Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu


BEYNƏLXALQ İDDİA SƏNƏDİ VƏ BEYNƏLXALQ QEYDİYYAT



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

I fəsil 

BEYNƏLXALQ İDDİA SƏNƏDİ VƏ BEYNƏLXALQ QEYDİYYAT 

Maddə 3 


Beynəlxalq iddia sənədi vermək hüququ 

Razılığa gələn Tərəf  olan  dövlətin  və  ya  Razılığa gələn Tərəf  olan  hökumətlərarası 

təşkilatın  üzvü  olan  dövlətin  istənilən vətəndaşı,  yaxud  Razılığa gələn Tərəfin  ərazisində 

daimi  və  ya  adi yaşayış  yeri  olan,  yaxud  da  bu  ərazidə  həqiqi və  saxta  olmayan  sənaye  və 

ticarət müəssisəsi olan istənilən şəxs beynəlxalq iddia sənədi vermək hüququna malikdir. 

Maddə 4 


Beynəlxalq iddia sənədinin verilmə proseduru 

(1) [Bilavasitə və ya vasitə ilə verilmə] (a) Beynəlxalq iddia sənədi, iddiaçının istəyinə 

uyğun  olaraq,  Beynəlxalq  büroya  ya  bilavasitə,  ya  da  iddiaçının  Razılığa gələn Tərəf 

dövlətinin İdarəsi vasitəsilə verilə bilər. 

(b)  (a)  yarımbəndinin  şərtlərinə  baxmayaraq,  Razılığa gələn  istənilən Tərəf  Baş 

direktora  ünvanlanan  bəyanatda  bildirə  bilər  ki,  beynəlxalq  iddia  sənədi  onun  İdarəsi 

vasitəsilə verilə bilməz. 

(2)  [Vasitə  ilə  vermə  halında  göndərilmə  üçün  rüsum]  Razılığa gələn  istənilən Tərəfin 

İdarəsi  bu  İdarə  vasitəsilə  verilən  istənilən  beynəlxalq  iddia  sənədinin  göndərilməsi  üçün 

İdarənin mənfəəti naminə rüsum ödənilməsini tələb edə bilər. 

Maddə 5 

Beynəlxalq iddia sənədinin tərkibi 

(1)  [Beynəlxalq  iddia  sənədinin  mütləq tərkibi]  Beynəlxalq  iddia  sənədi  müəyyən  edilmiş 

dildə və ya müəyyən edilmiş dillərdən birində tərtib olunur və onun tərkibi aşağıdakılardan 

ibarət olur, yaxud o, aşağıdakılarla müşayiət olunur: 

(i) bu Akta uyğun olaraq beynəlxalq qeydiyyat haqqında ərizə; 

(ii) iddiaçıya dair müəyyən edilmiş məlumatlar; 




(iii)  beynəlxalq  iddia  sənədinin  obyekti  olan  sənaye  nümunəsinin  təsvirinin  və  ya 

iddiaçının  seçiminə  uyğun  olaraq  bir  neçə  təsvirinin  müəyyən  edilmiş  qaydada  təqdim 

olunan  müəyyən  edilmiş  sayda  nüsxəsi;  lakin  sənaye  nümunəsi  ikiölçülü  olarsa  və  5‐ci 

bəndə uyğun olaraq təsvirin dərc edilməsinin təxirə salınması barədə vəsatət təqdim edilmiş 

olarsa,  onda  təsvirin  əvəzinə,  beynəlxalq  iddia  sənədi  həmin  sənaye  nümunəsinin 

göstərilmiş sayda natural nümunələri ilə müşayiət oluna bilər; 

(iv)  sənaye  nümunəsini  təşkil  edən və  yaxud  da  sənaye  nümunəsinin  istifadəsi  ilə 

əlaqədar məmulatın və ya məmulatların müəyyən edilmiş qaydada göstərilməsi; 

(v) göstərilən Razılığa gələn Tərəflərin adı; 

(vi) müəyyən edilmiş rüsumlar; 

(vii) müəyyən edilmiş istənilən digər məlumatlar. 

(2) [Beynəlxalq iddia sənədinin əlavə mütləq tərkibi] (a) Razılığa gələn istənilən Tərəf, əgər 

onun İdarəsi ekspertiza aparan İdarədirsə və qanunvericiliyi tələb edirsə ki, həmin Tərəf bu 

Akta  tərəf  olduğu  müddətdə  həmin  qanunvericiliyə  uyğun  olaraq  sənaye  nümunəsini 

mühafizə  etmək  üçün  verilən  iddia  sənədinin  tarixini  müəyyən  etmək məqsədilə  bu  iddia 

sənədi (b) yarımbəndində göstərilən elementlərdən hər hansı birini özündə əks etdirsin, Baş 

direktora göndərdiyi ərizədə bu cür elementlər barədə onu məlumatlandıra bilər. 

(b)  (a)  yarımbəndinə  uyğun  olaraq  iddia  sənədində  əks  oluna  bilən  elementlər 

aşağıdakılardır: 

(i)  bu  iddia  sənədinin  obyekti  olan  sənaye  nümunəsinin  müəllifinin  kimliyinə  aid 

göstəricilər; 

(ii)  bu  iddia  sənədinin  obyekti  olan  sənaye  nümunəsinin  şəklinin  və  ya  fərqləndirici 

əlamətlərinin qısa yazılı təsviri; 

(iii) iddia. 

(c) əgər beynəlxalq iddia sənədində (a) yarımbəndinə uyğun olaraq bildiriş göndərmiş 

Razılığa gələn Tərəf  göstərilərsə,  orada  həmçinin  iddianın  predmeti  olan  elementlərin  hər 

biri də müəyyən edilmiş qaydada öz əksini tapmalıdır. 

(3)  [Beynəlxalq  iddia  sənədinin  tərkibinin  digər  mümkün  elementləri]  Beynəlxalq  iddia 

sənədi  Təlimatda  göstərilən  başqa  digər  elementləri  özündə  əks  etdirə  və  ya  onlarla 

müşayiət oluna bilər. 

(4)  [Bir  beynəlxalq  iddia  sənədində  bir  neçə  sənaye  nümunəsi]  Beynəlxalq  iddia  sənədinə 

qoyulan  tələblər nəzərə  alınmaqla,  beynəlxalq  iddia  sənədinə  iki  və  ya  daha  artıq  sənaye 

nümunəsi daxil edilə bilər. 

(5) [Dərcetmənin təxirə salınması barədə vəsatət] Beynəlxalq iddia sənədində dərcetmənin 

təxirə salınması barədə vəsatət də ola bilər. 

Maddə 6 



İlkinlik hüququ 

(1)  [İlkinliyə  görə  iddia]  (a)  Paris  Konvensiyasının  4‐cü  maddəsinə  uyğun  olaraq 

beynəlxalq  iddia  sənədinə,  Paris  Konvensiyasının  iştirakçısı  olan  ölkələrdən hər  hansı 

birində və ya Ümumdünya Ticarət Təşkilatının üzvü olan ölkələrin hər hansı birində verilən 

və  yaxud  da  bu  ölkələrdən  birinə  münasibətdə  bir  və  ya  bir  neçə  əvvəlki  iddia  sənədinin 

ilkinlik tarixi barədə vəsatət qoşula bilər. 

(b)  Təlimatda  nəzərdə  tutula  bilər  ki,  (a)  yarımbəndində  göstərilən  ərizə  beynəlxalq 

iddia sənədi verildikdən sonra da verilə bilər. Bu halda Təlimatda, bu cür ərizənin verilməsi 

üçün ən son müddətin bitdiyi vaxt müəyyən edilir. 

2)  [İlkinliyə  görə  iddia  edilməsinə  əsas  verən  Beynəlxalq  iddia  sənədi]  Sonrakı  aqibətindən 

asılı  olmayaraq,  beynəlxalq  iddia  sənədi,  verildiyi  tarixdən  etibarən,  Paris  Konvensiyasının 

4‐cü  maddəsinə  uyğun  olaraq  verilmək  üçün  düzgün  tərtib  olunmuş  iddia  sənədinin 

ekvivalentidir. 

Maddə 7 


Göstərilməklə bağlı rüsumlar 

(1) [Göstərilməklə bağlı müəyyən edilmiş rüsumlar] Müəyyən edilmiş rüsumlar (2)‐ci bənd 

nəzərə  alınmaqla,  Razılığa gələn hər  bir  Tərəfin  göstərilməsi  üçün  nəzərdə  tutulan 

rüsumlardan ibarətdir. 



(2) [Göstərilməklə bağlı  fərdi rüsum]

 İdarəsi ekspertiza aparan İdarə olan Razılığa gələn 

istənilən Tərəf və  beynəlxalq  təşkilat  olan  Razılığa gələn Tərəf  Baş  direktora  ünvanlanan 

ərizədə  ona  bəyan  edə  bilər  ki,  istənilən  beynəlxalq  iddia  sənədində  onun  göstərilməsi  ilə 

əlaqədar  və  beynəlxalq  iddia  sənədi  verməklə  həyata  keçirilən,  istənilən  beynəlxalq 

qeydiyyatın  uzadılması  ilə  əlaqədar,  (1)‐ci  bənddə  qeyd  edildiyi  kimi,  göstərilməklə  bağlı 

müəyyən edilmiş rüsumlar fərdi rüsumla əvəz edilir. Bu rüsumun məbləği ərizədə göstərilir 

və  ərizədə  göstərilən məbləğ  sonrakı  ərizələrdə  dəyişdirilə  bilər.  Yuxarıda  göstərilən 

Razılığa gələn Tərəf  rüsumun  məbləğini  mühafizənin  başlanğıc  müddəti  və  mühafizənin 

müddətinin  hər  bir  uzadılması,  yaxud  da  Razılığa gələn  müvafiq  Tərəfin  mümkün  hesab 

etdiyi  maksimum  mühafizə  dövrü  üçün  müəyyən  edə  bilər.  Lakin  belə  rüsumun  məbləği, 

beynəlxalq  prosedurdarı  istifadə  etməklə,  Razılığa gələn həmin  Tərəfin  İdarəsinin,  eyni 

sayda  sənaye  nümunələrinə  ekvivalent  dövrə  görə  mühafizə  verməklə  iddiaçıdan,  qənaət 

edilən məbləğ çıxılmaqla ala biləcəyi məbləğdən artıq ola bilməz. 

(3) [Göstərilməklə bağlı rüsumların köçürülməsi] Beynəlxalq büro (l)‐ci və (2)‐ci bəndlərdə 

qeyd  edilən və  göstərilməklə  bağlı  Razılığa gələn Tərəfə  aid  olaraq  ödənilən  rüsumları 

Razılığa gələn Tərəfə köçürür. 



Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə