Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

Maddə 21 

Assambleya 

(1)  [Tərkib]  (a)  Razılığa gələn Tərəflər  1967‐ci  il  Tamamlayıcı  Aktının  2‐ci  maddəsi  ilə 

bağlı olan dövlətlərin üzv olduqları Assambleyanın üzvləridirlər. 

(b)  Assambleyanın  hər  bir  üzvü  bir  nümayəndə  ilə  təmsil  olunur,  nümayəndənin 

müavinləri,  müşavirləri  və  ekspertləri  ola  bilər.  Razılığa gələn hər  bir  Tərəfi  yalnız  bir 

nümayəndə təmsil edə bilər. 

(c) Assambleyanın üzvü olmayan İttifaq üzvləri Assambleyanın iclaslarına müşahidəçi 

qismində buraxılırlar. 

(2) [Funksiyaları] (a) Assambleya: 

(i) İttifaqın saxlanılması və inkişafına və bu Aktın tətbiqinə dair bütün məsələlərə baxır; 

(ii) bu Akt və ya 1967‐ci il Tamamlayıcı Aktı ilə xüsusi olaraq ona həvalə edilmiş və ya 

tapşırılmış vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir; 

(iii) Baş direktora yenidən baxılma üzrə konfransların təşkili barədə tapşırıqlar verir və 

bu cür hər hansı konfransın çağırılmasına dair qərar qəbul edir; 

(iv) Təlimatda dəyişikliklər edir; 

(v) İttifaqla bağlı Baş direktorun fəaliyyətini və hesabatlarını nəzərdən keçirir və təsdiq 

edir  və  İttifaqın  səlahiyyətlərinə  daxil  olan  məsələlər  üzrə  Baş  direktora  bütün  lazımi 

göstərişləri verir; 

(vi)  proqramı  müəyyənləşdirir  və  İttifaqın  ikiillik  büdcəsini  müəyyən  edir  və  onun 

maliyyə hesabatlarını təsdiq edir; 

(vii) İttifaqın maliyyə reqlamentini qəbul edir; 

(viii)  İttifaqın  məqsədlərinə  nail  olmaq  üçün  zəruri  hesab  etdiyi  komissiyalar  və  işçi 

qrupları yaradır; 

(ix)  (1)  (c)  bəndi  nəzərə  alınmaqla  hansı  hökumətlərarası  və  qeyri‐hökumət 

təşkilatlarının onun iclaslarına müşahidəçi kimi buraxıla biləcəyini müəyyən edir; 

(x) İttifaqın məqsədlərinə nail olmağa yönəlmiş istənilən digər lazımi fəaliyyəti həyata 

keçirir və bu Aktla onun üzərinə qoyulan istənilən digər funksiyaları yerinə yetirir. 

(b)  Təşkilatın  inzibati  funksiyalarını  həyata  keçirdiyi  digər  İttifaqlar  üçün  də  maraq 

kəsb  edən məsələlərlə  bağlı,  Assambleya  Təşkilatın  Koordinasiya  komitəsinin  təkliflərinə 

baxaraq qərarlar qəbul edir. 

(3)  [Yetərsay]  (a)  Dövlət  olan  və  konkret  məsələlərlə  bağlı  səsvermə  hüququna  malik 

olan Assambleya üzvlərinin yarısı bu məsələlərlə bağlı səsvermədə yetərsay hesab edilir. 




(b) (a) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan və 

konkret  məsələ  ilə  bağlı  səsvermə  hüququna  malik  olan  ölkələr  yarıdan  az,  lakin 

Assambleya üzvü olan dövlətlərin üçdə birinə bərabər və ya ondan artıq olarsa, Assambleya 

qərar  qəbul  edə  bilər;  lakin  Assambleyanın  bu  cür  qərarları,  onun  özünəməxsus  prosedur 

qaydalarına  aid  qərarlar  istisna  olmaqla,  yalnız  aşağıdakı  şərtlər  daxilində  məcburi  olur. 

Beynəlxalq  büro  Assambleyada  təmsil  olunmamış,  lakin  müzakirəyə  çıxarılan  məsələlərlə 

bağlı  səsvermə  hüququna  malik  olan,  Assambleya  üzvü  olan  dövlətlərə  həmin  qərarı 

göndərir və qərarın göndərilmə tarixindən üç ay ərzində onun lehinə, əleyhinə səs verməsi 

və ya bitərəf qalmasına dair yazılı bildiriş göndərməyi onlardan xahiş edir. Verilən müddət 

bitdikdən sonra səsvermədə iştirak edərək səs vermiş və ya bitərəf qalmış belə üzvlərin sayı 

sessiyanın özündə yetərsay əldə etmək üçün çatışmayan üzvlərin sayına bərabər olarsa, bu 

cür qərarlar eyni zamanda zəruri çoxluq şərtini saxlamaqla qüvvəyə minir. 

(4)  [Assambleyada  qərarların  qəbul  edilməsi]  (a)  Assambleya  öz  qərarlarını,  imkan 

daxilində, konsensus əsasında qəbul edir. 

(b)  Konsensus  vasitəsilə  qərar  qəbul  etmək  mümkün  olmadıqda,  qoyulan  məsələ 

səsvermə ilə həll olunur. Belə halda: 

(i) Razılığa gələn Tərəf dövlət olduqda o, bir səsə malik olur və ancaq öz adından səs 

verir, 


(ii)  hökumətlərarası  təşkilat  olan  istənilən  Razılığa gələn Tərəf  özünün  üzv  dövlətləri 

adından səs verə bilər, bu zaman verilən səslərin sayı bu Aktın iştirakçısı olan və ona daxil 

olan üzv dövlətlərin sayına bərabər olmalıdır. Əgər hökumətlərarası təşkilata daxil olan üzv 

dövlətlərin  hər  hansı  biri  səsvermədə  iştirak  etməklə  öz  hüquqlarından  istifadə  etmək 

qərarına gələrsə və əksinə, bu zaman belə hökumətlərarası təşkilatların heç biri səsvermədə 

iştirak edə bilməz. 

(c)  Yalnız  1967‐ci  il  Tamamlayıcı  Aktının  2‐ci  maddəsinin  müddəaları  ilə  bağlı  olan 

dövlətlərə  aid  məsələlər  üzrə,  bu  maddə  ilə  bağlı  olmayan  Razılığa gələn Tərəf səsvermə 

hüququna malik olmur, eyni zamanda, yalnız Razılığa gələn Tərəflərə dair məsələlərdə onlar 

səsvermə hüququna malik olurlar. 

(5) [Əksəriyyət] (a) 24(2), 26(2) maddələrinə uyğun olaraq Assambleya qərarları verilən 

səslərin üçdə iki səs çoxluğu ilə qəbul edir. 

(b) Səsvermədə bitərəf qalan səslər nəzərə alınmır. 

(6)  [Sessiyalar]  (a)  Assambleya,  Baş  direktorun,  müstəsna  hallardan  başqa,  iki  ildə  bir 

dəfə  Təşkilatın  Baş  (b)  Assambleyası  ilə  eyni  yerdə  və  eyni  vaxtda  çağırdığı  növbəti 

sessiyaya yığışır. 

Assambleya,  Assambleyaya  üzv  olan  ölkələrin  dörddə  birinin  tələbi  və  ya  Baş 

direktorun təşəbbüsü ilə, Baş direktor tərəfindən çağırılan növbədən‐kənar sessiyaya yığışır. 

(c) Hər bir sessiyanın gündəliyini Baş direktor hazırlayır. 

(7) [Prosedur qaydaları] Assambleya özünün prosedur qaydalarını qəbul edir. 




Maddə 22 

Beynəlxalq büro 

(1)  [İnzibati  funksiyalar]  (a)  Beynəlxalq  qeydiyyatla  bağlı  funksiyaları,  o  cümlədən  bu 

İttifaqa dair digər inzibati funksiyaları Beynəlxalq büro yerinə yetirir. 

(b)  Beynəlxalq  büro,  əsasən,  iclasları  təşkil  edir,  Assambleyanın  Katibliyi  və 

Assambleya  tərəfindən təsis  edilə  bilən  ekspert  komitələrinin  və  işçi  qruplarının 

funksiyalarını yerinə yetirir. 

(2) [Baş direktor] Baş direktor İttifaqın yüksəkvəzifəli şəxsidir və İttifaqı təmsil edir. 

(3)  [Assambleyanın  iclasları  ilə  yanaşı  digər  iclaslar]  (a)  Baş  direktor,  Assambleya 

tərəfindən təsis  edilən  istənilən  komitənin  və  işçi  qrupunun  iclaslarını,  yaxud  İttifaqa  aid 

məsələlərlə bağlı digər iclasları çağırır. 

(4)  [Assambleyada  və  digər  iclaslarda  Beynəlxalq  büronun  rolu]  (a)  Baş  direktor  və  Baş 

direktor  tərəfindən təyin  edilən  şəxslər  Assambleyanın  və  Assambleya  tərəfindən təsis 

edilən  komitələrin  və  işçi  qruplarının  bütün  iclaslarında,  habelə  İttifaq  adı  altında  Baş 

direktor  tərəfindən  çağırılan  bütün  iclaslarda  səsvermə  hüququna  malik  olmadan  iştirak 

edirlər. 

(b)  Baş  direktor  və  ya  onun  təyin  etdiyi  istənilən  heyət  üzvü  Assambleyanın, 

komitələrin,  işçi  qruplarının  və  (a)  yarımbəndində  göstərilən  digər  iclasların  ex  officio 

katibidir. 

(5) [Konfranslar] (a) Beynəlxalq büro Assambleyanın göstərişi əsasında yenidən baxılma 

üzrə istənilən konfransa hazırlıq işlərini həyata keçirir. 

(b)  Beynəlxalq  büro  sözügedən  yenidənbaxılma  üzrə  konfranslara  hazırlıq  məsələləri 

ilə  bağlı  hökumətlərarası  təşkilatlarla  və  beynəlxalq  və  milli  qeyri‐hökumət təşkilatlan  ilə 

məsləhətləşmələr apara bilər. 

(c)  Baş  direktor  və  baş  direktorun  təyin  etdiyi  şəxslər səsvermə  hüququ  olmadan 

yenidən baxılma üzrə konfranslarda aparılan müzakirələrdə iştirak edirlər. 

(6) [Digər funksiyalar] Beynəlxalq büro bu Aktla bağlı ona həvalə edilmiş istənilən digər 

funksiyaları yerinə yetirir. 

Maddə 23 



Maliyyə 

(1) [Büdcə] (a) İttifaqın büdcəsi vardır. 




Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə