1821 (intel 8085A) seriyalı MP: Bütün dünyada İntel şirkətinin mikropro-sessorları və onların analoqları geniş tədbiq olunur. Bu şirkət 1-ci MP-ləri, son-radan isə onların bir sıra ailələrin işləyib hazırlamışdır və hazırda istehsal olunan MP-nin ümumi həcminin (8592%)-ni bu şirkət təmin edir. MP-nin öyrənilməsi zamanı konkret nümunəyə əsaslanmaq məqsədə uyğundur. Seçilən K1821BM85A MP-İntel-8085A MP-nin analoqudur. Bu MP öyrənilmə üçün sadə obyekt oluduğundan MP-nin işləməsinin əsas prinsiplərini asanca nəzərdən keçir-mək olar. K1821BM85A tipli MP müxtəlif aparatların idarəetmə sistemlərində is-tifadə olunur.
MP səkkiz mərtəbəli (daxili) verilənlər şinasına malikdir və bunun vasitəsilə onun blokları informasiya mübadiləsi aparır. Sxemdə digər işarələnmələr qəbul edilmişdir:
- AC (accumulator) – 2 pilləli triggerlərdən hazırlanmış registr akkumulyatorudur, eyni zamanda iki sözü yadda saxalamaq xüsusiyyətinə malikdir;
- TR (Temporary Registr) – operandlardan birinin müvəqqəti yadda sax-layan registr;
- ALU (Arithmetic Logic Unit) – hesabi məntiq qurğusu olub, onun girişlərinə ve-rilən iki sözlər – operandlar üzərində əməliyyatlar aparılır.
Dostları ilə paylaş: |