Sərbəst iş Fakultə: Mühəndislik İxtisas: İnformasiya texnologiyaları Qrup: 23 Kurs: Fənn: Mikroprosessorlar


Şəkil 3. Düzbucaqla histerezis ilgəyi Şəkil 4



Yüklə 1,01 Mb.
səhifə5/12
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#81499
1   2   3   4   5   6   7   8   9   ...   12
Ağayeva Gulnar.Mikroprosessorlar.-1

Şəkil 3. Düzbucaqla histerezis ilgəyi


Şəkil 4.Maqnit yaddaş elementi

Şəkil 3-də düzbucaqlı histerezis ilgəyi göstərilmişdir. Maqnitlənmə cərəyanının sıfır qiymətinə uyğun maqnit seli, selin tam maqnitlənmə cərəyanında alınan maksimal qiymətindən ancaq bir qədər fərqlənir. Bundan başqa, bu halda selin cərəyanla dəyişməsi çox kəskindir. Doyma üçün lazım olan maqnitlənmə cərə-yanı böhran cərəyanı adlanır. Əgər ilkin şərait selin Φmaks. müsbət maksimal qiymətinə uyğun gəlirsə, onda maqnit selinin dəyişməsi üçün, cərəyanın mənfi istiqamətdə böhran qiymətini aşması lazımdır. Bu zaman sel mənfi maksimal qiy-mətdən nəzərəçarpan dəyişməsinə gətirmir.

Şəkil 4-də hesablama maşınlarında istifadə edilən yaddaş qurğusu (elementi) göstərilmişdir. Element düzbucaqlı histerezis ilgəyinə malik ferrit həlqə və onu kəsən naqillərdən ibarətdir. Maqnit selinin maksimal qiyməti və minimal qiy-mətlərinə «0» və ya «1» halı uyğun gəlir. Maqnitlənmə cərəyanı Ix və Iyqiymətlərinin cəmindən ibarətdir.Bu cərəyan sıfıra bərabər ola və ya kimi iki qiymət ala bilir. Maqnitlənmə cərəyanı o vaxt böhran qiy-mətinə çatır ki, cərəyan hər iki x və y şinlərində eyni istiqamətə malik olsun. Tutaq ki, həlqənin maqnitlənmə halı şək.5-3-dəki A nöqtəsinə uyğundur. Maqnit selinin J nöqtəsinə uyğun qiymətədək dəyişməsi üçün kifayət edən cərəyan tətbiq et-dikdə, selin ümumi dəyişməsi 2 Φmaks. təşkil edəcək, hesablama şinində isə müva-fiq induksiyalanmış gərginlik yaranacaq. Halın B nöqtəsindən D-1ə dəyişməsində əks qütblü gərginlik induksiyalanacaq. A nöqtəsindən D-yə və ya B-dən J-yə ke-çidlərə gəldikdə, bu hallarda gərginlik induksiyalanmır. Beləliklə, hesablama şi-nində sqnalı ölçməklə və verilmiş anda hansı həlqənin sorğulandığını bilməklə, seçilmiş yaddaş elementinin halı haqqında informasiya almaq olar.

Şəkil 5-də bir neçə yaddaş həlqəsinin yaddaş matrisasında birləşməsi göstəril-mişdir.





Şəkil 5. Ferrii həlqələrin yaddaş sistemində birləşdirilməsi

Verilmiş elementə yönəlmə x və y ünvan şinlərinin köməyi ilə yerinə yetirilir. Məsələn yuxarı şində birinci həlqəyəsorğu x1 və y2 şinləri boyunca maqnitlənmə cərəyanının ötürülməsi ilə həyata keçirilir. Çıxış gərginliyi hesablama şinindən götürülür.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə