Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
1   2   3   4   5   6   7   8

(1)  [Dərcetmənin  təxirə  salınmasına  dair  Razılığa gələn Tərəflərin  qanunvericiliyinin 

müddəaları] (a) Razılığa gələn Tərəfin qanunvericiliyində sənaye nümunəsinə dair məlumatın 

dərcinin  təxirə  salınması  üçün  verilmiş  müddət  müəyyən  edilmiş  müddətdən  az  olduqda, 

Razılığa gələn Tərəf  Baş  direktora  ünvanlandığı bəyanatda  təxirəsalmanın  mümkün  olan 

uzadılma müddətini bildirir. 

(b) Əgər Razılığa gələn Tərəfin qanunvericiliyində sənaye nümunəsinə dair məlumatın 

dərcinin  təxirə  salınması  nəzərdə  tutulmursa,  onda  Razılığa gələn Tərəf  Baş  direktora 

ünvanlandığı bəyanatda bu faktla bağlı onu xəbərdar edir. 

(2)  [Dərcetmənin  təxirə  salınması]  Əgər  beynəlxalq  iddia  sənədində  dərcetmənin  təxirə 

salınması barədə vəsatət olarsa, dərcetmə aşağıdakı kimi həyata keçirilir: 

(i)  beynəlxalq  iddia  sənədində  göstərilən  Razılığa gələn Tərəflərin  heç  biri,  müəyyən 

edilmiş  müddətin  sonuna  kimi  (l)‐ci  bəndə  müvafiq  olaraq  bəyanat  vermədiyi  halda  ‐

nəzərdə tutulmuş müddət bitdikdə; yaxud 

(ii)  beynəlxalq  iddia  sənədində  göstərilən  Razılığa gələn Tərəflərdən hər  hansı  biri 

bəyanatda göstərilən müddətin sonuna kimi (l) (a) bəndinə müvafiq olaraq bəyanat verdiyi 

halda  ‐ belə  bəyanatda  göstərilmiş  müddətdə,  yaxud  bu  cür  bir  neçə  Razılığa gələn Tərəf 

olduqda ‐ onların bəyanatlarında bildirilən ən qısa müddət bitdikdə. 

(3)  [Tətbiq  olunan  qanunvericiliyə  uyğun  olaraq  dərcetmənin  təxirə  salınması  mümkün 

olmadığı halda dərcetmənin təxirə salınmasına dair vəsatətlərə baxılması] Əgər dərcetmənin təxirə 

salınması  barədə  vəsatət  verilərsə  və  beynəlxalq  iddia  sənədində  göstərilən  Razılığa gələn 

Tərəflərdən hər  hansı  biri  öz  qanunvericiliyinə  və  (l)(b)  bəndinə  uyğun  olaraq, 

təxirəsalınmanın mümkün olmadığı barədə bəyanat verərsə: 

(i) Beynəlxalq büro (ii) yarımbəndinə uyğun olaraq, bu barədə iddiaçını xəbərdar edir. 

Əgər  iddiaçı  müəyyən  edilmiş  müddət  ərzində  Beynəlxalq  büroya  yazılı  bildiriş 

göndərməklə  Razılığa gələn  bu  cür  Tərəfin  göstərişindən  imtina  etmirsə,  Beynəlxalq  büro 

dərcetmənin təxirə salınması barədə vəsatətə baxmır; 

(ii)  əgər  beynəlxalq  iddia  sənədində  sənaye  nümunəsinin  təsvirinin  əvəzinə  sənaye 

nümunəsinin  natural  (orijinal)  nümunəsi  verilibsə,  Beynəlxalq  büro  Razılığa gələn  belə 

Tərəfin göstərişini nəzərə almır və bu barədə iddiaçını xəbərdar edir. 

(4)  [Vaxtından  əvvəl dərcetməyə  dair  və  ya  beynəlxalq  qeydiyyat  materiallarından  istifadəyə 



xüsusi icazə verilməsi barədə vəsatət] (a) (2)‐ci bəndə uyğun olaraq, tətbiq olunan təxirəsalınma 

dövrünün  istənilən  vaxtında  sənaye  nümunəsinin  sahibi,  beynəlxalq  qeydiyyatın  obyekti 

olan  sənaye  nümunələrinin  hamısı  və  ya  aynlıqda  hər  hansı  biri  barədə  məlumatların 

dərcinə dair vəsatət verə bilər; bu halda belə sənaye nümunəsinə və ya sənaye nümunələrinə 

münasibətdə təxirəsalınma dövrü, bu cür vəsatəti Beynəlxalq büronun aldığı tarixdən bitmiş 

hesab olunur. 

(b)  Sənaye  nümunəsinin  sahibi  həmçinin  (2)‐ci  bəndə  uyğun  olaraq,  tətbiq  olunan 

təxirəsalınma  dövrünün  istənilən  vaxtında  Beynəlxalq  büro  qarşısında  vəsatət  qaldıra  bilər 

ki,  onun  tərəfindən  müəyyənləşdirilən hər  hansı  üçüncü  tərəfə,  beynəlxalq  qeydiyyatın 

obyekti  olan  sənaye  nümunələrinin  hamısına  və  ya  ayrılıqda  hər  birinə  aid  olan 




materiallardan çıxarış və yaxud bu üçüncü tərəfin həmin materiallardan istifadəsinə xüsusi 

icazə versin. 

(5)  [Beynəlxalq  qeydiyyatdan  imtina  və  onun  qüwəsinin  məhdudlaşdırılması]  (a)  Əgər  (2)‐ci 

bəndə uyğun olaraq təxirəsalınma dövrünün istənilən vaxtında sənaye nümunəsinin sahibi, 

Razılığa gələn Tərəflərin  hamısına  münasibətdə  beynəlxalq  qeydiyyatdan  imtina  edirsə, 

beynəlxalq qeydiyyatın obyekti olan sənaye nümunəsi və ya nümunələri barədə məlumatlar 

dərc olunmur. 

(b)  Əgər  (2)‐ci  bəndə  uyğun  olaraq  tətbiq  olunan  təxirəsalınma  dövrünün  istənilən 

vaxtında sənaye nümunəsinin sahibi beynəlxalq qeydiyyatın obyekti olan bir və ya bir neçə 

sənaye nümunəsinin fəaliyyətini göstərilən Razılığa gələn Tərəflərin hamısına münasibətdə 

məhdudlaşdırırsa,  beynəlxalq  qeydiyyatın  obyekti  olan  digər sənaye  nümunəsi  və  ya 

nümunələri barədə məlumatlar dərc edilmir. 

(6)  [Dərcetmə  və  təsvirlərin  verilməsi]  (a)  Bu  maddənin  müddəalarının  tətbiqinə  uyğun 

olaraq  Beynəlxalq  büro,  müəyyən  edilən  rüsumların  ödənilməsi  şərtilə,  beynəlxalq 

qeydiyyata  dair  məlumatlan  dərc  edir.  Müəyyən  edilən  qaydalara  uyğun  olaraq  rüsumlar 

ödənilmədiyi halda, beynəlxalq qeydiyyat ləğv olunur və dərcetmə həyata keçirilmir. 

(b)  Əgər  beynəlxalq  iddia  sənədi  5(l)  (iii)  maddəsinə  uyğun  olaraq,  sənaye 

nümunəsinin  bir  və  ya  bir  neçə  natural  nümunəsi  ilə  müşayiət  olunarsa,  onda  sənaye 

nümunəsinin  sahibi  müəyyən  edilmiş  müddət  ərzində  bu  iddia  sənədinin  obyekti  olan  hər 

bir  sənaye  nümunəsinin  təsvirinin  müəyyən  edilmiş  sayda  nüsxələrini  Beynəlxalq  büroya 

təqdim  edir.  Sənaye  nümunəsinin  sahibi  bunu  etmədiyi  halda,  beynəlxalq  qeydiyyat  ləğv 

olunur və dərcetmə həyata keçirilmir. 

Maddə 12 

İmtina 

(1)  [İmtina  etmək  hüququ]  Əgər  beynəlxalq  qeydiyyatın  obyekti  olan  sənaye 

nümunələrinin  hamısına  və  ya  hər  hansı  birinə  göstərilən  ölkə  olan  Razılığa gələn Tərəfin 

qanunvericiliyi  nəzərə  alınmadan  mühafizə  verilibsə,  Razılığa gələn həmin  Tərəfin  İdarəsi, 

Razılığa gələn bu Tərəfin ərazisində istənilən beynəlxalq qeydiyyatın qüvvəsini tanımaqdan 

tam və ya qismən imtina edə bilər; lakin heç bir İdarə, beynəlxalq iddia sənədinin forma və 

ya  məzmunu  ilə  əlaqədar  Razılığa gələn Tərəfin  qanunvericiliyində  nəzərdə  tutulmuş 

müvafiq  tələblərin  və  ya  bu  Aktda,  yaxud  Təlimatda  nəzərdə  tutulmuş  tələblərə  əlavələrin 

və  yaxud  da  onlardan  fərqli  əlavə  tələblərin  yerinə  yetirilmədiyini  əsas  tutaraq,  istənilən 

beynəlxalq qeydiyyatın qüvvəsini tam və ya qismən tanımaqdan imtina edə bilməz. 

(2) [İmtina barədə bildiriş] (a) İdarə, imtina etmək üçün nəzərdə tutulan müddət ərzində, 

beynəlxalq qeydiyyatın qüvvəsini tanımaqdan imtina etdiyini Beynəlxalq büroya bildirir. 

(b) İmtina barədə istənilən bildirişdə imtinaya əsas olan bütün səbəblər göstərilir. 



Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə