətlərarası təşkilat tərəfindən 

saxlanılmaq üçün verilən sənədin tarixi hesab edilir, bu şərtlə ki, bu tarix həmin dövlətin öz 

təsdiqnaməsini və ya qoşulma aktını saxlanılmaq üçün verdiyi tarixdən sonra gəlir. 

(c)  19‐cu  maddəyə  uyğun  qaydada  tərkibində  bildiriş  olan  və  ya  bildirişlə  müşayiət 

olunan hər hansı təsdiqnamənin və ya qoşulma aktının saxlanılmaq üçün verildiyi tarix, üzv 

dövlətlər  qrupu  adından  saxlanılmaq  üçün  bildiriş  verən  dövlətlər  qrupunun  sənədlərinin 

axırıncısının saxlanılmağa verildiyi tarix hesab edilir. 

(d)  Dövlətin  istənilən təsdiqnaməsində  və  ya  qoşulma  aktında  və  ya  bu  sənədlərə 

qoşulan müşayiətedici bəyanatda bildirilir ki, bu sənədlər o şərtlə saxlanılmaq üçün verilmiş 

hesab edilir ki, adları göstərilməklə bu Aktda iştirak etmək hüququna malik olan bir başqa 

dövlətin və ya bir hökumətlərarası təşkilatın sənədi və yaxud da iki başqa dövlətin və ya bir 

dövlətin və bir hökumətlərarası təşkilatın sənədləri də həmçinin saxlanılmaq üçün verilmiş 

olsun.  Tərkibində  bu  cür  bəyanat  olan  və  ya  belə  bəyanatla  müşayiət  olunan  sənəd, 

bəyanatda göstərilən şərtlərin yerinə yetirildiyi tarixdən etibarən saxlanılmaq üçün verilmiş 

hesab  edilir.  Lakin  bəyanatda  göstərilən  istənilən sənəd,  öz  növbəsində  tərkibində  bu  cür 

bəyanatı ehtiva edir və ya onunla müşayiət olunursa, onda bu cür sənəd, axırıncı bəyanatda 

göstərilən şərtlərin yerinə yetirildiyi tarixdən saxlanılmaq üçün verilmiş hesab edilir. 



(e) (d) bəndinə uyğun olaraq verilmiş hər hansı bəyanat, istənilən vaxt bütövlükdə və 

ya  qismən  geri götürülə  bilər.  Hər  hansı  bu  cür gerigötürmə  Baş  direktor  müvafiq bildirişi 

aldığı tarixdən qüvvəyə minir. 

Maddə 28 



Ratifikasiyanın və qoşulmaların qüvvəyəminmə tarixi 

(1)  [Nəzərə  alınmalı  olan  sənədlər]  Bu  maddənin  məqsədləri  üçün  yalnız  27(1) 

maddəsində  göstərilən  dövlətlər və  ya  hökumətlərarası  təşkilatlar  tərəfindən  saxlanılmaq 

üçün  verilən və  27  (3)  maddəsinə  uyğun  olaraq  saxlanılmağa  verilmə  tarixinə  malik  olan 

təsdiqnamələr və ya qoşulma aktları nəzərə alınır. 

(2) [Bu Aktın qüvvəyə minməsi] Bu Akt altı dövlətin öz təsdiqnaməsini və ya qoşulma 

aktını  saxlanılmaq  üçün  verməsi  tarixindən  üç  ay  sonra  qüvvəyə  minir,  bu  şərtlə  ki, 

Beynəlxalq  büro  tərəfindən  toplanmış  ən  son  statistik  məlumatlara  uyğun  olaraq,  bu 

dövlətlərdən ən azı üçü, aşağıda göstərilən şərtlərdən birinə cavab vermiş olsun: 

(i) müvafiq dövlətdə və ya bu dövlətə aid sənaye nümunələrinin mühafizəsi məqsədilə 

ən azı 3000 ədəd iddia sənədi verilmiş olsun; yaxud 

(ii)  müvafiq  dövlətdə  və  ya  hər  hansı  başqa  dövlətlərin  vətəndaşları  tərəfindən  bu 

dövlətə  aid  sənaye  nümunələrinin  mühafizəsi  məqsədilə  ən  azı  1000  ədəd  iddia  sənədi 

verilmiş olsun. 

(3) [Ratifikasiya və qoşulmaların qüvvəyə minməsi] (a) Bu Aktın qüvvəyəminmə tarixinə ən 

azı üç ay qalmış öz təsdiqnaməsini və ya qoşulma aktını saxlanılmaq üçün vermiş istənilən 

dövlət və ya hökumətlərarası təşkilat, bu Aktın qüvvəyə mindiyi tarixdən onun müddəaları 

ilə bağlanmış olur. 

(b)  İstənilən  digər  dövlət və  ya  hökumətlərarası  təşkilat  öz  təsdiqnaməsini  və  ya 

qoşulma  aktını  saxlanılmaq  üçün  verdikləri  tarixdən  üç  ay  sonra  və  ya  müvafiq  sənəddə 

göstərilən daha gec tarixdən bu Aktın müddəaları ilə bağlanmış olur. 

Maddə 29 



Qeyd-şərtlərin qadağan edilməsi 

Bu Akta heç bir qeyd‐şərt edilməsinə yol verilmir. 

Maddə 30 

Razılığa gələn Tərəfin bəyanatları 



(1)  [Nə  vaxt  bəyanat  vermək  olar]  4(l)(b),  5(2)(a),  7(2),  11(1),  13(1),  14(3),  16(2)  və  ya 

17(3)(c) maddələri ilə bağlı istənilən bəyanat verilə bilər: 

(i) 27(2) maddəsində sözügedən hər hansı sənədin saxlanılmaq üçün verildiyi anda ‐ bu 

halda bəyanat bu Aktı qəbul edən dövlət və ya hökumətarası təşkilatın bu Aktla bağlılığının 

başlandığı tarixdən qüvvəyə minir; yaxud 

(ii) 27(2) maddəsində sözügedən hər hansı sənəd saxlanılmaq üçün verildikdən sonra ‐

bu  halda  bəyanat  Baş  direktor  bəyanatı  aldığı  tarixdən  üç  ay  sonra  və  ya  bəyanatda  qeyd 

edilən  başqa  daha  gec  tarixdən  qüvvəyə  minir.  Lakin  yalnız  beynəlxalq  qeydiyyat  tarixi 

bəyanatın  qüvvəyə  mindiyi  tarixlə  və  ya  bəyanatda  göstərilən  daha  gec  tarixlə  eyni  olan 

beynəlxalq qeydiyyata şamil edilir. 

(2)  [Vahid  İdarəsi  olan  dövlətlərin  bəyanatı]  (l)‐ci  bəndə  baxmayaraq,  bu  bənddə 

sözügedən  istənilən bəyanatı  verən  dövlət,  başqa  bir  dövlətlə  və  ya  başqa  dövlətlərlə 

birlikdə,  19(1)  maddəsinə  uyğun  olaraq,  Baş  direktora  verdiyi  bildirişdə  ümumi  İdarənin 

onun öz milli İdarəsini əvəz etdiyini bildirmişdirsə, bu cür bəyanat yalnız o halda qüvvəyə 

minir  ki,  həmin  başqa  bir  dövlət və  ya  başqa  dövlətlər  müvafiq  bəyanat  və  ya  bəyanatlar 

vermiş olsunlar. 

(3) [Bəyanatların geri götürülməsi] (l)‐ci maddədə göstərilən hər hansı bəyanat, istənilən 

vaxt Baş direktora ünvanlanmış bildirişlə geri götürülə bilər. Belə gerigötürmə Baş direktor 

həmin  bildirişi  aldığı  tarixdən  3  ay  sonra  və  ya  bildirişdə  göstərilmiş  daha  gec  tarixdən 

qüvvəyə  minir.  7(2)‐ci  maddəyə  uyğun  olaraq  verilmiş  bildirişlə  gerigötürmə,  yuxarıda 

göstərilən  gerigötürülmənin  qüvvəyə  minməsinə  kimi  verilən  beynəlxalq  iddia  sənədlərinə 

şamil edilmir. 

Maddə 31 

1934-cü və 1960-cı il Aktlarının tətbiqi 

(1) [Həm bu  Aktın, həm də 1934‐cü  il, yaxud 1960‐cı il Aktlarının iştirakçıları olan  dövlətlər 



arasında münasibətlər] Həm bu Aktın, həm də 1934‐cü il, yaxud 1960‐cı il Aktlarının iştirakçısı 

olan  dövlətlər  arasındakı  qarşılıqlı  münasibətlərə  yalnız  bu  Akt  tətbiq  olunur.  Lakin 

dövlətlərarası  qarşılıqlı  münasibətlərə  bu  Aktın  tətbiq  olunmağa  başlandığı  tarixə  kimi, 

Beynəlxalq  büroda  depozitə  alınmış  sənaye  nümunələrinə  dair  dövlətlərarası  qarşılıqlı 

münasibətlərdə,  konkret  haldan  asılı  olaraq,  müvafiq  şəkildə  1934‐cü  il  və  ya  1960‐cı  il 

Aktları tətbiq edilir. 

(2) [Həm bu Aktın, həm də 1934‐cü il, yaxud 1960‐cı il Aktlarının iştirakçıları olan dövlətlərlə 

1934‐cü il, yaxud 1960‐cı il Aktlarının iştirakçısı olan, bu Aktın iştirakçısı olmayan dövlətlər arasında 

münasibətlər] 

(a) 


Həm 

bu  Aktın,  həm də  1934‐cü  il  Aktının  iştirakçısı  olan  istənilən  dövlət,  1960‐cı  il  Aktının 




iştirakçısı  olmayan,  lakin  1934‐cü  il  Aktının  iştirakçısı  olan  dövlətlərlə  qarşılıqlı 

münasibətlərdə 1934‐cü il Aktını tətbiq etməkdə davam edir. 

(b) Həm bu Aktın, həm də 1960‐cı il Aktının iştirakçısı olan istənilən dövləti, bu Aktın 

iştirakçısı  olmayan,  lakin  1960‐cı  il  Aktının  iştirakçısı  olan  dövlətlərlə  qarşılıqlı 

münasibətlərdə 1960‐cı il Aktını tətbiq etməkdə davam edir. 

Maddə 32 



Bu Aktın denonsasiyası 

(1)  [Bildiriş]  Razılığa gələn  istənilən Tərəf  Baş  direktora  bildiriş  göndərməklə  bu  Aktı 

denonsasiya edə bilər. 

(2)  [Qüvvəyəminmə  tarixi]  Denonsasiya  Baş  direktorun  bəyanatı  aldığı  tarixdən  bir  il 

sonra və ya bildirişdə göstərilmiş daha gec tarixdən qüvvəyə minir. Denonsasiya, bu Aktın 

tətbiqinin  baxılmaqda  olan  istənilən  iddia  sənədinə  və  denonsasiya  qüvvəyə  minənə  kimi 

denonsasiya edən Razılığa gələn Tərəfə aid olan istənilən beynəlxalq qeydiyyatın qüvvəsinə 

toxunmur. 

Maddə 33 

Bu Aktın dilləri; imzalama 

(1) [Əsl mətnlər; rəsmi mətn] (a) Bu Akt ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində 

bir nüsxədə imzalanır və bütün mətnlər eyni qüvvəyə malikdir. 

(b)  Rəsmi  mətnlər,  Assambleyanın  müəyyən  etdiyi  digər  belə  dillərdə  də  Baş 

direktorun maraqlı hökumətlərlə məsləhətləşmələri əsasında işlənib hazırlanır. 

(2)  [İmzalama  müddəti]  Bu  Akt  qəbul  edildikdən  sonra  bir  il  müddətində  Təşkilatın 

mənzil‐qərargahında imzalanmaq üçün açıqdır. 

Maddə 34 



Depozitari 

Baş direktor bu Aktın depozitarisi olur. 




Diplomatik Konfrans 10-cu maddəni qəbul edərkən qət etdi ki, bu maddədə heç nə beynəlxalq iddia sənədinə  və ya 

beynəlxalq qeydiyyatın iddiaçısına və  ya sahibkara və ya iddiaçının və ya sahibkarın razılığını alan şəxsə beynəlxalq 

qeydiyyatla bağlı mane olmur. 

 

Diplomatik  Konfransda  12(4)  maddəsi,  14(2)(b)  maddəsi  və  18  (4)  qaydası  qəbul  edilən  zaman  qət  edildi  ki, 



imtinanın  geri  götürülməsi  barədə  bildirişi  verən  İdarə  onu  bəyannamə  formasında  həyata  keçirə  bilər. 

Bəyannamədə  göstərilə  bilər  ki,  müvafiq  İdarə  imtinanın  geri  götürülməsi  barədə  bildirişin  aid  edildiyi  sənaye 

nümunələrinə və ya bir neçə sənaye nümunəsinə dair beynəlxalq qeydiyyatın qüvvəsinin tanınması barədə qərar 

qəbul etmişdir. Bununla yanaşı həmçinin düşünülürdü ki, imtinanın geri götürülməsi barədə bildirişi göndərmək 

üçün  müəyyən  edilən  vaxt  ərzində  istənilən  İdarə, hətta  imtinanın  geri  götürülməsi  barədə  bildirişi 

göndərmədiyi  halda  belə,  beynəlxalq  qeydiyyatın  qüvvəsini  tanımağa  dair  qərar  qəbul  etdiyi  barədə  bəyanat 

göndərə bilər. 

 

Səh. 26‐dakı qeydə bax. 



Document Outline

  • Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin CENEVRƏ AKTI
  • GİRİŞ MÜDDƏALARI
    • Maddə 1 İxtisar edilmiş ifadələr
    • Maddə 2 Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə və bir sıra beynəlxalq müqavilələrlə verilən digərmühafizə növlərinin tətbiqolunma imkanı
  • I fəsil BEYNƏLXALQ İDDİA SƏNƏDİ VƏ BEYNƏLXALQ QEYDİYYAT
    • Maddə 3 Beynəlxalq iddia sənədi vermək hüququ
    • Maddə 4 Beynəlxalq iddia sənədinin verilmə proseduru
    • Maddə 5 Beynəlxalq iddia sənədinin tərkibi
    • Maddə 6 İlkinlik hüququ
    • Maddə 7 Göstərilməklə bağlı rüsumlar
    • Maddə 8 Pozuntuların düzəldilməsi
    • Maddə 9 Beynəlxalq iddia sənədinin verilmə tarixi
    • Maddə 10 Beynəlxalq qeydiyyat, beynəlxalq qeydiyyatın tarixi, beynəlxalq qeydiyyatın dərc edilməsi vəməxfi nüsxələri
    • Maddə 11 Dərcetmənin təxirə salınması
    • Maddə 12 İmtina
    • Maddə 13 Sənaye nümunələrinin vəhdətinə dair xüsusi tələblər
    • Maddə 14 Beynəlxalq qeydiyyatın qüvvədə olması
    • Maddə 15 Beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi
    • Maddə 16 Beynəlxalq qeydiyyatlara dair dəyişikliklər və digər qeydlər barədə məlumatların daxiledilməsi
    • Maddə 17 Beynəlxalq qeydiyyatın qüvvədəolma müddəti və bu müddətin uzadılması, mühafizənin müddəti
    • Maddə 18 Barəsində məlumatlar dərc olunmuş beynəlxalq qeydiyyatlar haqqında informasiya
  • II fəsil İNZİBATİ MÜDDƏALAR
    • Maddə 19 Bir neçə dövlətin vahid İdarəsi
    • Maddə 20 Haaqa İttifaqına üzvlük
    • Maddə 21 Assambleya
    • Maddə 22 Beynəlxalq büro
    • Maddə 23 Maliyyə
    • Maddə 24 Təlimat
  • III fəsil YENİDƏNBAXMA VƏ DÜZƏLİŞLƏR
    • Maddə 25 Bu Akta yenidən baxılması
    • Maddə 26 Assambleya tərəfindən bəzi maddələrə düzəlişlər edilməsi
  • IV fəsil YEKUN MÜDDƏALAR
    • Maddə 27 Bu Aktın iştirakçısı olmaq
    • Maddə 28 Ratifikasiyanın və qoşulmaların qüvvəyəminmə tarixi
    • Maddə 29 Qeyd-şərtlərin qadağan edilməsi
    • Maddə 30 Razılığa gələn Tərəfin bəyanatları
    • Maddə 31 1934-cü və 1960-cı il Aktlarının tətbiqi
    • Maddə 32 Bu Aktın denonsasiyası
    • Maddə 33 Bu Aktın dilləri; imzalama
    • Maddə 34 Depozitari

Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə