Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

(3) 

[İmtina 

barədə 

bildirişin 

başqasına 

göndərilməsi; 

mühafizə 

vasitələri] 

(a)  Beynəlxalq  büro  təxirə  salmadan  imtina  barədə  bildirişin  surətini  sənaye  nümunəsinin 

sahibinə göndərir. 

(b)  İmtina  bildirişini  göndərən  İdarənin  istifadə  etdiyi  qanunvericiliyə  uyğun  olaraq 

mühafizə  vermək məqsədilə  göndərilən  iddia  sənədinin  obyekti  olmuş  istənilən sənaye 

nümunəsi,  beynəlxalq  qeydiyyatın  obyekti  olduğu  halda,  sahib  eyni  hüquqi  mühafizə 

vasitələrinə malik olur. Bu cür mühafizə vasitələri ən azı imtina barədə qərara təkrar baxmaq 

və ya ondan şikayət vermək kimi imkanları özündə ehtiva etməlidir. 

(4)

 

[İmtinanın geri götürülməsi] İstənilən imtina, imtina barədə bildirişi göndərən İdarə 



tərəfindən istənilən vaxt tam və ya qismən geri götürülə bilər. 

Maddə 13 



Sənaye nümunələrinin vəhdətinə dair xüsusi tələblər 

(1) [Xüsusi tələblər barədə bildiriş] Bu Aktın iştirakçısı olan anda Razılığa gələn hər hansı 

Tərəfin  qanunvericiliyi  tələb  edirsə  ki,  eyni  bir  iddia  sənədinin  obyekti  olan  sənaye 

nümunələri  vahid  məna,  vahid  hazırlanma  və  ya  vahid  istifadə  tələblərinə  cavab  versin, 

yaxud  eyni  məmulat  komplektinə  və  ya  dəstinə  aid  olsun,  yaxud  da  bir  iddia  sənədinin 

obyekti  yalnız  bir  müstəqil  və  ayrıca  sənaye  nümunəsi  olsun,  Baş  direktora  ünvanladığı 

bəyanatda onu bu barədə xəbərdar edə bilər. Lakin heç bir bu cür bəyanat 5(4)‐cü maddəyə 

uyğun  olaraq  iddiaçının  bir  və  ya  bir  neçə  sənaye  nümunəsini  beynəlxalq  iddia  sənədinə 

daxil  etməsi  ilə  bağlı  hüquqlarına,  hətta  iddia  sənədində  bəyanat  göndərən  Razılığa gələn 

Tərəf göstərilmiş olduqda belə, xələl gətirmir. 

(2)  [Bəyanatın  göndərilməsinin  nəticələri]  İstənilən  bu  cür  bəyanat,  onu  verən  Razılığa 

gələn Tərəfin İdarəsinə hüquq verir ki, Razılığa gələn həmin Tərəfin bəyanatında göstərilən 

tələblər  yerinə  yetirilməyənədək  12(1)  maddəsinə  uyğun  olaraq  beynəlxalq  qeydiyyatın 

qüvvəsini tanımaqdan imtina etsin. 

(3) [Qeydiyyatın bölünməsi ilə əlaqədar ödənilməli olan əlavə rüsumlar] Əgər (2)‐ci maddəyə 

uyğun  olaraq  edilmiş  imtina  ilə  əlaqədar  bəyanatda  göstərilən və  imtinaya  səbəb  olan 

əsasları aradan qaldırmaq məqsədilə beynəlxalq iddia sənədinin bölünməsi barədə müvafiq 

İdarəyə vəsatət verilərsə, bu İdarə imtinaya səbəb olan əsaslan aradan qaldırmaq məqsədilə 

verilən hər bir əlavə beynəlxalq iddia sənədinə görə rüsum almaq hüququna malikdir. 

Maddə 14 



Beynəlxalq qeydiyyatın qüvvədə olması 

(1)  [Tətbiq  olunan  qanunvericiliyə  uyğun  olaraq  verilmiş  iddia  sənədinin  verilməsinə  bərabər 



qüwədəolma]  Beynəlxalq  qeydiyyat  tarixindən  etibarən,  göstərilən  Razılığa gələn hər  bir 


Tərəfdə beynəlxalq qeydiyyatın qüvvəsi, ən azı Razılığa gələn  bu Tərəfin qanunvericiliyinə 

uyğun  sənaye  nümunəsini  mühafizə  etmək  üçün  düzgün  tərtib  olunaraq  verilən  iddia 

sənədinin qüvvəsi ilə eynidir. 

(2) [Tətbiq olunan qanunvericiliyə uyğun olaraq verilmiş mühafizəyə bərabər qüwədəolma] (a) 

İdarəsi  (12)‐ci  maddəyə  uyğun  olaraq  beynəlxalq  qeydiyyata  imtina  göndərməmiş  Razılığa 

gələn hər  bir  Tərəfdə  beynəlxalq  qeydiyyatın  qüvvəsi  ən  azı,  imtinanın  göndərilməsi  üçün 

müəyyən  edilən  ən  gec  tarixin  bitdiyi  müddətdən və  yaxud  əgər  Razılığa gələn Tərəf 

Təlimata  uyğun  olaraq  müvafiq  bəyanat  vermişsə, bəyanatda  göstərilən  ən  gec  tarixdən 

başlayaraq, Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun sənaye nümunəsinə görə verilən 

mühafizənin qüvvəsi ilə eynidir. 

(b)



 Əgər göstərilən Razılığa gələn Tərəfin İdarəsi imtina göndərmiş və sonradan onu 



qismən və  ya  tamamilə  geri  götürmüşsə,  onda  beynəlxalq  qeydiyyatın  geri  götürülən 

hissəsinin  Razılığa gələn həmin  Tərəfdə  qüvvəsi,  imtinanın  geri  götürülməsinin  ən  gec 

tarixindən  etibarən,  Razılığa gələn həmin  Tərəfin  qanunvericiliyinə  uyğun  sənaye 

nümunəsinə görə verilən mühafizənin qüvvəsi ilə eynidir. 

(c)  Bu  bəndə  uyğun  beynəlxalq  qeydiyyatın  qüvvəsi,  göstərilən  İdarənin  Beynəlxalq 

bürodan  qəbul etdiyi formada  və ya  bu İdarə tərəfindən tətbiq olunan prosedurlara uyğun 

düzəlişlərin  edildiyi  formada  qeydiyyatın  obyekti  olan  sənaye  nümunəsinə  və  sənaye 

nümunələrinə şamil edilir. 

(3)  [Razılığa gələn Tərəfin  iddiaçısının  göstərilməsinin  qüvvədə  olması  ilə  bağlı  bəyanat]  (a) 

İdarəsi ekspertiza aparan idarə olan Razılığa gələn istənilən Tərəf Baş direktora ünvanladığı 

bəyanatda  göstərə  bilər  ki,  əgər  o,  iddiaçının  Razılığa gələn Tərəfidirsə,  beynəlxalq 

qeydiyyatda Razılığa gələn bu Tərəfin göstərilməsi heç bir qüvvəyə malik deyil. 

(b)  (a)  yarımbəndində  göstərilmiş  qaydada  bəyanat  verən  Razılığa gələn Tərəf 

beynəlxalq iddia sənədində həm Razılığa gələn Tərəfin iddiaçısı kimi, həm də Razılığa gələn 

Tərəf kimi göstərilmişsə, Beynəlxalq büro Razılığa gələn bu Tərəfin bəyanatmı qəbul etmir. 

Maddə 15 



Beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi 

(1)  [Mühafizə  üçün  imkan  verilməsinə  dair  tələblər]  Razılığa gələn  göstərilən Tərəfin 

ərazisində  beynəlxalq  qeydiyyatın  tam  və  ya  qismən  etibarsız  sayılması  barədə  qərarı 

Razılığa gələn bu Tərəfin səlahiyyətli orqanı hüquq sahibinə öz hüquqlarının müdafiəsi üçün 

lazımi vaxtda imkan yaratmadan qəbul edə bilməz. 

(2)  [Beynəlxalq  qeydiyyatın  etibarsız  hesab  edilməsi  barədə  bildiriş]  Ərazisində  beynəlxalq 

qeydiyyatın  etibarsız  hesab  edildiyi  Razılığa gələn Tərəfin  İdarəsi,  beynəlxalq  qeydiyyatın 

bu  cür  etibarsız  hesab  edilməsi  barədə  məlumata  malik  olduqda,  Beynəlxalq  büroya  bu 

barədə bildiriş göndərir. 



Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə